Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağıllı Vill Hantinq
Ağıllı Vill Hantinq (ing. Good Will Hunting) — rejissor Qas Van Sentin 1997-ci ildə çəkdiyi film. Əsas rolları Mett Deymon və Robin Vilyams ifa edirlər. == Məzmun == Vill Hantinq Massaçusets universitetində işləyən bir xidmətçidir. Eyni zamanda çox zəkalı və öyrənməyi sevən bir gəncdir. Həyatı isə başqa yöndə inkişaf edir. Tez-tez qalmaqallara girişir və həbs olunur. Villin qabiliyyətini kəşf edən universitet professoru onun həbsdən çıxarılması üçün zamin olur. Vill də bunun müqabilində içindəki əsəbi idarə edə bilmək üçün psixoterapevtin dəstəyini almalıdır. Beləliklə, Vill terapevt Şon ilə həyatının məcrasını dəyişir və bu yolda ona ən yaxın dostu Çakki ilə yeni tanış olduğu qız dostu köməkçi olurlar.
Angina
Tonzillit və ya angina (lat. angina – sıxılma, boğma, boğulma) — boğazgəlmə, badamcıqların və boğaz limfaidlərinin iltihablı kəskin infeksion xəstəliyi.Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. == Əlamətləri == Geniş yayılmış kəskin yoluxucu-allergik xəstəlik. Törədiciləri: streptokokk, stafilokokk və s. Uşaqlar və gənclərdə xüsusilə tez-tez baş verir. Xəstəliyin bir neçə forması mövcuddur: kataral, follikulyar, fibrinoz, fleqmonoz, lakunar, və s. Ən yüngül forması kataral anginadır. Bu zaman badamcıqlar qırmızı olur, bir qədər şişir; dil isə quru və ərplə örtülü olur. əsnəyin selik örtüyü qızarır, boğaz gicişir və quruyur, udqunduqda ağrı olur. Yaşlı adamlarda temperatur çox artmır, uşaqlarda isə 39–40°C-yə qədər yüksəlir.
Ağıllı Uill Hantinq (film, 1997)
Ağıllı Vill Hantinq (film, 1997)
Ağıllı Vill Hantinq (ing. Good Will Hunting) — rejissor Qas Van Sentin 1997-ci ildə çəkdiyi film. Əsas rolları Mett Deymon və Robin Vilyams ifa edirlər. == Məzmun == Vill Hantinq Massaçusets universitetində işləyən bir xidmətçidir. Eyni zamanda çox zəkalı və öyrənməyi sevən bir gəncdir. Həyatı isə başqa yöndə inkişaf edir. Tez-tez qalmaqallara girişir və həbs olunur. Villin qabiliyyətini kəşf edən universitet professoru onun həbsdən çıxarılması üçün zamin olur. Vill də bunun müqabilində içindəki əsəbi idarə edə bilmək üçün psixoterapevtin dəstəyini almalıdır. Beləliklə, Vill terapevt Şon ilə həyatının məcrasını dəyişir və bu yolda ona ən yaxın dostu Çakki ilə yeni tanış olduğu qız dostu köməkçi olurlar.
Ophrys mangini
Arı qaş səhləbi (lat. Ophrys apifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır.
