Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Giorgi
Giorgi — ad.
Giorgi Biqanişvili
Giorgi Eristavi
Giorgi Eristavi (1811[…] və ya 1813, Odzisi[d], Gürcüstan quberniyası, Rusiya imperiyası – 9 (21) sentyabr 1864, Odzisi[d], Mtsxeta-Mtianeti) — gürcü yazıçısı, rejissor, aktyor, ictimai xadim. Gürcü ədəbiyyatında tənqidi realizmin banisidir. Yaradıcılığının başlanğıcı üçün səciyyəvi olan romantizmdən uzaqlaşaraq, dövrünün məişət və adətlərini təsvir etmişdir. Yaratdığı yeni realist teatr gürcü mədəniyyətinin zənginləşməsi, professional realist dramaturgiyanın inkişafında mühüm rol oynamışdır. Komediyalarında tənəzzülə uğramış zadəganlıq, çar məmurları, yeni meydana gələn ticarət burjuaziyası ifşa olunmuşdur. Rus və Qərbi Avropa klassiklərindən tərcümələr etmişdir.
Giorgi Kvirikaşvili
Georgi Camaloviç Kvirikaşvili (gürc. გიორგი კვირიკაშვილი; d. 20 iyul 1967-ci il, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcüstan siyasətçisi və dövlət xadimi, 30 dekabr 2015-ci ildən 13 iyun 2018-ci ilədək Gürcüstanın baş naziri olmuşdur. == Təhsil == Tbilisidə doğulan Kvirikaşvili 1986–1988-ci illərdə Sovet ordusunun məcburi hərbi xidmətindən keçdi. Tiflis Dövlət Tibb Universitetini 1991-ci ildə Daxili Tibb Tədqiqatını, 1995-ci ildə Tiflis Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. 1998-ci ildə İllinoys Universitetindən maliyyə dərəcəsi almışdır. == Karyera == Kvirikaşvili 1993-cü ildən 1999-cu ilədək Gürcüstanda müxtəlif banklar üçün icraçı vəzifəsində çalışıb və 1999-cu ildə Gürcüstanın Prezidentinin Dövlət Gömrük İdarəsində maliyyə və pul vahidinin müavini vəzifəsində çalışıb.
Giorgi Marqvelaşvili
Georgi Marqvelaşvili (gürc. გიორგი მარგველაშვილი; 4 sentyabr 1969, Tbilisi) — Gürcüstan Respublikasının 4-cü Prezidenti (17 noyabr 2013-cü ildən). 2012-ci ildən Bidzina İvanişvili hökumətində təmsil olunub. == Həyatı == Georgi Marqvelaşvili 4 sentyabr 1969-cu ildə Tbilisi şəhərində anadan olub. O, 1992-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib. Fəlsəfə elmləri doktorudur. 1993-1994-cü illərdə Mərkəzi Avropa Universitetində Sosiologiya üzrə təhsilini davam etdirib. Marqvelaşvili 1995-2000-ci illərdə ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Gürcüstan nümayəndəliyində işləyib. === Fəaliyyəti === 1992-1995-ci illərdə Marqvelaşvili dağlıq turizm üzlə ixtisaslaşan turistik firmada bələdçi çalışıb, sonra iş yerini dəyişərək nəşriyyatda menecerin assisteni olub. 1994-1995-ci ildə Biznes gündəliklər kompaniyasında marketinq üzrə departament müdiri çalışıb.
