Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mühafizə halqaları
Mühafizə halqaları (en. Protection ring) - Ring 0, Ring 1, Ring 2, Ring 3; sistem və istifadəçi səviyyəsində üstünlüklərin (imtiyazların) texniki cəhətdən ayrılmasını gerçəkləşdirən informasiya təhlükəsizliyi və dayanıqlı fəaliyyət arxitekturası. Üstünlüklərin strukturunu bir neçə konsentrik dairə şəklində göstərmək olar. Bu halda resurslara maksimal erişməni təmin edən sistem rejimi (supervizor rejimi, yaxud “0 halqası”) daxili dairə, məhdud erişimli istifadəçi rejimi isə xarici halqadır. Ənənəvi olaraq, x86 mikroprosessorları ailəsi dörd mühafizə halqasını təmin edir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nyuton halqaları
Nyuton halqaları — bərabərenli interferensiya zolaqları. Nyuton halqaları işığın sferik səth ilə müstəvi səth arasındakı dəyişənqalınlıqlı mühitdən qayıtması, yaxud keçməsi nəticəsində yaranır. Bu hadisəni ilk dəfə 1675-ci ildə İ.Nyuton təsvir etmişdir. Müşahidə monoxromatik işıqla aparıldıqda ardıcıl növbələşən qaranlıq və işıqlı halqalar sistemi alınır. Ağ işıqla müşahidə zamanı Nyuton halqaları rəngli olur.
Saturnun halqaları
Saturnun halqaları – Saturn planetini əhatə edən qaya, toz və buz hissəciklərindən ibarət olan halqalardır. Saturnun halqaları ilk dəfə 1610-cu ildə Qalileo Qaliley tərəfindən müşahidə olunmuşdur. Buna baxmayaraq onların halqa olması 1655-ci ildə Xristian Hüygens tərəfindən müəyyən olunmuşdur. Halqaları meydana gətirən qaya, toz və buz hissəcikləri Saturn və onun peyklərinin cazibə qüvvəsinin təsirinə məruz qalaraq, öz formasını qoruyan dinamik sistem əmələ gətirirlər. Saturnun halqaları planetin buludlarından bir az aralıdan başlayıb, azı 16 peykin də orbitini əhatəsinə alaraq Saturnun mərkəzindən 480000 km uzaqlığa qədər yayılır. Halqalar Saturnun ekvator xəttinə paralel yerləşir və planetlə birlikdə 27° meyilliyə sahibdir. Yerdən müşahidə oluna bilən Kassini aralığı və Enke aralığından başqa, kosmik gəmilərdən əldə olunan şəkillərdə müşahidə olunan minlərlə dairəvi boşluq və halqacığın ardıcıl düzülməsi nəticəsində meydana çıxan qarışıq bir quruluş olduğu aşkarlanmışdır. Halqaların parlaqlığı planetin mərkəzindən uzaqlaşdıqca kəskin fərqliliklərlə müşahidə olunur. Buna səbəb kimi halqalardakı maddələrin sıxlığı, onların ölçüləri və kimyəvi tərkibi göstərilir. Yüksək sıxlıqda buz hissəciklərindən meydana gələn B halqası 0,8 dərəcəlik ağlığa sahibdir.
Yupiterin halqaları
Yupiterin həlqələri — Bu günə qədər yalnız Saturnun halqaları olduğu bilinirdi. Başqa planetləri ziyarət edən kosmik gəmi Pioner 10 Yupiterin həlqələri olduğunu sübut etdi. Saturnun həlqələri kimi Yupiterin həlqələri də tozdan ibarətdir.
Hallavar
Hallavar (Oğuz) — Azərbaycanın Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Hallavar (Sarvan) — Gürcüstanın Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Hallavar (Pəmbək) — Pəmbək mahalında kənd. Hallavar çayı — Hacı Qara və Hallavar kənd cəmiyyətləri ərazisində çay.