Google hacking
Google dorkinq — veb-saytların istifadə etdiyi konfiqurasiya və kompüter kodunda təhlükəsizlik boşluqlarını tapmaq üçün Google Axtarış və digər Google proqramlarından istifadə edən haker texnikası. == Əsaslar == Google dorkinq, boşluqları olan veb-saytlarda mətnin xüsusi bölmələrinin, məsələn, həssas Veb proqramlarının xüsusi versiyalarının tapılması üçün Google axtarış sistemindəki operatorlardan istifadə etməyi nəzərdə tutur. intitle:admbook intitle:Fversion filetype:php kimi axtarış sorğuları başlıqlarında "admbook" və "Fversion" sətirləri olan PHP veb səhifələrini tapacaq ki, bu da o səhifələrdə kod inyeksiyası boşluğu olan PHP əsaslı guestbook olan Admbook-dan istifadə edildiyini göstərir. Tətbiqlərin defolt quraşdırmalarının yaratdığı hər bir səhifədə versiya nömrəsini göstərməsi normaldır, məsələn, həssas versiyaları işləyən veb-saytları axtarmaq üçün "Powered by XOOPS 2.2.3 Final" sözü istifadə edilə bilər. İnternetə qoşulmuş cihazları da tapmaq mümkündür. Məsələn inurl:"ViewerFrame?Mode=" axtarmaq açıq olan veb-kamera interfeyslərini tapacaq. == Tarixi == "Google Hacking" anlayışı 2002-ci ilin avqustunda Kris Sullonun Nikto boşluq skanerinin 1.20 buraxılışına "nikto_google.plugin" əlavə etdiyi vaxta təsadüf edir. 2002-ci ilin dekabrında Coni Lonq həssas sistemləri və/yaxud həssas məlumatların açıqlanmasını aşkar edən Google axtarış sorğularını toplamağa başladı və onları googleDorks adlandırmağa başladı. Google Dorks siyahısı 2004-cü ildə orijinal Google Hacking Database (GHDB) şəklində təşkil edilmiş böyük sorğu lüğətinə çevrildi. Google hacking-də aşkar olunmuş bu anlayışlar Bing və Shodan kimi digər axtarış sistemlərinə də şamil edilib.
Hanyang Universiteti
Hanyang Universiteti (Koreya: 한양대학교) — Cənubi Koreyanın Ansan və Seul şəhərində yerləşən özəl tədqiqat universiteti. Hanyang (한양, 漢陽) Çoson krallığı dövründə istifadə edilən paytaxt Seulun keçmiş adından irəli gəlir. Universitet 1939-cu ildə mühəndislik məktəbi kimi yaradılıb və ölkədə mühəndislik və memarlıq proqramları təklif edən ilk kollec olub. Hanyang Universiteti ardıcıl olaraq Cənubi Koreya universitetləri arasında STEM sistemi üzrə ən yaxşı universitetlər arasında yer alır. Universitet hər il 3000-dən çox xarici tələbə qəbul edir və hər il 3300-dən çox tələbəni xaricə oxumağa göndərir. 2018-ci ilə kimi Hanyang Universitetinin 76 ölkədə 777 tərəfdaş universiteti var idi. Universitet təsiri, zənginliyi və reytinqlərinə görə Cənubi Koreyanın ən prestijli universitetlərindən biri hesab olunur. == Tarixi == Hanyang Universiteti 1 iyul 1939-cu ildə Yaponiya Koreyanı işğalı zamanı Dong-A Mühəndislik İnstitutu olaraq təsis edilmişdir. Dong-A İnstitutu Seulun Jongno rayonunda 630 tələbə və 35 fakültə ilə başlamışdır. 1941-ci ildə ilk məzunlarını yetişdirdikdən sonra Dong-A özünü kollec statusuna yüksəltməyə çalışdı, lakin heç bir nəticə vermədi.
El Faning
Simona Hankin
Simona Hankin (d. 28 fevral 1973) — Avstraliyanı təmsil edən su poloçusu. Simona Hankin, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. Simona Hankin, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Hanlin Akademiyası
Hanlin Akademiyası (çin. 翰林院) ― VIII əsrdə Tan sülaləsinin imperatoru Hsüançunq tərəfindən Çanqanda qurulmuş akademik və inzibati ali təhsil müəssisəsi idi. Akademiyaya üzvlük saray üçün katiblik vəzifələri yerinə yetirən elit bir qrup alimlə məhdudlaşırdı. Onun əsas vəzifələrindən biri Çin klassiklərinin təfsirinə qərar vermək idi. Bu, hökumət bürokratlarının daha yüksək səviyyəli dövlət vəzifələrinə çatmaq üçün keçməli olduğu imperiya imtahanlarının əsasını təşkil etdi. Sarayda işləyən rəssamlar da akademiyanın üzvü idi. Min sülaləsi dövründə, 1407-ci ildə akademiya nəzdində Tərcüməçilər Bürosu yaradılmışdı. Bu büroda tunqus, monqol, koreya, ryükyü, yapon, tibet, fars, Vyetnam, Myanmar dillərini öyrənən şöbələr təşkil edilmişdi. Daha sonra bu büroya Qədim Uyğur dili və Sanskrit şöbələri də əlavə edildi. 1511 və 1579-cu illərdə Lao və Tay dilləri əlavə edildi.
