Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gözün hərəki siniri
Gözün hərəki siniri (lat. nervus oculomotorius) — bir başlanğıc nüvəyə malikdir. Onun nüvəsi — lat. nucleus nervi oculomotorii böyük beyin ayaqcıqları qapağında, yuxarı təpəciklər səviyyəsində yerləşmişdir. Bu nüvənin altında kirpik əzələsini və göz bəbəyini daraldıcı əzələni innervasiya edən lat. nucleus accessorius (vegetativus) nervi oculomotorii (Vestfal-Edinger və ya Yakuboviç nüvəsi) və tən orta tək parasimpatik nüvə vardır. Gözün hərəki siniri böyük beyin ayaqcığının içəri tərəfində ayaqcıqlararası çuxurda — lat. sulcus medialis cruris cerebri deyilən şırımdan beyin əsasına çıxır. Buradan önə və bayır tərəfə dönərək, dal maili çıxıntının və mağaralı cibin bayır kənarı ilə göz yuvasının yuxarı yarığına çatır və bunun içəri bucağından (vətər halqasından) göz yuvasına daxil olub iki şaxəyə — lat. rami superior et inferior bölünür.
Hərəkiyan (Şəpiran)
Hərəkiyan (fars. هركيان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 518 nəfər yaşayır (96 ailə).
Hərəkə
Hərəkə (حرکه), Ərəb əlifbasındaçı səsli hərflərin yerinə işlənir. Əsldə bu əlifbada hammı səslilər göstərilmir. Azərbaican-ərab əlifbasında bəzi hərflər səsli yerinə işlənir. Misal üçün əlif A/a yerinə istifadə olunur ha belə hərdən هـ/ه Ə yerinə işlənir. Hərəkələr müasir Ərəb dilində yeni yaranmışdır. Səslilər yalnız Quran yazılarında maxsus tələfüz göstərmək məqsədilə istifadə olunur. fəthə (فَتحه) َ hərfin yuxarısında gəlir və Ə səsin verir. سَله (sələ) bu misalda ikinci Ə səsini ـه göstərir. kəsrə (کَسره) ِ hərfin aşağısında gəlir və İ səsin verir. بـِل (bil) zəmmə (ضمه) ُ hərfin yuxarısında gəlir və O, U səslərin verir həmin hərəkə و ilə gələndə (وُ) O, U, Ö və Ü səsidə verir.
Böyük Hərəmi
Böyük Hərəmi - Azərbaycan Respublikasında Hacıqabul rayonu ərazisinda palçıq vulkanı. Pirsaatçayın sağ sahilində, eyniadlı silsilənin qərb hissəsindədir. Vulkanın krater çölündə, əsas etibarilə iki paralel xətt üzrə yerləşmiş çoxlu sopka və qrifon var. Fəaliyyətdə olan bütün sopka və qrifonlardan intensiv surətdə qaz, su, palçıq və neft pərdələri ayrılır. Böyük Hərəmi tektonik cəhətdən eyniadlı qırışığın tağına uyğun gəlir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, IV cild, Bakı,2011, səh.455.
İngilis hərəmi
İngilis hərəmi — Yeni Zelandiya yazıçısı Entoni Makkartenin (Anthony McCarten) 2005 ci ildə qələmə aldığı, məhəbbət, mədəniyyətlərarası tolerantlıq haqqında romanı. Roman bir neçə insanın taleyindən bəhs edir: iranlı Saman Səhər və onun üç arvadı - fars Firuzə, fransız İvett və ingilis Treys. Saman İranın şah dövrünün varlı qəssab ailəsində dünyaya gəlmiş, Böyük Britaniyaya oxumaq üçün göndərilmișdir. İrana qayıdarkən onun hamuger dən zəhərləndikdən sonra ət yeməklərindən imtina etməsi onun aləsini çox təəcübləndirir. Tehranda vegeterian yməkxanası açan Saman İslam İnqilabından sonra ölkəsini tərk etməli olur və o vətəninə geri dönə bilmir. Saman İngiltərəyə qaçan Saman bu ölkəyə məftundur, çoxlu dostlar qazanır elit cəmiyyətin bir üzvünə çevrilir. Burada o, İran mətbəxi əsnaasında vegetarian yeməkxanalar șəbəkəsi yaradıb çalıṣır. O, əsil ingilispərəstə çevrilir. Onu hətta sadəcə Sem deyə çaĝırırlar. Amma öz keçmișindən yaxa qurtara bilmir.
