Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Giorgi
Giorgi — ad.
Giorgi Biqanişvili
Giorgi Biqanişvili (d. 25 avqust 1997) — Gürcüstanlı üzgüçü. Giorgi Biqanişvili Gürcüstanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Giorgi Biqanişvili birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 52.09 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 66-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Giorgi Eristavi
Giorgi Eristavi (1811[…] və ya 1813, Odzisi[d], Gürcüstan quberniyası, Rusiya imperiyası – 9 (21) sentyabr 1864) — gürcü yazıçısı, rejissor, aktyor, ictimai xadim. Gürcü ədəbiyyatında tənqidi realizmin banisidir. Yaradıcılığının başlanğıcı üçün səciyyəvi olan romantizmdən uzaqlaşaraq, dövrünün məişət və adətlərini təsvir etmişdir. Yaratdığı yeni realist teatr gürcü mədəniyyətinin zənginləşməsi, professional realist dramaturgiyanın inkişafında mühüm rol oynamışdır. Komediyalarında tənəzzülə uğramış zadəganlıq, çar məmurları, yeni meydana gələn ticarət burjuaziyası ifşa olunmuşdur. Rus və Qərbi Avropa klassiklərindən tərcümələr etmişdir.
Giorgi Kvirikaşvili
Georgi Camaloviç Kvirikaşvili (gürc. გიორგი კვირიკაშვილი; d. 20 iyul 1967-ci il, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcüstan siyasətçisi və dövlət xadimi, 30 dekabr 2015-ci ildən 13 iyun 2018-ci ilədək Gürcüstanın baş naziri olmuşdur. == Təhsil == Tbilisidə doğulan Kvirikaşvili 1986–1988-ci illərdə Sovet ordusunun məcburi hərbi xidmətindən keçdi. Tiflis Dövlət Tibb Universitetini 1991-ci ildə Daxili Tibb Tədqiqatını, 1995-ci ildə Tiflis Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. 1998-ci ildə İllinoys Universitetindən maliyyə dərəcəsi almışdır. == Karyera == Kvirikaşvili 1993-cü ildən 1999-cu ilədək Gürcüstanda müxtəlif banklar üçün icraçı vəzifəsində çalışıb və 1999-cu ildə Gürcüstanın Prezidentinin Dövlət Gömrük İdarəsində maliyyə və pul vahidinin müavini vəzifəsində çalışıb.
Giorgi Marqvelaşvili
Georgi Marqvelaşvili (gürc. გიორგი მარგველაშვილი; 4 sentyabr 1969, Tbilisi) — Gürcüstan Respublikasının 4-cü Prezidenti (17 noyabr 2013-cü ildən). 2012-ci ildən Bidzina İvanişvili hökumətində təmsil olunub. == Həyatı == Georgi Marqvelaşvili 4 sentyabr 1969-cu ildə Tbilisi şəhərində anadan olub. O, 1992-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib. Fəlsəfə elmləri doktorudur. 1993-1994-cü illərdə Mərkəzi Avropa Universitetində Sosiologiya üzrə təhsilini davam etdirib. Marqvelaşvili 1995-2000-ci illərdə ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Gürcüstan nümayəndəliyində işləyib. === Fəaliyyəti === 1992-1995-ci illərdə Marqvelaşvili dağlıq turizm üzlə ixtisaslaşan turistik firmada bələdçi çalışıb, sonra iş yerini dəyişərək nəşriyyatda menecerin assisteni olub. 1994-1995-ci ildə Biznes gündəliklər kompaniyasında marketinq üzrə departament müdiri çalışıb.
Giorgi Qaxariya
Giorgi Qaxariya (bəzi Azərbaycandilli mənbələrdə Giorgi Qaxaria; gürc. გიორგი გახარია; 19 mart 1975, Tbilisi) — gürcü siyasətçisidir. 13 noyabr 2017-ci ildən — Gürcüstan Baş Nazirinin müavini, Gürcüstan Daxili İşlər Naziri, 2019-cu ilin may ayında Milli Təhlükəsizlik Şurasının katibi təyin edildi. 3 sentyabr 2019-cu ildən 18 fevral 2021-ci ilədək Gürcüstanın Baş naziri vəzifəsini yerinə yetirib. == Təhsil == 1992–1994-cü illərdə Qaxariya Tiflis İvane Cavaxişvili Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. 1994–1999-cu illərdə Lomonosov adına Moskva Dövlət Universitetində oxuyub. Siyasi Elm Magistrıdır. 2002–2004-cü illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Ali Biznes Məktəbində (Biznes Menecmenti Magistri) təhsil almışdır. 2006–2009-cu illərdə Moskva Dövlət Universitetində Tətbiqi Biotexnologiya kafedrasının dəvət olunmuş müəllimi olmuşdur. == İş həyatı == Qaxariya 2004-cü ilin mayından 2008-ci ilin noyabrınadək SFK Qrupunun baş direktoru vəzifəsini tutdu.