CWTS Leiden Ranking
CWTS Leiden Ranking — Niderlandda yerləşən Leyden Universitetinin Elm və Texnoloji Tədqiqatlar Mərkəzi tərəfindən illik təqdim olunan dünyanın nüfuzlu ali təhsil müəssisələrinin reytinqlərindən biri. Müxtəlif sahələr üzrə dünyanın ən nüfuzlu bibliometrik reytinq göstəricilərindən biri olan "CWTS Leiden Ranking" çoxsaylı ali təhsil müəssisələri, biznes subyektləri o cümlədən ictimai sferada fəaliyyət göstərən qurumlar tərəfindən mötəbər mənbə kimi qəbul olunur. == Metodologiya == Hesabatların hazırlanmasında Klarivayt Analitiks şirkətinin və "Web of Science" saytının məlumat bazasından istifadə olunur. Burada ölçülən meyarlar sırasına hər bir elmi subyekt üzrə dərc edilən məqalə sayı, dərc olunan jurnalların göstəriciləri (milli sıralaması, istinad sayı, təsir faktoru və s.) və sıralamaya daxil edilən institutların tədqiqat potensialı daxildir.
Longing for Dawn
Longing for Dawn — 2002-ci ildə Kanadanın Monreal şəhərində yaradılmış metal musiqi qrupu. == Haqqında == 2005-ci ildə qrupun ilk debüt "One Lonely Path" adlı albomu buraxıldı. Bu albomdan sonra Grau Records şirkəti ilə müqavilə imzalayaraq, daha sonra 2007-ci ildə "A Treacherous Ascension" və 2009-cu ildə "Between Elation and Despair" adlı üçüncü studio albomu buraxıldı. Bu albom qrupunun ən məşhur albomu olmuşdur.
Pangong-Tso gölü
Pangong-Tso (Hindi: पांगोंग त्सो) — Himalay dağlarında axarsız göl. Göl dəniz səviyyəsindən 4350 metr yüksəklikdə yerləşir. Göl Hindistan və Çin sərhəddi boyu 134 km uzanır. Pangong-Tsonun 60 %-i Çin ərazisində yerləşir. Ən enli yeri 5 km-dir. Suyu duzlu olsa da, qış aylarında göl tam donur. Göl Ramsər konvensiyasına (Su quşlarının əsas məskəni olan, beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri haqqında konvensiya) aiddir. Bu Asiyada konvensiyaya düşən ilk sərhəd gölüdür. Göl Çin və Hindistan arasında olan mübahisəli ərazi daxilindədir. Gölün bir hissəsi (20 km) ÇXR-nın ərazisinə aiddir.
Round Univercity Ranking
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.
The Hunting Party
The Hunting Party — Amerikalı rok qrupu Linkin Parkın 6-cı studiya albomudur. Albom 2013-cü ilin may ayından 2014-cü ilin aprel lentə yazılmışdır. Albomun ilk sinqlı Guilty All The Same 6 may 2014 tarixində çıxmışdır. İkinci sinqıl Untill It`s Gone 1 iyun 2014 tarixində çıxmışdır. Bu albomda rəhbərliyi Mike və Brad etmișdilər. 26 mart 2014 Mike öz twitterində yeni albomun çıxışını bildirib. Albomun ilk sinqılı "Guilty All The Same" olmuşdur, trek reper Rakim ile birlikə oxunmuşdur. Həmçinin ikinci sinqlın çıxışı məlum olmuşdur — "Until It’s Gone", singıl rəsmi relizi — 30 may 2014. 8 aprel 2014, Complex TV üçün olan müsahibədə Mike təsdiqlədi ki yeni albomun adı "The Hunting Party" olacaq. Üstəlik öyrənildi ki, albomda 12 trek olacaq, 4 mahi isə başqa ifaçılar ilə duet olacaqdır (Rakim, Daron Malakian (System Of A Down), Tom Morello və Page Hamilton (Helmet).
