Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pavel
Pavel — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar I Pavel — Ümumrusiya imperatoru, III Pyotr və II Yekaterinanın oğlu. I İoann Pavel — Roma papası II İohann Pavel — Roma papası II Pavel — Roma papası. IV Pavel — Roma papası VI Pavel — Roma papası Həvari Pavel — xristianlıq tarixində ən böyük missioneri. Pavel Nedved — futbolçu Pavel Blyaxin — Ssenari müəllifi. Pavel Vinnik — aktyor Pavel Kadoçnikov — aktyor Pavel Aleksandrov — Pavel Amnuel — Pavel Florenski — Pavel Osipov — Pavel Finn — Ssenari müəllifi Pavel Yesikovski — Aktyor. Pavel Sisianov — gürcü əsilli rus generalı, Pavel Qraçov — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı.
Həvari Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
II Pavel
II Pavel (lat. Paulus PP. II, əsl adı — Pyetro Barbo, italyanca Pietro Barbo; 23 fevral 1417[…], Venesiya – 26 iyul 1471[…], Roma) — 30 avqust 1464-dən 26 iyul 1471-dək Roma Papası. Pyetro Barbо 23 fevral 1417-ci ildə Venesiyada anadan olmuşdur. Papa IV Yevgeni ilə qohumluq əlaqələrinə sahib olduğuna görə 23 yaşında kardinal təyin olunmuşdur. Papa seçildikdən sonra onu idarə etmək həvəsinə düşən kardinalları itaət altına almağa çalışmışdır. O latın dilini zəif bilirdi. Humanizm tərəfdarı deyildi. Məşhur humanistlər Pomponi Leta (1428-1497) və Platin (ölüm tar. 1481) əleyhinə açılan inkvizisiya prosesi zamanı o, həmin şəxslərin Katolik kilsəsi üçün heç bir təhlükə daşımadığını bildirmişdi. II Pavel onları azad etmək əmrini verdi.
IV Pavel
IV Pavel (lat. Paulus IV;28 iyun 1476 – 18 avqust 1559[…], Roma[…]) — Roma papası.
I Pavel
I Pavel (rus. Па́вел I Петро́вич); 20 sentyabr (1 oktyabr) 1754[…], Sankt-Peterburq – 11 (23) mart 1801 və ya 12 (24) mart 1801[…], Sankt-Peterburq) — Rusiya imperiyasının imperatorudur. Atasının II Yekaterinanın məşuqu Sergey Saltıkov olması barədə yayılan şayələrə baxmayaraq, III Pyotr və II Yekaterinanın yeganə oğlu olaraq qəbul edilir. Ömrünün böyük bir qismini anasının kölgəsində keçirən I Pavelin səltənəti suiqəsdçilər tərəfindən öldürülənədək 5 il davam etdi. Rusiya taxt-tac varisliyində qədim qanunları bərpa etdi və taxt əbədiyyətə qədər Romanovlar sülaləsinə verildi. Pavel Sankt Peterburqda Yelizaveta Petrovnanın sarayında dünyaya gəldi. Anası Sofiya Avqust Frederik (sonradan II Yekaterina), atası isə imperatriça Yelizavetanın varisi olan Pyotr Fyodoroviçdir. Dünyaya gəldikdən sonra imperatriça Yelizavetanın əmrilə dərhal anasından alındı, xüsusi dayələr və Nikita İvanoviç Panin tərəfindən böyüdüldü. Halbuki N. İ. Paninin qardaşı oğlu I Pavelin qatillərindən biri oldu. 1771-ci ildə tifus xəstəliyinə tutulmuş, bu səbəbdən üzündə ləkələr olmuşdur.