Giorgi Qoroziya
Giorgi Qoroziya (gürc. გიორგი გოროზია; 26.3.1995) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda yarımmüdafiəçi kimi çıxış edən Gürcüstanlı peşəkar futbolçudur. == Karyerası == === Klub === Qoroziya öz peşəkar karyerasına Lokomotive Tbilisi klubunda start vermişdir. Bir müddət Torpedo Kutaisi klubunda icarə əsasında çıxış etmişdir. 2014-cü ilin avqust ayında Qoroziya Norveç təmsilçisi olan Stabek klubu ilə üç illik müqavilə imzalamışdır. Qoroziya Stabek klubu ilə debütünü 19 oktyabr 2014-cü ildə Tippaliqaendə Vikinq klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Stabek Vikinq klubu ilə 1-1 bərabərə qalmışdır.17 fevral 2017-ci ildə Qoroziya 2016-17 mövsümünün sonuna qədər Zirə klubu ilə müqavilə imzalamışdır. === Milli komanda === Qoroziya Gürcüstanın U-19 milli komandasında çıxış edir.
Giorgi Vaşadze
Giorgi Vaşadze (7 iyul 1981, Çiatura, İmereti) — Gürcü siyasətçi və Gürcüstan parlamentinin keçmiş üzvü. 21 oktyabr 2012-ci ildə Vahid Milli Hərəkət partiyasının siyahası ilə Gürcüstan Parlamentinə seçildi. Vahid Milli Hərəkat Fraksiyasının üzvü, Azlıqların Büdcə və Maliyyə Komitəsi sədrinin müavini, Gürcüstan Parlamentinin Təhsil, Elm və Mədıniyyət komitəsinin üzvü, Audit keyfiyyətinə nəzarət və Daxili nəzarət produsedurları üzrə komətəsinin üzvü olmuşdur.Giorgi Vaşadze İnnovasiya və İnkşaf Naminə Qeyri Hökumət Təşkilatı Fondunun təsisçisidir, məqsıdi davamlı inkişaf etməkdə olan ölkələrdə inovasiya potensialının güclənməsinə və onların qlobal bilik cəmiyyətə inteqrasiyasına dəstək verməkdir. Bilik iqtisadiyyatı başlanğıçları üçün innovativ layihələrin təşəbbüsü, aşağıdan yuxarı ictimai və elektron demokratiya layihələrinin dəstəklənməsi, Ukrayna hökumətinin antikorrupsiya islahatlarında dəstəklənməsi və Gürcüstanın ən yaxşı təcrübəsinə əsaslanan yeni dövlət xidmətlərinin tətbiqi. == Təhsil == Harvadar Business School - Liderlik iknkişaf Praqramı. Gürcüstan Texniki Universtetinin Dövlət idarəçiliyi üzrə iki dərəcə və Tbilisi Dövlət Universitetinin hüquq dərəcəsini almışdır. == Karyera == Giorgi Vaşadze köklü islahatların başlanması, planlaşdırılması və idarə olunması sahəsində böyük təcrübəyə malikdir. 2005-ci ildən etibarən Gürcüstan Ədliyyə Nazirliyinin bir çox layihələrində fəal iştirak edir və uğurlar əldə edir. Mülki Reyestr Agentliyi (Gürcüstan, 2006-2010) rəhbərliyi altında biometrik pasportlar, şəxsiyyət vəsiqələri, rəqəmsal imzalar, vətəndaş portalı - www.my.gov.ge, vahid demoqrafik reyestr, vizual tanıma, sürətli xidmətlər, uzaq xidmətlər (onlayın, zəng) tətbiq etmişdir. Əlavə olraq Baby Book layihələri və.