Hallavar (Oğuz)
Hallavar — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli məlumata görə, oykonim "hündür yer" mənasındadır. "Hallavar"ın tayfa adından yaranmış etnotoponim olduğu ehtimal edilir. Tiflisdə Hallavar adlı məhəllə var. Kəndin adındakı "alaçıq, yeri, otlaq yeri" mənası daşıyan "var" sözü Şotavar (Qax), Qızılavar, Mahmudavar (Masallı), Horavar (Yardımlı), Əmirvar (Daşkəsən) və s. toponimlərdə iştirak edir. Əkinçiliklə əlaqədar yaranmış şifahi xalq ədəbiyyatının bir növü "holavarlar"dır. Əkinçilər "holar" çəkib birlikdə oxuyar, kotan sürərdilər. "Hallavar"ı "holavar"ın dəyişilmiş variantı kimi qəbul etsək, bu toponim "bir yerdə olan, toplu olan el, oba" mənasını verir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin ətəyində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 8 km cənub-şərqdə, Qumlaq kəndinin qərbində, Xalxalçayın sol sahilindən 1 km aralıda, dəniz səviyyəsindən 485 m.
Hallavar (Pəmbək)
Hallavar — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Böyük Qarakilsə şəhərinində azərbaycanlıların yaşadığı kəndir.Quqark (Kirovakan Böyük Qarakilisə) şəhərindən 18 km Bakıdan isə 687 km uzaqlıqda yerləşir. == Tarixi == Çar Rusyası dövrində İrəvan qubernatorluğu Gömrü (Aleksandropol) qazası, Sovyet döneminde Yaquplu (bu gün Gugark) Rayonu`na bağlanmışdır. Yaqublu`dan 17 km güneybatıda, Yuxarı Kilisə ve Heydərlı kəndlərinin arasında, Hallavar çayı`nın yaxınlığında və Pəmbek Çayı`nın sağ sahilində yerləşmektədir. Hallavar kəndi qədim alban vilayəti olan Qoqarena (Quqark rayonu) vilayətində yerləşir.Kəndin tarixi v-vı əsrə qədər uzanır. Kənddə çoxlu tarixi abidələr və qayaüstü rəsmlər bunu deməyə imkan verir.Qədim tarixə malik olan bu kəndin yerli əhalisi atəşpəstliyə sitayiş etmiş və ərəb işğalları dövründə müsəlmanlığı qəbul etmış qədim alban tayfalarından biridir. Səlcuqların Azərbaycanda yerləşməsindən sonrakı dövrlərdə bu ərazilər bayat tayfasının iqtası olaraq qəbul olunmuşdur. Bir sözlə bu kənd və ətraf qonşu kəndlərin türk əhalisi əsasən bayat tayfasına mənsubdurlar. Hallavar kəndinin yerləşdiyi bayat dağlarinda qədim alban yazılarına və işarələrinə rast gəlinir. == Coğrafiyası və iqlimi == Kənd dağlıq və dağətəyi ərazidə yerləşir.Subtropik iqlimə malikdir.Qışda temperatur -16 yayda isə +32,+35 dərəcə olmuşdur. == Əhalisi == Kəddə 1831.de 111, 1873.də 625, 1886.də 664, 1897.də 913, 1914.də 445, 1916.da 781, 1919.da 455 kişilik sadəcə Türk nüfus yaşamışdır.
