Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həmərsin
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Hərsin
Hərsin (fars. هرسين‎) — İranın Kirmanşah ostanının şəhərlərindən və Hərsin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,562 nəfər və 12,001 ailədən ibarət idi.
Mərsin
Mərsin (lat. Myrtus) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Adi mərsin
Adi mərsin (lat. Myrtus communis) - mərsin cinsinə aid bitki növü. == Əhəmiyyəti == Mərsindən alınan efiryağları ətriyyat sənayesində istifadə edilir. Yarpaqları və meyvələri Aralıq dənizi ölkələrinin məbəxlərində (kulinariyada) ədviyyə vasitəsi kimi işlədilir. Mərsini ət və balıq şorbalarına, pörtlədilmiş mal və donuz ətlərinə, dəniz balıqlarının qaynadılmış ətlərinə əlavə edirlər.Adi mərsin gözəl dekorativ bitkidir. Onun özünə məxsus gözəl ətri və böyük fitonsid aktivliyi vardır. Mərsini otaq şəraitində də becərmək olar. == Müalicəvi xüsusiyyətləri == Mərsindən alınan efir yağı rəngsiz və ya yaşılımtıl-sarı rəngli maye olub, xoşagələn təravətli iyə və yandırıcı dada malikdir. Bu yağın tərkibində α-pinen, dipekten, kamfen , sineol, mirtenol, qeraniol, nerol, kamfora və aldehidlər vardır. Mərsinin yarpaqlarında qatranlar, aşı maddələri, zülal, acı maddələr və s.
Cır mərsin
Hərsin şəhristanı
Hərsin şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Hərsin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 90,452 nəfər və 20,788 ailədən ibarət idi.
Jemerson
Jemerson de Xesus Naskimento (24 avqust 1992-ci ildə anadan olub) — Jemerson kimi də tanınan, Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda müdafiənin mərkəz cinahında çıxış edən peşəkar Braziliya futbolçusudur. == Klub karyerası == Jemerson Baiyanın Jeremoabo bələdiyyəsində anadan olmuşdur. Jemerson 2009-cu ilə qədər həvəskar olaraq futbol oynamışdır. 2009-cu ildə Konfiança klubu ilə müqavilə imzalamışdır. Jemerson Palmeyras, Santos, Vasko klublarının akademiyasına seçilə bilmədiyi üçün Atletiko Mineyro klubunun gənclər akademiyasına qəbul olundu. === Atletiko Mineyro === Jemerson karyerasında debütünü 2012-ci ildə etmişdir. 2012-ci ildə Jemerson Demokrata klubuna icarəyə verilmiş və klub ilə 12 oyuna çıxmışdır. Avqust ayında o, yenidən Qalo klubuna geri qayıtmışdır. Dekabr ayında isə əsas komanda ilə debüt etmişdir.Jemerson Seriya A-da əsas komanda ilə debütünü 7 iyul 2013-cü ildə Krisiuma klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Mineyro evdə Krisiumaya 3-2 hesabı ilə qalib gəlmişdir.
Remeşin
Aşağı Remeşin
Mersin
Mersin (köhnə adı İcəl) — Türkiyənin Mersin ilinin mərkəzi, əhali sayına görə onuncu böyük şəhəri. 2016-cı ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən əhalisi 1 773 852 nəfərdir. Böyükşəhər statusuna malikdir. Mersin həm də liman şəhəridir. Mersin limanı Türkiyənin ən böyük limanıdır.
Həmnişin (Xudafərin)
Həmnişin (fars. همنشين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (30 ailə).
Aleksey Temerin
Aleksey Temerin — SSRİ operatoru. == Həyatı == Aleksey Temerin 1 oktyabr 1923-cü ildə anadan olub. Aktyor və operator kimi çalışıb.
Aşağı Remeşin
Qızıl Qışlaq (əvvəlki adı: Aşağı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Remeşin kəndi Kükü kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Remeşin kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Remeşin kənd inzibati ərazi dairəsinin mərkəzi Aşağı Remeşin kəndi Qızıl Qışlaq kəndi, Remeşin kənd inzibati ərazi dairəsi Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Əhalisi 778 nəfərdir.
Emerson Smit
Emerson Smit (13 fevral 1997) — ABŞ-lı fristaylçı. Emerson Smit ABŞ-ni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Emerson Smit birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Smit ümumilikdə 72.59 xal toplayaraq öz cığırında 22-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Homerin fobiyası
"Homerin fobiyası" (ing. Homer’s Phobia) — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün on beşinci seriyası. İlk dəfə 16 fevral 1997-ci ildə ABŞ-nin Fox televiziya kanalında yayımlanmışdır. Bu seriyada Homer, ailənin yeni dostu olan Conun gey olduğunu öyrənir və bundan sonra ondan uzaqlaşmağa başlayır. Conun, oğlu Barta mənfi təsir göstərəcəyindən qorxuya düşən Homer, Bartın heteroseksuallığını zəmanətə almaq məqsədilə onu ova aparmağa qərar verir. Seriyanın rejissoru Mayk Anderson, ssenari müəllifi isə Ron Hoc olub. "Homerin fobiyası" Hocun ssenari müəllifi olduğu ilk "Simpsonlar" seriyasıdır. "Homo Bart", seriyanın icraçı prodüserləri Bill Oukli və Coş Vaynşteynin, Lizanın "ədalı şeylərin sevincini kəşf etməsi" mövzusunu əhatə edən seriya çəkməyi planlaşdırarkən, Corc Meyer tərəfindən bir seriyaya başlanğıc ideyası kimi verilib. Oukli və Vaynşteyn bu iki fikri birləşdirib və nəticədə "Homerin fobiyası" ərsəyə gəlib. Fox əvvəlcə mövzusunun mübahisəli olmağına görə seriyanı nümayiş etdirməyi məqsədəuyğun saymayıb və senzuradan keçirib, ancaq Fox kanalına daxil olan çoxsaylı müraciətlərdən sonra kanal verdiyi qərarı dəyişməli olub.
