Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hüriyyət
Hürriyyət (ərəb.
Hüriyyət (qəzet)
Hürriyet — Türkiyədə çap olunan gündəlik qəzet. 1 may 1948-ci ildə Sədat Simavi tərəfindən təsis edilmişdir. Hal-hazırda Dəmirörən Holdinqin tərkibindədir. 6 noyabr 2016-cı il etibarilə Türkiyədə ən çox tiraja sahib olan qəzetdir. Hürriyətin İstanbul, Ankara, İzmir, Adana, Antalya və Trabzonda regional ofisləri, o cümlədən Türkiyədə və xaricdə 52 ofisi və 600 müxbirdən ibarət xəbər şəbəkəsi var. Əvvəllər Doğan Media Qrupunun (Doğan Yayın Holdinq) idarəçiliyində olub.
Düriyyə Rəhimova
Düriyyə Rəhimova (15 mart 1929, Qımıl, Quba rayonu – 29 mart 2014, Dərbənd, Dağıstan) — Dağıstanın xalq artisti. == Həyatı == Düriyyə Rəhimova 1929-cu ildə martın 15-də Quba rayonunun Qımıl kəndində anadan olmuşdur. Quba Dövlət Dram Teatrında işləməyə başlamışdır. Quba Dövlət Dram Tatrı bağlandığdan sonra Dağıstan Filarmoniyasına dəvət almış və orada işləmişdir. Sonralar Ləzgi Dövlət Teatrında fəaliyyət göstərmişdir. Dərbənd Azərbaycan Dövlət Dram teatrının yaradıcılarından biridir. Onlarla yadda qalan rolları vardır. 2014-cü ilin mart ayında uzun sürən xəstəlikdən sonra 85 yaşında yaşadığı Dərbənd şəhərində vəfat etmişdir.
Nuriyyə Hüseynova
Nuriyyə İsmayıl qızı Hüseynova — müğənni, muğam ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan MEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti. == Həyatı == Nuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə beynəlxalq müsabiqələrə qatılıb və dövlət konsertlərində uğurla çıxış etmişdir. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası muğam ixtisası üzrə təhsil alıb və eyni zamanda müəllim statusu veririlib. 1992-1993-cu illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 1994-cu ildə Bakı Humanitar Kolleci (Bakı Mədəni-Maarif) Texnikumunda və 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllimə çalışır. 1995-ci ildən bu günə kimi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir. 2000-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
Nuriyyə Əhmədova
Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa – 10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004–2015). == Həyatı == Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. İki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var. Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir.
Hürriyyət
Hürriyyət (ərəb.
Hədiyyə
Hədiyyə — mal-mülkü kiməsə bağışlamaq. Hədiyyə adətən doğum günlərində, bayramlarda və yeni ildə verilir. Hədiyyə vermənin səbələri müxtəlif ola bilər. Bunlardan ən geniş yayılanı aşağıdakılardır: Adət və bayramlar (Doğum günləri, Bayramlar, Toy və s. hədiyyələr) Minnətdarlığın və ehtiramın ifadəsi Dostluq və ya sevgi etirafı Təsəlli xarakterli.
Hərbiyyə
Ordu - Silahdan da istifadə etməklə, güc tətbiqi ilə ölkəni müdafiə edən səlahiyyətli orqan
Dəriyyə əmirliyi
Birinci Səudiyyə dövləti və ya Diriyyə əmirliyi (ərəb. إمارة الدرعية‎) — 1744-cü ildən 1818-ci ilə qədər Osmanlı Ərəbistanı torpaqlarında (indiki Səudiyyə Ərəbistanı) mövcud olmuş dövlət. Səud sülaləsinin idarə etdiyi birinci dövlət. Paytaxtı Diriyyə şəhəri olduğundan, bəzi tarixçilər əmirliyi Diriyyə əmirliyi adlandırırlar. == Tarixi == Diriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi. 1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi. Əbdüləziz ibn Məhəmməd əl-Səud müsəlman-vəhhabilərin imamı kimi Diriyyə əmirliyini güclü bir dövlətə çevirə bildi. 1773-cü ildə Ər-Riyadı işğal edən Səudlar, bütün Nəcdi özlərinə tabe etdilər.
