Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hələb
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osm. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.
Həsən
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov -- Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Həsən Hami — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Fətullayev — Həsən Adıgözəlov — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Böyük Həsən
Böyük Həsən (tam adı: Şeyx Tacəddin Həsən Olcatay noyon ibn Hüseyn noyon ibn Ağbuğa ibn İlxan noyon Cəlayır) (1305-1356) — Elxanlı əmir əl-ümərası, Cəlairilər sultanlığının qurucusu və I sultanı (1344-1356) == Həyatı == Şeyx Həsən noyon Hüseyn noyon oğlu 1305-ci ildə anadan olmuşdu. Elxanlılar dövlətinin böyük əmirlərindən biri olmuşdu. Ara savaşlarının fəal iştirakçısı idi. 1340-cı ildə qalib gəlib Cəlayırlar dövlətini qurdu. Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı.
Elvin Həsən
Elvin Həsən (10 aprel 1985, İştip[d]) — Makedoniyanın türk əsilli dövlət xadimi, keçmiş Makedoniya Dövlət İmtahan Mərkəzinin müdir müavini, Makedoniyanın hal-hazırkı xarici sərmayə ilə iş üzrə naziri. == Həyatı == Elvin Həsən 1985-ci ildə Makedoniyanın İştip şəhərində türk əsilli ailədə anadan olmuşdur. 2007-ci ildə bakalavr təhsilini bitirdikdən sonra Radoviş şəhərinə bağlı Əliqoç-Qoçəli kəndində müəllim olaraq 10 il çalışmışdır. === Təhsili === 2007-ci ildə Qotse Delçev Universitetinin Metodologiya fakültəsinin Məktəb müəllimliyi bölməsindən məzun olmuşdur. Magistr və doktorantura təhsilini Az. Kiril ve Metodologiya Universitetinin Pedoqoji İnistitutunda almışdır. == Fəaliyyəti == === Qeyri-hökumət təşkilatlarında === 2011-ci ildə qoşulduğu Üfüq dərnəyində bir sıra vəzifələrdə çalışmışdır. 2016–2018-ci illərdə həmin dərnəyin rəhbərliyini etmişdir. Makedoniyanın Türk Hərəkat Partiyası katibinin müavini olmaqla yanaşı, həmin partiyanın III bölgə kordinatorluğunu, partiyanın təhsil komissiyası rəhbərliyini və THP Radoviş təşkilatının rəhbəri vəzfivələrində olmuşdur. === Dövlət orqanlarında === 3 avqust 2017-ci ildə Makedoniyanın Dövlət İmtahan Mərkəzinin müdir müavini vəzifəsinə təyin edilmişdir.
Hacı Həsən
Hacıhəsən-i Xaləsə (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Hacıhəsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Hacıhəsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Hacı Həsən (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Hacı Həsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Hələb (İcrud)
Hələb - İranın Zəncan ostanının İcrud şəhristanının Hələb bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 829 nəfər və ya 218 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Hələb Universiteti
Hələb Universiteti (ərəb. جامعة حلب‎ Camiʿət Ḥələb) — Suriyanın Hələb şəhərində dövlət universiteti, əsası 1958-ci ildə qoyulub.
Hələb mühafazası
Hələb mühafəzəsi (ərəb. مُحافظة حلب‎: Muhāfazat Halab) - Suriyanın 14 mühafəzəsindən biridir. == Coğrafiyası == Mühafəzənin ərazisi 18,482 km², inzibati mərkəzi Hələb şəhəridir. == Əhalisi == 2011-ci ilin dekabrın 31-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 4,868,000 nəfərdir. Mühafaza ərazisində 350 türkmən kəndi vardır.
Hələb mühafazlığı
Hələb mühafəzəsi (ərəb. مُحافظة حلب‎: Muhāfazat Halab) - Suriyanın 14 mühafəzəsindən biridir. == Coğrafiyası == Mühafəzənin ərazisi 18,482 km², inzibati mərkəzi Hələb şəhəridir. == Əhalisi == 2011-ci ilin dekabrın 31-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 4,868,000 nəfərdir. Mühafaza ərazisində 350 türkmən kəndi vardır.
