KƏRGƏDAN
KƏRKƏS
OBASTAN VİKİ
Kərim
Kərim — kişi adı və təxəllüs. Bu adı olan tanınmış şəxslər Kərim Atayev — Texnika elmləri namizədi. Kərim Baqiri — İran futbolçusu Kərim Dünyamalıyev — yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, müharibə veteranı Kərim Ənsarifərd — futbolçu. Kərim Kərimov Kərim Kərimov (alim) — akademik, AMEA-nın fəxri üzvü. Kərim Kərimov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Kərim Kərimov (geofizik) — Kərim bəy Novruzov — polkovnik Kərim Novruzov — Azərbaycanlı meyxanaçı Kərim Abdullayev — Bu təxəllüsü olan tanınmış şəxslər Əli Kərim — şair, tərcüməçi Vaqif Kərim — Azərbaycan şair-publisisti. Digər Kərim (Uçalı) Əl-Kərim — Allahın adlarından biri.
Fatih Kərim
Fatih Kərim (tatar. Фатих Кәрим; 27 dekabr 1908 (9 yanvar 1909) – 19 fevral 1945) — Tatarıstan Sovet şairi. == Tarixi == 27 dekabr 1908-ci ildə (9 yanvar 1909) Aitovo kəndində (indiki Başqırdıstan Respublikasının Bijbulyakski rayonu) anadan olub. İlk təhsilini burada aldı, 1922-ci ildə Belebey Pedaqoji Texnikumuna daxil oldu. Sonra Kazan torpaq idarəçiliyi texnikumunda oxudu, respublika qəzet və jurnalları ilə əməkdaşlıq etdi, Tatizdatdakı uşaq və gənclər ədəbiyyatı redaksiyasında çalışdı. Kazanda, Kərim 1931-1941-ci illərdə Çernışevski (indiki Kremlin küçəsi) küçədəki 21-ci evdə yaşayırdı. Böyük Vətən müharibəsi üzvü. 17 yanvar 1945-ci ildə kiçik leytenant Fatih Valeyeviç Kərimov 3-cü Belorusiya Cəbhəsi 5-ci ordusunun 65-ci tüfəng korpusunun 144-cü tüfəng diviziyasının 226-cı ayrı-ayrı sapal taborunun sapyor tağımının komandiri təyin edildi. 1945-ci il fevralın 19-da Köniqsberq kənarında — Pobeda kəndində (indi - Kalininqrad bölgəsi) döyüş tapşırığını yerinə yetirərək öldü. Kalininqrad vilayətinin Baqrationovskdakı kütləvi məzarlığında dəfn edilmişdir.
Kərim Məsimov
Kərim Məsimov (qaz. Кәрім Қажымқанұлы Мәсімов, 15 iyun 1965, Selinoqrad) — Qazaxıstan dövlət xadimi, vəkil. 8 sentyabr 2016-cı ildən etibarən Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin (KNB RK) sədri. İki dəfə Qazaxıstan Baş naziri (2007–2012, 2014–2016), Qazaxıstan Prezident Administrasiyasının rəhbəri (2012–2014), Milli Təhlükəsizlik general-leytenantı. == Bioqrafiyası == 15 iyun 1965-ci ildə Qazaxıstan SSR-in Tselinograd şəhərində anadan olub. Milliyyətcə uyğur. Atası Kazımkan Kasımoviç Massimov müxtəlif rəhbər vəzifələrdə işləyirdi (xüsusən Burundai divar materialları istehsalat birliyinin direktoru, Qazaxıstan SSR Nazirlər Soveti yanında Glavtopsnab rəhbərinin müavini, direktor bundan əlavə, "Qazaxıstanın Milli Aqrosənaye Palatası" və Qazaxıstan Yoga Birliyi ictimai təşkilatlarında prezident idi. Anası — Eleonora Kərimovna Əjibekova. Beynəlxalq hüquq üzrə mütəxəssis, iqtisadçı. İqtisad elmləri doktoru.
Kərim Novruzov
Ağakərim (tam adı: Kərim Novruzov; 1 may 1964, Maştağa, Bakı, Azərbaycan SSR) — Azərbaycan meyxanaçısı. == Həyatı == === Erkən illəri === 1964-cü ildə Bakının Maştağa kəndindən anadan olmuşdur. 1981-ci ildə 209 saylı orta məktəbi bitirmişdir. Təhsil illərində onda ədəbiyyata həvəsi bu fənnin müəllimi Seyidxanım Yəhyayeva oyatmışdır. === Yaradıcılığı === Meyxana marağı qonşusu Ağasəlim Çıldağın audio kasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb. 2001-ci ildə "Bu gedər, o biri gələr" adlı albomu işıq üzü görmüşdür. === Şəxsi həyatı === Bir müddət diabetdən əziyyət çəkən meyxanaçı, 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirib.
Kərim Odər
Kərim İbadulla oğlu Odər (1901, Bakı – 19 noyabr 1981, Ankara) — Azərbaycan Dövlət xadimi, Musavat Partiyasının III başqanı. == Həyatı == Kərim İbadulla oğlu Odər 1901-ci ildə Bakıda anadan olub. Bakı Ticarət Litseyini bitirdikdən sonra, Azərbaycan Xalq Cumhuriyyəti (1918–1920) dövründə Xarici İşlər Nazirliyində özəl Qələm müdirliyi vəzifəsində çalışıb və o zaman Xarici İşlər naziri olan Nəsib bəy Yusifbəyli ilə yaxın münasibətdə olub. Həmin illərdə Kərim Odər gündüzlər işləyir, gecələr isə İqtisad fakültəsində təhsilini davam etdirirdi. 1920-ci il 27 aprel işğalından sonra Kərim Odər bir müddət Xarici İşlər nazirliyindəki işində çalışıb, lakin sonradan bolşeviklərin terror rejimi ilə ölkəni idarə etdiklərini görüb Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Üç ilə qədər Tiflisdə qalan Kərim Odər burada iqtisad fakültəsini bitirib, bolşeviklərin əlinə keçməmək üçün Batuma qaçaraq oradan Türkiyəyə keçib. Bir müddət ticarətlə məşğul olan Kərim Odər, Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Osmanlı Bankında yeddi ilə qədər işləyib, müdir müavini olub, Mərkəzi Bankda işə qəbul edilib. Son iş yeri Sumerbank Ümum Müdirliyində Bankaçılıq və Kredi İşlər Müdirliyində müşavir olan Kərim Odər 1966-cı ilə təqaüdə çıxıb. Kərim Odər rus, fransız dillərini sərbəst, fars, alman və ingilis dillərini isə orta dərəcədə bilirdi. Kərim Odər bir müddət Müsavat Partiyasının rəhbərliyində yer alıb, Partiya Məclisi başqanı olub, eyni zamanda Azərbaycan Kültür Dərnəyinin Fəxri Başqanı adını alıb.