Mer-Savel
Mer-Savel (fr. Mayres-Savel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38224. Kommunanın 1999-cu il üçün əhalisi 107 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Moris Ravel
Jozef Moris Ravel (7 mart 1875, Ciboure, Fransa - 28 dekabr 1937, Paris) — görkəmli fransız bəstəkar və pianisti, XX əsrin tanınmış simalarından biri. Əsasən orkestral, instrumental strukturlar və effektlər üzrə uğur qazanıb. Ən tanınmış əsəri "Bolero"dur. Moris Ravel Fransanın Bask bölgəsində, İspaniya sərhəddindən 18 km aralı Sibur kəndində anadan olub. Anası Mari Delouart, Madriddə doğulub böyüyən bask, atası isveçrəli sərmayəçi və sənayeçi idi. 7 yaşından piano dərslərinə gedib, 14 yaşında Paris Konservatoriyasına daxil olub və o dövrün tanınmış musiqiçilərindən olan Qabriel Faure ilə tanış olub. Onlar sonraki 14 ili birlikdə işləyiblər. Moris Ravel Klod Debüssinin yaradıcılığının və ənənələrinin davamçısı olmuşdur. Onun yaradıcılığı XX əsrin əvvəlində yaranmış çoxsaylı cərəyanlara qarşı dururdu (urbanizm, ekspressionizm, konstruktivizm). Yeniliklərə meyl edən Ravel klassik ənənələrə müraciət edirdi.
Müqəddəs Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
Pavel Abrosimov
Pavel Vasilyeviç Abrosimov (rus. Па́вел Васи́льевич Абро́симов; 14 (27) dekabr 1900, Svoboda[d], Kursk quberniyası[d] – 21 mart 1961, Moskva) — SSRİ memarı. Birinci dərəcəli "Stalin" mükafatı laureatı (1949). 1944-cü ildən ÜİK(b)P üzvü. 15 mart 1948-ci ildə Siyasi Büronun iclasında Moskva Dövlət Universiteti üçün yeni binanın tikintisi ilə bağlı 803 nömrəli qərar qəbul edilmişdir. Universitet kompleksinin layihə rəhbərlərindən biri Abrosimov olmuşdur. Bakıdakı stadion layihəsinin memarıdır (müsabiqə layihəsi, 1-ci mükafat, memarlar Arkadi Arkin və V. B. Melkomova ilə birlikdə, 1930). Минкус М. А. Дом правительства УССР в Киеве // Архитектурная газета: Приложение к № 33. — 1938. — 12 июня.
Pavel Adamoviç
Pavel Adamoviç (tam adı: Pavel Boqdan Adamoviç, pol. Paweł Bogdan Adamowicz; 2 noyabr 1965, Qdansk – 14 yanvar 2019, Qdansk Universiteti Klinik Mərkəzi[d], Qdansk, Polşa) — Polşa siyasətçisi və hüquqşünası. O, 1998-ci ildən 2019-cu ildə sui-qəsdə uğramasına qədər Qdansk şəhərinin meri olmuşdur. Adamoviç 1988-ci ildə gerçəkləşən fəhlə tətilinin öndərlərindən biri və tətil komitəsinin sədri idi. O, 1990-cu ildə 1990 Qdansk Şəhər Şurasının üzvü seçilmiş, 1994–1998-ci illərdə isə şuranın sədri olmuşdur. Adamoviç 1998-ci ildə Qdansk şəhərinin meri seçilmiş və 10 noyabr 2002-ci ildə səslərin 72%-ni əldə edərək ikinci dəfə mer seçilmişdir. O, 2018-ci ildə partiyasız olaraq üçüncü dəfə mer seçilmişdir. Adamoviç populist və sağçı hökumətdə tərəqqipərvər bir siyasətçi kimi tanınırdı. O, LGBT hüquqlarını, immiqrantları və etnik azlıqları dəstəkləyirdi. 13 yanvar 2019-cu il tarixində Adamoviç Qdansk şəhərində keçirilən xeyriyyə konsertində bıçaqlı hücuma məruz qalmışdır.