Hələb mühafəzəsi
Hələb mühafəzəsi (ərəb. مُحافظة حلب‎: Muhāfazat Halab) - Suriyanın 14 mühafəzəsindən biridir. == Coğrafiyası == Mühafəzənin ərazisi 18,482 km², inzibati mərkəzi Hələb şəhəridir. == Əhalisi == 2011-ci ilin dekabrın 31-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 4,868,000 nəfərdir. Mühafaza ərazisində 350 türkmən kəndi vardır.
Hələb qalası
Hələb qalası (ərəb. قلعة حلب‎‎) — Suriyanın Hələb şəhərində, möhkəmləndirilmiş böyük orta əsr sarayı. Dünyanın ən qədim və ən böyük qalalarından biri sayılır. Qala təpəsinin istifadəsi e.ə.3000-cü illərə əsaslanır. Sonradan Yunan, Bizans, Əyyubi, Məmlük və Osmanlı mədəniyyətləri tərəfindən zəbt edilmişdir. Tikilinin çoxu Əyyubi dövrünə əsaslandığı güman edilir. 2000-ci illərdə Aga Khan Trust for Culture ilə Aleppo Archeological Society tərəfindən hərtərəfli bərpa işi aparılmışdır. Şəhərə hakim olan qala, 1986-cı ildən YUNESKO-nun Dünya İrs Siyahısındadır.
Hələb sabunu
Hələb sabunu — əldəqayırma, sərt sabun qəlibidir ki, zeytun yağı və kül suyundan Suriyanın Hələb şəhərində hazırlanır. Hələb sabunu, zeytun və dəfnə ağaclarının meyvələrindən əldə edilən təbii yağlayardan hazırlanır və bioloji olaraq parçalanabilir.
Hələb vilayəti
Hələb vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Hələb şəhəri idi.
Hələb çınqılotu
Hələb çınqılotu (lat. Geum aleppicum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Yayılması == Orta Asiyada, Şimali Amerikada Rusiyanın Avropa hissəsində, Sibirdə, Uzaq Şərqdə yayılmışdır. == Sinonimləri == Geum aleppicum var. bipinnatum (Batalin) Hand.-Mazz. Geum aleppicum var. glabricaule (Juz.) Vorosch. Geum aleppicum subsp. strictum (Sol.) R.T.Clausen Geum aleppicum var. strictum (Sol.) Fernald Geum besserianum Fisch.
Hələb şamı
Pinus halepensis (lat. Pinus halepensis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. == Yayılması == Aralıq dənizi ölkələri, İspaniya, Fransa, Almaniya, o cümlədən Şimali Afrika, Suriya, Fələstində yabanı halda bitir. Hündürlüyü 25 m-ə, diametri 50 sm-ə çatan, düz və ya əyrigövdəli ağacdır. Cavan ağacların çətiri sıx, oval-konusvarı və ya piramidaldır. Budaqları uzun elastik, iynəyarpaqlarla örtülmüşdür, zoğları nazikdir, tumurcuqların uzunluğu 5–10 mm-ə çatır. İynəyarpaqları cüt-cüt yerləşir, yumşaq və nazikdir, cavan iynəyarpaqlar açıq-yaşıl, yaşlı iynəyarpaqlar isə tünd yaşıl olub, kənarları hamar, ucları sivriləşmişdir. Yarpaq qını 5–8 mm uzunluqdadır. Qozaları meyvə saplaqlarından asılı halda yerləşir. 2-6 ədədi bir yerdə və ya tək-təkdir.
Hələb əmirliyi
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osm. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.