Kərim Otarov
Kərim Otarov (qaraç.-balk. Отарланы Сарамурзаны жашы Керим; 15 may 1912, Tırnıauz – 13 oktyabr 1974, Nalçik) — Balkar şairi və tərcüməçisi. Kabardin-Balkar Respublikasının xalq şairi. == Bioqrafiya == 1912-ci ildə Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində kəndli ailəsində anadan olub. Pedaqoji məktəbi (1934), sonra Kabardin-Balkariya Universitetini (1963) bitirmişdir. 1938-1941-ci illərdə Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqına rəhbərlik edir. Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədə yaralandığı üçün ordudan tərxis edilir. Balkar xalqı ilə birlikdə Qırğızıstan SSR-ə deportasiya edilmiş və Frunze şəhərində (indiki Bişkek) qəsəbələrdən birində yaşamışdır. Kərim Otarov 1956-cı ildə Nalçikə qayıdır.
Kərim Paşayev
Aşıq Kərim (2 fevral 1925, Ardanış – 1 dekabr 1999, Bakı) — aşıq. == Həyatı == 1925-ci il fevralın 2-də Göyçə mahalının Ardanış kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından şeirə, sənətə böyük maraq göstərib və 12 yaşından başlayaraq xalası oğlunun — Göyçənin tanınmış ustad aşıqlarından olan Aşıq Niftalının yanında şagirdlik etməyə başlayıb. Bu sənətin dərin incəliklərinə yiyələnən, sənəti gözəl tərzdə qavrayan Aşıq Kərim qısa müddət ərzində bu sənətdə məşhurlaşıb. Aşıq Niftalının ən bacarıqlı və ən çox sevdiyi şagirdlərindən biri olub. 1943-cü ilin fevralında Aşıq Kərimin 18 yaşı tamam olur və elə həmin ilin sentyabrın 22-də hərbi xidmətə yola düşür. Etdiyi xidmət boyu o sıravi əsgər-snayper olub. Böyük Vətən Müharibəsində faşizmə qarşı mərdliklə vuruşan Kərim döyüşdə göstərdiyi şücaətə, ciddi nizam-intizama görə dəfələrlə orden və medallarla təltif olunub. 1945-ci ildə faşizm üzərində qələbədən sonra ordudan tərxis olunan Kərim öz doğma yurd-yuvası olan Göyçə mahalının Ardanış kəndinə qayıdıb. Qayıtdıqdan sonra o ticarətlə məşğul olub.
Kərim Qasımov
Kərim Qasımov (Qasımov Kərim Qasım oğlu; 5 noyabr 1946, Cəhri, Naxçıvan rayonu) — Naxçıvan Meliorasiya və Su təsərrüfatının keçmiş naziri, Azərbaycan və İran hökumətlərarsı birgə komissiyanın üzvü, "Dövlət qulluğu" təqaüdçüsü, "Əməkdə fərqlənməyə görə" medalı laureatı. == Həyatı == Kərim Qasımov 5 noyabr 1946-cı ildə Naxçıvan rayonunun (indiki Babək rayonu) Cəhri kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1953-cü ildə Cəhri kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1963-cü ildə Naxçıvan şəhərindəki 2 nömrəli orta məktəbi bitirmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, Sovet İKP MK yanında Moskva İctimai Elmlər Akademiyasının Bakı filialını və Marksizm-Leninizm kurslarını bitirmişdir. 1966–1967-ci illərdə Naxçıvan sovxoz şərabçılıq trestində mühəndis mikrobioloq vəzifəsində işləmişdir. Ailəlidir. 3 övladı var. == Siyasi fəaliyyəti == 1968-ci ilin martında Naxçıvan MSSR Nazirlər Sovetinin təşkilat təlimat şöbəsində təlimatçı vəzifəsinə təyin olunmuşdur. 1972-ci ildə Nazirlər Soveti sədrinin köməkçisi vəzifəsinə, 1973-cü ildən isə Naxçıvan MSSR Nazirlər Soveti işlər idarəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1980-ci ildə Azərbaycan KP MK bürosunun qərarı ilə Naxçıvan rayonunun əvəzinə yaradılmış Babək rayonu Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilmşdir.
Kərim Qəriboğlu
Qərib Məmmədkərim oğlu (Yüzbaşı) Kərimov və ya Qərib Kərimoğlu (1870, Xaçmaz, Nuxa qəzası – 9 oktyabr 1926, Padar, Vartaşen rayonu) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Vartaşen nahiyəsi İcraiyyə Komitəsinin sədri, Əhrar Partiyasının üzvü. == Həyatı == Qərib Kərimoğlu 1870-ci ildə Xaçmazda doğulmuşdur. 1912-ci ildə qardaşı ilə birgə Padar kəndinə köçüb. O, Rusiya İmperator Ordusunun yüzbaşısı olmuşdur. Qərib Kərimoğlunun təşəbbüsü ilə 1912-ci ildə Almaniyadan ilk dəfə Azərbaycana taxıldöyən maşın gətirilmişdir. Hazırda həmin texnika qonşu kəndlərdən olan Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır. Sovetləşmə zamanı bütün malını və texnikalarını sovet hakimiyyətinə təhvil vermişdir. Sovet hökuməti tərəfindən həbs edilmək istənilsə də, yerli əhali buna mane olmuşdur. Qərib Kərimoğlu 9 oktyabr 1926-ci ildə qəflətən vəfat etmişdir. 2012-ci ildə İsveçrə banklarının birindən Padar kəndinə Qərib Yüzbaşının orada 100 il öncə pul yatırdığı və faizlə birgə hesabına külli miqdarda pul yığıldığı barədə məlumat olan məktub gəlmişdir.