Pavel Akselrod
Pavel Borisoviç Akselrod (rus. Па́вел Бори́сович Аксельро́д, 25 avqust 1850 – 16 aprel 1928, Berlin) — Menşevik lider, "İskra"nın jurnalisti. Pavel Borisoviç Akselrod 25 avqust 1850-ci ildə Rusiyada anadan olmuşdu. Pavel Akselrod 16 aprel 1928-ci ildə vəfat edib.
Pavel Aleksandrov
Pavel Sergeyeviç Aleksandrov (25 aprel (7 may) 1896, Noqinsk, Rusiya imperiyası – 16 noyabr 1982[…], Moskva) — SSRİ riyaziyyatçısı; topologiya üzrə elmi məktəbin yaradıcısı; çoxluqlar nəzəriyyəsi və funksiyalar nəzəriyyəsi sahələrində də çalışmışdır. Pavel Aleksandrov 7 may 1896-cı ildə Moskvada doğulub. 16 noyabr 1982-ci ildə Moskvada vəfat edib. Pavel Sergeyeviç Aleksandrov universitetdə oxuduğu illərdə bir çox araşdırmalar etmişdir. Həm funksiya , həm də çoxluqlara dair usaqlar üçün Riyaziyyat ensiklopediya tərtib etmişdir . Onun nəzəriyyəsi o dövrün alimləri üçün çox bəyənilmişdir . Rusiyanın , Amerika Birləşmiş ştatlarının Elmlər akademiyasının üzvlüyünü daşımışdır. Sovet riyaziyyatçısı , həmçinin professor , elmlər doktorudur.
Pavel Amnuel
Pavel Amnuel — yəhudi elmi fantastika yazıçısı, fizik. 20 fevral 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmiş və 23 il Şamaxı Astrofizika Rəsədxanasının ulduz atmosferi laboratoriyasında işləmişdir. 1979-cu ildən isə Fizika İnstitutunda işləyirdi. 70-dən çox elmi məqaləsi və 5 elmi fantastika janrında kitabı var. 1990-cı ildə İsrailə köçmüşdür. İlk kitabı Bu gün, sabah, həmişə 1984-cü ildə yayımlanmışdır. Zaman bombası Partlayış Kainatın bütün qanunları Yüksək tədbir Səma yuxarıda, dağlar yuxarıda, bulud yuxarıda...
Pavel Anosov
Pavel Petroviç Anosov (29 iyun (10 iyul) 1796 və ya 1799, Tver və ya Sankt-Peterburq – 13 (25) may 1851, Omsk, Qərbi Sibir general-qubernatorluğu[d]) – rus metallurqu. 1917–47-ci illərdə Zlatoust zavodlarında işləmişdir. P. Anosov yüksək keyfiyyətli tökmə polad alınması proseslərini, metalın qaz sementlənməsi (dünyada ilk dəfə) prosesini, çuqunun əritmə yolu ilə polada çevrilməsi üsullarını, oda davamlı putaların alınma texnologiyasını və s. işləyib hazırlamışdır. İlk dəfə 1931-ci ildə polad ərintilərinin daxili quruluşunu tədqiq etmək üçün mikroskopdan istifadə etmiş və bununla da metalların mikroskopik analizinin əsasını qoymuşdur. Anosovun tədqiqatlarının nəticələri "Poladlar haqqında" (1941) kitabında ümumiləşdirilmişdir. 1993-cü ildə Rusiya Elmlər Akademiyası P. Anosov adına mükafat təsis etmişdir.