Yuxarı Remeşin
Güney Qışlaq (əvvəlki adı: Yuxarı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kənd Sovetinin tərkibindəki Yuxarı Remeşin kəndi Remeşin kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Yuxarı Remeşin kəndində 9 evdə 17 nəfəri kişilər 18 əfəri isə qadınlar olmaqla 35 nəfər müsəlman yaşayırdı. Kənd əhalisinin sayı 544 nəfərdir.
Mersin Limanı
Mersin limanı — Türkiyənin ən böyük limanıdır. 1841-ci ildə kiçik balıq ovçuluğu rolunu oynayan Mersin; 1850-ci ildə vilayət, 1865-ci ildə isə il olmuşdur. 1860-ci ildən etibarən körpü inşası əhəmiyyət qazanan mahalda 1886-ci ildə Adana-Mersin Dəmiryolunun da açılmasıyla gələn - gedən gəmi sayında bir artım meydana gəlmiş və bu gəmilərin idxal - ixracatı üçün daha sürətli iş imkanları ortaya çıxarılaraq, Mersin Bələdiyyəsi tərəfindən əvvəl Daş körpüsü, daha sonra gömrük körpüsü inşa edildi. Bununla da, limanın əsası qoyulmağa başlandı. Dəniz ticarətindəki sürətli artım səbəbiylə ciddi bir liman rəhbərliyinə ehtiyac duyulmuş və 29 avqust 1927-ci ildə Seyrisefain qurumunu, Mersin, Tarsus, Seyhan və Ceyhan bələdiyyələri ilə Mersin Ticarət Palatası və Mersin Xüsusi mühasibliyi (Mersin Liman Şirkəti) qurulmuşdur. Şirkətin sərmayəsi 200 000 TL-dən çox olmuşdur. Şirkət meydana gələn təbii fəlakətlər səbəbi zərər görmüş və 1942-ci ildə ləğv qərarı ilə birlikdə Hökumətə dövrü qərarı alınmışdır. 400 000 TL məbləğ ilə Milli Qoruma Qanununun 6-cı Maddəsinə əsasən Dövlət Dəmiryolları və Limanları Əməliyyat Ümumi Müdirliyinə dövrü haqqındakı K / 323 saylı qərar ilə, Nazirlər Kabinetinin 14 may 1942 gün və 5106 saylı Rəsmi Qəzetdə müntəşir 9 May 1942 tarix və 2/17874 Bu qərara görə qəbul edildi. Mersin limanının müasir və təhlükəsiz bir şəkildə inşaasına 3 May 1954 tarixində başlanılmış, inşaat Hollandiya Kral Liman İnşaat Şirkəti tərəfindən həyata keçirilmişdir. Ən yaxın dəniz limanı Adanada, 50 km məsafədədir.
Mersin ili
Mersin ili — Türkiyədə il.
Mut (Mersin)
Mut (türk. Mut) — Mersin ilinin ilçəsi.
Soli (Mersin)
Soli — (Solo, Solipolis və Pompeipolis adları də verilir), Mersində antik bir şəhər. == Məskunlaşma == Soli antik şəhər olub dəniz sahilinə yaxın geniş bir ərazidir və Mersin Böyükşəhər Bələdiyyəsi sərhədləri içərisində yer almaqdadır. Mezitli metropoliten bələdiyyəsinin Viranşəhər səmtindədir. == Tarixi == Soli şəhəri e.ə. 700-ci illərdə Rodos adasından gələn Dorlar tərəfindən quruldu. Şəhər adı Günəş mənasını verir. Dorlar Günəş tanrısına ibadət etdiklərindən ehtimalla şəhər adı da dini inanc ilə əlaqədar idi. Ancaq Soli Rodos əlaqəsi davamlı olmadı və şəhər böyük ölçüdə muxtar olaraq qısa zamanda Anadolunun Aralıq dənizi sahilindəki ən işlək limanlarından biri oldu. Bəzii qeydlərə görə, Yunanıstandakı Attica Delos ittifaqına üzv idi. Amma, Fars döyüşləri sonrasında, e.ə.
Akdəniz (Mersin)
Akdəniz (türk. Akdeniz) — Mersin ilinin ilçəsi.