Giorgi Qaxariya
Giorgi Qaxariya (bəzi Azərbaycandilli mənbələrdə Giorgi Qaxaria; gürc. გიორგი გახარია; 19 mart 1975, Tbilisi) — gürcü siyasətçisidir. 13 noyabr 2017-ci ildən — Gürcüstan Baş Nazirinin müavini, Gürcüstan Daxili İşlər Naziri, 2019-cu ilin may ayında Milli Təhlükəsizlik Şurasının katibi təyin edildi. 3 sentyabr 2019-cu ildən 18 fevral 2021-ci ilədək Gürcüstanın Baş naziri vəzifəsini yerinə yetirib. == Təhsil == 1992–1994-cü illərdə Qaxariya Tiflis İvane Cavaxişvili Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. 1994–1999-cu illərdə Lomonosov adına Moskva Dövlət Universitetində oxuyub. Siyasi Elm Magistrıdır. 2002–2004-cü illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Ali Biznes Məktəbində (Biznes Menecmenti Magistri) təhsil almışdır. 2006–2009-cu illərdə Moskva Dövlət Universitetində Tətbiqi Biotexnologiya kafedrasının dəvət olunmuş müəllimi olmuşdur. == İş həyatı == Qaxariya 2004-cü ilin mayından 2008-ci ilin noyabrınadək SFK Qrupunun baş direktoru vəzifəsini tutdu.
Giorgi Qoroziya
Giorgi Qoroziya (gürc. გიორგი გოროზია; 26.3.1995) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda yarımmüdafiəçi kimi çıxış edən Gürcüstanlı peşəkar futbolçudur. == Karyerası == === Klub === Qoroziya öz peşəkar karyerasına Lokomotive Tbilisi klubunda start vermişdir. Bir müddət Torpedo Kutaisi klubunda icarə əsasında çıxış etmişdir. 2014-cü ilin avqust ayında Qoroziya Norveç təmsilçisi olan Stabek klubu ilə üç illik müqavilə imzalamışdır. Qoroziya Stabek klubu ilə debütünü 19 oktyabr 2014-cü ildə Tippaliqaendə Vikinq klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Stabek Vikinq klubu ilə 1-1 bərabərə qalmışdır. 17 fevral 2017-ci ildə Qoroziya 2016-17 mövsümünün sonuna qədər Zirə klubu ilə müqavilə imzalamışdır. === Milli komanda === Qoroziya Gürcüstanın U-19 milli komandasında çıxış edir.
Giorgi Vaşadze
Giorgi Vaşadze (7 iyul 1981, Çiatura, İmereti) — Gürcü siyasətçi və Gürcüstan parlamentinin keçmiş üzvü. 21 oktyabr 2012-ci ildə Vahid Milli Hərəkət partiyasının siyahası ilə Gürcüstan Parlamentinə seçildi. Vahid Milli Hərəkat Fraksiyasının üzvü, Azlıqların Büdcə və Maliyyə Komitəsi sədrinin müavini, Gürcüstan Parlamentinin Təhsil, Elm və Mədıniyyət komitəsinin üzvü, Audit keyfiyyətinə nəzarət və Daxili nəzarət produsedurları üzrə komətəsinin üzvü olmuşdur. Giorgi Vaşadze İnnovasiya və İnkşaf Naminə Qeyri Hökumət Təşkilatı Fondunun təsisçisidir, məqsıdi davamlı inkişaf etməkdə olan ölkələrdə inovasiya potensialının güclənməsinə və onların qlobal bilik cəmiyyətə inteqrasiyasına dəstək verməkdir. Bilik iqtisadiyyatı başlanğıçları üçün innovativ layihələrin təşəbbüsü, aşağıdan yuxarı ictimai və elektron demokratiya layihələrinin dəstəklənməsi, Ukrayna hökumətinin antikorrupsiya islahatlarında dəstəklənməsi və Gürcüstanın ən yaxşı təcrübəsinə əsaslanan yeni dövlət xidmətlərinin tətbiqi. == Təhsil == Harvadar Business School - Liderlik inkişaf proqramı. Gürcüstan Texniki Universtetinin Dövlət idarəçiliyi üzrə iki dərəcə və Tbilisi Dövlət Universitetinin hüquq dərəcəsini almışdır. == Karyera == Giorgi Vaşadze köklü islahatların başlanması, planlaşdırılması və idarə olunması sahəsində böyük təcrübəyə malikdir. 2005-ci ildən etibarən Gürcüstan Ədliyyə Nazirliyinin bir çox layihələrində fəal iştirak edir və uğurlar əldə edir. Mülki Reyestr Agentliyi (Gürcüstan, 2006-2010) rəhbərliyi altında biometrik pasportlar, şəxsiyyət vəsiqələri, rəqəmsal imzalar, vətəndaş portalı - www.my.gov.ge, vahid demoqrafik reyestr, vizual tanıma, sürətli xidmətlər, uzaq xidmətlər (onlayın, zəng) tətbiq etmişdir.