Pavel Antokolski
Pavel Qriqoryeviç Antokolski (rus. Па́вел Григо́рьевич Антоко́льский; 1 iyul 1896[…], Sankt-Peterburq – 9 oktyabr 1978[…], Moskva) — rus sovet şairi, tərcüməçi və dramaturq. Pavel Antokolski Sankt-Peterburqda daimi vəkil və daimi stryapçi köməkçisi Gerşon Movşeviç Antokolski (1864—1941) və Olga Pavlovna Antokolskaya (? -1935) ailəsində anadan olmuşdur. Atası özəl firmalarda işləmiş, daha sonra 1933-cü ilə qədər sovet müəssisələrində xidmət etmişdir. Anası Fröbel kurslarına gedirdi. Ailə Vilne şəhərində yaşayırdı, burada onun Yevgeniya (1900), Nadejda (1903) və Mariya adlarında bacıları dünyaya gəlmişdilər. 1904-cü ildə ailə Moskvaya köçdü, burada gələcək şair özəl gimnaziyaya girdi. 1915-ci ildə Moskva Dövlət Universitetinin Hüquq fakültəsində oxudu (məzun olmadı). 1918-ci ildə onun yazıları nəşr olunmağa başlandı.
Pavel Blyaxin
Pavel Andreyeviç Blyaxin (25 dekabr 1886, Saratov, Rusiya - 19 iyun 1961, Moskva, Rusiya) — Ssenari müəllifi. 1905-1907-ci illər inqilabının iştirakçısı olmuş və Bakıda inqilabi fəaliyyət göstərmişdir. 20-ci illərdə Bakı xalq maarif şöbəsinin müdiri işləmiş, ədəbi fəaliyyətə 1919-cu ildən başlamışdır. Əsasən inqilabi əsərlərin müəllifidir. Kinoda 1923-cü ildən fəaliyyət göstərmişdir. Orden və medallarla təltif olunmuşdur.
Pavel Durov
Pavel Valeryeviç Durov (rus. Павел Валерьевич Дуров; 10 oktyabr 1984, Leninqrad) — VKontakte sosial şəbəkə saytının və Telegram proqramının yaradıcısı kimi tanınan rusəsilli Fransa və BƏƏ sahibkarı. Nikolay Durovun kiçik qardaşıdır. 29 sentyabr 2022-ci il tarixinə olan məlumata görə onun sərvəti 15,1 milyard ABŞ dolları dəyərindədir. 2022-ci ildə Forbes jurnalına görə BƏƏ-nin ən varlı adamı kimi tanınıb. 2023-cü ilin fevralında Arabian Business onu Dubayın ən güclü sahibkarı adlandırırdı. 2014-cü ildə VK-nın baş direktoru vəzifəsindən azad edildikdən sonra bir neçə il ərzində Durov qardaşları Sent-Kits və Nevis vətəndaşları kimi könüllü sürgün kimi dünyanı gəzdilər. 2017-ci ildə Finlandiyanın nümayəndəsi kimi Dünya İqtisadi Forumunun Gənc Qlobal Liderlər qrupuna qoşulub. Durov 2021-ci ilin avqustunda Fransa vətəndaşlığına qəbul edilib və buna görə də hazırda Avropa İttifaqı vətəndaşlığına sahibdir. Pavel Durov Leninqradda anadan olub, lakin uşaqlığının çox hissəsini atasının işlədiyi İtaliyanın Turin şəhərində keçirib.
Pavel Elyanov
Pavel Elyabov (ukr. Павло Володимирович Ельянов; 10 may 1983, Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna şahmatçısı, qrosmeyster. Pavel komandalararası şahmat olimpiadalarında iki qızıl medal və individual yarışlarda bir gümüş medal qazanmışdır. 2007-ci ildə Corus B turnirinin qalibi olaraq əsas turnirinə vəsiqə qazanmışdır. Sarayevoda keçirilən 2009 Bosna Şahmat Turnirinin qalibi oldu (7/10). Turnir ikili dairəvi sistem üzrə 6 nəfərdən ibarət idi. 2010-cu ilin mayında Həştərxanda keçirilən FIDE Grand Prix seriyasından olan turnirdə qalib gəlmişdir. 2012-ci ildə Aeroflot Opendə 1–3-cü yerləri bölüşdürmüşdür. 2014 Ukrayna Çempionatında 11 oyundan 7.5 xal ilə birinci oldu. 2014-cü ildə Şəmkir Beynəlxalq Şahmat Turnirinin B qrupunun qalibi oldu.
