Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dirayə
Dirayə hədisin sənədi, mətni, təriqi - istər səhih ola istərsədə əlil və həmçinin məqbulu mərduddan ayırmaq üçün ehtiyyac duyulanlardan bəhs edən elmdir. Şeyx Bəhauddin Amili "əl-Vəcizə" kitabında dirayə elminə bu cür tərif vermişdir: "Dirayə hədisin sənədi, mətni, necə təhəmmül olunması və nəql olunma ədəblərindən bəhs edən elmdir. Ayətullah Cəfər Subhani Dirayə elmini bu cür tərif etmişdir: Dirayə hədisə sənəd və ya mətn baxımından ariz olan hallardan bəhs edən elmdir. Sənəd dedikdə ayrı-ayrı ravilər deyil, hədisin tam təriqi (ravilər məcmusu) nəzərdə tutulur. Raviləri ayrı-ayrıliqda, məfəssəl şəkildə araşdırmaq isə "rical" elminin öhdəsinə düşür. Yuxarıda deyilənlərə aydınlıq gətirək: Hədisin təriqinə ariz olan hallara nümunə: Əgər deyilsə ki, hədisin raviləri siqa və imamilərdir hədis səhihdir. Hədisin ravilərinin hamısı siqa lakin qeyri-imamilər olarsa və yaxud yalnız biri qeyri-imami olarsa hədis müvəssəq hesab olunur. Ravilər imami məmduh olarlarsa həsən, olmazlarsa hədis zəif hesab olunur. Buradan da rical elmi ilə dirayə elminin fərqi aydın olur. Rical elmində hədisin raviləri ayrılıqda, müfəssəl şəkildə, dirayə elmində isə hədisin sənədi bütövlükdə nəzərdən keçirilir.
Giləşə
Giləşə — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Giləşə Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Oykonimin Azərbaycan dilindəki küləş sözünun Talışca "saman, samanlıq" mənasını verən giləşə variantında olması ehtimal edilir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi xırman olan sahədə, samanlıqda salındığı üçün belə adlandırılmışdır. Ərazidəki evlərin tikilməsində saman qarışdırılmış gil kərpiclərdən istifadə olunur. Başqa bir fikrə görə, oykonim Niləvişə adının təhrif forması olub, "nil meşəsi" mənasındadır. == Etimologiyası == Giləşə Küləş sözünün təhrif formasıdır. Coğrafi ad Azərbaycan dilindəki küləş sözü və kənd termininin birləşməsindən yaranmışdır.
Kinayə
Kinayə — komizm üsullarından biri, fikrin ifadəsi üçün sözün, ifadənin, cümlənin əks mənada işlədilməsi. Ərəb sözü olub, “dolayı yolla məna ifadə edən söz; tənə ilə söylənən söz” mənasında işlənir. Fikrin ifadə tərzinin onun daxili mənasına qarşı qoyulması kinayə adlanır. Kinayənin əsas xüsusiyyəti odur ki, söz, ifadə iki mənada başa düşülə bilir, lakin müstəqim məna deyil, əks, neqativ məna əsas götürülür. Əsas məna ilə əks məna arasında ziddiyyət nə qədər kəskin olarsa, kinayə də o qədər güclü olur. Kinayə gülüş yaratma üsullarından biri kimi, həm yumora, həm də satiraya xidmət edir, lakin daha çox satirik xarakter daşıyır. Kinayədən komizm üsulu kimi istifadə tarixi çox qədimdir. Hələ vaxtilə “Mən onu bilirəm ki, heç nə bilmirəm” deyən qədim yunan filosofu Sokrat kinayəli nitqdən geniş istifadə etmişdir. Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani və başqalarının yaradıcılığında fikrin kinayəli ifadəsi mühüm yer tutur. Kinayədə, adətən, mənfi bir cəhət müsbət görünüşlə təqdim olunur.