Kərim Ramazanov
Kərim Nəzir oğlu Ramazanov (1 mart 1947, İlisu, Qax rayonu – 29 yanvar 2012, Bakı) — texnika elmləri doktoru (1991), AMEA-nın müxbir üzvü (2001), iqtisadi inkişaf nazirinin energetika məsələləri üzrə baş müşaviri, Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı. == Həyatı == Kərim Ramazanov 1 mart 1947-ci ildə Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində anadan olub. 1963-cü ildə İlisu kənd orta məktəbini bitirib. 1969-cu ildə Mühəndis elektromexanik ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini bitirib. Universiteti bitirdikdən sonra ordu sıralarında xidmət edib. == Əmək fəaliyyəti == Kərim Ramazanov 1970-ci ildə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda əmək fəaliyyətinə başlayıb və müxtəlif vəzifələrdə çalışıb. O, 1980-ci ildə laboratoriya müdiri, 1981–1993-cü illərdə institutun elmi işlər üzrə direktor müavini, 1993–2002-ci illərdə isə direktor vəzifəsini icra edib. 1995-ci ildə birinci çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 60 saylı Qax-Zaqatala Seçki Dairəsindən deputat seçilib. Parlamentin Büdcə Komissiyasının və İntizam Komissiyasının üzvü olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya daimi komissiyasının da üzvü olan Kərim Ramazanov ölkənin energetika sahəsinin fəaliyyətinə dair mühüm qanunların hazırlanmasında və qəbul olunmasında yaxından iştirak edib.
Kərim Rizayev
Kərim Novruz oğlu Rizayev (Rzayev) (25 dekabr 1914, Ordubad, Naxçıvan qəzası – 1 avqust 1995, Bakı) – metallurq, təsərrüfat rəhbəri, Sosialist Əməyi Qəhrəmanı (1980). == Həyatı == 1912-ci il dekabr ayının 25-də Ordubad şəhərində anadan olmuşdur. 1941-ci ildə Moskvada Əlvan Metallar və Qızıl İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1941-ci ildə RSFSR Sverdlovsk vilayətinin "Ural qızıl" trestində mühəndis kimi başlamışdır. Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısıdır. Ordudan tərxis olunduqdan (1946) sonra Kalininqrad vilayətindəki Kəhrəba zavodunun direktoru (1946–1950), Kəhrəba fabrikinin rəisi, emal fabrikinin baş mühəndisi (1950–1953), Kəhrəba kombinatının baş mühəndisinin müavini (1953–1955) və kombinatın direktoru (1955–1962) olmuşdur. 1962-ci ildən Azərbaycan xalq təsərrüfatı sistemin də müxtəlif vəzifələrdə çalışmış, dağ-mədən və metallurgiya idarəsinin rəisi (1962–1965), Azərbaycan SSR Nazirlər Soveti yanında Əlvan Metallurgiya Birliyinin (1965–1979) və Azərbaycan Respublikası Əlvan Metallurgiya İdarəsinin (1979–1987) rəisi işləmişdir. Yüksək ixtisaslı mütəxəssis və bacarıqlı təşkilatçı olan Rizayev Azərbaycanda əlvan metallurgiyanın inkişafı üçün çox iş görmüş, bu sahədə səriştəli və hazırlıqlı mütəxəssislərin hazırlanmasına böyük əmək sərf etmişdir. Azərbaycan SSR Ali Sovetinin (9–10-cu çağırış) deputatı seçilmişdir. 1995-ci il yanvar ayının 1-də Bakı şəhərində vəfat etmişdir.
Kərim Sultanov
Kərim Xankişi oğlu Sultanov (16 aprel 1913, Traubenfeld, Qazax qəzası – 5 sentyabr 1975, Kirovabad) — Azərbaycan teatr aktyoru, Gəncə Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan SSR əməkdar artisti (1961). == Həyatı == Kərim Sultanov 16 aprel 1913-cü ildə Tovuzda anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Nuxaya köçərək burada ibtidai təhsil alıb. 1923-cü ildə Səməd Tağızadənin rəhbhərlik etdiyi dram dərnəyinə üzv olub. 1924-cü ildə ailəsi ilə Gəncəyə qayıdıb və şəhərdəki qadınlar klubunun dram dərnəyində müxtəlif rollar oynayıb. 1931-ci ildə Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna daxil olub. Kərim Sultanov Gəncə Dövlət Dram Teatrının direktoru Ələkbər Seyfinin təklifi ilə 1934-cü ildə teatrın aktyor truppasına qəbul olunub. Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra, 1945-ci ilin oktyabr ayında yenidən truppaya dəvət alıb. Sənət dostu Məmməd Bürcəliyevlə birlikdə yazdıqları "Yadigar" dramı 18 yanvar 1948-ci ildə Gəncə teatrında tamaşaya qoyulub. Aktyor 5 sentyabr 1975-ci ildə Kirovabadda vəfat edib və buradakı Səbzikar (Sərdabəli) qəbiristanlığında dəfn olunub.
Kərim Səncabi
Kərim Səncabi (11 sentyabr 1905, Kirmanşah – 4 iyul 1995) — Milli Cəbhəsindən olan İranlı bir siyasətçi idi.
Kərim Sərdarov
Kərim Əliqulu oğlu Sərdarov (6 iyul 1974; Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2008-ci ildə XIII Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. == Həyatı == Kərim Sərdarov 1974-cü il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şəxsi məşqçisi Əhməddin Rəcəblidir. == Karyerası == Kərim Sərdarov 2008-ci ildə Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 1/4 final mərhələsində Yaponiya nümayəndəsi Haruha Hiroseya ipponla qalib gələn Kərim Sərdarov, 1/2 final mərhələsində Kuba nümayəndəsi Xuan Karlos Kortadanı da ipponla məğlub elədi və Paralimpiadanın finalı görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Braziliya nümayəndəsi Antonio Tenorio Silva oldu. Həmin görüşdə rəqibinə məğlub olan Kərim Sərdarov, XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu. Kərim Sərdarov 2009-cu ildə Debretsen şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının qalibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Kərim Əliqulu oğlu Sərdarov "Tərəqqi" medalı ilə təltif edildi.