Pavel Filonov
Pavel Nikolayeviç Filonov (rus. Павел Николаевич Филонов) (8 yanvar, 1883 – 3 dekabr, 1941)—Sovet rəssamı. Pavel Nikolayeviç Filonov Moskvada (8 yanvar 1883-cü il) kasıb bir ailədə dünyaya göz açıb. Sonbeşik Paveldən savayı, ailədə daha beş uşaq böyüyürdü. Pavelin dörd bacısı və bir qardaşı vardı. Pavel altı yaşında ikən atası "kuçer Nikolay" dünyasını dəyişir, ailənin bütün qayğıları bədbəxt ananın çiyinlərinə düşür. Pavelin böyük bacısı kifayət qədər zəngin bir insanla ailə qurmuşdu. Bu insanın sayəsində uşaqlar, o cümlədən Pavel yaxşı təhsil ala bilmişdilər. On altı yaşlı Pavel ilk rəssamlıq təhsilini Peterburq bədii emalatxanasında alıb, sonra o, L. Dmitriyev-Kafkazskinin özəl studiyasında rəssamlıq sənətinin sirlərinə yiyələnib. Dmitriyev-Kafkazskinin özəl rəsamlıq studiyası bir zamanlar Peterburqda böyük nüfuza malikdi, tanınmış batalist rəssam Mixail Avilov, illüstrator və teatr rəssamı Mstislav Dobujinski, ekspremetçi-rəssam David Kakabidze və çox tanınmış sənətkarlar müxtəlif vaxtlarda L. Dmitriyev Kafkazskinin tələbələri olmuşdular.
Pavel Florenski
Pavel Florenski (tam adı: Pavel Aleksandrviç Florenski; d. 9 (21) yanvar 1882, Yevlax, Cavanşir qəzası – 8 dekabr 1937[…], Leninqrad vilayəti) — XX əsrin görkəmli alimi, rus ilahiyyatçısı, filosofu və riyaziyyatçısı. Pavel Aleksandrviç Florenski 1882-ci ilin yanvarın 21-də (Yuli təqvimi ilə 9-da) Yevlax yaşayış məntəqəsində anadan olmuşdur. O, 1879–1883-cü illərdə Bakı-Tiflis dəmir yolunu çəkən baş mühəndis Aleksandr İvanoviç Florenskinin oğludur. P. Florenskinin uşaqlığı Yevlaxda keçmişdir. O, Tiflisdə klassik gimnaziyanı bitirdikdən sonra Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş və bitirdikdən sonra dinə olan marağına görə Moskva Dini İlahiyyət Akademiyasında təhsil almışdır. Təhsilini bitirdikdən sonra 1920-ci ilə Anna Giyatsintova ilə ailə həyatı qurmuşdur. P. Florenski 1911-ci ildə keşiş təyin edildi. Artıq, 1912-ci ildə 30 yaşlı Pavel Florenski Pravoslav kilsəsinin din xadimi kimi bütün Rusiyada tanınırdı. O, çar II Nikolayın etimadını qazanmışdı, onunla dostluq əlaqələri vardı.