Erik Emerson Şmidt
Erik Emerson Şmidt (ing. Eric Emerson Schmidt; 27 aprel 1955, Vaşinqton[…]) — ABŞ-nin proqram mühəndisi, "Google" şirkətinin baş icraçı direktoru == Həyatı == Erik Emerson Şmidt 27 aprel 1955-ci ildə Falls Church, Virginiada (Amerika Birləşmiş Ştatları) anadan olmuşdur. == Fəaliyyəti == "Google" şirkətinin baş icraçı direktoru və direktorlar şurasının sədri Erik Emerson Şmidt Şmidt ABŞ prezidenti yanında Elm və Texnologiya üzrə şuranın, Milli Mühəndis İnstitutunun, ABŞ-nin Sənət və Elm Akademiyasının üzvüdür. "New America Foundation" qeyri-kommersiya fonduna rəhbərlik edən Şmidtin sərvəti "Forbes" jurnalının qiymətləndirməsinə əsasən 2010-cu ildə 6,3 milyard ABŞ dolları təşkil edirdi və o, dünyanın ən varlı şəxslərinin siyahısında 117-ci yeri tuturdu. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Ralf Uold Emerson
Ralf Uold Emerson (1803-1882) – Amerika yazıçısı və filosofu, Transsendentalizm fəlsəfi hərəkatının banisi. Baxışları ziddiyyətli kimi qəbul edilir. Ona Platon və ya yeni platonçular – Göte, Karleyl, ingilis romantik şairləri U.Vordsvort və S.Kolric, həmçinin Şərq mistikləri təsir göstərmişdir düşünürlər. E-un T-inə görə "fəlsəfənin əbədi problemi" Ruh və Materiyanın münasibətlərindən ibarətdir. O bu problemi idealist kimi həll edir: "Təbiət ruhun rəmzidir". Varlığın ən yüksək sintetik prinsipi fövqəlruhdur, Allahdır. Qnoseologiyada isə Emerson İntuitivizmə yaxın olmuşdur; seyr, sonra isə intuisiya və vəcdəgəlmə şeylərin mahiyyətinə nüfuz etməyin ən yaxşı üsullarıdır. Dünyada hər yerdə gözəllik mövcuddur; harmoniya, kamillik və mənəvilik gözəlliyin əsas cəhətləridir. "Gözəlliyi yaratmaq sənətdir, incəsənətdir". Emersona görə tarixdə həlledici rol böyük adamlara xasdır (və ümmumiyyətlə "bütün dərin biliyə nüfuz etmək, fərdiyyətçiliyin nəsibidir"); onlar cəmiyyətin, şəxsiyyətin əxlaqi təkmilləşməsindən ibarət tərəqqisinə kömək edirlər.
Aristotel Homerin büstü ilə
Aristotel Homerin büstü ilə (nid. Aristoteles peinzend bij een borstbeeld van Homerus) — Rembrandtın italyan kolleksiyasıçısının sifarişi ilə 1653-cü ildə çəkdiyi iri ölçülü (143,5x136,5 sm) rəsm əsəri. Rəssamın yaradıcılığı üçün ənənəvi olan bu portret tarixi süjet kimi qələmə verilmişdir. == Rəsmin tarixi == Siciliyalı zadəgan Antonio Ruffo (1610/11- 1678) Rembrandtin ofortlarını Romada görmüş və onları yüksək qiymətləndirmişdi. 1652-ci ildə o özünün Amsterdamdakı agenti vasitəsilə Aristoteli təsvir edəcək rəsm əsərinə görə Rembrandta 500 florin təklif etmişdi. O dövr üçün bu çox böyük məbləğ idi (Rəsmlərin İtaliyadakı orta qiymətindən 8 dəfə çox). O dövrkü Amsterdamda isə bu məbləğ rəssam və ya dükan sahibinin ailəsi ilə birlikdə 1 il yaşaması üçün kifayət idi.Lakin Rembrandt üçün bu daha böyük məbləğ idi, çünki Amsterdamda o artıq dəbdən düşmüşdü. Bundan əlavə, Rembrandt böyük fəlakət astanasında idi: hətta belə böyük məbləğ onu müflisləşmədən xilas edə bilmirdi Rembrandt sifarişi yerinə yetirərək rəsmi dəniz yolu ilə Messinaya göndərdi. Ruffo rəsmi çox bəyəndiyindən daha sonra Rembrandta Makedoniyalı İskəndəri (1661, dövrümüzədək gəlib çatmamışdır) və “İliada”nı pəsdən öz şagirdlərinə oxuyan Homeri (1663, Mauritsxeys) təsvir edən daha iki rəsm sifariş etmişdi. == Rəsmin təsviri == Aristotel rəsmin mərkəzində tünd pərdə və küncdə bir qalaq kitabın fonunda dayanmışdır.
Mersin Talim Yurdu FK
Mersin Talim Yurdu və ya köhnə adı ilə Mersin İdman Yurdu — Türkiyənin Mersin şəhərini təmsil edən və 1925-ci ildə qurulmuş köhnə futbol klubu.