Giorgi Çanturiya
Giorgi Çanturiya (gürc. გიორგი ჭანტურია; 19 avqust 1959, Tbilisi – 3 dekabr 1994, Tbilisi) — gürcü siyasətçi və Milli Demokrat Partiyasının lideri idi. 1994-cü ilin dekabrında Tbilisidə öldürüldü. 1981-ci ildə qeyri-rəsmi anti-kommunist müxalifət təşkilatı olaraq Gürcüstan Milli Demokrat Partiyasını (MDP) canlandıraraq milli siyasətə girdi. Bir neçə dəfə Sovet hakimiyyəti tərəfindən həbs edildi. 80-ci illərin sonlarında Merab Kostava və Zviad Qamsaxurdiya ilə birlikdə milli hərəkatın liderlərindən biri oldu. Cənubi Osetiyadakı münaqişə kommunistlərin əleyhdarlarını parçaladı. Qamsaxurdiya və Çanturiya, osetinlərin ayrılıq tələblərinə necə cavab verəcəyi barədə razılığa gəlməsələr də, hər ikisi kommunistlərə və SSRİ-nin üzvlüyünü davam etdirməyə daha çox qarşı idilər.1990-cı il seçkilərində Qamsaxurdiya və Çanturiyanın rəhbərlik etdiyi "Dəyirmi Masasız Gürcüstan" bloku 54% səs topladı. 1991-ci ilin aprelində Gürcüstan Sovet İttifaqından müstəqilliyini elan etdi. Tezliklə Zviad Qamsaxurdiya Gürcüstanın ilk Prezidenti seçildi.
Giorgi Çauçidze
Giorgi Çauçidze (gürc. გიორგი ჭაუჭიძე; 30 noyabr 1975, Çiatura, İmereti) — Gürcüstan pedaqoqu. O, 2019-cu ildə Milli Müəllim Mükafatı müsabiqəsinin qalibi olmuşdur. == Həyatı == Giorgi Çauçidze 30 noyabr 1975-ci ildə Çiaturada anadan olub. 1992 ildə Çiaturanın bir sayılı orta məktəbini bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin tarix fakultəsinə daxil oluşdur, hansını 1997 ildə bitirib. 1996 ildə eyni universitetinin Hüquq fakultəsini bitirib. 2013-2015 ilərində ilia dövlət universitetində Təhsil İdarəetmə Magistr dərəcəsini alıb. Giorgi Çauçidze 1997 ilindən itibarən Təhsil sahəsindədir. Gürcüstan Silahlı Qüvvələrində xidmət etmişdir. == Ailə == 2014-cü ilində Natia Trapaidzeylə əvlənmiştir hansıki onün kimi müəlimədir.
Giorgi Şarvaşidze
Giorgi Şarvaşidze (25 aprel 1963, Tbilisi) - Gürcü siyasətçi, 2013-2016 illərdə Gürcüstanin təhsil və elm nazirinin müavini, 2016 ilin 23 sentyabrdan Tbilisi Dövlət Universitetinin rektoru. == Həyatı == 1984 ildə Tbilisi Dövlət Universitetinin filalogya fakultetini bitirib. 2006-cı ildə Tbilisi Dövlət Pedaqoji Uniuversitetini təhsil İdarəedilməsi üzrə doktorluq dərəcəsi ilə bitirib. 1983-1993 illərdə Tbilisi 6 saylı gimnazyada müəllim olmuşdur. 1988-1989 ilərdə Gürcüstan Təhsil Nazirin köməkçisi olmuşdur. 1989-1990 ildə Tbilisi Dövlət Universiteti, baş elmi işçi idi.
Giorgi Meşvildişvili
Giorgi Meşvildişvili (13 may 1992, Tbilisi) — 2012–2018-ci illərdə Gürcüstanı, 2023-cü ildən isə Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Həyatı == Giorgi Meşvildişvili 1992-ci il mayın 13-də Tbilisi şəhərində anadan olub. 2004-cü ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Amiran Maysuradzedir. == Karyerası == Giorgi Meşvildişvili 2012-ci ildə Tailandda baş tutan gənclər arasında Dünya Çempionatını 14-cü pillədə başa vurdu. Həmin il Ermənistanda baş tutan Stepan Sarqsyanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə isə Giorgi Meşvildişvili bürünc medala sahib oldu.2013-cü ildə Kazan şəhərində (Rusiya) baş tutan Universiada Oyunlarını 8-ci pillədə başa vuran Giorgi Meşvildişvili, 2014-cü ildə Fransada Qızıl Qran-Pri beynəlxalq turnirinin və Rusiyada Dmitri Korinin xatirəsinə həsr olunnan beynəlxalq turnirin qalibi oldu.Giorgi Meşvildişvili 2015-ci ildə Polşada baş tutan U23 Avropa Çempionatının gümüş medalına sahib olsa da, il ərzində üç beynəlxalq turniri medalsız başa vurdu.2016-cı ildə Ermənistanda baş tutan Stepan Sarqsyanın xatirəsinə həsr olunan beynəlxalq turnirinin bürünc medalına sahib olan Giorgi Meşvildişvili, 2017–2018-ci illərdə də nüfuzlu beynəlxalq turnirlərdə, o cümlədən Dünya və Avropa Çempionatlarında mübarizə aparmadı. Həmin illərdə Gürcüstan yığmasının lideri Qeno Petriaşvili idi. 2023-cü ildə Azərbaycan Güləş Federasiyası (AGF) Giorgi Meşvildişvilini heyətinə cəlb elədi. Giorgi Meşvildişvilinin 2023-cü ilin fevralında Zaqreb şəhərində (Xorvatiya) Zagreb Open beynəlxalq turnirinin gümüş, martda Sofiya şəhərində (Bolqarıstan) D. Kolov — N. Petrov beynəlxalq turnirinin gümüş medalına sahib oldu. Apreldə isə Giorgi Meşvildişvili Avropa Çempionatlarında debüt elədi.