Hüsniyyə Mürvətova
Mürvətova Hüsniyyə Vaqif qızı (1 iyun 1971, Siyəzən) — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Hüsniyyə Mürvətova Sumqayıt şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlamışdır. 1990-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1994–1997-ci illərdə "İlham" miniatür teatrında çalışmışdır. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Dram Teatrı Dərs (Rafiq Səməndərov) — Sevda Şah İsmayıl Ölülər Dünyaxanım ev axtarır Bakı Bələdiyyə Teatrı O. Altunbayın "Tomris (O. Altunbay) — Tomris Nadir şah (Nəriman Nərimanov) — Gülcahan Vətənə igidlər gərəkdir (R. İçərişəhərli) — Əsmər Dəli Domrul (A. Məmmədov) — Banı Ağ və qara (H. Fətullayev) — qız İnsan və iblis (Ə. Pəhləvan) — Şükriyyə Elektra (Sofokl) — Elektra Xəyanətin müsibəti (İ. Kərimov) — Ümmi İshaq Dönüş (C. Cabbarlı) — Gülsabah Türk sancağı (A. Qurbani) — Yasəmən İblis (H. Cavid) — İblis Şanl Vətən. Jurnalist Nəsimi -Fatma Sən Qayıdacaqsan.
Hüsniyyə Vaqifqızı

Hüsniyyə Əhmədova

Hədiyyə (dəqiqləşdirmə)
Hədiyyə — bir əşyanı kiməsə bağışlamaq. Hədiyyə (film, 2015) — film. Hədiyyə (film, 2016) — film.
Hədiyyə Məmmədzadə
Hədiyyə Məmmədzadə (1892 Gürcüstanın Asxuri k.-1951Bakı) — Azərbaycan jurnalisti, maarifçi, pedaqоq, xeyriyyəçi. == Həyatı == Hədiyyə Xəlil qızı Bakıda 2-ci rus-müsəlman qız məktəbində oxumuşdur. 1909-cu ildə "Səadət" cəmiyyətinin Ağdaşda açdığı ilk qız məktəbində müdir işləmişdir. "Məktəb", "İşıq" jurnallarında çıxış etmiş, xalqı maarifə çağırmışdır. 1914-18 illərdə Tiflisdə Qafqaz müsəlman qadınları "Xeyriyyə cəmiyyətinin" təşkil etdiyi uşaq himayədarlığı evində tərbiyəçi işləmişdir. Ali təhsil aldıqdan sonra Bakıda, Zaqatalada və s. yerlərdə müəllimlik etmişdir. Gürcüstanın Asxuri kəndində maarifçi ailəsində dоğulmuş, təhsilini kəndində və Bakıdakı rus-müsəlman məktəbində almış, əmək fəaliyyətinə müəllimlikdən başlamışdır. Bir müddət Ağdaşda ilk qız məktəbinin müdiri, Tiflisdə, Bakıda, Zaqatalada və b. yerlərdə məktəbdarlıq etmişdir.
Sürəyyə Babayeva
Sürəyyə Babayeva (tam adı: Sürəyyə Lətif qızı Babayeva; 1913, Qaradonlu, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 22 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1913-cü ildə Cavad qəzasının Qaradonlu kəndində (İndiki İmişli rayonuna aiddir) anadan olmuşdur. Həyat yoldaşı Müxlis Böyük Vətən müharibəsində itkin düşmüşdür; bu səbəbdən, oğlu Ərzulla və qızı Mirvarini özü böyütmüşdür. Son illərdə oğlu və onun ailəsi ilə birgə Biləcəri qəsəbəsində yaşamışdır. == Qanlı Yanvar faciəsi == Yanvarın 22-də saat 17.25 dəqiqədə Biləcəri şosesində hərəkət edən hərbi zirehli maşınlardan və tanklardan buradakı binalar atəşə tutulmuş, mətbəxdə xörək hazırlayan 77 yaşlı Sürəyya Babayeva aldığı yaradan yerindəcə həlak olmuşdur. Güllə sağ gicgah nahiyəsindən girmiş və sol gicgah nahiyəsindən çıxmışdır. Bina 5 dəqiqədən çox avtomat və pulemyotlardan atəşə tutulmuş, 76-cı mənzildə yaşayan Mürsəl Əsgərov da yaralanmışdır. Mənzillərdə avtomat və pulemyot güllələrinin yeri uzun müddət qalmışdır. İmişli rayonunda dəfn edilmişdir. == Ünvan == Bakı, Biləcəri qəsəbəsi, Tbilisi şosesi, ev 1a, mənzil 29.