Giorgi Çanturiya
Giorgi Çanturiya (gürc. გიორგი ჭანტურია; 19 avqust 1959, Tbilisi – 3 dekabr 1994, Tbilisi) — gürcü siyasətçi və Milli Demokrat Partiyasının lideri idi. 1994-cü ilin dekabrında Tbilisidə öldürüldü. 1981-ci ildə qeyri-rəsmi anti-kommunist müxalifət təşkilatı olaraq Gürcüstan Milli Demokrat Partiyasını (MDP) canlandıraraq milli siyasətə girdi. Bir neçə dəfə Sovet hakimiyyəti tərəfindən həbs edildi. 80-ci illərin sonlarında Merab Kostava və Zviad Qamsaxurdiya ilə birlikdə milli hərəkatın liderlərindən biri oldu. Cənubi Osetiyadakı münaqişə kommunistlərin əleyhdarlarını parçaladı. Qamsaxurdiya və Çanturiya, osetinlərin ayrılıq tələblərinə necə cavab verəcəyi barədə razılığa gəlməsələr də, hər ikisi kommunistlərə və SSRİ-nin üzvlüyünü davam etdirməyə daha çox qarşı idilər. 1990-cı il seçkilərində Qamsaxurdiya və Çanturiyanın rəhbərlik etdiyi "Dəyirmi Masasız Gürcüstan" bloku 54% səs topladı. 1991-ci ilin aprelində Gürcüstan Sovet İttifaqından müstəqilliyini elan etdi.
Giorgi Çauçidze
Giorgi Çauçidze (gürc. გიორგი ჭაუჭიძე; 30 noyabr 1975, Çiatura, İmereti) — Gürcüstan pedaqoqu. O, 2019-cu ildə Milli Müəllim Mükafatı müsabiqəsinin qalibi olmuşdur. == Həyatı == Giorgi Çauçidze 30 noyabr 1975-ci ildə Çiaturada anadan olub. 1992 ildə Çiaturanın bir sayılı orta məktəbini bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin tarix fakultəsinə daxil oluşdur, hansını 1997 ildə bitirib. 1996 ildə eyni universitetinin Hüquq fakultəsini bitirib. 2013-2015 ilərində ilia dövlət universitetində Təhsil İdarəetmə Magistr dərəcəsini alıb. Giorgi Çauçidze 1997 ilindən itibarən Təhsil sahəsindədir. Gürcüstan Silahlı Qüvvələrində xidmət etmişdir. == Ailə == 2014-cü ilində Natia Trapaidzeylə əvlənmiştir hansıki onün kimi müəlimədir.
Giorgi Şarvaşidze
Giorgi Şarvaşidze (25 aprel 1963, Tbilisi) - Gürcü siyasətçi, 2013-2016 illərdə Gürcüstanin təhsil və elm nazirinin müavini, 2016 ilin 23 sentyabrdan Tbilisi Dövlət Universitetinin rektoru. == Həyatı == 1984 ildə Tbilisi Dövlət Universitetinin filalogya fakultetini bitirib. 2006-cı ildə Tbilisi Dövlət Pedaqoji Uniuversitetini təhsil İdarəedilməsi üzrə doktorluq dərəcəsi ilə bitirib. 1983-1993 illərdə Tbilisi 6 saylı gimnazyada müəllim olmuşdur. 1988-1989 ilərdə Gürcüstan Təhsil Nazirin köməkçisi olmuşdur. 1989-1990 ildə Tbilisi Dövlət Universiteti, baş elmi işçi idi.