Gigi Hadid
Yelena Nura "Gigi" Hadid (ing. Jelena Noura «Gigi» Hadid; 23 aprel 1995, Los-Anceles, Kaliforniya) fələstin-holland əsilli amerikalı model və aktrisa. Hadid müsəlmandır. Dünyanın ən yüksək ödənişli modellərindən biridir. O, 2015 Pirelli təqvimi ilə məşhurlaşan Victoria's Secret modeli Tom Fordun bir neçə sətirinin simasıdır. 2016-cı ildə İngilis Moda Şurası tərəfindən İlin Beynəlxalq Modeli seçildi. Dörd il ərzində Hadid beynəlxalq "Vogue" jurnalının qapaqlarında çıxış etmişdir. == Həyatı == Hadid, 1995-ci il aprelin 23-də Los-Anceles şəhərində anadan olmuşdur. Fələstinli Mohamed Hadid və Holland əsilli Amerikalı köhnə model Yolanda Hadidin qızıdır. Giginin daha kiçik bir bacısı Bella və kiçik bir qardaşı Ənvər var.
Camış bağa girdi
Camış bağa girdi — Azərbaycanın milli rəqsi. Bu rəqsin adı, görünür, təsadüfi addır. Lakin ola bilər ki, rəqsin ağır, koppuş bir rəqqas tərəfindən ifa edildiyi vaxt onun dostları zarafatla "Camış bağa girdi" deyiblər. Rəqsin adı belə də qalıb. Hər halda Gəncədə bu qədim rəqs oynanılanda onun komik xarakteri həmin farziyyəyə dəlalət edirdi. Naxçıvanda və Şahbuzda isə rəqsi məzəli xarakteri bir o qədər də gözə çarpmır. Burada oni, əsasən ahıl adamlar oynayırlar. Rəqsin hərəkətləri geniş, həm də sıçrayışlı tərzdədir. Rəqs Azərbaycanın bir çox rayonlarında geniş yayılmışdır.
Giorgi Baqration Baqrationi
Şahzadə Georgi (gürc. უფლისწული გიორგი; d. 27 sentyabr 2011) — şahzadə David Baqrationi və şahzadə Anna Baqrationi Qruzinskinin oğlu. Primogenituraya əsasən, əgər Qruzinski və ya Muxrani sülalələrində başqa ali əsilli və indi yaşayanlardan çox yaşayan Baqrationi şahzadəsi anadan olmazsa, şahzadə Georgi Baqrationi Evinin baş kişi varisi və XII Georginin baş varisi olacaq. == Həyatı == Şahzadə Georgi 2011-ci il sentyabrın 27-də, saat 22:40-da İspaniyanın Madrid şəhərində 3 kiloqram 700 qram çəkisi ilə anadan olub.
Qırğı
Müharibə qırğısı (ing. War hawk) və ya qırğı (ing. hawk) — siyasətdə və ya iqtisadiyyatda, öz ölkəsinin vəziyyətini yaxşılaşdırmaq üçün, digər ölkələr, təşkilatlar və ya hökumətlər ilə əlaqədar sərt tədbirlər tərəfdarı olan şəxslərə deyilən termin.