Vilayət
Vilayət (ərəb. إقليم‎ — vilayət , valilik — valinin təyin olunduğu əyalət) — bir sıra dövlətlərdə inzibati-ərazi vahidi. == Sözün mənşəyi == Sözün mənşəyi latın dilindən «provincia» gəlir. Qədim Romada, bu, Apennin yarımadasının xaricində yerləşən və Roma qubernatorları tərəfindən idarə olunan Romaya tabe olan ərazilərin adı idi, yəni xarici ərazilər "Vilayət" sözü, ehtimal ki, latınca pro- ("adından") və vincere ("nəzarəti ələ keçirmək") sözlərindən qaynaqlanır. Beləliklə, vilayət, Roma hakimləri adından Roma hakimliyi tərəfindən idarə olunan bir ərazi idi. Roma İmperiyası da vilayətlərə bölünmüşdür. == Müasir dövlətlərdə və ölkələrdə == Latın «provincia» yaxın sözlər Argentina, Kanada, Belçika, İspaniya, İndoneziya və bəzi digər əyalətlərdə və ölkələrdə ərazi bölgüsünü göstərir. Bir çox əyalətdə və ölkədə əyalət nisbətən böyükdür, əyalət qanunverici orqanlarındakı təmsilçilərini ərazi bölgüsü ilə seçir (bir çox ingilisdilli əyalətlərdə və ölkələrdə bir rayon kimi). Digərlərində, dövlətin və ölkənin qanunverici orqanlarında nümayəndələri olan əhəmiyyətli bir muxtariyyətə və kifayət qədər geniş bir əraziyə sahib olan yerli bir vahiddir. Fransada, heç bir muxtariyyət olmadan ərazi vahididir, yəni mərkəzi bir orqan tərəfindən yaradıla və ya ləğv edilə bilər.
Giday
Giday (fars. گداي‎‎) və ya Əhmədabad - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Gilah
Gilah—Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi ləzgilərin məskunlaşdığı kəndlərdəndir. Oykonim gilək etnoniminin bir qədər təhrifə uğramış formasıdır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 98 nəfər əhali yaşayır.
Gilan
Gilan ostanı — İranın şimal-qərbində ostan. Gilan dili — Şimal-qərbi İran dillərindən biri. Xaraba Gilan — Ordubad şəhəri yaxınlığında orta əsrlərə aid şəhər xarabalığı. Gilan Holding — Azərbaycanda şirkət.
Gilar
Gilar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gilar Yardımlı rayonunun Şəfəqli inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahili ilə İran sərhədi arasında dağətəyi ərazidədir. Etnotoponimdir. Qədim Volqa Bulqarıstanında XIII-XIV əsrlərdə Gilan şəhəri və gilan tayfası qeydə alınmışdır. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Qədim Volqaboyu Bulqarıstanından köçüb gəlmiş və Ərdəbildə məskunlaşmış türkman tayfaları sonradan indiki Yardımlı rayonuna köç ediblər və Gilar kəndini salıblar. Gilar kəndində tarixi məzarlıqda Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkiz güşəli simvollar yer alır. Hazırda Ərdəbildə də Gilarlu kəndi var. Bəzi məlumatlara görə, Türkmənistanda da eyniadlı şəhər mövcuddur.
Gilas
Gilas (lat. Cerasus avium) – gavalı cinsinə aid bitki növü.Gilas Azərbaycanda çox geniş yayılmışdır. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır. == Yabanı gilas == Gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir. Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır.