Hanqiri
Haftonu və ya Haftoni — Azərbaycan Respublikasının Lerik rayonunun Nücü inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. == Əhalisi == Əhalisi 291 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki haft (yeddi) və honi (bulaq) sözlərindən düzəlib, "yeddi bulaq" deməkdir.
Böyük Hanşin zəlzələsi
Böyük Hanşin zəlzələsi — 17 yanvar 1995-ci ildə, saat 5:46-da, Rixter şkalası üzrə 7.3 bal gücündə Yaponiyada baş vermiş zəlzələ. Kobenin evləri, on minlərlə ev məhv olmuş yolları və körpüləri dağılmış, şəhərin iqtisadiyyatına böyük zərbə vurmuşdur. Zəlzələ və sonrakı yanğınlar daha çox 212.443 binaların məhvinə səbəb olmuş və 5000 nəfərdən çox insan həlak olmuşdur. Kobe, zəlzələdən sonra, demək olar ki, yenidən tikilmişdir. Yaponiyada zəlzələ Böyük Hanshin Zəlzələsi kimi tanınır.
Hanqıl
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır. == Koreya yazısı == Koreya dilində mətnlərin yazılışında istifadə olunan fonetik hərfi-hecalı yazı. Koreyada bir neçə yazı sistemindən istifadə olunmuşdur. 1444-cü ildə hökmdar Böyük Seconun təşəbbüsü ilə hazırlanmış və 1446-cı ildən dövlət əlifbası kimi (çon əlifbası adlandırılmışdır) təsdiqlənmişdir. Müasir Koreya əlifbası 40 qrafemdən ibarətdir.
Yanğın
Yanğın — maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir. Yanğında baş verən əsas fiziki-kimyəvi hadisələr yanar maddələrlə hava oksigeni arasında kimyəvi reaksiya getməsi, çoxlu istilik ayrılması və yanma nəticəsində əmələ gələn qazların intensiv mübadiləsidir. Yanğın çox vaxt odla ehtiyatlı davranılmaması, yanğına qarşı tədbirlərə düzgün əməl edilməməsi, materialların öz-özünə alışıb yanması, statik elektrik boşalmaları və ildırım düşməsi nəticəsində baş verir, bəzən də cinayətkarlıqla qəsdən törədilir. Yanğın zamanı tüstü ilə havaya qalxan yanma məhsullarının çoxu (xüsusən polimer maddələr yandıqda) orqanizmə zəhərləyici təsir göstərir. Bəzi hallarda natamam yanma məhsulları (məs., karbon 2-oksid) oksigenlə partlayış cəhətdən təhlükəli qarışıq əmələ gətirir. Yanğından mühafizə insanların həyatının, dövlət və ictimai mülkiyyətin, vətəndaşların şəxsi mülkiyyətinin yanğından mühafizəsinə yönəldilmiş dövlət və ictimai tədbirlər sistemi; yanğınla mübarizəni həyata keçirən təşkilatdır. Yanğından mühafizənin əsas məqsədi yanğın profilaktikasıdır. Yanğının söndürülməsini yanğınsöndürən texnikasından istifadə edən Yanğından mühafizə dəstələri həyata keçirir. Azərbaycanın bütün şəhərlərində müasir yanğınsöndürmə texnikası ilə təchiz olunmuş peşəkar Yanğından mühafizə dəstələri xidmət göstərir.
