Böyük Hərəmi

Böyük Hərəmi - Azərbaycan Respublikasında Hacıqabul rayonu ərazisinda palçıq vulkanı. Pirsaatçayın sağ sahilində, eyniadlı silsilənin qərb hissəsindədir. Vulkanın krater çölündə, əsas etibarilə iki paralel xətt üzrə yerləşmiş çoxlu sopka və qrifon var. Fəaliyyətdə olan bütün sopka və qrifonlardan intensiv surətdə qaz, su, palçıq və neft pərdələri ayrılır. Böyük Hərəmi tektonik cəhətdən eyniadlı qırışığın tağına uyğun gəlir.

Böyük Hərəmi
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
Yerləşməsi
Ölkə  Azərbaycan

Azərbaycan Milli Ensiklopediyası, IV cild, Bakı,2011, səh.455.

  • "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''