FAL₁

is. [ ər. ]
1. Falçıların noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər verməsi.
Fala inanma, falsız da qalma. (Məsəl).
Fal göstərirdi ki, dan ulduzunun karvanqıran ilə ötüşüb qovuşmağı gözlənir. Mir Cəlal.

□ Fal açmaq, fala baxmaq – noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər vermək.
Şeyx Şabanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi, çünki yaxşı ruh tutardı, çöp ötürərdi, noxud falı açardı və həcəmət qoyardı. Ə.Haqverdiyev.
[Gülər:] Qoy bir fala baxım, görək bizim getməyimiz uğurlu olacaq, ya yox? S.Rəhman.

Qulaq falı – təsadüfən eşitdiyi söhbətdən nəticə çıxarmaqla fala baxma.
Axşam Hacı evdə ikən Kəblə Xeyransa xanım əlinə bir ayna götürüb küçə qapısına qulaq falına gedir. H.Sarabski.

2. məc. klas. Bəxt, tale.
Açıram məshəfi yüz dəfə, əlif-lam gəlir; Qamətü zülfdə, ey dil, nə gözəl falın var. S.Ə.Şirvani.
Koroğlu bu işi yaxşı fal hesab eləyib çox sevindi. Koroğlu”.

Синонимы

  • FAL I 1. FAL [Mirzə Yəhya:] Bu çox uğurlu bir faldır. Ondan istifadə etmək lazımdır (A.Şaiq); RƏML ..səbir, cadu, rəml, təbiri-xab, möcüz, meyit namazı

Омонимы

  • FAL FAL I is. [ fars. ] Tale və bəxtdən xəbər vermək üçün fal açmaq. Qarı dua etməkdən, fal açmaqdan yorulmuş (B

Этимология

  • FAL Ərəbcədir, “öncəni görmə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
FAL₄
FALABAXAN

Значение слова в других словарях