Beşquyruq qırğı
Beşquyruq qırğı (lat. Accipiter trinotatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Böyük qırğı
Tetraçalan (lat. Accipiter gentilis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Bəzən Quzuqapan və Şahbaz da adlanır. == Kateqoriya və statusu == (III — VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Qarğadan iridir. Bel tərəfi qonur-boz, qarın tərəfi isə açıq rənglidir və üzərində nazik köndələn tünd zolaqlar var. Gözləri və ayaqları sarıdır . == Yayılması == Arealı genişdir: Avropa, Asiya, Şimal-Qərbi Afrika, Madaqaskar, Şimali Amerika.
Kəkilli qırğı
Kəkilli qırğı (lat. Accipiter trivirgatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Parlaq qırğı
Parlaq qırğı (lat. Accipiter novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Qırğı qartal
Qırğı qartal (lat. Aquila fasciata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Səsyamsılayan qırğı
Avropa tüviyi (lat. Accipiter brevipes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (III-VU). Həssasdır, ümümi arealı daxilində məhdud ərazidə qalıb. == Qısa təsviri == Böyük qırğıya oxşayır, amma ondan çox kiçikdir. Göyərçin boydadır. Səsi uzun fit kimidir. Ağımtıl boğazında qonur zolaqlar uzanır. Gözləri qonur-qırmızıdır. Yanaqları bozumtul-qonurdur.
Əsl qırğı
Əsl qırğı (lat. Accipiter) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Accipiter gentilis Accipiter nisus Accipiter poliogaster Accipiter trivirgatus Accipiter griseiceps Accipiter toussenelii Accipiter tachiro Accipiter soloensis Accipiter francesii Accipiter trinotatus Accipiter novaehollandiae Accipiter fasciatus Accipiter albogularis Accipiter rufitorques Accipiter haplochrous Accipiter henicogrammus Accipiter poliocephalus Accipiter princeps Accipiter melanoleucus Accipiter henstii Accipiter meyerianus Accipiter castanilius Accipiter butleri Accipiter brevipes Accipiter luteoschistaceus Accipiter imitator Accipiter erythropus Accipiter minullus Accipiter gularis Accipiter nanus Accipiter erythrauchen Accipiter cirrocephalus Accipiter brachyurus Accipiter rhodogaster Accipiter madagascariensis Accipiter ovampensis Accipiter rufiventris Accipiter badius Accipiter superciliosus Accipiter collaris Accipiter striatus Accipiter chionogaster Accipiter ventralis Accipiter erythronemius Accipiter cooperii Accipiter gundlachi Accipiter bicolor Accipiter virgatusAzərbaycanda 4 növü var: tetraçalan (lat. Accipiter gentilis); bildirçinçalan (lat. Accipiter nisus); Avropa tüviyi (lat. Accipiter brevipes); tüvik (lat.
Oxuyan qırğı
Oxuyan qırğı (lat. Melierax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Qarğı
Qarğı (lat. Arundo) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Qorgi
Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndələrindən biri. == Fəlsəfəsi == Böyük sofistlərin daha bir tanınmış nümayəndəsi Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) olmuşdur. O müdrikliyi deyil, natiqliyi öyrətdiyini iddia edirdi. Çünki, hamı üçün bir olan həqiqət yoxdur.
Qırğız
Qırğızlar – türk xalqlarından biri. Hazırkı Qırğızıstan Respublikasının əsas (70.9 %-i) əhalisi. == Adın mənşəyi == Xalqın öz dilində adı "kırqız"dır. Etimologiyaya görə iki varianta üstünlük verilir : türk sözü olan " qırx qız" və "qırğı" sözləri. Bir çox türkdilli xalqlarda eyni məna başa düşülür. Kırılqız (qırğ.) — qırılmayan, vurula bilməyən Kırğın (qırğ.) — qırıcı, qıran Kıruu (qırğ.) — qırmaq, məhv etmək Azərbaycanca: qırğı — məhv edilmə Altay dilində: qırğın — qırıcı Qazax dilində: kıru — qırmaq, məhv etmək Monqol dilində: kırqı — məhv edilmə, qırılma Xakas dilində: xırqıs — qıran Yakut dilində: kırqısс (kırqıhın) — qırğı, məhv edilmə == Tarixi == == Mədəniyyəti == == Yaşadıqları ölkələr == Türkiyədə : Qırğızlar Van ilinin Ərciş ilçəsinin Ulupamir kəndində yaşayırlar, sayları 3.850 nəfərdir (2007). Əfqanıstanda : Qırğızlar Bədəxşan vilayətinin Vahan rayonunda yaşayırlar və sayları 20.000 nəfərdən çoxdur.