Kərim Tahirov
Kərim Məhəmməd oğlu Tahirov (12 noyabr 1951, Ağcabədi rayonu) — Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor. == Həyatı == Tahirov Kərim Məhəmməd oğlu 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1978-ci ildə təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilmiş, 1979–1982-ci illərdə Elmi-metodiki şöbədə (indiki Kitabxanaların metodik təminatı şöbəsi) böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır. 1983–1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi, 1987–1988-ci illərdə rəisi, 1988–1989-cu illərdə Mədəni-maarif Müəssisələri İdarəsinin, 1989–1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993–2000-ci illərdə Kitabxana və Muzey işləri baş idarəsinin rəisi vəzifəsində işləmişdir. 2000–2005-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır. 2009-cu ildə "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959-cu illər)" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. O, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, gənc ixtisaslı kadrların yetişdirilməsinə xidmət göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi dərəcəsi almışdır.
Kərim Tinçurin
Kərim Qali oğlu Tincurin (tat. Kərim Tincurin; 15 sentyabr 1887—1938) - tatar yazıçısı, aktyoru və dramaturqudur. O, Tatarıstan teatrının və dramaturgiyasının əsas peşəkar banilərindən biri sayılır. == Tərcümeyi-hal == Kərim 15 sentyabr 1887-ci ildə Penzen əyalətinin Tarakanovka kəndində kəndli ailəsində anadan olmuşdur. 1900-cu ildə Kazana köçən Kərim burada mədrəsədə təhsil alır. Ancaq 1906-cı ildə bu təhsildən imtina edir. 1910 - cu ildə "Səyyar" qrupuna qoşulur və beləliklə həyatını teatra bağlayır. Vətəndaş müharibəsi zamanı o orduya qoşulur və Qırmızı Orduda iştirak edir. 1920-ci ildə Samara teatrının baş rejissoru olur. 1921-ci ild\ Orenburq tatar proletar qrupuna rəhbərlik edir (İndiki Q.Kariyeva adına teatr).
Kərim Vəkilov
Kərim Lütfəli ağa oglu Vəkilov 1901-ci ildə anadan olub. Atası və anası vəfat etdikdən sonra baçısı ilə birlikdə əmiləri Yusif ağanın himayəsinə keçirlər. Yusif ağa müflis vəziyyətinə düşdükdən sonra məcbur olub yeniyetmə qardaşı oğlunu Qoridə Firidun bəyə qapı qulluqçusu verir (Kə­rim Vəkilov öz tərcumeyi-halında belə göstərir). 1918-ci ilə qədər Kərim Vəkilov Firidun bəyin evində yaşamışdır. 1918-ci ildə Qori Seminariyası Qazaxa köçürüldükdə Firidun bəy Kərimi məktəbə qəbul etdirir. 1919-1920-ci illərdə Milli Orduda xidmət edən Kərim Vəkilov AXC süqutundan sonra yenidən seminariyaya qayıdıb təhsilini davam edir. 1921-ci ilədək Kərim Vəkilov Qazax Seminariyasında oxuyur. Həmin il Hərbiyyə və Bəhriyyə komissarı Əliheydər Qarayev Qazax Seminariyasından bir qrup yoxsul gənçi Bakiya hərbi məktəbə gətirəndə Kərim Vəkilov da onların arasında idi. 1923-cü ildə Kərim Vəkilov Bakida Hərbi-Texniki Məktəbi bitirir. 1923-1925-ci illərdə Azdiviziyanın 2-ci istehkamçılar polkunda xidmət edir; 1925-1927-ci illərdə 3-cü istehkamçılar polkunda xidmət edir; 1927-1929-cu illər­də isə Azdiviziyanın 2-ci ərazi polkunda xidmət edir.
Kərim Vəliyev
Kərim Tofiq oğlu Vəliyev (9 fevral 1961, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki; Azərbaycan Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi. Azərbaycan Respublikası müdafiə nazirinin şəxsi heyət üzrə sabiq müavini — Şəxsi Heyət Baş İdarəsinin sabiq rəisi (2014–2021). == Həyatı == Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb. Ailəlidir, iki övladı var. == Hərbi xidməti == 1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 14.05.2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini — Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.
Kərim Yusifov
Kərim Yusifov (tam adı: Kərim Həsrət oğlu Yusifov; 1 avqust 1995, Fəxralı, Goranboy rayonu – 27 sentyabr 2020, Tərtər rayonu ) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. İkinci Qarabağ müharibəsinin başladığı ilk anlarda şəhid olaraq müharibənin ilk şəhidlərindən biri oldu. == Həyatı == Kərim Yusifov 1995-ci il avqustun 1-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 2001-ci ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 2012-ci ildə həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == Hərbi xidmətini başa vurduqdan sonra Kərim Yusifov 17.12.2016-сı il tarixindən Tərtər rayonunda N saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi işə başlamışdır. 2020-ci ilin sentyabr ayında məzuniyyətdə olmasına baxmayaraq vəziyyətlə əlaqədar olaraq 26.09.2020 tarixində saat 13–00 –da geriyə hərbi hissəyə qayıdır. Azərbaycan Ordusunun MAXE hərbi qulluqçusu olan Kərim Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və döyüşlərin ilk günündə (sentyabrın 27-də) şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Kərim xan
Kərim xan Kəngərli — Naxçıvan xanı. == Hakimiyyəti == Kəlbəli xanın ölümündən sonra Naxçıvan xanlığının idarəsini xanın böyük oğlu Nəzərəli xan öz əlinə aldı. Lakin tezliklə Kəlbəli xanın qardaşı oğlu Kərim xan Kəngərli hakimiyyəti öz əlinə keçirdi. Lakin o da hakimiyyətdə iki ildən artıq qala bilmədi. 1822-ci ildə Hüseyn Mirzə Naxçıvan xanlığının hakimi oldu. Bir il sonra isə, 1823-cü ildə Kərim xan yenidən hakimiyyətə qayıtdı. Kərim xan Kəngərlinin hakimiyyətdə olduğu dövr (1823–1827) ikinci Rusiya—İran müharibəsinin başlandığı dövrə təsadüf edir. Lakin Kərim xan yenə də hakimiyyətdə çox qala bilmədi. Şahzadə Abbas Mirzə onu Məhəmməd Bağırla əvəz etdi. O, şahzadənin etimadını doğrultmadığı üçün ikinci Rusiya—İran müharibəsi ərəfəsində sabiq Kərim xanla əvəz edildi.