Mühəqqiq Kərəki
Mühəqqiq Kərəki Əli bin Əbdül-Əli (1461, Cəbəl Amil və ya Livan – 29 iyun 1534, Nəcəf) — Cəbəl Amilindən köçüb əvvəlcə İraqa, sonra isə İrana gəlmişdir. Səfəvi dövrünün alimlərindəndir. On iki imamçılığı təbliğ etmək üçün Şah İsmayıl Səfəvinin dəvətindən sonra İrana gəlmişdir. Şah Təhmasb onu dövlətin həqiqi sahibi İmam Zamanın ümumi naibi adlandırmış və ona görə də əsl səlahiyyəti o öz üzərinə götürmüşdü. O, xalis müctəhid və prinsipial şəxs olmuşdur. Mühəqqiq Kərəki (Livanda) Cəbəl Amülün Nuh Kərək kəndində anadan olub. Mühəqqiq Kərki (1464–1533) öz vətənində Məhəmməd bin Məhəmməd bin Xatun, Şəmsuddin Məhəmməd Cəzini, Şəmsəddin Məhəmməd Əhməd Səhyoni və Əli bin Hilal Cəzayiridən təhsil alıb. Sonra Misirə gedib və hicri qəməri tarixi ilə 909-cu ildən sonra İraqa hicrət edib və hicri qəməri tarixi ilə 916-cı ildə İrana hicrət edib. Mühəqqiq Kərəki Səfəvi dövlətinin əvvəlində Baş qazi vəzifəsində çalışmışdır. Mühəqqiq Kərəki yazır: "Hədis Qurandan, mütəvatir sünnədən və ya icmadan olan qəti dəlilə zidd olarsa, təvili və başqa açıqlaması mümkün olmadığı təqdirdə tərk edilməsi vacibdir… Hədislər bu Quranla ölçülməlidir.
Əli Kərəki
Əli Kərəki (ərəb. علي كركي‎; 10 may 1962 və ya 1967, Nəbətiyyə mühafəzəsi – 27 sentyabr 2024, Daxie[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livan hərbçisi, "Hizbullah"ın Cihad Şurasının üzvü. O, "Hizbullah"ın cənub cəbhəsinin komandiri vəzifəsində çalışmışdır. Kərəki qruplaşmanın lideri Həsən Nəsrullahla birlikdə Dahiyədə yerləşən qərargahında rəhbərlik görüşü keçirilərkən baş verən hədəflənmiş sui-qəsd zamanı öldürülmüşdür. == Həyatı == Əli Kərəki 1962-ci ildə Livanın cənubunda yerləşən Nəbatiyyə mühafəzəsinin Əyn-Busvar kəndində anadan olmuşdur. Universitet təhsilini başa vurduqdan sonra Livanda vətəndaş müharibəsi zamanı "Hizbullah"a qoşulmuşdur. Zamanla rütbələri yüksəlmiş və 2006-cı ildə Livan müharibəsində iştirak etmişdir. Kərəki daha sonra "Hizbullah"ın ali komandanlığı olan Cihad Şurasının üzvü və cənub cəbhəsinin komandiri olmuşdur. Livan vətəndaşlığından əlavə, o, Qvineya vətəndaşlığına sahib idi. Kərəki müxtəlif terror fəaliyyətlərində, xüsusən də Livanın cənubunda iştirak etmiş və "Hizbullah"ın İsrailə qarşı strateji əməliyyatları ilə əlaqəli olmuşdur.
Kiçik Hərəmi palçıq vulkanı
Kiçik hərəmi palçıq vulkanı- eyni adlı tirənin cənub-şərq qurtaracağında yaranmış yəhərvari alçalamada yerləşir. == Ümumi məlumat == 440 m mütləq yüksəkliyə malik olan bu vulkan Hacıqabul şəhərindən şimalda dəniz səthindən 395-400 m ucalır. Bu vulkan Kiçik hərəmi braxiantiklinalının Məhsuldarqat çöküntülərinin üzə çıxdığı, eləcədə eninə və uzununa istiqamətdə keçən sınmaların kəsişdiyi yerdə yaranmışdır. Vulkanın ətraf hissələrində Məhsuldarqatdan başqa Ağcagil, Abşeron və aşağı Dördüncü dövr süxurları da intişar tapmışdır (Ə.Ə.Yaqubov, Ə.Ə.Əlizadə, M.M.Zeynalov, 1971). Hazırda palçıq vulkanının kraterində bir neçə təpəcik və qrifonlar vardır. Onlardan zəif də olsa bulanıq su və palçıq ayrılır. Kiçik hərəmi palçıq vulkanının ümumi geomorfoloji quruluşunda, ancaq bu vulkana xas olan bir cəhət vardır. Bu vulkan brekçiyalarının ana süxurlardan təşkil olunmuş dik yamacların arası ilə axaraq sıxılması, qatı brekçiyanın qabarması, qədim brekçiyalardan qismən hündür pillələrdə ayrılması və nəhayət onlara dərinliyi 15-20 m bəzən daha artıq olan yarğanların kəsilməsidir. Kiçik hərəmin palçıq vulkanının krater sahəsində brekçiyalardan əlavə ana süxurlar da üzə çıxdığından onun səthi cavan quruluşlu yastanı xatırladır. Krater sahəsi zəif parçalanmışdır.