Giorgi Meşvildişvili
Giorgi Meşvildişvili (13 may 1992, Tbilisi) — 2012–2018-ci illərdə Gürcüstanı, 2023-cü ildən isə Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == === 2012–2013 === Giorgi Meşvildişvilinin beynəlxalq turnirlərdə debütü 2012-ci ilin 4-10 sentyabrda Tailandın Pattaya şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. Həmin turnirdə Meşvildişvili uğursuz çıxış etdi və turniri 22 güləşçi sırasında 14-cü pillədə başa vurdu. Həmin il o, həm də Ermənistanın Vanadzor şəhərində 1988-ci il Seul Olimpiadasının gümüş medalçısı olmuş Stepan Sargsyanın şərəfinə baş tutan beynəxalq turnirin bürünc medalına sahib oldu. 2013-cü ildə Giorgi Meşvildişvili cəmi bir beynəlxalq turnirdə — 6-17 iyulda Rusiya Federasiyasının Kazan şəhərində baş tutan XXVII Universiada Oyunlarında mübarizə apardı. Universiadanın təsnifat mərhələsində Meşvildişvili Polşa nümayəndəsi Radoslav Baran üzərində birinci hissədəcə vaxtından əvvəl 8:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi ABŞ güləşçisi Tayrel Forçun oldu. Bu görüşdə Meşvildişvili rəqibinə 0:2 (0:6, 0:2) hesabı ilə məğlub oldu. Rəqib 1/4 final mərhələsində məğlub olduğu üçün Meşvildişvili bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını da itirdi və Universiada Oyunlarını 8-ci pillədə başa vurdu. 2013-cü il ərzində Gürcüstanı Avropa və Dünya Çempionatlarında 18 yaşlı Qeno Petriaşvili təmsil etdi.
Giorgi Edişeraşvili
== İstinadlar ==
Elyanora Giorgi
Giorgi Tevzadze
Giorgi Tevzadze (1987, Gürcüstan, Tiblisi) — Gürcüstanın drift kralı , legal-illegal avtomobil yarışçısı, "Drift kralı" yarışının qalibi (2010). == Həyatı == Giorgi Tevzadze 1987-ci ildə Tbilisidə anadan olub. Uşaqlığını Rusiyada keçirən Giorgi uşaqlıqdan maşınlara maraq göstərib. O, ilk dəfə maşın sürməyə cəmi 13 yaşında ikən başlayıb. Qatıldığı bütün qanuni və qeyri-qanuni avtomobil yarışları onu məşhurlaşdırıb. Bu şöhrət onun arzularına yaxınlaşmasına kömək etsə də, həm də problemlərə səbəb olub. Məsələn, polis onu hər dəfə görəndə dayandırıb, sənədlərini göstərməsini tələb edirdi. Dostlarının dediyinə görə, o, çox nəzakətli olub və heç vaxt polislə problem yaşamayıb.Şöhrəti artsa da, bu kifayət etməyib, çünki Giorgi filmlərə də çəkilmək istəyirdi. Dostlarıyla birlikdə kontent yerləşdirdikləri sayt üçün video çəkərkən təhlükəli hərəkətlər etdiyi üçün onun sürücülük vəsiqəsi əlindən alınıb. 2013-cü ildə Rusiyada yaşayan dostu onu görməyə gələndə restorana gedəndə Giorginin sürücülük vəsiqəsi olmadığı üçün Giorginin maşınını idarə edib.