Sürəyyə Bəylərbəyova
Sürəyya Bəylərbəyova (tam adı:Sürəyya Səfərəli qızı Bəylərbəyova; d.3 fevral 1897, Bakı — ö.14 mart 1977, Bakı) — tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == S.Bəylərbəyova 1897-ci ildə fevralın 3-də müəllim ailəsində anadan olmuşdur. 5 yaşında ata-anasını itirdiyindən yazıçı S.S.Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanır. Orada olduğu müddətdə müqəddəs Anna adına Bakı qadın gimnaziyasını qızıl medalla bitirir, 1913–19-cu illərdə Bakıda III şəhər qadın rus-tatar məktəbində müəllimlik edir. 1929-cu ildə Əli Bayramov adına qadınlar klubuna üzv olmuş, burada ictimai əsasla işləmiş, həm də stenoqrafçı kursunda oxumuşdur. 1977-ci ildə martın 14-də vəfat etmişdir. == Fəaliyyəti == 1931–33-cü illərdə Bakı kino idarəsində işlər müdiri işləyərkən onu bədii tərcümə problemi cəlb edir. İlk tərcümələri A.Bartonun əsərləri olur. 1938-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında işlədiyi vaxtdan tərcüməçiliklə məşğul olmağa başlayır. Müasir Azərbaycan ədəbiyyatının fonduna daxil olan bədii əsərlərin əksəriyyətini, klassik poeziyadan və zəngin şifahi xalq ədəbiyyatından nümunələri yüksək səviyyədə hərfi tərcümə etmiş, beləliklə, bədii tərcümə ustalarına kömək etmişdir.
Səriyyə Cəfərova
Səriyyə Cəfərova — yazıçı, publisist, müstəqil jurnalist. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri. Qarabağ müharibəsi veteranı - hərbi repartyor. == Həyatı == Səriyyə Müslüm qızı Cəfərova 1960-cı ildə Xocalı şəhərində anadan olmuşdur. Xocalı soyqırımının canlı şahididir. Soyqırım zamanı anasını, yaxın qohumlarını itiribdir. 1992-ci ildə Xankəndindəki Pedoqoji Universitetini bitirmişdir. 1991-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. == Yaradıcılığı == 1991-ci ildə "Xocalının səsi" qəzetində xüsusi müxbir, həm də "Səhər" qəzetinin bölgə müxbiri işləmişdir. Xocalı soyqirımından bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-ci ildə nəşr olunmuşdur.
Səriyyə Xəlilova
Səriyyə Xəlilova — Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri idi. == Qətli == Səriyyə Xəlilova 1933-cü ilin yanvarında Bakıda doğmaları – atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Bu cinayət mövhumatçı kəsimin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi sayılır. Belə ki, Səriyyə Xəlilova Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri olmuşdur. Səriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilmiş, minlərlə qadın dəfn mərasiminə qatılmışdır. Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirmiş və öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içmişdilər. Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə bu haqda belə xatırlayır: "Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də." == Xatirəsi == Səriyyə Xəlilovanın xatirəsi cəmisi 1 il sonra "İsmət" (digər adı — "Adətin məhvi") bədii filminin çəkilişləri ilə əbədiləşdirilir.
Hürriyyət (qəzet)
Hürriyet — Türkiyədə çap olunan gündəlik qəzet. 1 may 1948-ci ildə Sədat Simavi tərəfindən təsis edilmişdir. Hal-hazırda Dəmirörən Holdinqin tərkibindədir. 6 noyabr 2016-cı il etibarilə Türkiyədə ən çox tiraja sahib olan qəzetdir. Hürriyətin İstanbul, Ankara, İzmir, Adana, Antalya və Trabzonda regional ofisləri, o cümlədən Türkiyədə və xaricdə 52 ofisi və 600 müxbirdən ibarət xəbər şəbəkəsi var. Əvvəllər Doğan Media Qrupunun (Doğan Yayın Holdinq) idarəçiliyində olub.