Gığı
Gığı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Gığı kəndi rayon mərkəzindən 35 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. Burada azərbaycanlılarla bağlı X əsrə aid tarixi abidə indi də durur. Mənbədə Kiğı kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kığı kəngərlərin Sofulu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən biridir. Ona görə də digər adı Kiçik Sofulu. Əsli Kiqi. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətində Kukovoy-Kurqan və Kükü-Oba-Daq, Batum əyalətinin Batum dairəsində Kukuti (kənd adı) Tiflis quberniyasında Kükü gölü, Naxçıvanda (Şahbuz r-nunda) Kükü kəndi, Quba qəzasında Kükü dağı, Zəngəzur qəzasında Kükülü dağı toponimləri ilə mə’naca eynidir. Abşeron yarımadasında (Qobustanda) bir palçıq vulkanı Gigidağ adlanır.
Adi qarğı
== Təbii yayılması == Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. == Botaniki təsviri == Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. == Ekologiyası == Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. == Azərbaycanda yayılması == Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. == İstifadəsi == Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. == Sinonim == Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Cizgi
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir.Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Firmi
Firmi (fr. Firmi, oks. Firmin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Oben kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12100. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 30 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2557 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1442 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 1006 İqtisadi fəallıq, 436 hərəkətsiz (fəaliyyət göstərici 69.8%, 1999-cu ildə 65.9%) idi.
Firni
Firni — düyü unu və şəkərdən hazırlanan desert. == Tərkibi: == 160 qr düyü unu, 800 qr süd, 40 qr şəkər, 40 qr yağ, darçın, 4 qr duz. == Hazırlanma qaydası: == Düyü unu hazırlamaq üçün düyü təmizlənib 1 saat suda isladılır. İslanmış düyü qurudulur və həvəngdəstədə əzilib un halına salınır. Qayanayan südə duz atılır, arasıkəsilmədən qarışdırılaraq düyü unu tökülür və şəkər tozu əlavə edilərəl bişirilir. Süfrəyə veriləndə üzərinə 1 tikə yağ qoyulub, darçın səpilir.
Georgi
Georgi — Daha çox slavyanlarda istifadə edilən ad və soyad. Georgi Jukov — Sovet İttifaqı Marşalı. Georgi Çiçerin — Rusiya marksist inqilabçısı, sovet diplomatı və siyasətçisi, musiqişünası. Georgi Pırvanov — Bolqarıstan siyasətçisi. Georgi Malenkov — Komunist partiyasının lideri və Sovet siyasətçisi. Georgi Parisaşvili — Aktyor, qrim Rəssamı. Georgi Kostaki — yunan əsilli sovet kolleksiyaçısı. Georgi Poltavçenko — Sankt-Peterburqun qubernatoru (2011). Georgi Uqulava — Gürcüstan siyasətçisi (Birləşmiş Milli Hərəkat Partiyası). Georgi Çelpanov — Rusiya alimi.
Germi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Gimri
Gimry (rus. Гимры, avar. Генуб) — Dağıstan Untsukulsky rayonunda bir kənd.
Girdə
Girdə — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Girdə Ağsu rayonunun Gürcüvan inzibati ərazi vahidində kənd. Dağ yaylasındadır. Kənd yaxınlığındakı Girdə dağın adı ilə adlandırılmışdır.
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. == Coğrafiyası və iqlimi == Kənd Samurçayın sahilində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.
Girnə
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Girov
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Girsu
Girsu (şum. 𒄈𒋢𒆠) — qədim Şumer şəhəri. Laqaşdan təxminən 25 km (16 mil) şimal-qərbdə, müasir Təll Tello, Ziqar mühafəzəsi, İraqda yerində yerləşir. == Tarixi == Girsuda insanlar Übeydlər dövründə (e.ə. 5300–4800) məskunlaşmışdır, lakin mühüm fəaliyyət səviyyəsi erkən sülalə dövründə (e.ə. 2900–2335) başlamışdır. Qudea zamanında, Laqaşın ikinci sülaləsi dövründə Girsu Laqaş Krallığının paytaxtı oldu və siyasi hakimiyyət Laqaş şəhərinə keçdikdən sonra onun dini mərkəzi olmağa davam etdi. III Ur dövründə Girsu imperiyanın əsas inzibati mərkəzi idi. Urun süqutundan sonra Girsu əhəmiyyətini itirdi, lakin təxminən e.ə. 200-cü ilə qədər məskunlaşıldı.
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.