Hallavar (Sarvan)
Hallavar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Hallavar çayı
Hallavar çayı (erm. Լեռնապատ գետի (Lernapat qeti)) — Ermənistanda, hazırkı Loru vilayətinin (erm. Լոռու մարզ (Lorru marz)) əsasən Hacı Qara və Hallavar kənd cəmiyyətləri ərazisində çay. Pəmbək çayının sağ qoludur. Ən böyük qolu (sol sahildə çaya tökülür) Qaraçoban çayıdır. Mənsəbindən sol qolu Qaraçoban çayı ilə birləşdiyi məntəqəyədək Hallavar çayının sahilində Mollaqışlaq, Aşağı Kilsə, Yuxarı Kilsə, Hallavar və Heydərli kəndləri, Qaraçoban çayı birləşdikdən sonra isə Pəmbək çayına az qalmış Hacı Qara kəndi yerləşir. 1988-ci ildə azərbaycanlıların qovulması: 1988-ci ilədək Mollaqışlaq, Aşağı Kilsə, Yuxarı Kilsə, Hallavar və Heydərli kəndləri monoetnik azərbaycanlı kəndləri idi. 1988-ci ilin dekabr ayında Mollaqışlaq kəndindən 200 nəfərdən çox, Aşağı Kilsə kəndindən 120 nəfər, Yuxarı Kilsə kəndindən 575 nəfər, Hallavar kəndindən 2.760 nəfərdən çox və Heydərli kəndindən 1.240 nəfər etnik azərbaycanlı zorla qovulmuşdur. Azərbaycanlıların çıxarılmasından sonra Heydərli və Hallavar kəndlərinə az sayda ermənilər yerləşsələr də sonradan onlar Heydərlini də tərk etmiş və yalnız az sayda Hallavar kəndində qalmışdır. 1990-cı illərin əvvəllərində xaraba qalmış Aşağı Kilsə kəndi ləğv edilmiş və ərazisi Mollaqışlaq kəndinə verilmişdir.
Elektromaqnit dalğaları
Elektromaqnit dalğaları (rus. Электромагнитные колебания) — dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasıdır. Elektromaqnit dalğasında elektrik sahəsinin intensivlik vektoru (E) və maqnit induksiya vektoru (B) bir-birinə, həm də dalğanın yayılma istiqamətinə perpendikulyar istiqamətdə rəqs edir, yəni eninə dalğadır. Elektromaqnit dalğalarının yayılma sürəti — sonludur və işıq sürətinə bərabərdir, c=300 000km/san=3·108m/san. Vakuumdan mühitə keçdikdə dalğanın tezliyi dəyişmir. Sürəti və deməli dalğa uzunluğu azalır. Görünən işıq — dalğa uzunluğu 0,4mkm÷0,76 mkm (1mkm=10−6m) intervalında olan elektromaqnit dalğalarıdır. Ultrabənövşəyi şüalar — dalğa uzunluğu 4·10−7÷4·10−9m intervalında yerləşən elektromaqnit dalğalarıdır. Rentgen şüaları — dalğa uzunluğu 2·10−9÷6·10−10m intervalında yerləşən elektromaqnit dalğalarıdır. ɣ(qamma) şüalanma — dalğa uzunluğu 10−11÷10−13m intervalında olan elektromaqnit dalğalarıdır.
Külək dalğaları
Külək dalğaları — Dənizlər çox az hallarda sakit olur. Hətta küləklər əsməsə belə onun səthində daim yüngül xəfif dalğalar yaranır. Küləklərin sürəti yüksəldikcə dənizlərdə mənzərə ani olaraq dəyişir. Bu zaman dalğalar yüksəlir,onlar arasındakı məsaf artır. Əvvəlcə sahilə alçaq,bir-birinə paralel olan bəndlər ardıcıl sıralarla gedir. Tədricən külək güclənir, dalğalar da təpələr formasını alır. Ymaclar çökəklik və yallarla bir-birindən ayrılır, yallarda köpüklər əmələ gəlir. Köpüklər dalğaların yamaclarında zolaqlar şəklində uzanır, havaya su damcıları uçur. Köpüklər dənizi ağ rəngə boyayır. Dalğalar küləyin təsirilə yaranır (sürəti 1m/san-dən çox olduqda) və onun gücü küləyin sürətindən asılıdır.