Eleonora Giorgi
Eleonora Giorgi (it. Eleonora Giorgi; 21 oktyabr 1953, Roma) — italyan aktrisası, rejissoru, ssenaristi və prodüseridir. == Bioqrafiyası == Eleonora Giorgi ilk dəfə böyük ekranda "Tarantulanın Qara qarnı" (1971) filmində epizodik Made rolunda görünmüşdür. İlk baş rolunu Salvatore Samperinin rejissoru olduğu "The Misfit" (1974) filmindəki Mariuccia obrazı ilə almış, burada onun partnyoru müğənni və bəstəkar Domeniko Modunyondu olmuşdur. O, 80-ci illərin italyan komediyalarında aparıcı qadın rollarının ifaçısı kimi şöhrət qazanmışdır. Eleonora Giorgi məşhur italyan komediyaçıları Adriano Çelentano, Renato Pozzetto, Conni Dorelli, Karlo Verdone ilə partnyor kimi çıxış etmişdir. 1979-cu ildə o, naşir Angelo Rizzoli ilə evlənmiş və 1984-cü ildə ondan boşanmışdır. 1988-ci ildə kinodan ayrılaraq ailəsi və uşaqları ilə fermada yaşamağa başlamışdır. 1993-cü ildə italyan aktyoru Massimo Civarro ilə evlənmiş və 1996-cı ildə yenidən boşanmışdır. 2003-cü ildə Giorgi 80-ci illərin komediyalarında onun əsas rəqibi olmuş Ornella Mutinin baş rolda oynadığı "Kişilər və Qadınlar, Həqiqət və Yalan" filminin rejissoru, ssenari müəllifi və prodüseri olmuşdur.
Gigi Hadid
Yelena Nura "Gigi" Hadid (ing. Jelena Noura "Gigi" Hadid; ) fələstin-holland əsilli amerikalı model və aktrisa. Hadid müsəlmandır. Dünyanın ən yüksək ödənişli modellərindən biridir. O, 2015 Pirelli təqvimi ilə məşhurlaşan Victoria's Secret modeli Tom Fordun bir neçə sətirinin simasıdır. 2016-cı ildə İngilis Moda Şurası tərəfindən İlin Beynəlxalq Modeli seçildi. Dörd il ərzində Hadid beynəlxalq "Vogue" jurnalının qapaqlarında çıxış etmişdir. == Həyatı == Hadid, 1995-ci il aprelin 23-də Los-Anceles şəhərində anadan olmuşdur. Fələstinli Mohamed Hadid və holland əsilli amerikalı köhnə model Yolanda Hadidin qızıdır. Giginin daha kiçik bir bacısı Bella və kiçik bir qardaşı Ənvər var.
Gigi (müğənni)
Ejigayehu Şibabau "Cici" səhnə adı ilə tanınan efiopiyalı müğənni. Ejigayehu Şibabau, daha çox səhnə adı olan Cici ilə tanınan, 1974-cü ildə doğulmuşdur və Efiopiya musiqisinin önəmli nümayəndələrindən biridir. Onun musiqisi Efiopiya milli ənənələri ilə dünya musiqisinin müxtəlif janrlarını birləşdirərək, unikal səs palitrası yaratmışdır. Xüsusilə, onun mentor ifaçısı və prodüseri olan sabiq həyat yoldaşı Bill Lasvell ilə əməkdaşlığı bu müstəsna harmoniyanın formalaşmasında mühüm rol oynamışdır. == Erkən həyat və karyera == Cici Efiopiyanın şimal-qərbində yerləşən Çaqni şəhərində anadan olmuş və burada böyümüşdür. Ənənəvi Efiopiya mahnılarını öyrənməkdə ona ailə üzvlərindən biri olan Efiopiya Ortodoks keşişi böyük dəstək olmuşdur. Xalq arasında bu mahnılar Efiopiya mədəniyyətinin dini və tarixi miraslarını qorumaqda böyük əhəmiyyət daşıyırdı, və Cicinin tərbiyəsində bu musiqi dəyərlərinin qorunması əsas prinsip olmuşdur. Cici bir neçə il Keniya Respublikasında yaşamış, lakin 1998-ci ildə San Fransiskoya köçmüşdür. Orada mühacir Efiopiya icması üçün iki albom yazdırmışdır. Lakin onu geniş ictimaiyyətə tanıdan əsas iş 2001-ci ildə çıxan və sadəcə "Cici" adı ilə buraxılan albomu olmuşdur.