Şükriyyə Axundzadə
Şükriyyə Axundzadə və ya Şükriyyə Cavad (1902, Batum – oktyabr 1993, Çinarlı, Şəmkir rayonu) — Əhməd Cavadın həyat yoldaşı, repressiya qurbanı. 1937-ci ildə Əhməd Cavadla birlikdə həbs olunub. Daha sonra 8 il sürgünə məhkum edilib. Cəzasını Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində çəkib. 1945-ci ildə azadlığa çıxıb, 1955-ci ildə günahsız olduğu üçün bəraət qazanıb. Həyatına aid bir neçə pyes, kitab və mahnı yazılıb, müxtəlif teatrlarda tamaşalar səhnəyə qoyulub. == Haqqında == Şükriyyə Süleyman qızı Bejanidze 1902-ci ildə Batumi şəhərində anadan olub. Burada qızlar gimnaziyasını bitirib. Əhməd Cavad Türk Ordusuna Yardım Fondunun katibi olduğu üçün bir müddət Batumidə yaşayıb. Burada olduğu dövrdə Şükriyyə xanımla tanış olub.
Şükriyyə Cavad

Əbu Hüreyrə
Əbu Hüreyrə (602, Tixama, Məkkə bölgəsi[d] – 679, ərəb. أبو هريرة‎) və ya Əbu Hüreyrə Əbdürrəhman bin Səhr əd-Devsi — Yəmən əsilli səhabələrdən biri. Əsl adı bilinməsə də, müsəlman olmadan əvvəl adının Əbdüləmr, Sükeyn, Əbdüşəms olduğu barədə müxtəlif şayiələr vardır. Sahibsiz pişikləri bəslədiyi və böyütdüyü üçün o, “Pişik atası” mənasını verən Əbu Hüreyrə adı ilə tanınırdı. Yəməndə doğulan Əbu Hüreyrənin doğum tarixi məlum deyil və o, Ezd qəbiləsinin Devs qoluna mənsubdur. 628-ci ildə Məhəmməd Xeybərdə olarkən onun yanına gəlir və müsəlman olur. O, mühasirə zamanı Xeybərin fəthində və ondan sonrakı bütün müharibələrdə iştirak etmişdir. == Hədis rəvayətləri == Bu tarixdən ölümünə qədər üç il Məhəmmədin yanından ayrılmamılşdır. Bu səbəbdən də onun ən çox hədis nəql edən səhabə olduğu deyilir. Onun 5375 hədis rəvayət etdiyi təxmin edilir.
Diriyyə əmirliyi
Birinci Səudiyyə dövləti və ya Diriyyə əmirliyi (ərəb. إمارة الدرعية‎) — 1744-cü ildən 1818-ci ilə qədər Osmanlı Ərəbistanı torpaqlarında (indiki Səudiyyə Ərəbistanı) mövcud olmuş dövlət. Səud sülaləsinin idarə etdiyi birinci dövlət. Paytaxtı Diriyyə şəhəri olduğundan, bəzi tarixçilər əmirliyi Diriyyə əmirliyi adlandırırlar. == Tarixi == Diriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi. 1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi. Əbdüləziz ibn Məhəmməd əl-Səud müsəlman-vəhhabilərin imamı kimi Diriyyə əmirliyini güclü bir dövlətə çevirə bildi. 1773-cü ildə Ər-Riyadı işğal edən Səudlar, bütün Nəcdi özlərinə tabe etdilər.