Qatil dalğaları
Qatil dalğaları (doqquzuncu dalğa, gəzən dalğalar, canavar dalğaları, ağ dalğa, ing. rogue wave — yaramaz dalğa, freak wave — dəli dalğa; fr. onde scélérate — cani dalğa, galéjade — pis zarafat) — 20-30 metr hündürlüyündə (və bəzən daha da çox) okeanda yaranan, dəniz dalğalarına xas olmayan davranışa sahib nəhəng tək dalğalar. "Qatil dalğaları" gəmilər və dəniz strukturları üçün ən çox təhlükə yaradır: belə bir dalğaya rast gəlmiş bir gəminin gövdəsi, üzərinə düşən suyun (1000 kPa ya da 10 atm-a qədər) böyük təzyiqinə dözə bilməz və gəmi bir neçə dəqiqə ərzində batacaq. Yaramaz dalğalar fenomenini ayrı bir elmi və praktik mövzu olaraq ayırmağa və anormal dərəcədə böyük amplituda (məsələn, sunami) dalğaları ilə əlaqəli digər fenomenlərdən ayırmağa imkan verən vacib bir vəziyyət, görünüşlərinin qəfil olmasıdır. Sualtı zəlzələlər və ya torpaq sürüşmələri nəticəsində meydana gələn və yalnız dayaz sularda böyük bir hündürlük əldə edən sunamilərdən fərqli olaraq, "yaramaz dalğalar" ın görünüşü fəlakətli geofiziki hadisələrlə əlaqəli deyil. Göründüyü kimi yaramaz dalğaların tək bir səbəbi olmasa da, səth dalğalarının suda qeyri-xətti dinamikası okeanda yaramaz dalğaların meydana gəlməsinin xarakterik səbəblərindən biridir. Uzun müddət gəzişən dalğalar o dövrdə mövcud olan dəniz dalğalarının görünüşü və davranışının heç bir riyazi modelinə sığmadığı üçün qondarma sayılırdı və kifayət qədər etibarlı dəlil də yox idi. Ancaq 1 yanvar 1995-ci ildə Norveç sahillərində Şimal dənizindəki Dropner neft platformasında 25,5 metr yüksəklikdə Dropner dalğası adlandı. Avropa Kosmik Agentliyinin (ESA) ERS-1 və ERS-2 radar peyklərindən istifadə edərək okeanların səthinin izlənilməsini nəzərdə tutan MaxWave layihəsi ("Maksimum Dalğa") çərçivəsində daha çox iş, 10-dan çox tək nəhəng qeyd etdi hündürlüyü 25 metrdən artıq olan dünyanın dörd həftəsində dalğalar.
Spin dalğaları
Spin dalğaları maqnit materialların (ferromaqnit, antiferromaqnit və ferrimaqnit) nizamlılığındakı həyəcanlanmaların yayılmasıdır. Bu kollektiv həyəcanlanmalar ardıcıl simmetriyaya malik maqnit qəfəslərində baş verir. Spin dalğalarının mövcudluğunu ilk dəfə ferromaqnitlər üçün 1930-cu ildə Feliks Blox söyləmişdir. Əsas halda ferromaqnit atomların spinləri bir-birinə paraleldir. Onlar anizotropiya oxu istiqamətində düzülürlər. Spinin bu istiqamətdən hər hansı meyli enerjinin artmasına gətirir. Əlbəttə, kristalda belə meyletmələr ola bilər. Məsələn, tam spinin proyeksiyası S z = N S − 1 {\displaystyle S_{z}=NS-1} olduğu stasionar hala baxaq. Belə hal atomlardan birinin spin proyeksiyasının vahid qədər azalması hesabına reallaşır. Spinin meyletməsi bütün kristala aid edilməlidir, yəni mübadilə qarşılıqlı təsiri nəticəsində spinin meyli atomdan atoma ötürülür.
