Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Indian Harbour Beach, Florida
İndian Harbor Biç, ABŞ-nin Florida ştatındakı Brevard qraflığında bir şəhərdir. 26 noyabr 2009-cu il tarixinə şəhərin əhalisi ümumilikdə 8.225 nəfərdir. 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya almaya görə, şəhər əhalisinin 65.496 nəfər, 26.845 ev və 17.835 ailə olduğu müəyyən edilmişdir. Şəhərdəki əhali bölgüsünün 64.0% Ağ, 33.0% Afro-Amerikalı, 0.1% yerli Amerikalı, 1.2% Asiya mənşəli və 0.6% digər xalqlardan ibarət olduğu müəyyən edilmişdir. 1 aprel 2000-ci il tarixində aparılmış siyahıya almaya əsasən, şəhərin əhalisinin 57.537 nəfərdən, 23.685 evdən və 17.708 ailədən ibarət olduğu müəyyən edilmişdir. Şəhərdəki əhali bölgüsünün 64.0% Ağ, 33.0% Afro-Amerikalı, 0.1% hindu, 1.2% Asiya mənşəli və 0.6% digər xalqlardan ibarət olduğu müəyyən edilmişdir.
Duel
Duel — iki şəxs arasında olan mübahisənin silahla həll edilməsi. Duel əsasən şərəf, namus və ya millət kimi anlayışlara qarşı açıq və ya dolayı təhqir edildiyi zaman XIX əsr kübar mühitində geniş istifadə edilmişdir. Məşhur insanlarda duel döyüşlərində iştirak etmişlər. Dahi rus şair Aleksandr Puşkin dueldə öldürülmüşdür. Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti Aaron Burr isə duel nəticəsində ağır yaralanmışdır. Qədim dövrlərdə qəbilələr arasında olan mübahisələrin həll edilməsində dueldən çox istifadə edilirdi. Həmin duel döyüşləri müasir döyüşlərdən xeyli fərqlənirdi. Əsas fərq ilk duel döyüşləri zamanı odlu silahdan istifadə edilmirdi. Hər iki qəbiləninin rəisi və ya fiziki baxımdan ən sağlam olan şəxsin iştirakı ilə keçirilən döyüşlərdə soyuq silahdan istifadə edilib, edilməməsi əvvəlcədən müəyyənləşirdi. Tərəflər arasında mübarizə bir tərəfin digərini tam məğlub edib, sonda ölürməsinə qədər davam edirdi.
Duks
Duks (lat. ducere sözündən götürülmüşdür, "başçı, rəhbər" mənasını daşıyır.) Qədim Romada dövlət titulu, legion ordu hissəsinin başçısı, əmr sahibi.
David Harbor
David Kenneth Harbour (10 aprel 1975 və ya 1975, Uayt-Pleyns[d], Vestçester[d], Nyu-York ştatı, ABŞ) — Amerikan aktyoru. 1975-ci il 10 apreldə doğulmuşdur.
Devid Harbor
David Kenneth Harbour (10 aprel 1975 və ya 1975, Uayt-Pleyns[d], Vestçester[d], Nyu-York ştatı, ABŞ) — Amerikan aktyoru. 1975-ci il 10 apreldə doğulmuşdur.
Daues adası
Daues adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın maksimal hündürlüyü 10 metrdir. Arxipelaqın cənub-şərqində, Vilçek Torpağında yerləşən Hyofer burnundan 3 km aralıda yerləşir. Daues adasının ətrafında daha üç ada yerləşir: Derevyannıy (200 km şərqdə), Mak-Kulta və Tillo (cənub-qərbdə). Uzunsov formaya malikdir. Uzunluğu 1 km-dir. Buzdan tam azaddır. Yüksəklik yoxdur. Şərqində adanın ən hündür hissəsi yerləşir.