İlahə
İlah (kişi) və ya İlahə (qadın) (ərəb. إله‎) — müqəddəs hesab olunan, fövqəltəbiilik və ya ölümsüzlük xüsusiyyətlərinə malik olan sima. Sitayiş və pərəstiş obyekti. İlahlar müxtəlif obrazlarda və daha çox insan və ya heyvan şəklində təsvir olunurlar. Bəzi dini etiqadlar ilahların hər hansı formada təsvir edilməsini küfr hesab edirlər. İlahlar bir qayda olaraq ölümsüz olurlar, individuallığa və həmçinin insana xas olan şüur, istək və emosiyalar kimi xüsusiyyətlərə malik olurlar. Təbiət hadisələri — ildırım çaxması, sel daşqınları, zəlzələlər, digər "fors-major hallar" və möcüzələr ilahların əməlləri kimi qəbul edilir. Möminlərin hesab edirlər ki, bəzi ilahlar insanın taleyini müəyyən edir, onun doğulması və ölümünü tənzimləyir, dünyanı və kainatı, yaxud onların ayrı-ayrı elementlərini yaradırlar. İlahələrə misal ağıllılıq ilahəsi Afina, səfehlik ilahı Ate, dəniz ilahı Poseydon, alov ilahı Hefest, ov ilahəsi Artemis, torpaq ilahı Artey, çaylar, sular ilahı Axel, evlilik ilahəsi Yuno, hərb ilahı Appolon, müharibə ilahı Mars, kələkbazlıq ilahı Hermes, yeraltı aləmin ilahı Aid'dir.
Antarktik vilayət
Antarktik vilayət — biocoğrafi vilayətlərdən biri, burada həmişə şaxta olur. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Arid vilayət
Arid vilayət (aridus quru) — buxarlanmanın düşən çöküntülərin miqdarından mühüm dərəcədə üstümlük təşkil etdiyi quru (arid) iqlimli ərazi. A.v.çayların mənbələri bu ərazidən kənarda yerləşir və ancaq ən böyük çaylar okeana və dənizə çatır. Aridlik dərəcəsinə görə aşağıdakı növlərə ayrılır.
Aryana (vilayət)
Aryana (ərəb. ولاية أريانة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Aryana vilayətinin ərazisi 482 Km2-dır. Aryana vilayəti Aralıq dənizinin sahilində yerləşir. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Aryana vilayətinin əhalisi 576 088 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Beca (vilayət)
Beca vilayəti (ərəb. باجة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Beca vilayətinin ərazisi 3 740 km2-dır. Beca vilayəti Aralıq dənizinin sahilində yerləşir.
Bizerta (vilayət)
Bizerta vilayəti (ərəb. بنزرت‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Bizerta vilayətinin ərazisi 3 750 km2-dır. Bizerta vilayəti Aralıq dənizinin sahilində yerləşir.
Cenduba (vilayət)
Cenduba vilayəti (ərəb. جندوبة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Cenduba vilayətinin ərazisi 3 100 km2-dır. Cenduba vilayəti Aralıq dənizinin sahilində yerləşir və Əlcəzair ilə həmsərhəddir.
Dilarə Azaflı
Dilarə Azaflı (Zeynaova Dilarə Mikayıl qızı; 5 mart 1947, Azaflı, Tovuz rayonu – 25 avqust 2005, Bakı) — Azərbaycan aşığı. == Həyatı == Zeynalova Dilarə Mikayıl qızı (Dilarə Azaflı) 5 mart 1947-ci ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub və 1965-ci il də oranı bitirib. 1971-ci ildə Bakı şəhəri Biləcəri qəsəbəsi 2 saylı Dəmiryol orta məktəbində, 1973-cü ildə 5 saylı (indiki 300 saylı) orta mnəktəbdə müəllimlik etmişdir. "Xalq maarifi əlaçıçı", "Fəxri dəmiryolçu", dəfələrlə "İlin müəllimi"adlarına layiq görülüb. Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü olub. 1984-cü ildə Aşıq Pəri Məclisinin üzvü olub. == Yaradıcılığı == 14 yaşından seir yazmağa başlayan Dilarə Azaflı 1985-ci ildən dövrü mətbuatda çap olunmağa başlayır. "Aşıq Pəri Məclisi və el şairələri" (1987), "Azərbaycan poeziya almanaxı" (1991), "Dan ulduzu" (1998), "Haqqım var yaşamağa" (2001), "Aşıq Pəri Məclisi" (2004) kitablarında və digər almanaxlarda şeirləri çap olunub.