Camış bağa girdi
Camış bağa girdi — Azərbaycanın milli rəqsi. Bu rəqsin adı, görünür, təsadüfi addır. Lakin ola bilər ki, rəqsin ağır, koppuş bir rəqqas tərəfindən ifa edildiyi vaxt onun dostları zarafatla "Camış bağa girdi" deyiblər. Rəqsin adı belə də qalıb. Hər halda Gəncədə bu qədim rəqs oynanılanda onun komik xarakteri həmin farziyyəyə dəlalət edirdi. Naxçıvanda və Şahbuzda isə rəqsi məzəli xarakteri bir o qədər də gözə çarpmır. Burada oni, əsasən ahıl adamlar oynayırlar. Rəqsin hərəkətləri geniş, həm də sıçrayışlı tərzdədir. Rəqs Azərbaycanın bir çox rayonlarında geniş yayılmışdır.
Giorgi Baqration Baqrationi
Şahzadə Georgi (gürc. უფლისწული გიორგი; d. 27 sentyabr 2011) — şahzadə David Baqrationi və şahzadə Anna Baqrationi Qruzinskinin oğlu. Primogenituraya əsasən, əgər Qruzinski və ya Muxrani sülalələrində başqa ali əsilli və indi yaşayanlardan çox yaşayan Baqrationi şahzadəsi anadan olmazsa, şahzadə Georgi Baqrationi Evinin baş kişi varisi və XII Georginin baş varisi olacaq. == Həyatı == Şahzadə Georgi 2011-ci il sentyabrın 27-də, saat 22:40-da İspaniyanın Madrid şəhərində 3 kiloqram 700 qram çəkisi ilə anadan olub.
Qırğı
Müharibə qırğısı (ing. War hawk) və ya qırğı (ing. hawk) — siyasətdə və ya iqtisadiyyatda, öz ölkəsinin vəziyyətini yaxşılaşdırmaq üçün, digər ölkələr, təşkilatlar və ya hökumətlər ilə əlaqədar sərt tədbirlər tərəfdarı olan şəxslərə deyilən termin.
Beşquyruq qırğı
Beşquyruq qırğı (lat. Accipiter trinotatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Böyük qırğı
Tetraçalan (lat. Accipiter gentilis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Bəzən Quzuqapan və Şahbaz da adlanır. == Kateqoriya və statusu == (III — VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Qarğadan iridir. Bel tərəfi qonur-boz, qarın tərəfi isə açıq rənglidir və üzərində nazik köndələn tünd zolaqlar var. Gözləri və ayaqları sarıdır . == Yayılması == Arealı genişdir: Avropa, Asiya, Şimal-Qərbi Afrika, Madaqaskar, Şimali Amerika.
Kəkilli qırğı
Kəkilli qırğı (lat. Accipiter trivirgatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Parlaq qırğı
Parlaq qırğı (lat. Accipiter novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Qırğı qartal
Qırğı qartal (lat. Aquila fasciata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Səsyamsılayan qırğı
Avropa tüviyi (lat. Accipiter brevipes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. (III-VU). Həssasdır, ümümi arealı daxilində məhdud ərazidə qalıb. Böyük qırğıya oxşayır, amma ondan çox kiçikdir. Göyərçin boydadır. Səsi uzun fit kimidir. Ağımtıl boğazında qonur zolaqlar uzanır. Gözləri qonur-qırmızıdır. Yanaqları bozumtul-qonurdur.
Əsl qırğı
Əsl qırğı (lat. Accipiter) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Accipiter gentilis Accipiter nisus Accipiter poliogaster Accipiter trivirgatus Accipiter griseiceps Accipiter toussenelii Accipiter tachiro Accipiter soloensis Accipiter francesii Accipiter trinotatus Accipiter novaehollandiae Accipiter fasciatus Accipiter albogularis Accipiter rufitorques Accipiter haplochrous Accipiter henicogrammus Accipiter poliocephalus Accipiter princeps Accipiter melanoleucus Accipiter henstii Accipiter meyerianus Accipiter castanilius Accipiter butleri Accipiter brevipes Accipiter luteoschistaceus Accipiter imitator Accipiter erythropus Accipiter minullus Accipiter gularis Accipiter nanus Accipiter erythrauchen Accipiter cirrocephalus Accipiter brachyurus Accipiter rhodogaster Accipiter madagascariensis Accipiter ovampensis Accipiter rufiventris Accipiter badius Accipiter superciliosus Accipiter collaris Accipiter striatus Accipiter chionogaster Accipiter ventralis Accipiter erythronemius Accipiter cooperii Accipiter gundlachi Accipiter bicolor Accipiter virgatus Azərbaycanda 4 növü var: tetraçalan (lat. Accipiter gentilis); bildirçinçalan (lat. Accipiter nisus); Avropa tüviyi (lat. Accipiter brevipes); tüvik (lat.