Kərim Şükürov
Şükürov Kərim Kərəm oğlu (10 may 1956, Bərdə) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın Elmi Şurasının sədri, A.A. Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq İran və Rusiya imperiyası arasında əhalinin miqrasiyasının hüquqi-siyasi məsələlərini, miqrantların dinamikası və yerləşməsi məsələlərini, əhalinin öyrənilməsinin mənbələri və tarixşünaslığını, Azərbaycanın tarixi demoqrafiyasını tədqiq etmişdir. == Həyatı == Kərim Şükürov 1956-cı il may ayının 10–da Bərdə rayonunda anadan olub. 1962-ci ildə Bərdə şəhər 1 № li orta məktəbin birinci sinifinə gedib, 1972-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. 1977–1980-ci illərdə Bərdə şəhər 1 № li orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləyib. Bərdə şəhər sovetinin deputatı seçilib. 1980-ci ilin sentyabrında BDU-nun aspiranturasına (istehsalatdan ayrılmaqla) daxil olub, eyni zamanda universitetdə pedaqoji fəaliyyətə başlayıb. 1983-cü ildə aspiranturanı bitirdikdən sonra universitetə müəllim təyin olunub. Əvvəlcə (1983–1989) SSRİ tarixi (oktyabraqədərki dövr), sonra (1989-cu ildən) Azərbaycan tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirib.
Kərim Əhmədəliyev
Kərim Əhmədəliyev (tam adı: Kərim Rövşən oğlu Əhmədəliyev; 12 iyun 1998; Sumqayıt, Azərbaycan — 4 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərim Əhmədəliyev 1998-ci il iyunun 12-də Sumqayıt şəhərində anadan olub. 2005-2016-cı illərdə Sumqayıt şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Texnologiya Universitetində (ATU) "Menecment" ixtisası üzrə ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Kərim Əhmədəliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Kərim Əhmədəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əhmədəliyev oktyabrın 4-də Madagizin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əhmədəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kərim Əliverdizadə
Əliverdizadə Kərim Səlim oğlu (1 aprel 1911, Qaradağlı, Şuşa qəzası – 16 mart 1996) — Neft maşınqayırması sahəsində alim, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi, Azərbaycan SSR Əməkdar mühəndisi, görkəmli alim, texnika elmləri doktoru, professor Kərim Səlim oğlu Əliverdizadə 1911-ci ilin aprelin 1-də Qarabağın dilbər guşələrindən biri olan Ağdamın Qaradağlı kəndində dünyaya gəlib. K.S. Əliverdizadə 1930-cu ildə “Azneft” istehsalat birliyinin nəzdində açılmış üç illik Ali mühəndis-pedaqoji kursuna daxil olub, 1933-cü ildə həmin kursu uğurla bitirdikdən sonra qısa müddət təhsil kombinatının müdiri işləmişdir. 1934-cü ildə “Azneft” İB-nin göndərişi ilə keçmiş M. Əzizbəyov adına Azərbaycan Sənaye institutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub, 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmişdir. K.S. Əliverdizadə 1938-ci ildə keçmiş “L. Şmidt” adına maşınqayırma zavodunda sıravi mühəndis-konstruktor kimi özünün mühəndis-texniki fəaliyyətinə başlamışdır. O, 1940-cı ilin noyabrından Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma institutunda (AzİNMAŞ) böyük mühəndis-konstruktor, baş mühəndis, elmi işlər üzrə direktor müavini, 1952-1954 cü illərdə isə “Nefqazlayihə” institutunun direktoru vəzifəsində işləmişdir. O, 1954-cü ildən 1974-cü ilə qədər AzİNMAŞda elmi işlər üzrə direktor müavini, 1972-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Mexanizm və maşınlar nəzəriyyəsi” kafedrasının professoru, 1974-cü ildən 1990-cı ilə qədər “Neft-mədən mexanikası, maşın və mexanizmləri” kafedrasının müdiri işləmişdir və 1990-cı ildən ömrünün sonuna qədər (16 mart 1996-ci il) həmin kafedranın professoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. K.S. Əliverdizadə “Neftin dərinlik nasos üsulu ilə çıxarılmasının köklü yenidənqurulması”na görə 1950-ci ildə SSRİ Dövlət Mükafatı Laureatına layiq görülmüşdür. O, 1954-cü ildə texnika elmləri namizədi, 1963-cü ildə texnika elmləri doktoru alimlik dərəcələrini, 1964-cü ildə professor elmi adını almışdır, 1981-ci ildən Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimidir. K.S. Əliverdizadəni mütəxəssislər neft quyularının ştanqlı nasos qurğusu ilə istismarı avadanlıqlarının, o cümlədən mancanaq dəzgahlarının tip-ölçü sıralarını yaradanlardan biri kimi tanıyırlar. K.S. Əliverdizadə ömrünün 60 ilini həm neft və qaz sənayesinin mexanikası, maşın və avadanlıqlarının inkişafı sahəsində elmə, həm də təhsil-tədris sahəsində mühəndis kadrların və alimlərin hazırlanması işinə sərf etmişdir.
Kərim Əliyev
Kərim Əliyev (kiçik gizir) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsi şəhidi. Kərim Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Kərim Ənsarifərd
Kərim Ənsarifərd (3 aprel 1990, اردبیل) — futbolçu. == Həyatı == Kərim Ənsarifərid 3 aprel 1990-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya gəlib. İran milli futbol komandasının Azərbaycan əsilli futbolçusudur. İranın milli futbol yığmasının tarixində qol vuran ən gənc oyunçudur.