Dilarə Babayeva
Dilarə Aydın qızı Babayeva (11 dekabr 1986; Sumqayıt, Azərbaycan — 30 avqust 2016; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, Dövlət Sərhəd Xidmətinin yeganə qadın hərbi pilotu. == Həyatı == Dilarə Babayeva 1986-cı il dekabrın 11-də Sumqayıt şəhərində anadan olub. Dilarə Babayeva 1993-cü ildə Sumqayıt şəhəri "Təfəккür" Liseyinin birinci sinfinə qəbul olub və 2004-cü ildə oranı bitirib. Orta təhsilini başa vurandan sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) verən Dilarə Babayeva, 2008-ci ildə oranı "Artilleriya heyətində hərbi qulluq üçün idarəetmə mühəndisliyi" ixtisası üzrə bitirdi. Ailəli idi. == Hərbi xidməti == Dilarə Babayeva 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin 2014-cü ildə imzaladığı əmrə əsasən Dilarə Babayevaya "baş leytenant" hərbi rütbəsi verildi. 2015-ci ildə isə Dilarə Babayevaya "kapitan" hərbi rütbəsi verildi. == Ölümü == Dilarə Babayeva 2016-cı il avqustun 30-da qida zəhərlənməsi diaqnozu ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib və həmin gün vəfat edib. Dilarə Babayeva hamiləliyinin 36-cı həftəsində idi.
Dilarə Cəbrayılova
Dilarə Məmmədağa qızı Cəbrayılova — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. == Həyatı == Dilarə Məmmədağa qızı Cəbrayılova 1971-ci il iyun ayının 3-də Bakı şəhərində anadan olmuşdur.1978-ci ildə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktbə daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstutuna daxil olmuş, 1993-cü ildə həmən İnsitutun Rus dili və Ədəbiyyatı ixtisası üzrə təhsilini tamamlamışdır 1996-cı ildən 2012-ci ilə qədər Sabunçu rayonu Nardaran qəsəbəsi 130 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2004-cü ildə Bakı Slavyan Universitetinə daxil olmuş, 2005-ci ildə Yenidən hazırlanma və ixtisasartırma kursunu bitirərək tarix ixtisasına yiyələnmişdir.2012-ci ilin sentyabr ayından isə Nardaran qəsəbəsində yerləşən 295 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır.2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2015-ci ildə 27 saylı Sabunçu II Seçki Dairəsindən Azərbaycan Respublikası V Çağırış Milli Məclisin deputatı seçilmişdir. Milli Məclisin Aliə ,qadın və uşaq məsələləri komitəsinin üzvüdür. Brazilya,İtaliya , Kanada ,Qazaxıstan, Qətər,Litva,Polşa, Türkiyə, Türkmənistən, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Dilarə Dostuzadə
Dilarə Əlimuxtar qızı Dostuzadə — Azərbaycan alimi, Karreksion pedaqogika üzrə fəlsəfə doktoru, dosent == Həyatı == Dilarə Dostuzadə 1946-cı il yanvarın 26-da Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Türkan qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1953-cü ildə qəsəbədəki 119 saylı orta məktəbə daxil olmuş, 1960-cı ildə həmin məktəbin VIII sinfini bitirmiş, 79 saylı Fəhlə və Gənclər məktəbinə daxil olmuş və 1962-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1961—1966-cı illərdə 119 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri vəzifəsində çalışmışdır. 1963—1964 tədris ilində V.İ.Lenin adına APİ-nin "İbtidai təhsil pedaqokikası və metodikası" fakültəsinin axşam şöbəsinə daxil olmuş, 1969-cu ildə oranə bitirmişdir. 1966-cı ildən 119 saylı orta məktəbdə sinif müəllimi işləməyə başlamışdır. 1970—1975-ci ilə kimi yerli sovetlərə deputat seçilmişdir. 1971-ci ildə pedoqoji fəaliyyətinə görə "Əməkdə fərqlənmə üzrə medalı" ilə təltif olunmuşdur. 1973—1975-ci ilə kimi 119 saylı orta məktəbdə "Tərbiyə işləri üzrə direktor müavini" vəzifəsində işləmişdir. 1979—1990-cı illərdə Respublika 1 saylı karlar internat məktəbində müəllim işləmişdir. 1987-ci ildə Azərbaycan SSR Pedaqoji Cəmiyyətinin "Fəxri Fərmanı"na layiq görülmüşdür.