Şükriyyə xanım
Şükriyyə Axundzadə və ya Şükriyyə Cavad (1902, Batum – oktyabr 1993, Çinarlı, Şəmkir rayonu) — Əhməd Cavadın həyat yoldaşı, repressiya qurbanı. 1937-ci ildə Əhməd Cavadla birlikdə həbs olunub. Daha sonra 8 il sürgünə məhkum edilib. Cəzasını Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində çəkib. 1945-ci ildə azadlığa çıxıb, 1955-ci ildə günahsız olduğu üçün bəraət qazanıb. Həyatına aid bir neçə pyes, kitab və mahnı yazılıb, müxtəlif teatrlarda tamaşalar səhnəyə qoyulub. == Haqqında == Şükriyyə Süleyman qızı Bejanidze 1902-ci ildə Batumi şəhərində anadan olub. Burada qızlar gimnaziyasını bitirib. Əhməd Cavad Türk Ordusuna Yardım Fondunun katibi olduğu üçün bir müddət Batumidə yaşayıb. Burada olduğu dövrdə Şükriyyə xanımla tanış olub.
Hüviyyət vərəqəsi
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az-əbcəd. هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. == Vəsiqələrin növləri == Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. == Dövlət rüsumu haqqında məlumat == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat == Vəsiqə necə verilir? ==
Suriyə
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Ruqiyyə Zərbəliyeva
Ruqiyyə Hacıağa qızı Zərbəliyeva — Azərbaycanda, Qafqazda, həmçinin bütün Yaxın Şərqdə ilk qadın qırıcı təyyarəçi.[mənbə göstərin] == Həyatı == Ruqiyyə Hacıağa qızı Zərbəliyeva sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu XX əsrin 30-cu illərinin sonlarında yerinə yetirmişdir. Ruqiyyə Zərbəliyeva ilk azərbaycanlı qırıcı təyyarəçi olmuşdur. Həyat yoldaşı Baba İbrahim oğlu Talıbov İkinci dünya müharibəsinə getmiş və həlak olmuşdur. Rauf adlı oğlu ilə tək qalan Ruqiyyə Zərbəliyeva sonralar Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirərək uşaq həkimi olmuş, Qusarda və Bakıda uşaq həkimi kimi çalışmışdır. Ruqiyyə Zərbəliyeva Bakıda yaradılmış "Səfa" müsəlman cəmiyyətinin fəallarından olan Kərbəlayı Abdulla Zərbəliyevin nəvəsidir. "Baku" qəzetinin 1914-cü il yanvar tarixli 5-ci sayında yazdığına görə Kərbəlayı Abdulla Zərbəliyev Bakıda yaradılmış “Səfa” müsəlman cəmiyyətinin yaradıcılarından və xəzinədarı, habelə Bakı Şəhər Dumasının üzvü olmuşdur. Ruqiyyə Zərbəliyevanın oğlu Rauf Baba oğlu Talıbov Azərbaycan Politexnik İnstitutunda müəllim və Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. == İstinadlar == == Ədəbiyyat == Cəfərov N. Qırıcı aeroplan pilotu (Ruqiyyə Zərbəliyeva haqqında) // "Kommunist" qəzeti, 1940. 8 mart Şimşinov A. Qanadlı qız (Gənc pilot Ruqiyyə Zərbəliyeva haqqında) // "Gənc işçi" qəzeti, 1941. 7 mart.
Ruqiyyə Çobanzadə
Çobanzadə Ruqiyyə Gəray qızı 1904-cü ildə Ulyanovski şəhərində anadan olmuşdur. Bakıda konservatoriyanı bitirdikdən sonra M.F.Axundov adına Opera və Balet Teatrında işləmişdir. Həyat yoldaşı Çobanzadə Bəkir Vahab oğlu Azərbaycan SSRİ XDİK tərəfindən 2 fevral 1937-ci ildə vətən xaini kimi həbs edilmiş və 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Səyyar Sessiyası tərəfindən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas götürülərək Çobanzadə Ruqiyyə Gəray qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 11 oktyabr 1937-ci il qərarı ilə həbs edilmiş və 8 il müddətinə sürgünə göndərilmişdir. 1945-ci ildə sürgündən qayıdan Ruqiyyə xanım məcburiyyət üzündən Şamaxıda yaşamalı olub. 13 dekabr 1955-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı Çobanzadə Ruqiyyə Gəray qızına bəraət vermişdir. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Hürriyyet (qəzet)