Səs dalğaları
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Ultrasəs dalğaları
Ultrasəs dalğaları — İnsan qulağının eşidə bilmədiyi 20 kHs tezlikdən böyük tezlikli səs və ya akustik dalğalar. Akustik dalğalar elastiki mühitin zərrəciklərinin yaratdığı rəqslərin mühitdə yayılması və enerji daşımasından ibarətdir. Akustik dalğalar bərk mühitdə, mayelərdə və həm də qazlarda yayılir. Bioloji toxumalar həm elastiki maye mühitə (yumşaq toxumalar), bərk (sümüklər) və qaz mühitlərinə uyğun gəlir (ağ ciyərlər, mədə, bağırsaq). Ona görə demək olar ki, akustik dalğalar tibbi diaqnostikada istifadə olunan bütün növ bioloji toxumalarda yayıla bilir. Akustik dalğalar digər fiziki təbiətə malik dalğalar, məsələn, elektromaqnit dalğaları kimi fəza və zamana görə dəyişən bir sıra xarakteristikalara malikdir. Akustik dalğalarda əsas dəyişən kəmiyyət rəqs zamanı elastiki mühitin yerdəyişməsi və təzyiqyin rəqsləridir. Ultrasəs diaqnostikasında uzununa akustik dalğalardan istifadə olunur. Uzununa dalğalarda mühitin zərrəciklərinin tarazlıq vəziyyəti ətrafında yerdəyişməsi rəqsin yayılması istiqamətində baş verir. Sıxılma və seyrəkləşmə zonalarının mühitdə yayılma sürəti dalğanın sürətinə bərabərdir.
İnqilab dalğaları
İnqilab dalğası — oxşar dövrdə müxtəlif yerlərdə baş verən inqilablar seriyası. Bir çox hallarda, keçmiş inqilablar və inqilabi dalğalar mövcud olanları ilhamlandırdılar, ya da ilkin inqilab digər eyni zamanda "oxşar inqilablar"la bağlı olur. İnqilabçı dalğaların səbəbləri Robert Rozuell Palmer, Kreyn Brinton, Hanna Arendt, Erik Hoffer və Jak Qodşo kimi tarixçilər və siyasi fəlsəfələr tərəfindən araşdırılmışdır.
Dalğaları yararkən
Dalğaları yararkən (ing. Breaking the Waves) — rejissor Lars fon Trierin 1996-cı ildə Emili Uatsonun iştirakı ilə ekranlaşdrıdığı filmdir. Film Şimali Şotland Dağlarında yaşayan qeyri adı xarakterə malik gənc qız Bess MakNeyl və onun həyat yoldanı Yana qarşı hiss etdiyi məhəbbətdən bəhs edir. Filmin beynəlxalq istehsalı ilə Trierin rəhbərlik etdiyi "Zentropa" adlı Danimarka film şirkəti məşğul olmuşdur. "Dalğaları yararkən" filmi trierin "İdiotlar" (1998) və "Qaranlıqda rəqs edən" (2000) filmlərinin də daxil olduğu "Qızıl ürək trilogiyası"nın birinci filmidir. == Məzmunu == Dalğaları yararkən filmində psixoloji problemləri olmuş gənc şotland xanım Bess MakNeylin həyat hekayəsi danışılır. Yaşadığı toplumun və kalvinist kilsəsinin qarşı olmasına baxmayaraq, o, norveçli neftçi Yanla evlənir. Bess bir qədər kəm düşünəli və körpə uşaq kimi sadəlövhdür. Tez-tez kilsəni ziyarət edəən Bess Tanrıya inanır və çoxlu dua edir, Tanrının onun öz səsi ilə ona cavab verdiyini düşünür. Yan neft platformasında olduğu müddətdə Bess onsuz çətin yaşayır.
Okean dalğaları
Okean dalğaları (yap. 海がきこえる, ing. Ocean Waves, digər adı ilə I Can Hear the Sea) — Studio Ghibli-nin 1993-cü ildə ekranlara çıxan anime filmi. Taku Morisaki qatar stansiyasında doğma şəhəri Koçiyə qayıdarkən yolda məktəb günlərində yaşadığı sevgi üçbucağını xatırlayır. Ocean Waves (anime) Anime News Network Ensiklopediyasında Ocean Waves — Internet Movie Database saytında.