Dilarə Fərəcullayeva
Dilarə Fərəcullayeva (tam adı: Dilarə Rəhim qızı Fərəcullayeva; 29 may 1957) — Azərbaycan kino və teatr aktrisası. == Həyatı == 1957-cu il sentyabrın 29-da Bakı şəhərində doğulub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1979-1987-ci illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram, 1992-1997-ci illərdə Bakı Bələdiyyə Teatrlarında aktrisa vəzifəsində işləyib. 1997-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Teatr səhnəsindəki rolları == Vlasta - («Məktub», Panço Pançov) Zərnigar - («Arvadımın əri», Xuqayev) Müxbir - («Bütün şərq bilsin», Oqtay Məmmədov) Vera- («Polad əridənlər», Bokaryev) Vanda - («İtkin ər», Əli Əmirli) Qəmər - («Xoşbəxt gün», Əli Əmirli) Müxbir- («Varlı qadın», Əli Əmirli) Bikə - («Vida marşı», F.Mustafayev) Mariya - («Qara qutu», F.Mustafayev) Cadugər - («Makbet», V.Şekspir) Qadın - («Tədbirə qarşı tədbir», B.Şekspir) Savka Xala - («Nazirin xanımı», Nuşic) Şlyapa - («Aktyor və krall», Qorin) İnzibatçı - («Əbləhlərin toyu», R.Əlizadə) Həqiqət – («Məkirlərin vəkilləri», R.Əlizadə) Culiya – («Siçan və pişik», R.Əlizadə) Qaz – («Tülkü həccə gedir», R.Əlizadə) Gülbəri– («Təzə gəlin», Ü.Hacıbəyov) Məşədxanım – («Pasport», R.Abdullayev Zülhədcə – («Tənha qovaq ağacı», C.Nurəddin) Cadugar-«Uzunburun cırtdan», Qrin qardaşları) Aparıcı – («Yaxşı padşahın nağılı», Anar) Yasəmən – («İnan mənə», A.İdrisoğlu) Nailə – («Axırı sakitlik», E.Hüseynbəyli) Cavan qız – («Labirint», E.Hüseynbəyli) Valeriya – («Ördək ovu», A.Vampilov) Ana – («Anamın gəlinlik paltarı», Ə.Bərəkət) Lyuba – («Vicdanın hökmü», H.Mirələmov) Kəndli – («Hekayəti-xırs-quldurbasan», M.F.Axundov) Missis Beduin – («Oliver Tvistin macəraları» Ç.Dikkens) Zəhra – («Mənim ağ göyərçinim» T.Vəliyeva) Xeyransa – («Buzovna kəndinin əhvalatları» Elçin) Nuhun qövmü – («Əlincə qalası» Dilsuz) == Filmoqrafiya == Sirr (teleserial, 2012) Ögey ata (film, 2013) Həyat varsa...
Dilarə Fətəliyeva
27 iyun 1958-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Azərbaycan Dövlət Xarici Dillər Universitetini bitirmişdir. Kinodramaturq Ramiz Fətəliyevin həyat yoldaşıdır.