Daues planı
Alman məsələsində konstruktiv dialoqa dönüş Rur böhranının sona çatması və ABŞ iqtisadçısı general Çarls Dauesin rəhbərliyi ilə beynəlxalq komissiyanın yaradılması oldu. Komissiya təzminat məsələsində 2 ekspert komitəsi yaratmaq haqqında qərar qəbul etdi: Birinci komitə alman markasının sabitləşdirilməsi və büdcənin sağlamlaşdırılması ilə məşğul olmalı idi. İkinci komitə Almaniyadan xaricə çıxarılan kapitalı geri qaytarmaq üçün mümkün olan vasitələri araşdırmalı idi. Ekspertlər komitəsinin iclasları 1924-cü ilin yanvarın 14-dən aprelin 9-a qədər London şəhərində keçirildi. Birinci ekspertlər komitəsinin sədri Daues seçildi. Komitənin başlıca vəzifəsi təzminatla bağlı məsələyə dair tövsiyələr vermək idi. Müzakirələr nəticəsində belə bir qənaətə gəldilər ki, Almaniyanın təzminat ödəmək qabiliyyətinin bərpası üçün işğal edilmiş ərazilər iqtisadi və maliyyə cəhətdən yenidən ölkəyə birləşdirilməli və Almaniyaya beynəlxalq istiqrazlar verilməlidir. Burada təqdim olunan ekspertlərin məruzəsi "Daues planı" adlandırıldı. Bu plan 3 hissədən ibarət idi: 1. Ekspertlərin nəticələri və komitənin mövqeləri.
Duşes limonadı
Duşes limonadı — açıq sarı rəngli alkoqolsuz güclü karbonatlaşdırılmış tonlayıcı içki. Tərkibindəkilər əsasən limon suyu, şəkər və karbon qazıdır. Əsasən duşes armudundan istifadə edilir. Duşes armudu ona bir az büzüşümlü turşuluq, tonlayıcı təsir, güclü aroma və şirin dad verir. SSRİ-də məşhur içki "Duşes" tonlayıcı qazlı içkilərin arasında birinci yeri tutmuşdur. Gürcüstan, Ermənistan və Krımda hazırlanan şərbətlər duşes limonadındada işlədildikdən sonra 1930-cu ildə istehsala buraxılmışdır. İstehsala buraxıldıqda 0,5 litrlik şüşələrdən istifadə edilirdi. 1 ədədinin dəyəri 10 qəpik idi. Sovet İttifaqının dağılmasından bəri, indi bu içkilərin "Duşes" markası altında analoji məhsullar Rusiyada alkoqolsuz içkilər istehsal edən bir sıra müəssisələrdə müxtəlif şüşə və plastik konteynerlərdə istehsal olunur Игристый лимонад со вкусом и ароматом груши «Дюшес» разлили по бокалам эксперты «Литера» "Доверяй, но проверяй": лимонад "Дюшес" Кто придумал лимонад, или Краткая история газировки Arxivləşdirilib 2019-03-26 at the Wayback Machine Волшебные пузырьки. Настоящая газировка с годами не меняется Советский лимонад, он вкусный самый!
Zak Daues
Zakari Edvin Daues (ing. Zachary Edwin Dawes; 2 iyul 1985) — Amerikalı musiqiçi, prodüser, səs mühəndisi, texnik. Mini Mansions və The Last Shadow Puppets qrupunun basçısı kimi tanınır. O, Brayan Vilson, Lana Del Rey və bir sıra sənətçilərlə əməkdaşlıq edib. Daues Kaliforniyanın Ensino şəhərində böyüyüb. Santa Kruz, Kaliforniya Universitetində Film və Rəqəmsal Media ixtisası üzrə təhsil alıb. Daues uşaq ikən fortepianoda ifa etməyi öyrənib, lakin başladığı qrupa bas ifaçısına ehtiyac olduğunu biləndə basa keçdi. Göründüyü albomlar 2009 — Mini Mansions – Mini Mansions EP 2011 — Mini Mansions – Mini Mansions 2012 — Nashville – The Music of Nashville: Season 1, Vol 1. 2012 — Lisa Marie Presley – Storm & Grace 2013 — Nashville – The Music of Nashville: Season 1, Vol. 2.