Abbasəli Kərimov
Abbasəli Kərimov (1931, Ardanış – 2004, Bakı) — Azərbaycan şairi, publisisti, pedaqoqu; qabaqcıl təsərrüfat rəhbəri. == Həyatı == Abbasəli Kərimov 1931-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 1949-cu ilin sentyabrına kimi kolxozda işləmişdir. 2004-cü ildə Bakı şəhərində vəfat edib. == Təhsili == Abbasəli Kərimov 1952-ci ildə orta təhsilini tamamlamışdır. 1952–1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsində təhsil almışdır. 1971-ci ildə Bakı Ali Partiya Məktəbinə oxumağa göndərilmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === 1956-cı ildən pedaqoji fəaliyyətə başlayan Abbasəli Kərimov, 1966-cı ildə qonşu Cil kəndində məktəb direktoru vəzifəsinə təyin olunmuşdur. === Siyasi fəaliyyəti === Abbasəli Kərimov 1968-ci ildə Krasnoselo rayon Partiya Komitəsinin Təbliğat-təşviqat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir. === Təsərrüfat rəhbəri kimi === 1974-cü ilin yanvar ayında öz doğma kəndində Ardanış kolxozu İdarə Heyətinin sədri (kolxoz sədri) vəzifəsinə təyin olunmuşdur.
Adil Kərimli
Adil Qabil oğlu Kərimli (22 oktyabr 1979, Bakı) — Azərbaycan Respublikasının mədəniyyət naziri (2023-cü ildən), Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini (2012–2022). == Həyatı == Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildən Bakı şəhər 42 nömrəli məktəbdə təhsil almış, 1995-ci ildə ekstern imtahanlar verərək orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilmiş və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır. İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir. == Fəaliyyəti == Adil Kərimli əmək fəaliyyətinə 1999-cu ildə "Hüquq ədəbiyyatı" nəşriyyatında hüquq məsləhətçisi kimi başlamışdır. 2001–2003-cü illərdə Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi olmuşdur.
Afaq Kərimova
Afaq Kərimova (Bakı) — Azərbaycanın tanınmış xalçaçı rəssamı.Azərbaycan Rəssamlar İttifaqının üzvü,Xəzər Universitetinin Tətbiqi Sənət Muzeyinin direktoru == Həyatı == Afaq Kərimova Bakı şəhərində anadan olub. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indi ki,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bitirmişdir. 1990-1995-ci illərdə Azərxalça İstehsalat Birliyində baş rəssam vəzifəsində çalışmışdır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev ABŞ-yə ilk səfəri zamanı Bill Klintona Afaq Kərimovanın eskizi əsasında toxunmuş, süjeti Azərbaycan mövzusu olan xalça hədiyyə etmişdi. Səfərdən sonra Azərbaycana göndərdiyi minnətdarlıq məktubunda Klinton “gözəl xalçanın mənasını anladığını və bir daha heyranlığını” bildirmişdi. 1995-2003-cü illərdə Azərbaycan Respublikası MEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş rəssam və şöbə müdiri vəzifəsində çalışmışdır. 1996-cı ildə Məhəmməd Füzulinin 500-illik yubileyində UNESCO xətti ilə "Füzuli - 500" xalçası Parisdə nümayiş etdirilmişdir. 1997-2005-ci illərdə Hüseyn Cavid muzeyinin yaradılmasında ilk tərtibatçı rəssam olmuşdur. 1997-ci ildə Nizami muzeyində, 2007-ci ildə İncəsənət muzeyində fərdi sərgiləri olmuşdur.
Akif Kərimov
Akif Kərimov (tam adı Akif Əkbər oğlu Kərimov) — Azərbaycan Respublikasının ilk əmək və əhalinin sosial müdafiəsi naziri (1992-1993) == Karyerası == Akif Kərimov 20 sentyabr 1991-ci ildə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 10 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş, 10 noyabr 1993-cü ildə həmin vəzifədən azad edilmişdir.
Aleksandr Kərimov
Aleksandr Kərimov (tam adı: Kərimov Aleksandr Ramazan oğlu; 27 mart 1970, Sverdlovsk vilayəti – 5 fevral 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1970-cı 27 mart tarixində Sverdlovsk vilayətinin Açit kəndində anadan olub, orta texniki təhsil almışdı. Subay idi. O gecə dostları Aleksandrı evdən çağırırlar ki, küçələrdə xeyli yaralı və ölənlər var, gedək kömək eləyək. Onlar KAMAZ markalı maşında yaralıları və həlak olanları daşımağa başlayıblar. Birinci dəfə 10, sonra isə 15 yaralı aparıblar Semaşko xəstəxanasına. Üçüncü dəfə Papanin küçəsindən keçərkən, təxminən səhər saat 6 radələrində maşın əsgərlər tərəfindən atəşə tutulub. Birinci güllələr Aleksandrın dostu Mahir Mustafayevə dəyib. Sonra Aleksandr qarın nahiyəsindən və sol buddan yaralanıb.
Anar Kərimov
Anar Kərimov (nazir müavini) — Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini (19.02.2019–h.h.) Anar Kərimov (nazir) — Azərbaycanın Mədəniyyət naziri (05.01.2021–22.12.2022) Anar Kərimov (hərbi xadim) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru.
Anar Kərimov (dövlət xadimi, 1977)
Anar Qabil oğlu Kərimov (3 iyun 1977, Füzuli rayonu) — Azərbaycan Respublikasının sabiq mədəniyyət naziri (2021–2022), Azərbaycanın UNESCO yanında sabiq daimi nümayəndəsi (2014–2020). == Həyatı == Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir. Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır.
Anar Kərimov (dövlət xadimi, 1979)
Anar Kərimov - (d.1979, Bakı, Azərbaycan SSR) Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini == Həyatı == Anar Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var. == Fəaliyyəti == Həmin ildə ABŞ-yəzərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində hüquq fakultəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib. Hal-hazırda isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışmaqdadır.
Anar Kərimov (hərbi xadim)
Anar Təvəkkül oğlu Kərimov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Milli Ordusu tarixindəki ilk Mühəndis Qoşunları Generalı. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin Rəisi. == Haqqında == Hərbi təhsilini 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adina Hərbi Liseydə başlamış, 1988–1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil almışdır. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirmişdir. Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya və Türkiyədə müxtəlif qərargah və planlama kurslarında və təlimlərdə iştirak etmişdir. 2007-ci ildə ABŞ-də Antiterror Əməliyyatları kursunu bitirmişdir. 2014-cü ildə Dövlət Müdafiəsini İdarə etmə akademik kurslarını bitirmişdir. Anar Təvəkkül oğlu Kərimov 1992-ci ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin birlik və birləşmələrində Mühəndis Xidməti rəsi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisidir.