Hereti
Hereti, Ereti və ya Şəki — Qafqaz Albaniyasının vilayətlərindən biri. Cənubi Qafqazda, indiki Azərbaycan Respublikası ərazisinin qərbində, indiki Gürcüstan Respublikası ərazisinin şərqində və indiki Dağıstan Respublikası (Rusiya) ərazisinin cənubunda yerləşən əraziləri əhatə etmişdir. Ərəblərin Azərbaycana yürüşləri ərəfəsində, 787-ci ildə ərazidə Şəki knyazlığı adlı feodal qurumu formalaşmışdır. == Adı == D. Musxeleşvili Şərqi Gürcüstanın tarixi coğrafiyasına dair kitabında ərazini "Hereti" adı ilə təqdim etsə də, qeyd edir ki, "Gürcü mənbələrində X əsrə qədər Hereti barədə heç bir məlumat yoxdur. D. Musxeleşviliyə görə gürcülər bu dövləti ən yaxın qonşularının, qədim alban tayfalarından biri olan her tayfasının adı ilə, ərəblər onu paytaxtı Şəki şəhərinin adı ilə, ermənilər və bizanslılar isə onu bu yerdə daha əvvəl mövcud olmuş Albaniya çarlığının adı ilə tanıyırdılar. Hereti xoronimi Herov adlı alban qəbiləsinin adından götürülmüşdür və yalnız gürcü mənbələrində öz əksini tapmışdır. Lakin bu gün Qubada yaşayan Qrız kənd sakinləri danışdıqları Qrız dilində kəndlərini Hered özlərinə isə Her deyirlər böyük ehtimal ki bu dilin və Qrız kəndinin bu günə qədər qalmağı onların nə vaxtsa Azərbaycanın şimal qərbindən Qubaya köç etmə ehtimalı verir Ərəbdilli mənbələrdə Hereti, vilayət mərkəzi olan Şəki şəhərinin adıyla təqdim edilir. D. Musxeleşvili hesab edir ki ərəb mənbələrində adı çəkilən "Şəki" əslində Hereti knyazlığıdır. Lakin həm də qeyd edir ki, nədənsə "Kartlis tsxovreba"da da bəzən "Hereti" adı əvəzinə "Şəki" adı işlədilir. == Ərazisi == Hereti əyaləti şərqdə Qafqaz dağlarına, qərbdə Kür çayına, şimalda Telebdən yuxarıdakı Tke-Tba yaxud Qulqula gölünə, cənubda isə Alazan və İori çaylarının hövzəsinə kimi uzanan bir ərazini əhatə edirdi.
Bərəzi
Bərəzi (fars. برازي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (41 ailə).
Dərəli
Dərəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Canbar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Gərəkli
Gərəkli — Azərbaycan Respublikasının Balakən rayonunun Gərəkli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Balakən rayonunun faktiki mövcud olan Gərəkli kəndi dürüstləşdirmə qaydasında Poştbinə kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Poştbinə kənd Sovetinin mərkəzi Gərəkli kəndinə keçirilmiş, Poştbinə kənd Soveti Gərəkli kənd Soveti adlandırılmışdır. == Toponimikası == 1992-ci ilədək kəndin adı Pəştbinə olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Dağıstandan gəlmiş Gərəkhacı adlı şəxs saldığına görə belə adlandırılmışdır. Hazırda kənddəki məhəllələrdən biri gərəkhacılar adlanır. Etnotoponimdir. Pəştbinə oykonimi isə vaxtilə burada olan poçt məntəqəsinin adındandır.
Həkəri
Həkəri (çay) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. Həkəri (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində qəsəbə. Həkəri (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd.