Hacking to the Gate
"Hacking to the Gate" (azərb. "Keçidi qırmaq"‎) — 27 aprel 2011-ci ildə 5pb. və Frontier Works səsyazma studiyaları tərəfindən yayımlanmış sinql. == Haqqında == Sinql "Steins;Gate" anime serialının bütün seriyaları boyunca açılış mahnısı kimi istifadə olunmuşdur. Mahnı Çiyomaru Şikura tərəfindən yazılmış və bəstələnmiş, İsoe Toşimiçi tərəfindən qaydaya salınmış və Kanako İto tərəfindən ifa olunmuşdur. Funimation Entertainment tərəfindən mahnının ingilis versiyası hazırlanmışdır.
Devid Hardinq
Devid Hardinq (avqust 1961, Oksford) — İnvestisiyaların idarə olunması üzrə Vinton Qrup-un yaradıcısı və rəhbəridir. == Həyatı == 1961-ci ilin avqustunda İngiltərədə, London şəhərində anadan olmuşdur. Kembric Universitetində təbiət elmləri üzrə təhsil almışdır.
Edvin Danninq
Edvin Danninq (ing. Squadron Commander Edwin Harris Dunning; 17 iyul 1892, CAR – 7 avqust 1917) — Krallıq donanmasının Hava Qüvvələrində xidmət etmiş ingilis əsilli pilot. Edvin Danninq hərəkət vəziyyətində olan gəmiyə təyyarə endirməyə çalışmış və ilk cəhdən buna nail olmuş ilk pilot kimi tarixə keçmişdir. Danninq 1917-ci ilin 2 avqust tarixində Krallıq donanmasına məxsus HMS Furious aviadaşıyıcısına idarə etdiyi Sopwith Pup tipli kiçik mühərrikli təyyarəsini uğurla endirmişdir. 5 gündən sonra, 7 avqust tarixində oxşar cəhdin təkrarlanması zamanı pilot təyyarənin idarəetməsini itirmiş və Sopwith Pup okeana düşmüşdür. Faciə nəticəsində Edvin Danninq boğularaq ölmüşdür. == Həyatı == Edvin Danninq 1892-ci ilin 17 iyul tarixində Cənubi Afrikada anadan olub.
Florens Hardinq
Florens Klinq Hardinq (ing. Florence Harding; 15 avqust 1860[…], Marion[d], Ohayo – 21 noyabr 1924[…], Marion[d], Ohayo) — ABŞ-nin Prezidenti Uorren Hardinqin həyat yoldaşıdır.
Hanqiri (alət)
Hanqiri (半切 və ya 飯切), həm də handay (飯台, düyü mizi və ya düyü kasası) – dairəvi, altı düz ağacdan qayrılmış ləyən və ya boçka. Suşi üçün düyü hazırlamanın son mərhələlərində istifadə olunur. Ənənəvi hanqiri sərv ağacından hazırlanır və iki mis lent ilə bağlanır. Hanqiri və şamoci (ağacdan qayrılmış qısa kəfgir) düyünü soslandırmaq və soyutmaq üçün istifadə olunur. Bişdikdən sonra düyü hangiriyə tökülür və orada düyü sirkəsi, şəkər və duzdan hazırlanmış sos ilə qarışdırılır. Qarışdırma əməliyyatı tamamlandığından sonra bir parça fukin ilə əhatə olunur və soyumağa buraxılır.
Meyreki yanğını
Meyreki dövrünün böyük yanğını (yap. 明暦の大火, - Meireki no taika) — 2 mart 1657-ci ildə Yaponiyanın paytaxtı Edoda (indiki Tokio) baş verən yanğın. Furisode yanğını kimi də tanınan bu yanğın Meyreki İmperatorluğunun hakimiyyətinin 3-cü ilində baş vermişdir. 3 gün boyunca davam edən yanğında 100 min adamın öldüyü ehtimal edilir.