Oxuyan qırğı
Oxuyan qırğı (lat. Melierax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Qarğı
Qarğı (lat. Arundo) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Qorgi
Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndələrindən biri. Böyük sofistlərin daha bir tanınmış nümayəndəsi Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) olmuşdur. O müdrikliyi deyil, natiqliyi öyrətdiyini iddia edirdi. Çünki, hamı üçün bir olan həqiqət yoxdur.
Qırğız
Qırğızlar – türk xalqlarından biri. Hazırkı Qırğızıstan Respublikasının əsas (70.9 %-i) əhalisi. Xalqın öz dilində adı "kırqız"dır. Etimologiyaya görə iki varianta üstünlük verilir : türk sözü olan " qırx qız" və "qırğı" sözləri. Bir çox türkdilli xalqlarda eyni məna başa düşülür. Türkiyədə : Qırğızlar Van ilinin Ərciş ilçəsinin Ulupamir kəndində yaşayırlar, sayları 3.850 nəfərdir (2007). Əfqanıstanda : Qırğızlar Bədəxşan vilayətinin Vahan rayonunda yaşayırlar və sayları 20.000 nəfərdən çoxdur.
Qırğın
Qətliam — Özünü müdafiə etmək imkanı olmayan çox sayda insanın amansızlıqla öldürülməsi hadisəsi.
Gığı
Gığı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Gığı kəndi rayon mərkəzindən 35 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. Burada azərbaycanlılarla bağlı X əsrə aid tarixi abidə indi də durur. Mənbədə Kiğı kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kığı kəngərlərin Sofulu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən biridir. Ona görə də digər adı Kiçik Sofulu. Əsli Kiqi. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətində Kukovoy-Kurqan və Kükü-Oba-Daq, Batum əyalətinin Batum dairəsində Kukuti (kənd adı) Tiflis quberniyasında Kükü gölü, Naxçıvanda (Şahbuz r-nunda) Kükü kəndi, Quba qəzasında Kükü dağı, Zəngəzur qəzasında Kükülü dağı toponimləri ilə mə’naca eynidir. Abşeron yarımadasında (Qobustanda) bir palçıq vulkanı Gigidağ adlanır.
Firmi
Firmi (fr. Firmi, oks. Firmin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Oben kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12100. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 30 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2557 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1442 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 1006 İqtisadi fəallıq, 436 hərəkətsiz (fəaliyyət göstərici 69.8%, 1999-cu ildə 65.9%) idi.
Firni
Firni — düyü unu və şəkərdən hazırlanan desert. == Tərkibi: == 160 qr düyü unu, 800 qr süd, 40 qr şəkər, 40 qr yağ, darçın, 4 qr duz. == Hazırlanma qaydası: == Düyü unu hazırlamaq üçün düyü təmizlənib 1 saat suda isladılır. İslanmış düyü qurudulur və həvəngdəstədə əzilib un halına salınır. Qayanayan südə duz atılır, arasıkəsilmədən qarışdırılaraq düyü unu tökülür və şəkər tozu əlavə edilərəl bişirilir. Süfrəyə veriləndə üzərinə 1 tikə yağ qoyulub, darçın səpilir.
Gimri
Gimry (rus. Гимры, avar. Генуб) — Dağıstan Untsukulsky rayonunda bir kənd.
Girdə
Girdə — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağ yaylasındadır. Kənd yaxınlığındakı Girdə dağın adı ilə adlandırılmışdır.
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. == Coğrafiyası və iqlimi == Kənd Samurçayın sahilində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.
Girnə
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Girov
"Əsir" bura istiqamətləndirir. Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.