Hələb əyaləti
Hələb əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Həsən-Cəlal
Həsən Cəlaləddövlə (v. 1261, Qəzvin) — Xaçın knyazı (1215–1261) Alban əsilli, dövlət xadimi. Qafqaz Albaniyası son qalan xristian alban məlikliklərini birləşdirərək vahid Xaçen dövlətini qurmuşdur. == Haqqında == Həsən Cəlalın dövründə Xaçın knyazlığı ən yüksək inkişaf mərhələsinə çatıb. O, Qafqaz Albaniyasında uzun müddət hakimiyyətdə olmuş Aranoğulları sülaləsinin və gürcü çarı Tamaranın məşhur sərkərdələri Mxarqradzelilərin nəslindəndir. 1261-ci ildə monqol yürüşləri zamanı həlak olan Həsən Cəlal və onun nəslindən olan alban katolikosları Qandzasar məbədinin ərazisində(indiki Kəlbəcər rayonu) dəfn olunublar. Həsən Cəlal həmişə dövrün epiqrafik abidələrində böyük minnətdarlıqla "Xaçın ölkələri knyazı", "Albaniya hökmdarı" və başqa bu kimi titullarla anılır. Məhz Həsən Cəlalın göstərişi ilə alban memarlığının şah əsəri olan Qandzasar məbədi tikilib. Həsən Cəlal dövrünün ən görkəmli dövlət xadimlərindən biri olub. == Həyatı == 1215-ci ildə Xaçın knyazlığında hakimiyyətə Həsən Cəlal gəlir.
Həsən (Auırqazı)
Həsən (başq. Хәсән, rus. Хасаново) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Urşak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 33 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 17 km. ən yaxın dəmiryol stansiyasından (Şingəkgöl stansiyası): 45 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (100%) üstünlük təşkil edir.
Həsən (Avurğazı)
Həsən (başq. Хәсән, rus. Хасаново) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Urşak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 33 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 17 km. ən yaxın dəmiryol stansiyasından (Şingəkgöl stansiyası): 45 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (100%) üstünlük təşkil edir.
Həsən (Baymak)
Həsən (başq. Хәсән, rus. Хасаново) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 32 km, kənd sovetliyindən (Tatlıbay): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 12 km.
Həsən (ad)
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov -- Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Həsən Hami — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Fətullayev — Həsən Adıgözəlov — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Həsən (termin)
Həsən — Ərəb dilində "gözəl, xoş" mənalarını ifadə edir. İstilahi mənası barədə müxtəlif fikirlər var. Həsən hədis ədalət şərtini daşımaqla bərabər zəbt baxımından səhih hədis ravilərindən aşağı dərəcədə olan ravilərin müttəsil sənədlə rəvayət etdikləri, o cümlədən şazz və illətdən uzaq hədisdir.Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir. Həsən terminini hədis elminə ilk dəfə Tirmizi gətirmişdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Həsən Abdullayev
Həsən Məmmədbağır oğlu Abdullayev (20 avqust 1918, Yaycı, Naxçıvan qəzası – 1 sentyabr 1993, Bakı) — SSRİ və Azərbaycanın görkəmli fiziki, alim, müəllim, elm təşkilatçısı, Sovet İttifaqı və dünyada yarımkeçiricilər fizikasının / mikroelektronikasının banilərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti.Həsən Abdullayev 1952-ci ildə ilk dəfə yarımkeçirici kristallarda p-n keçidin işləmə prinsipinin fiziki mahiyyətini ətraflı izahını verib. O, yenilikçi texnologiyanın inkişafına, qlobal elmi və texnoloji tərəqqiyə əhəmiyyətli bir töhfə verən və güclü təsir göstərən fotoelementlər, günəş və termoelementlər kimi yaddaş elementləri, lazerlər, kibernetikada çip texnologiyası, alternativ enerji kimi elektronikanın tədqiqinə və inkişafı məsələləri ilə məşğul olub. Abdullayevin elmi nailiyyətləri sayəsində, yarımkeçiricilərə əsaslanan dünya texnologiyası intensiv sürətlə miniatürləşməyə başlamış, daha yüngül, mobil və rahat olub. Azərbaycan SSR-də Abdullayev elmi və texnoloji tərəqqi inqilab etmiş və bir növ milli "Silikon Vadisi"ni yaratmışdır. Alim-fizik, dünya elmində əhəmiyyətli rol oynayan yarımkeçirici fizikada, selenyum və analoqlarına əsaslanan yeni bir istiqamət qurmuş, onun əsasında mikroelektronika sahəsində ilkin, öz elmi məktəbini, bu istiqamətdə Akademiyada ilk laboratoriyaları və tədqiqat institutlarını yaratmışdır. Eyni zamanda, o, SSRİ şəraitində üzərinə böyük risk alarag tədqiqat institutları nəzdində yenilikçi layihələrin həyata keçirilməsi üçün ilk Xüsusi Konstruktur Büroları (XKB) yaratmışdır. Həsən Abdullayev SSRİ, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İsveç, İtaliya, Hindistan və digər ölkələrdə patentləşdirilmiş mindən çox elmi əsərin və 400-ə yaxın ixtiranın müəllifidir. == Həyatı == Həsən Abdullayev 20 avqust 1918-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Abdullayev 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmişdir.1941–1944-cü illərdə Ordubad Pedaqoji Məktəbində dərs demişdir.1945-ci ildən Azərbaycan EA-da işə başlamışdır. Laborantdan akademikədək, Azərbaycan EA Prezidentinə kimi yüksəlmişdir.