Çarlz Daues
Çarlz Daues (27 avqust 1865[…] – 23 aprel 1951[…]) — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 30-cu vitse-prezidenti. Nobel sülh mükafatı laureatı (1925, C. O. Çemberlenlə birlikdə). Varlı ailədən çıxmışdır. 1886-cı ildə Sinsinnati Universitetinin hüquq məktəbini bitirdikdən sonra özünün vəkil kontorunu açmışdır. Dəmiryol şirkətlərinin zorakılığına məruz qalan fermerlərin müdafiəçisi kimi tanınmışdır. 1896–97 illərdə prezident seçkilərində Respublikaçılar partiyasından namizəd U. Mak-Kinlinin İllinoys ştatında seçki kam paniyasına rəhbərlik etmişdir. Onun seçilməsindən sonra Daues pul dövriyyəsi üzrə müfəttiş olmuşdur. 1901-ci ildə Senata seçkilərdə məğlub olmuş, sonradan ABŞ-nin Orta Qərbində ən iri banka çevrilmiş "Central Trust Company of Illinois"un əsasını qoymuşdur. Birinci dünya müharibəsi illərində könüllü orduya getmiş, ərzaqla təchizat və bölüşdürmə işinə baxmışdır.
Deus vult
Deus vult (Latınca tələffüz: [ˈde.us ˈwult], latın dilindən – "Tanrı istəyir" və ya "Tanrının iradəsi"; fr. Dieu le veut) — ilahi qüvvəyə aid edilən xristian şüarı. Bu, ilk dəfə 1095-ci ildə Klermon Kilsə Məclisində Papa II Urban tərəfindən elan edilən Birinci Səlib yürüşü zamanı istifadə edilmişdir. Müasir dövrdə bu şüar kontekstdən asılı olaraq müxtəlif mənalara malikdir. Puritanlar kimi tarix boyu xristianlar tərəfindən "tanrının iradəsi"nə istinad edən bir metafor və ya Yerusəlim Müqəddəs Məqbərə ordeni kimi cəngavər ordenləri tərəfindən bir şüar kimi istifadə edilmişdir. XXI əsrdə bu şüar ifrat sağçı və xristian milliyətçi hərəkatları tərəfindən tutumlu ifadə kimi qəbul olunmuşdur. İnşallah Dieu le volt // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Wanja Mues
Wanja Mues (27 dekabr 1973, Hamburq) — (3 dekabr 1973, Almaniya, Hamburq) Wanja Mues 3 dekabr 1973-cü ildə Almaniyanın Hamburq şəhərində olub. O, The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri ilə tanınan aktyor və rejissordur. 2004-cü ildən Julia ilə evlidir. Onların iki övladı var. Aktyorluq karyerasına 1983-cü ildə "Storm, der Schimmelreiter" televizor filmi ilə başlamışdır. "Storm, der Schimmelreiter" filmində uğurlu çıxışından sonra 1984-cü ildə "Jokehnen" televizor serialında çəkilir. Beləcə peşəkar karyerasının əasını qoyur. Ümumilikdə 89 film və televizor seriallarında aktyorluq edir. Ən çox səs gətirmiş və tanınmağında pay sahibi olduğu işlər isə; The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri olmuşdur. Bunlardan əlavə 1996-cı ildə çəkilən "21/2 Minuten" televizor serialında uğurlu aktyorluğu sayəsində "Grimme" mükafatına layiq görülüb.
Social Cues
Social Cues — ABŞ rok qrupu Cage the Elephant-ın beşinci studiya albomu. 31 yanvar 2019-cu ildə RCA tərəfindən buraxılıb. Albom "Qremmi" mükafatı qazanıb.
Pörl Harbor (film)
Pörl Harbor (ing. Pearl Harbor) — rejissor Maykl Beyin filmi. Reyf və Denni – Tennessi ştatından olan bu iki dost uşaqlıqdan birgə böyüyüblər və sanki bir qardaş kimi bir-birilərinə bağlıdırlar. İş elə gətirir ki, onların hər ikisi ABŞ-nin hava qüvvələrində pilot olurlar. Tezliklə Reyf tibb bacısı Evelinə aşiq olur. Onların məhəbbəti qarşılıqlı olur, lakin Reyf eskadrona qoşulmalı olur və Britaniya uğrunda almanlarla döyüşmək üçün Avropaya gedir. Bu zaman Denni və Evelin də xidmət üçün Pyorl-Harbor bazasına göndərilirlər. Çox keçmədən Reyfin ölümü barədə xəbərlər yayılır. Bundan sonra Denni ilə Evelinin dostluğu başlanır. Tezliklə bu dostluq məhəbbətlə əvəz olunur.