Anar Kərimov (nazir)
Anar Qabil oğlu Kərimov (3 iyun 1977, Füzuli rayonu) — Azərbaycan Respublikasının sabiq mədəniyyət naziri (2021–2022), Azərbaycanın UNESCO yanında sabiq daimi nümayəndəsi (2014–2020). == Həyatı == Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir. Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır.
Anar Kərimov (nazir müavini)
Anar Kərimov - (d.1979, Bakı, Azərbaycan SSR) Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini == Həyatı == Anar Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var. == Fəaliyyəti == Həmin ildə ABŞ-yəzərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində hüquq fakultəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib. Hal-hazırda isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışmaqdadır.
Anar Kərimov (ƏƏSMN)
Anar Kərimov - (d.1979, Bakı, Azərbaycan SSR) Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini == Həyatı == Anar Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var. == Fəaliyyəti == Həmin ildə ABŞ-yəzərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində hüquq fakultəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib. Hal-hazırda isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışmaqdadır.
Andrea Kərimli
Andrea Mantea - tanınmış fotomodel, musiqiçi == Həyatı == Andrea Mantea 1986-cı il sentyabrın 20-də Rumıniyanın paytaxtı Buxarest şəhərində anadan olub. Əsl adı Andrea Kərimlidir. Bioqrafiyasında atasının adı haqda məlumat olmasa da, azərbaycanlı olduğu bildirilir. Buxarestdə Sfantul Pantelimon Liseyini bitirib. Eyni zamanda, Buxarest Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur. Andrea modellik karyerasına yeniyetmə yaşlarından başlayıb və bir neçə gözəllik müsabiqəsinin qalibi olub. Andrea Manteanın ilk iş yeri doqquzuncu sinifdə oxuyarkən Buxarestdə işlədiyi bir restoran idi. Müştərilərdən biri onun nə qədər gözəl olduğunu görüb fiziki keyfiyyətlərindən istifadə etməyi təklif etdikdən sonra bu, onu modellərin dünyası ilə tanış edir. Beləliklə, Andrea moda kastinqlərində görünməyə başlayır. Bu təklifdən sonra İspaniyaya gedəndə heç 18 yaşı yoxdu.
Asif Kərimov
Asif Məmməd oğlu Kərimov (25 mart 1989, Cəlilabad rayonu – 3 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Kərimov 1989-cu il martın 25-də Cəlilabad rayonunun Ləzran kəndində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alıb. Ailəli idi. Gülay adında bir qızı və Yusif adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Asif Kərimov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. Azərbaycan Ordusunun leytenantı olan Asif Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Kərimov noyabrın 3-də Şuşanın azad edilməsi şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Aslan Kərimov
Aslan Kərimov (1 yanvar 1973, Bakı, Azərbaycan SSR) — keçmiş azərbaycanlı futbolçusu. İnşaatçı Şamaxı, MTOP-Dinamo Bakı, Azəri Bakı, Qarabağ, Neftçi, Kəpəz, Baltika, ANS-Pivani, Şəmkir, Sumqayıt Şəhər klublarının oyunçusu olub. 5 qat Azərbaycan çempionu və Azərbaycan kubokunun sahibidir. Kərimov milli çempionatımızda 382 oyunda 17 qol vurub. Sumqayıt klubunda məşqçilik karyerasına başlayıb. Azərbaycan milli futbol komandasında 78 oyun keçirib. Azərbaycan (16 yaşlılar) millisinin baş məşqçisidir. Həmçinin Azərbaycanın əsas milli komandasında köməkçi məşqçi funksiyasını yerinə yetirir. == Həyatı == Aslan Səməd oğlu Kərimov 1 yanvar 1973-cü ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarından futbola həvəsi onu bu sənətə peşəkar yanaşmasına səbəb olmuşdur.
Axund Mir Məhəmməd Kərim Mircəfərzadə
Axund Mir Məhəmməd Kərim Mircəfərzadə — tarixçi, Bakı qazisi (1904-1918) və Bakı quberniyasında (1907-1916) məclis sədri. Bakı quberniyasının baş qazisi və Bakı Müsəlman Şiə Ruhani İdarəsinin sədri. == Həyatı == 14 fevral 1938-ci ildə Ziyalovun imzası ilə Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Mircəfərzadənin həbsi üçün həmin gün order yazılır. Həmin gün də XDİK-nin Maştağa rayon şöbəsi tərəfindən həbs edilir. Rüpresya qurbanı olmuş 2.3.1938 == Əsərləri == " Səlib müharibəsi" 2 cild 1913(1331) hicri. - 462 s == İstinadlar == == Mənbə == Aslan Kənan. "XX əsrdə repressiyalara məruz qalanlar".
Ayaz Kərimov
Ayaz Azər oğlu Kərimov (12 fevral 2002, Şatrovka, Salyan rayonu – 14 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayaz Kərimov 12 fevral 2002-ci ildə Salyan rayonunun Çadırlı kəndində anadan olmuşdur. Orta təhsilini Salyan rayon Kolanı kənd tam orta məktəbində başa vurmuşdur. == Hərbi xidməti == Ayaz Kərimov 2020-ci ilin aprelindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ayaz Kərimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ayaz Kərimov 14 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin minaatan mərmisi nəticəsində həlak olmuşdur. 15 oktyabr 2020-ci ildə doğulduğu Salyan rayonunun Çadırlı kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Kərimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Aydın Kərimov
Aydın Kərimov (hüquqşünas) — Azərbaycan Respublikası ədliyyə nazirinin sabiq birinci müavini. Aydın Kərimov (idmançı) — İdmançı, azərbaycanlı triatlon atleti, “METAK” şirkətinin direktoru.
Aydın Kərimov(idmançı)
Aydın Kərimov (hüquqşünas)
Aydın Məmməd oğlu Kərimov (1 iyul 1956, Mahmudkənd, Noraşen rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini, Əlincə Cəmiyyətinin sədr müavini. == Həyatı == Aydın Məmməd oğlu Kərimov 1 iyul 1956-cı il tarixində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində doğulmuşdur. Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat və Samara Dövlət Universitetinin Hüquq fakültələrində ali təhsilini almışdır. Bir müddət hüquqşünas olaraq fəaliyyət göstərmişdir. Evlidir, 3 övladı var. == İctimai-siyasi fəaliyyəti == Aydın Kərimov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. 1991-ci ildə o, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini seçilmişdir. O, həmçinin, Azərbaycan Xalq Cəbhəsi nizamnaməsinin və proqramının həmmüəlliflərindəndir. Aydın Kərimov 29 iyul 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 47 nömrəli fərmanı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. O, 16 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 495 nömrəli sərəncamı ilə bu vəzifədən azad edilmişdir.