Həsən Adıgözəlzadə
Adıgözəlzadə Həsənağa Əfrasiyab oğlu — Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi. == Həyatı == Həsən Adıgözəlzadə 1946-cı il yanvarın 23-də Bakıda anadan olub. O, musiqiylə 6 yaşından maraqlanmağa başlayıb. Bülbül adına Orta ixtisas musiqi məktəbini və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsini bitirib. Qara Qarayev, Cövdət Hacıyev kimi bəstəkarlarla birlikdə çalışıb. Həsən Adıgözəlzadə musiqi məktəbində, universitetdə musiqi nəzəriyyəsindən dərs deyib. Azərbaycan Dövlət Televiziyası və Radiosunda musiqi verilişləri redaksiyasının redaktoru, Mədəniyyət Nazirliyinə bağlı xalq yaradıcılığı evinin direktor müavini, daha sonra isə Mədəniyyət Nazirliyində işləyib. Beynəlxalq Muğam Mərkəzinə və SSRİ Mədəniyyət Fonduna bağlı Beynəlxalq “Qopuz” Azərbaycan Xalq Sənətləri Mərkəzinə rəhbərlik edib. Avropa və Asiyanın müxtəlif ölkələrində, Türkiyə, Rusiya, Fransa, Litva, Çexoslovakiya, Gürcüstan, Tacikistanda keçirilən simpoziumlara, konfranslara məruzəçi kimi qatılıb. Beynəlxalq yarışlarda münsif olub və Beynəlxalq tədbirlərdə, festivallarda drijorluq edib.
Hesab
Hesab — riyaziyyatın sadə növ ədədlər (natural, tam və rasional ədədlər) və onlar üzərində aparılan sadə hesab əməllərini (toplama, çıxma, vurma, bölmə) öyrənən bölməsidir.
Hesab maşını
Hesab maşını (ing. accounting machine) verilənləri avtomatik emal edən ilk maşınlardan biri; XX əsrin 40-50’ci illərində IBM, Burroughs və NCR kimi şirkətlər tərəfindən kommersiya hesablaşmaları aparmaq üçün yaradılıb. İlk hesab maşınları elektron maşınlar deyildi və perfokartlarla işləyirdi; daha sonrakı modellərdə perfokartlar yoxa çıxdı və elektronika tətbiq edilməyə başladı. İndi hesab maşını dedikdə, adətən, hər dəfə işə salınarkən uçot proqramının avtomatik başladıldığı kompüter nəzərdə tutulur; bu halda kompüter, yeganə vəzifəsi uçotun aparılması olan ayrıca maşına çevrilir. Qeyd etmək maraqlı olardı ki, ilk displeylərdə videogörüntünün eninin 80 sütun olmasının səbəbi hesab maşınlarında istifadə olunan perfokartların 80-sütunlu olması ilə bağlıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Знакомьтесь: компьютер = Understanding computers : Computer basics : Input/Output / Пер. с англ. К. Г. Батаева; Под ред. и с пред.