Dilarə Hüseynova
Dilarə Əşrəf qızı Hüseynova — fizika-riyaziyyat elmləri doktoru (1992), professor == Həyatı == Dilarə Əşrəf qızı Hüseynova 1941-ci il avqustun 22-də Bakıda, görkəmli alim Əşrəf Hüseynovun ailəsdində anadan olmuşdur. O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Fizika fakultəsini bitirmişdir. Elə həmin ildə Azərbbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant olaraq işə başlamış, sonra kiçik elmi işçi (1964—1977), böyük elmi işçi (1977—1994), aparıcı elmi işçivəzifələrində çalışmıdır. Hal-hazırda həmin institutun baş elmi işçisidir. D.Ə.Hüseynova 1975-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1992-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1993-cü ildə isə professor elmi adını almışdır. Haqqında "XX əsrin görkəmli şəxsiyyətləri", "XX əsrdə kim kimdir" bioqrafik ensiklopediyalarında məlumatlar verilmişdir. Akademik Eldar Salayevin həyat yoldaşıdır. Elmi əsərlərinin sayı — 85 Xaricdə dərc olunan əsərlərinin sayı — 67 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı — 61 Kadr hazırlığı — 1 elmləri doktoru və 3 fəlsəfə doktoru Dil bilikləri — Azərbaycan, Rus, İngilis == Elmi fəaliyyəti == Yarımkeçiricilər və dielektriklər fizikası sahəsində aldığı elmi nəticələr ölkəmizdə və xaricdə nüfuzlu elmi jurnallarda çap olunmuşdur, 85-dən çox elmi işin müəllifidir, beynəlxalq və ölkə səviyyəli bir sıra elmi konfrans və seminarlarda məruzə ilə çıxış etmişdir. A 4 B 6 {\displaystyle A^{4}B^{6}} laylı yarımkeçirici birləşmələrin zona quruluşunun hesablanması, onlarda kimyəvi əlaqənin müəyyən edilməsi, A 4 B 6 {\displaystyle A^{4}B^{6}} ortorombik yarımkeçirici birləşmələrin qəfəs dinamikasının öyrənilməsi, Brüllen zonasının mərkəzində fonon tezliklərinin təzyiqdən asılılığının hesablanması (Hesablamalar göstərmişdir ki, 29 GPa təzyiq yaxınlığında sadədən baza mərkəzləşmiş qəfəsə faza keçidi baş verir) onun əsas elmi nəticələrindəndir. == Əsas elmi əsərləri == 1.
Dilarə Kazımova
Dilarə Kazımova (d. 20 may 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı müğənni, aktrisa, mahnı sözü yazan, bəstəkar, "Woman", "Unformal", "Milk & Kisses" qruplarının keçmiş üzvü, 2014 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın təmsilçisi. == Həyatı == Dilarə Kazımova 20 may 1984-cü ildə Bakıda anadan olmuşdur. Ailənin ikinci övladıdır. Özündən 7 yaş böyük bir bacısı var. Dilarə Kazımova 2001-ci ildə Respublika İncəsənət Gimnaziyasından məzun olmuşdur. 2002-2006-cı illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuş və opera vokalı ixtisası üzrə təhsil almışdır.2015-2016-cı illərdə Türkiyə vətəndaşı Mərt Aslanla ailəli olmuşdur.Heyvanları sevir və prinsipial olaraq xəz geyinmir. == Fəaliyyəti == İlk öncə "Woman" qrupunun tərkibində səhnə almışdır. Qadınlardan ibarət qrupla səhnə alan ifaçı, 2004-cü ildə "Sing Your Song 2" mahnı müsabiqəsinə qatılmış və "Unformal" qrupu ilə "Cherry" adlı dueti ifa etmişdir. Uğurlu işbirliyindən sonra ifaçı "Unformal" rok qrupunun solisti kimi fəaliyyətini davam etdirmişdir.
Dilarə Lokmanhekim
Dilarə Lokmanhekim (18 aprel 1994) — Türkiyəli cüdoçu. Dilarə Lokmanhekim Türkiyəni 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Dilarə Lokmanhekim birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 52 kq çəkidə, 1/4 final mərhələsində Özbəkistanın nümayəndəsi Diyora Keldiyorova ilə üz-üzə gəldi. Həmin görüşdə Dilarə Lokmanhekim rəqibinə 0:1 hesabı ilə uduzdu.
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.