Ağahüseyn Kərimov
Ağahüseyn Əşrəf oğlu Kərimov (1 yanvar 1909 – 20 may 1991, Azərbaycan Respublikası) — Azərbaycan səs operatoru, Azərbaycan SSR əməkdar mühəndisi (1976). == Həyatı == Ağahüseyn Kərimov 1909-cu ildə anadan olub. Kinoda 1936-cı ildən səs operatoru kimi çalışmışdır. Əməkdar mühəndis Ağahüseyn Kərimov 1991-ci ildə vəfat edib. == Filmoqrafiya == Bakılılar (film, 1938) Sovet gimnastları (film, 1938) Artyom adası (film, 1939) Kəndlilər (film, 1939) Səbuhi (film, 1941) Bəxtiyar (film, 1942) Vətən uğrunda (film, 1943) Məktuba cavab (film, 1944) Arşın mal alan (film, 1945) Arazın o tayında (film, 1947) Bakının işıqları (film, 1950) Gədəbəyin sərvəti (film, 1950) Sovet Azərbaycanı (film, 1950) Xəzər neftçiləri (film, 1952) Xəzər neftçiləri haqqında dastan (film, 1953) Quba bağlarında (film, 1953) Doğma xalqıma (film, 1954) Bəxtiyar (film, 1955) Keçmişin şahidləri (film, 1956) Uzaq sahillərdə (film, 1958) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) Dənizi fəth edənlər (film, 1959) Aygün (film, 1960) N. S. Xruşşov Bakıda (film, 1960) Odla təkbətək döyüş (film, 1960) Səhər (film, 1960) Həyat öyrədir (film, 1961) Leyli və Məcnun (film, 1961) Mahnı axşamı (film, 1962) Romeo mənim qonşumdur (film, 1963) Yollar və küçələrlə (film, 1963) Arşın mal alan (film, 1965) Torpaq. Dəniz. Od. Səma (film, 1967) Bizim Cəbiş müəllim (film, 1969) O qızı tapın (film, 1970) Həyat bizi sınayır (film, 1972) Skripkanın sərgüzəşti (film, 1972) Dörd bazar günü (film, 1975) Əgər bir yerdəyiksə (film, 1975) Fəallıq (film, 1975) Alıcının sərgüzəşti (film, 1976) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol:Həmid dayı Bayquş gələndə… (film, 1978) Od içində (film, 1978) Gözlə məni (film, 1980) Babamızın babasının babası (film, 1981) Qaladan tapılan mücrü (film, 1982) Qocalar, qocalar… (film, 1982) Gümüşgöl əfsanəsi (film, 1984) Tənha narın nağılı (film, 1984) Yaramaz (film, 1988) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ağamoğlan Kərimov
Ağamoğlan Yusif oğlu Kərimov (18 aprel 2002, Xocalı, Salyan rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamoğlan Kərimov 18 aprel 2002-ci ildə Salyan rayonunun Xocalı kəndində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Ağamoğlan Kərimov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ağamoğlan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Laçının və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağamoğlan Kərimov 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində qarşı tərəfin diversiya qrupu ilə döyüş zamanı döyüş tapşırığının yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Bürhan Kərimov
Bürhan Kərimov (1922, Ağdaş) — MDU-nun professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Bürhan Kərimov 1922-ci ildə Ağdaş rayonunda anadan olub. 1939-cu ildə Ağdaş şəhər S.M. Kirov adına orta məkətbi, 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (ADU) fiziki-riyaziyyat fakültəsini bitirmişdir. 1944-45-ci illərdə fizika kafedrasında assistent işləmişdir. 1946-49-cu illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinin aspirantı olmuşdur. 1950-ci ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. B.Kərimov 1962-ci ildə fizik-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. == Fəaliyyəti == O, 1953–76-cı illərdə M.V Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsində nəzəri fizika kafedrasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1976-cı ildən həmin kafedrada professor işləmişdir. B.Kərimov 1950–53-cü illərdə ADU-nun nəzəri fizika kafedrasında baş müəllim və dosent işləmişdir.
Bəhram bəy Kərimbəyli
Bəhram bəy Nurulla bəy oğlu Kərimbəyli (6 dekabr 1896, Kərimbəyli, Cəbrayıl qəzası – 22 avqust 1977, Bakı) — sərhəd komandiri, milis rəisi. == Həyatı == Bəhram bəy Kərimbəyli 1896-cı ildə Cəbrayıl qəzasının Kərimbəyli obasında dünyaya göz açmışdı. Qaryagin 2 sinifli rus-tatar məktəbini bitirəndən sonra, 1915-ci ildə Bakıya gəlmişdi. Gündüzlər işləmiş, gecələr həkimlik kursunda oxumuşdu. Nəriman Nərimanovun leksiyalarını dinləmişdi. Kursu bitirəndən sonra doktor Rəfibəylinin köməkliyi ilə Zurnabad taun əleyhinə stansiyasında feldşer işləmişdi. Sonra Bakıya dönüb hərbi məktəbdə oxumuşdu. General-leytenant, müdafiə naziri Səməd bəy Mehmandarovdan dərs almışdı. Hərbi məktəbi bitirəndən sonra ADR yıxılmış, Azərbaycanda sovet hökuməti qurulmuşdu. 1920-ci ilin aprel ayının 30-da Hərbi-Dəniz Komissarı Çingiz İldırımın adyutantı, şəxsi yavəri vəzifəsinə təyin edilmişdi.
Bəxtiyar Kərimov
Kərimov Bəxtiyar Əxi oğlu — azərbaycanlı aktyor. == Həyatı == Bəxtiyar Kərimov 1 fevral 1948-ci ildə Bakıda doğulub. 21 fevral 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Bakı Dövlət Kukla teatrında və Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyib. 15 oktyabr 1973-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur.

Значение слова в других словарях