Pavel Karyagin
Pavel Mixayloviç Karyagin — Çar ordusunun polkovniki, 17 Yeger alayının komandiri. Pavel Karyagin 1761-ci ildə Poltava şəhərində zаdəgаn аiləsində аnаdаn оlub. Хаsiyyətcə qəddаr оlmаsını nəzərə аlаn vаlidеynləri Pаvеli Hərbi məкtəbə qоyurlаr. 1778-ci ildə həmin məкtəbi bitirir. 1781-ci ildə prapоrşiк rütbəsi аlır. 1783-cü ildən Qаfqаzdа fəаliyyət göstərən Yеgеr pоlкundа хidmət еdir və müхtəlif rütbələrə yüкsəlir. 1784-1791-ci illərdə Türкiyəyə qаrşı Rus оrdusundа döyüşür və bunа görə P.P.Rumyаntsеvin təqdimаtı ilə оnа mаyоr rütbəsi vеrilir və Gеоrgi Хаçı оrdеni ilə təltif еdilir. 1796-cı ildə Vаlеriаn Zubоvun Аzərbаycаnа yürüşü zаmаnı P.M.Каryаgin хüsusi хidmət göstərmiş, Gəncə, Şəmкir, Şirvаn, Qаrаbаğ, Dərbənd, Bакı və s. yеrlərdə gеdən döyüşlərdə хüsusi qəddаrlıqlаr törətmişdir. V.Zubоv Аzərbаycаndаn gеri çаğrılаrкən Qаrаbаğdакı Hərbi Hissənin rəhbərliyini P.M.Каryаginə tаpşırır.
Pavel Kiselyov
Qraf (1839-cu ildən) Pavel Dmitriyeviç Kiselyov (rus. Павел Дмитриевич Киселёв; 19 yanvar 1788, Moskva – 26 noyabr 1872, Paris) - rus dövlət xadimi, general-adyutant (1823), piyada generalı (1834). 1828-1829-cu illər Rusiya-Osmanlı müharibəsi zamanı Dunay knyazlıqlarında rus qoşunlarının komandanı olub. 1829-1834-cü illərdə Rusiyanın protektoratı altında olan Dunay knyazlıqlarını idarə etmiş, onun rəhbərliyi ilə Moldova və Valaxiyanın ilk konstitusiyaları - üzvi reqlamentlər qəbul edildi. Təhkimçiliyin ləğvinin ardıcıl tərəfdarı. Dövlət kəndlilərinin həyatında islahatlar aparan ilk dövlət əmlak naziri (1837-1856) (1837-1841). Krım müharibəsindən sonra Rusiyanın Fransadakı səfiri (1856-1862) olub.
Pavel Klimkin
Pavel Klimkin (ukr. Павло Анатолійович Клімкін; d. 25 dekabr 1967, Kursk, SSRİ) — Ukraynalı diplomat, dövlət xadimi və Ukrayna Xarici İşlər Naziri. 25 dekabr 1967-ci ildə Kurskda anadan olmuşdur. 1991-ci ildə Moskva Fizika- Texnologiya İnstitutunun Aerofizika və kosmik tədqiqat fakültəsini bitirmişdir. İlk həyat yoldaşı olan, Natalya Klimkin, Hollandiyadakı Ukraynanın birinci Səfirliyinin katibi vəzifəsində çalışır. İkinci həyat yoldaşı Marina Yuriyevna Xarici Siyasət və Avropa İnteqrasiyası Baş İdarəsinin müavini, Ukrayna Prezident Asministrasiyasının Xarici Siyasət şöbəsinin müdiri vəzifəsində çalışır.. 1991-1993-cü illərdə Elektrik qaynaqları İnstitutunda elmi işçi; 1993-1997-ci illərdə - üçüncü, ikinci Xarici İşlər Nazirliyinin Hərbi nəzarəti və Silahsızlanma Departementinin Xarici İşlər naziri katibi; 1997-2000-ci illərdə - Ukraynanın Almaniyadakı səfirliyinin üçüncü, elmi-texniki və siyasi məsələlər üzrə ikinci katibi; 2000-2002-ci illərdə - Xarici İşlər Nazirliyinin İqtisadi Əmakdaşlıq Departamentinin Nüvə və Enerji Təhlükəsliyi üzrə müşaviri; 2002-2004-cü illərdə Ukrayna Xarici İşlər Nazirliyinin Avropa İnteqrasiyasının Avropa Birliyi ilə İqtisadi və Sektor Əməkdaşlığı Departamentinin rəhbəri; 