Moskva yanğını
Moskva yanğını — 1571-ci ilin may ayında Krım xanı I. Dövlət Gərayın Livon müharibəsinə görə şəhəri müdafiəsiz, 6000 əsgərlə buraxan rusları məğlub etməsi, Moskvaya girib şəhəri talan etməsi və yandırmasıdır. Qorxulu İvanın (İvan Qroznı) yanında olan alman tarixçi Heinrich von Stadenə görə şəhər ətrafdakı qəsəbələr və Opriçnina sarayı 6 saata tamamilə yanır. İnsanlar kilsələrə və Moskva çayına doğru qaçmağa çalışırlar. Kreml sarayında silah-sursat anbarının partlamasıyla, kilsələrdə sığınanlar boğularaq; çaya tərəf qaçanlar da çayda boğularaq ölürlər. Yanğından sonra 10,000 ilə 80,000 arasında insan öldüyü təxmin edilir. Şəhər əhalisi azalır. Bu yanğından sonra Moskva Krım xanlığı tərəfindən işğal olunur. IV İvan Livon müharibəsində atəşkəs istəyib Moskvaya qayıtmağa məcbur olur. 1 il sonra 1572-ci ildə Molodiya müharibəsində Giray xan çoxsaylı orduya sahib olsa da ruslara məğlub olur. Madariaga, "Ivan the Terrible", 266.
Ronan Fanninq
Ronan Fanninq (1941 – Yanvar 2017) — İrlandiyalı tarixçi. Fanninq Dublin Universitet Kollecinin müasir tarix fakultəsinin professoru olmuşdur. Həmçinin o, Dublin Universitet Kollecinin Tarix Məktəbi və Arxivlər bölməsinin arxiv direktoru vəzifəsində də çalışmışdır. Fanninq İrlandiya Kral Akademiyasının üzvü olmuş, İrlandiya Bioqrafiya Kataloqu və İrlandiyanın Xarici Siyasət Sənədlərinin idarə heyətinə üzv seçilmişdir. O, Sunday Independent qəzetinin siyasət, tarix və ən son hadisələr bölmələri üzrə yazarı olmuşdur. Ronan Fanninq 18 yanvar 2017-ci ildə 75 yaşında vəfat etmişdir. Documents on Irish Foreign Policy by Catriona Crowe, Ronan Fanning, Michael Kennedy, Dermot Keogh, Eunan O'Halpin. Royal Irish Academy, ISBN 1-904890-03-2 (1-904890-03-2) Independent Ireland, Educational Company of Ireland, The, ISBN 0-86167-301-8 (0-86167-301-8) The Irish Department of Finance, (1922-58) by Ronan Fanning, Institute of Public Administration (Ireland) Staff Hardcover, Institute of Public Administration, ISBN 0-902173-82-0 (0-902173-82-0) Religion and Rebellion by Judith Devlin, Ronan Fanning, University College Dublin Press, ISBN 1-900621-03-7 (1-900621-03-7) The Lives of Eliza Lynch by Michael Lillis and Ronan Fanning, Gill and Macmillan (September 2009). Ronan Fanning, list of publications.
Uorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Vorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Hanlonq qrup
Hanlonq qrup (汉龙集团) — günəş enerjisi, rabitə, kimya, mineral kəşfiyyatı və digər sənaye sahələrində holdinqləri olan Çin konqlomeratı. Siçuan Honqda (四川宏達; SSE: 600331) Şanxay Fond Birjasında siyahıya alınmış mədən şirkəti və Hanlonqun törəmə şirkətidir. 2011-ci ildə Honqda Tanzaniya kömür və dəmir mədənində 3 milyard dollarlıq sərmayə qurduğunu elan etdi və bu da onu Şərqi Afrikanın ən böyük investoru halına gətirdi. Razılaşmaya əsasən, alt layihə Tanzaniyada geniş elektrik enerjisi təchizatını təmin etmək üçün böyük bir kömür zavodu və təchizat zəncirinin tikintisi, xarici investisiyaların istehsalına ən böyük maneələrdən birini aradan qaldırmaqdır. Tanzaniyanın enerji infrastrukturunu qurmaq üçün Honqda Tanzaniya hökuməti ilə "Tanzaniya Çin Beynəlxalq Mineral Resursları" adlı birgə müəssisə yaratdı. Layihə planı Mçuçuma və Katevaka kömürünün ölkədəki ən yüksək gücə malik zavod olacağı və tam gücü ilə 600 MVt istehsal edəcəyi gözlənilən elektrik enerjisi qurğusunun tikintisini nəzərdə tutur. Obyektin 2015-ci ilə qədər 300 MVt istehsal etməyə başlaması gözlənilir. 2011-2013-cü illər arasında Hanlonq Avstraliyanın Sundance Resources şirkətini ələ keçirməyə cəhd etdi. Lakin Hanlonq maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi zaman sövdələşmə baş tutmadı. == Korrupsiya və edam == 2014-cü ildə Hanlonqun keçmiş rəhbəri Liu Xan, qardaşı Liu Vey və digər iş yoldaşları ilə birlikdə doqquz qətldə və 1993-cü ildən bəri mafiya tipli əməliyyat keçirməkdə günahlandırıldı.
Academic Ranking of World Universities
"Academic Ranking of World Universities" (azərb. Dünya universitetlərinin akademik reytinqi‎) və ya "Shanghai Ranking" (azərb. Şanxay reytinqi‎) və ya qısaca ARWU — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. 2003-cü ildən Şanxay Jiao Tonq Universiteti tərəfindən tərtib olunur.
Webometrics Ranking of World Universities
Webometrics Ranking of World Universities (azərb. Dünya universitetlərinin vebometriks reytinqi‎) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. 2004-cü ildən keçirilir. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri olan İspaniyanın Dövlət Elmi Tədqiqat Mərkəzi aparır. Ali məktəblərin qiymətləndirməsi 4 nominasiya üzrə aparılır. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir.
El Faninq
El Fenninq (ing. Elle Fanning; 9 aprel 1998) — amerikalı aktrisa və model.
Hanqıl günü
Hanqıl günü (ing. Hangeul Day, Korean Alphabet Day) və ya Coson Yazı Günü — Hanqılın mükəmməlliyini təbliğ etmək və Kral Secongun Hunmincongımı tanıtmasını anma günüdür. Koreyada 9 oktyabr Kral Secongun Hunmincongımı elan etdiyi gün Hangıl Günü olaraq təyin olunmuşdur və milli bayram kimi qeyd olunmaqdadır. Koreya Xalq Demokratik Respublikasında isə 15 Yanvar Böyük kral Secongun Hunmincongımı yaratdığı gün Coson Yazı Günü olaraq qeyd edilir. == Mənşəyi və tarixi == Kral Seconqla bağlı qeydlərdə kralın 1446-cı il ildə ay təqvimi ilə sentyabr ayında Hunminceongımı elan etdiyi yazılır. Buna əsaslanaraq 1926-cı ildə Koreya dili cəmiyyətinin əvvəlki forması olan Coson dili tədqiqatları dərnəyi həmin vaxt ay təqvimi ilə sentyabrın 29-da(günəş təqvimi ilə 4 noyabr) Hunmincongımın elan olunmasının 480 illik yubiley tədbirini keçirib həmin günü Hangılın o dövrdəki adına əsasən “1-ci Qagya günü” olaraq elan etdi. Koreyalı alim Cu Şigyonqun “Hangıl” adını verməsindən sonra 1928-ci ildə “Hanqıl günü” olaraq dəyişdirildi. 1931 yaxud 1932 ildən başlayaraq günəş təqvimi ilə 29 oktyabrda qeyd olunmağa başladı. Koreya Dili Assosiasiyasının Koreya Dili Tədqiqat Qrupunun üzvü olan İ Hisıng və İ Gıkno 1932-ci ildən etibarən günəş təqviminə əsasən qeyd olunduğunu desələr də, 1931-ci ildən bəri olduğunu qeyd edən qəzet məqalələri də var. Bəzi mütəxəssislər 1582-ci ildən öncəki dövrdə də Qriqorian təqvimindən istifadə edildiyini qeyd edib 1934-cü ildən etibarən bu təqvimə uyğun olaraq hesablanmağı məqsədəuyğun gördülər və buna əsasən həmin gün okyabrın 28-ə keçirildi.