Hələbi
Hələbi — təxəllüs. Yaşayış məntəqələri Hələbi (Sulduz) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.
Hələşi
Hələşi — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Firuzabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 457 nəfər və 114 ailədən ibarət idi.
Hərbçi
Hərbi qulluqçu — hərbi xidmətin yerinə yetirilməsi ilə əlaqədər xüsusi hüquqi statusa malik şəxs. Müddətli (əsgər) və müddətsiz (zabit və gizir) xidmət edə bilərlər. Hərbi qulluqçuya bir qayda olaraq hərbi rütbə verilir. Hərbi rütbə hərbi and qəbul edildikdən və xüsusi təhsil aldıqdan sonra verilir.
Hərəkat
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Həçəti
Həçəti (erm. Ոչեթի; Voçeti) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd. Kənd Qafan şəhərindən 38 km şimal-qərbdə, Gərd və Qazangölçayın sağ sahilində, dəniz səviyyəsindən 2200 m yüksəklikdə, kollu-meşəli dağ döşündə yerləşir. Hal-hazırda kənd dağıdılıb və heç kim yaşamır. == Adı == Kəndin adı «İrəvan əyalətinin icmal dəftəri»ndə «Hacatı», Qafqazın 5 verstlik xəritəsində «Haçaatı» («Гачааты»), Azərbaycan mənbələrində «Həçəti», erməni mənbələrində «Hacatin formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində «bucaq şəklində ayrılan», «haça» mənasında işlənən haca (<haça) sözünə -tı şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. == Tarixi == Kənd XX əsrdə 4 dəfə dağıdılmış sonra yenidən bərpa olunmuşdur. 1905-ci ildə baş vermiş erməni-müsəlman davası zamanı Zəngəzurun bir çox azərbaycanlı kəndləri kimi Həçəti kəndinə də xeyli ziyan dəymişdir. 1918-ci ildə daşnak silahlıları Həçəti kəndini dağıtmış, kənd əhalisi Zəngəzur dağlarını aşaraq Naxçıvana pənah aparmışlar.
Qərəkli
Qərəkli (Urmiya) —
Fələki Şirvani
Fələki Şirvani — XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi. == Həyatı == Fələki Şirvani 1108-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. XII əsrin I yarısında yazıb yaratmış Fələki Şirvani həm də dövrünün nüfuzlu münəccimlərindən, məşhur alimlərdən biri olmuşdur. Bir sıra mənbələrə əsasən əsl adı Məhəmməddir. Fələki gəncliyindən nücum elmini öyrənməyə başlamışdır. Fitri istedad və qabiliyyəti sayəsində bu elmi mükəmməl şəkildə öyrənmişdir. Nücum və astronomiya elmlərinə dərindən bələd olan şair İxtisasına uyğun olaraq "Fələki" təxəllüsünü qəbul etmişdir. Bir müddət Şirvanşahlar sarayında yaşamış, Şirvanşah Mənuçöhrə mədhiyyələr həsr etmişdir. Buna baxmayaraq F.Şirvani həbsxanaya salınmış və burada "Həbsiyyə" qəsidəsini yazmışdır. Zindan həyatının səhhətində törətdiyi pozuntuların nəticəsi olaraq Fələki cavan yaşlarında, 1146-cı ildə vəfat etmişdir.
Hiroki
Hiroki — ad. Hiroki Yamada — Yaponiya futbolçusu.
Hərəkət
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Hərənd
Hərənd — İranın İsfahan ostanının İsfahan şəhristanının Colqə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,613 nəfər və 1,856 ailədən ibarət idi.
Kələki
Kələki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Elçibəyin doğulduğu kənddir. == Tarixi == Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından almışdır. Oykonim ərəb dilindəki kələ (məbəd) və fars dilindəki kuh sözünun fonetik variantı olan ki (dağ) sözlərindən düzəlib, "məbəd dağı" mənasındadır..
Gığı dərəsi
Gığı dərəsi (bəzən Qaravun dərəsi; erm. Գեղվա ձորում Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kompakt məskunlaşdığı Qazangölçay boyunca uzanan vadi, dərə. 1965-ci ildə Gığı dərəsində 840 təsərrüfat (ailə), 4884 nəfər əhali yaşayıb, 1988-ci ildə təsərrüfatların sayı 650-yə, əhalinin sayı isə 2657 nəfərə qədər enib. Keçmiş Qafan rayonu ərazisində yerləşən dərəni Naxçıvan MR-ının Ordubad rayonundan Zəngəzur silsiləsi ayırır. == Adı == Dərə adını eyniadlı Gığı kəndindən alır. Toponim türk mənşəli kiği - kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim erməni dilinə kalka edilərək Geği (erm. Գեղի) şəklində işlədilir.