2004-2008-ci illərdə Böyük Britaniyanın Ukraynanın Səfirliyinin məsləhətçi-səfiri; 2008-ci il mart ayından 2010-cu ilin aprel ayına qədər - Ukrayna Xarici İşlər Nazirliyinin Avropa Birliyi Departamentinin direktoru; 2011-ci il 29 aprel - 22 iyun 2012-ci il tarixinədək Ukrayna Xarici İşlər Nazirinin müavini; 2012-ci il 22 iyundan - 2014-cü il 19 iyun Ukraynanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri ; 2014-cü il 19 iyundan Ukrayna xarici işlər naziri; 2014-cü il 24 iyundan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvü; 2015-ci ilin martında bütün Rus mətbuatı şəxsi boykot elan etdi, eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyi akkreditasiyasını dayandırıldı; 2016-cı il 14 apreldə hökumət vəzifədən alındı, yeni hökumətdə Klimkin Ukraynanın Xarici İşlər Naziri vəzifəsini tutdu; 2018-ci il 2 fevral tarixində verilən, "Rheinische Post" qəzetinə verdiyi müsahibədə, Pavel Klimkin Krımda işləmək üçün Almaniyanın Volkswagen və Adidas şirkətlərinə qarşı tədbirlər hazırlamaq niyyətini açıqladı.. Pavel Klimkin ukrayn, rus, fransız ingilis və alman dillərini bilir.
Pavel Klimov
Klimov Pavel Dmitriyeviç (rus. Павел Дмитриевич Кли́мов; d. 7 fevral 1920, Bakı, Azərbaycan – ö. 8 dekabr 1992, Moskva) — kiçik leytenant, Sovet İttifaqı Qəhrəmanı (24 iyul 1943) Pavel Klimov 7 fevral 1920-ci ildə Bakı şəhərində doğulmuşdur. Milliyətcə rusdur. 1941-ci ildə Hərbi Dəniz Təyyarəçilik Məktəbini bitirmişdir. Bakı ŞHK-dan orduya çağırılmışdır. Qırıcı təyyarəçi Kiçik leytenant Pavel Klimov döyüşlərdə göstərdiyi igidliyə görə 24 iyul 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 1959-cu ildə Baş Ştabın Akademiyasını bitirmişdir. Qvardiya polkovniki rütbəsində SSRİ Müdafiə Nazirliyində çalışmışdır.
Pavel Maykov
Pavel Sergeyeviç Maykov (doğ. 15 oktyabr 1975, Mıtişi) — rus aktyor və teleaparıcı, 2008-ci ildən bəri müğənni və müsiqiçi, "ButterBrodsky", "7 faiz" və "Maqrit" musiqi qruplarının yaradıcısı. Pavel Sergeyeviç Maykov 1975-ci ilin 15 oktyabr tarixində Moskva əyalətində yerləşən Mıtişi şəhərində rəssam və sürücü ailəsində dünyaya göz açmışdır. . 1982-ci ildən 1992-ci ilə qədər Kievdə yaşamışdır. Kievdə yerləşən 26 № -li musiqi məktəbinin skripka və fortepiano sinfini bitirmişdir. 1992-ci ildə 1 №-li orta məktəbi bitirərək Rusiya teatr sənəti institutunun (QİTİS) "dram teatr aktyorluğu" fakultəsində Pavel Xomskinin sinfinə daxil olmuşdur. 1998-ci ildə təhsilini orada başa vurmuşdur. Diplom tamaşasında məşhur ingilis dramaturqu Uilyam Şekspirin "İki veronalı" pyesində baş qəhrəmanlardan biri olan - mənfi obraz olan Proteyi oynamışdır. 1998-1999-cu illərdə Moskva dövlət dram teatrı "Sfera"da aktyor kimi fəaliyyət göstərmiş, orada "Vestsayt əhvalatı" tamaşasında Rif rolunu oynamışdır.
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Qaven
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.