De Broyl dalğaları
De Broyl dalğaları — 1923-cü ildə fransız fiziki Lui de Broyl fotonun dalğa-korpuskul dualizm xassəsinin maddənin bütün zərrəciklərinə-elektron, proton, neytron və atomlara da xas ola bilmə hipotezini irəli sürür. Onun ideyasına görə, hər hansı bir zərrəcik E enerjiyə, eləcə də, p impulsuna malik olarsa, belə halda həmin zərrəciyin hərəkətinə tezliyi ν= E : h {\displaystyle E:h} və dalğa uzunluğu λ= h : p {\displaystyle h:p} olan dalğaya uyğun gəlir. Belə dalğalara de Broyl dalğaları deyilir. == Təsdiqi == De Broylun nəzəri əsaslandırdığı adıçəkilən hipotez 1927–1928-ci illərdə aparılan təcrübələr nəticəsində təstiqləndi. Fərziyyənin təsdiqi elektronların kristal qəfəsdə difraksiyası təcrübələrinə əsaslanır. Maddə zərrəciyi olan elektronun dalğa xassələrini təsbit etmək məqsədilə elə cihaz tələb olunurdu ki, həmin cihazın parametrləri elektron dalğasının uzunluğu tərtibində olsun. Bu zaman aşkarlanmışdır ki, dalğa uzunluğunun bu qiyməti kristal qəfəslərdə atomlararası məsafə tərtibindədirlər. Məhz bu səbəbdən, aparılan təcrübələrdə kristal qəfəsdən keçərkən elektron dəstəsinin difraksiya və interferensiyası müşahidə edildi. Bununla da, təbiətin ən vacib qanunlarından biri sayılan- materiyanın dalğa-korpuskulyar xassəsinə sahib olması nəzəri və eləcə də, təcrübi yolla təsdiq edildi. == Ehtimal dalğaları == Mikrozərrəciklərin dualist (ikili) təbiəti barədə nəzəriyyə mikroaləm haqqında təsəvvürləri tamamilə dəyişdi.
Dunay dalğaları (tort)
Dunay dalğaları (alm. Donauwelle‎) — albalılı yağlı xəmirdən və kərə yağ kremindən tort. Tort ikiqatlıdır: üst qat — qəhvəyidir, kakao əlavə olunur, aşağı qat — parlaqdır. Şirniyyat üçün formada olan iki qat xəmirin üstündə albalı (konservləşdirilmiş) qoyulur. Albanının ağırlığı altında, xəmir qatları qarışdırılır və "dalğalar" forması təşkil edir. Bişirildikdən sonra, tort krem və ya pudinq yağı ilə örtülür, sonra dalğaların imitasiyası ilə şokolad şirəsi (bəzən albalı suyu) əlavə olunur. == Qalereya == == Ədəbiyyat == Рецепт торта "Дунайские волны" (rus.) Nikolai Buroh: Das Teubner Buch- deutsche Küche. Gräfe Und Unzer, 2008, ISBN 978–3833804649, S. 488 (alm.) Гудрун Рушицка. Пироги и торты. Несложно и вкусно.
Oktyabrın Dalğaları (1977)
Film Rusiyada Oktyabr Sosialist İnqilabı qələbə çalandan sonra Azərbaycanda baş verən hadisələrdən — Bakı sovetinin hakimiyyəti öz əlinə almasından, 1919-cu ildə Muğan Sovet Respublikası qurulmasından, 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qələbə çalmasından, Bakıda Şərq xalqlarının I qurultayının keçirilməsindən (sentyabr, 1920-ci il) və s. bəhs edir.
Okean dalğaları (film)
Okean dalğaları (yap. 海がきこえる, ing. Ocean Waves, digər adı ilə I Can Hear the Sea) — Studio Ghibli-nin 1993-cü ildə ekranlara çıxan anime filmi. Taku Morisaki qatar stansiyasında doğma şəhəri Koçiyə qayıdarkən yolda məktəb günlərində yaşadığı sevgi üçbucağını xatırlayır. Ocean Waves (anime) Anime News Network Ensiklopediyasında Ocean Waves — Internet Movie Database saytında.