Haqqin.az
Haqqin.az, bəzən Haqqın.az kimi qeyd olunur — Azərbaycan informasiya-analitik portalı. == Tarixi == Sayt 29 sentyabr 2011-ci il də jurnalist Eynulla Fətullayev yaradılmış və Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Saytda insan hüquqları problemləri ilə bağlı məlumat və təhlillər, Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə baxış və şərhlər, tematik müsahibələr, ekspert rəyləri, o cümlədən sual-cavab mövzulu məzmun dərc olunur. Xarici KİV-lərdə "Azərbaycan hakimiyyətinə tərəfli", "Azərbaycan müxalifət partiyalarını tənqid edən", "aqressiv" və "Azərbaycanın təhlükəsizlik xidmətləri ilə bağlı sayt" kimi xarakterizə edilmişdir. "Eurasianet"in jurnalisti Coşua Kuçera qeyd etmişdir ki, sayt Azərbaycan Prezidenti İlham Əliyevin dövlət müşaviri Fuad Ələsgərov tərəfindən maliyyələşdirilir və "Bakının rusdilli elitasına yönləndirilmişdir".
Yanğın fotoqrafiyası
Yanğın fotoqrafiyası — Yanğınla mübarizə əməliyyatları zamanı şəkil çəkmə. Bu şəkilləri çəkən insanlara yanğın fotoqrafları deyilir. Yanğın fotoqrafiyası təhlükəli hallara yaxın olmağı ehtimal etdiyindən yanğınsöndürənlər təcili hadisə səhnələri, əməliyyatları, sağlamlığı və təhlükəsizliyi ilə bağlı xüsusi bacarıq və məlumatlara malik olmalıdırlar. Yanğında fotoşəkil çəkmək üçün yanğınsöndürmə qoruma cihazlarını geyinmək tələb olunur. Yanğın fotoqraflarının işi bir çox proqramları əhatə edir. Bunlara aiddir: Araşdırma Təlim Yanğının qarşısının alınması İşçi təhlükəsizliyi və sağlamlığı Hadisədən sonrakı təhlillər Fövqəladə hallarda ictimaiyyətin fikirlərini yaxşılaşdırmaq Xilasedicilərin aidiyyəti hisslərinin gücləndirilməsi Yanğın çəkən fotoqraf yanğınsöndürmə şöbələri tərəfindən birbaşa istismar edilə bilər və ya edilə bilməz. Fotoşəkil üçün bir haqqı olan xüsusi bir fotoqrafiya xidməti təqdim edirlər. Təhlükəsiz perimetersə giriş yanğınsöndürənlər üçün bir problem ola bilər, beləliklə onlar otaqdakı yanğın səhnələrinə çıxışın yaxşılaşdırılması üçün yerli yanğın şöbəsi ilə yaxşı əlaqələr qururlar. Belə çıxış, yanğınsöndürmə şöbəsinin təqdirinə əsasən, əlavə təlim və digər tədbirlər tələb edə bilər. Böyük şöbələr tez-tez Nyu-York və Çikaqo şəhərlərində olanlar kimi peşəkar foto xidmət vahidlərinə malikdirlər.
Nanjing World Trade Center Tower 1
Nanjing World Trade Center Tower 1 — Çinin Cianqsu vilayətinin Nankin şəhərində yerləşən göydələndir. Göydələnin hündürlüyü 328 m-ə bərabərdir. Binanın tikintisinəə 2011-ci ildə başlanılıb və 2016-cı ildə başa çatdırılıb.