Gərəkli bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Koreya nərəsi
Koreya nərəsi (lat. Acipenser dabryanus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Ferekid
Siroslu Ferekid ya da Ferekides (yun. Φερεκύδης, təxminən m. ö. 584 – 499) — qədim yunan düşünürü idi. Bəzi yazarlar onu Yeddi yunan müdriklərindən biri hesab edirdilər. O, finikiyalılardan elm öyrənmiş, sonra yunanların "yeddi müdriklərindən" biri olan Pittakın öyrəncisi olmuşdur. O, orfizmə çox yaxın idi. Ferekid "Beş kitab" (yun. Πεντέμυχος) adlanan əsərində öz teoqoniya və kosmologiyasını vermişdir. Onun əsərlərindən bəzi fraqmentləri günümüzə gəlib çatmışdır.
Herakl
Herakl (yun. 'Ἡρακλῆς, lat. Herculēs), Alkaius və ya Alkid qədim yunan mifologiyasında qəhrəman, tanrı Zevsin Alkmenadan olan oğludur. "İliada" poemasına əsasən Alkid adı ilə doğulsa da sonralar Herakl adlandırılmışdır. Onun haqqında olan rəvayətlərdən ən məhşuru "Heraklın on iki qoçaqlığı" hekayəsidir. == Heraklın 12 qəhrəmanlığı == Heraklın Nemey şirini öldürməsi. Əfsanəyə görə, şirin pəncəsi yalnız öz pəncəsi ilə kəsilə bilərdi; Heraklın Hidranı öldürməsi; Heraklın Eriman qabanına qalib gəlməsi; Heraklın Kireney maralını tutması. Bu maralın mis ayağları var. Herakl bu maralı tutmaq üçün tam 1 il durmadan qaçmışdır; Heraklın Stimfal quşlarını ovlaması; Heraklın Avginin tövləsini təmizləməsi; Heraklın Krit öküzünü gətirməsi; Heraklın Frakiyaya səfəri; Herakl Amazonkalar ölkəsində; Herionun öküzləri və nəhəng Kakos; Heraklın Atlantla görüşü; Aidin ölülər dünyasını qoruyan itini yer üzünə çıxartmaq.
Çərəkə
Çərəkə — Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənubda, Göyçay-Ucar avtomobil yolu kənarında, Xirmanlı (Çərəcə) gölü və Göyçay çayı sahilində, Şirvan düzündə yerləşən kənd. Əhalisi 3714 (2009) nəfərdir. Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq üzümçülük və meyvəçiliklə məşğul olur. Kəndin ərazisi keçmişdə örüş yeri olduğundan belə adlandırılmışdır.
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Ərməki
Ərməki — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar bələdiyyəsinin tərkibindədir. Ərməki Quba rayonunun Amsar inzibati ərazi vahidində kənddir. Düzənlik ərazidə yerləşir. 1917-ci ildə Armaki şəklində qeydə alınan bu oykonim sonralar Ərmaki (1961), Ərməki (1986) kimi təqdim olunmuşdur. Belə ehtimal olunur ki, kəndin adı türk dillərindəki irmak (çay) sözündən və -i şəkilçisindən ibarət olub, "çaylı" mənasını ifadə edir. Armaki qədim türk dillərində "at bağlanan yer", "at tükündən toxunmuş kəndir" mənalarını da bildirmışdır. Ərməki oyk, düz. Quba r-nunun Amsar i.ə.v.-də kənd. Düzənlikdədir.
Ərəkit
Ərəgit — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kəndi Lahıc qəsəbəsindən kiçik bir çay ayırır. Kəndin əhalisi 891 nəfərdir. Əhali misgərlik, dəmirçilik, xalçaçılıq heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndə ilboyu avtomobillə getmək olar. Kənddə yeməkxana fəaliyyət göstərir. İsmayıllı-Lahıc-Quba və İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin ərazisindən keçir. Kənd Lahıc turizm zonasında yerləşir. Ərəkit kəndində 887 nəfər əhali yaşayır ki, onun da 430 nəfəri kişi, 457 nəfəri isə qadındır.
Erekli (Bakalı)
Erekli (başq. Ерекле, rus. Зириклы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Kiləy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 22 km, kənd sovetliyindən (Kiləy): 11 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (95 %) üstünlük təşkil edir.