Dalğaları yararkən (film, 1996)
Dalğaları yararkən (ing. Breaking the Waves) — rejissor Lars fon Trierin 1996-cı ildə Emili Uatsonun iştirakı ilə ekranlaşdrıdığı filmdir. Film Şimali Şotland Dağlarında yaşayan qeyri adı xarakterə malik gənc qız Bess MakNeyl və onun həyat yoldanı Yana qarşı hiss etdiyi məhəbbətdən bəhs edir. Filmin beynəlxalq istehsalı ilə Trierin rəhbərlik etdiyi "Zentropa" adlı Danimarka film şirkəti məşğul olmuşdur. "Dalğaları yararkən" filmi trierin "İdiotlar" (1998) və "Qaranlıqda rəqs edən" (2000) filmlərinin də daxil olduğu "Qızıl ürək trilogiyası"nın birinci filmidir. == Məzmunu == Dalğaları yararkən filmində psixoloji problemləri olmuş gənc şotland xanım Bess MakNeylin həyat hekayəsi danışılır. Yaşadığı toplumun və kalvinist kilsəsinin qarşı olmasına baxmayaraq, o, norveçli neftçi Yanla evlənir. Bess bir qədər kəm düşünəli və körpə uşaq kimi sadəlövhdür. Tez-tez kilsəni ziyarət edəən Bess Tanrıya inanır və çoxlu dua edir, Tanrının onun öz səsi ilə ona cavab verdiyini düşünür. Yan neft platformasında olduğu müddətdə Bess onsuz çətin yaşayır.
Oktyabrın dalğaları (film, 1977)
Film Rusiyada Oktyabr Sosialist İnqilabı qələbə çalandan sonra Azərbaycanda baş verən hadisələrdən — Bakı sovetinin hakimiyyəti öz əlinə almasından, 1919-cu ildə Muğan Sovet Respublikası qurulmasından, 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qələbə çalmasından, Bakıda Şərq xalqlarının I qurultayının keçirilməsindən (sentyabr, 1920-ci il) və s. bəhs edir.
Ultrasəs dalğaları. Akustik siqnal və onun spektri.
Ultrasəs dalğaları — İnsan qulağının eşidə bilmədiyi 20 kHs tezlikdən böyük tezlikli səs və ya akustik dalğalar. Akustik dalğalar elastiki mühitin zərrəciklərinin yaratdığı rəqslərin mühitdə yayılması və enerji daşımasından ibarətdir. Akustik dalğalar bərk mühitdə, mayelərdə və həm də qazlarda yayılir. Bioloji toxumalar həm elastiki maye mühitə (yumşaq toxumalar), bərk (sümüklər) və qaz mühitlərinə uyğun gəlir (ağ ciyərlər, mədə, bağırsaq). Ona görə demək olar ki, akustik dalğalar tibbi diaqnostikada istifadə olunan bütün növ bioloji toxumalarda yayıla bilir. Akustik dalğalar digər fiziki təbiətə malik dalğalar, məsələn, elektromaqnit dalğaları kimi fəza və zamana görə dəyişən bir sıra xarakteristikalara malikdir. Akustik dalğalarda əsas dəyişən kəmiyyət rəqs zamanı elastiki mühitin yerdəyişməsi və təzyiqyin rəqsləridir. Ultrasəs diaqnostikasında uzununa akustik dalğalardan istifadə olunur. Uzununa dalğalarda mühitin zərrəciklərinin tarazlıq vəziyyəti ətrafında yerdəyişməsi rəqsin yayılması istiqamətində baş verir. Sıxılma və seyrəkləşmə zonalarının mühitdə yayılma sürəti dalğanın sürətinə bərabərdir.