Pyörl-Harbor (film, 2001)
Pörl Harbor (ing. Pearl Harbor) — rejissor Maykl Beyin filmi. Reyf və Denni – Tennessi ştatından olan bu iki dost uşaqlıqdan birgə böyüyüblər və sanki bir qardaş kimi bir-birilərinə bağlıdırlar. İş elə gətirir ki, onların hər ikisi ABŞ-nin hava qüvvələrində pilot olurlar. Tezliklə Reyf tibb bacısı Evelinə aşiq olur. Onların məhəbbəti qarşılıqlı olur, lakin Reyf eskadrona qoşulmalı olur və Britaniya uğrunda almanlarla döyüşmək üçün Avropaya gedir. Bu zaman Denni və Evelin də xidmət üçün Pyorl-Harbor bazasına göndərilirlər. Çox keçmədən Reyfin ölümü barədə xəbərlər yayılır. Bundan sonra Denni ilə Evelinin dostluğu başlanır. Tezliklə bu dostluq məhəbbətlə əvəz olunur.
Pörl-Harbor xatirə medalı
Pörl-Harbor xatirə medalı — ABŞ ordusunun ABŞ konqresi tərəfindən 1991-də təsdiq edilən medalıdır. Ayrıca bu medal "qazilər medalı" kimi də tanınır. Bu medal ikinci dünya müharibəsi zamanı Pörl-Harbor döyüşündə olan əsgərlər və onun qazilərinə, habelə bu savaşda olan qeyri-əsgərlərə verilir. Bu medal keçmişə dönük bir dizayna malik və üniforma üzərində daşımağa dizayn olunub.
Pörl Harbor (film, 2001)
Pörl Harbor (ing. Pearl Harbor) — rejissor Maykl Beyin filmi. Reyf və Denni – Tennessi ştatından olan bu iki dost uşaqlıqdan birgə böyüyüblər və sanki bir qardaş kimi bir-birilərinə bağlıdırlar. İş elə gətirir ki, onların hər ikisi ABŞ-nin hava qüvvələrində pilot olurlar. Tezliklə Reyf tibb bacısı Evelinə aşiq olur. Onların məhəbbəti qarşılıqlı olur, lakin Reyf eskadrona qoşulmalı olur və Britaniya uğrunda almanlarla döyüşmək üçün Avropaya gedir. Bu zaman Denni və Evelin də xidmət üçün Pyorl-Harbor bazasına göndərilirlər. Çox keçmədən Reyfin ölümü barədə xəbərlər yayılır. Bundan sonra Denni ilə Evelinin dostluğu başlanır. Tezliklə bu dostluq məhəbbətlə əvəz olunur.
Due (rayon)
Due (fr. Douai) — Fransanın Nor-Pa-de-Kale regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nor. Suprefektura — Due. Rayonun əhalisi 2012-ci ildə 248 077 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 520 nəf./km². Sahəsi — 477 km².
Due diligence
Due Diligence, dyu-dilicens (ing. due diligence "insafı (vicdanı) borc bilmək") — investisiya risklərinin qiymətləndirilməsini, investisiya obyektinin müstəqil qiymətləndirilməsini, şirkətin fəaliyyətinin hərtərəfli öyrənilməsini, maliyyə vəziyyətinin və bazar vəziyyətinin hərtərəfli yoxlanılmasını əhatə edən investisiya obyektinə obyektiv baxış tərtib etmə qaydası. Ümumiyyətlə bir müəssisənin satın alınmasına, birləşmə (satın alma) əməliyyatının həyata keçirilməsinə, müqavilə imzalanmasına və ya bu şirkətlə iş birliyinə başlamazdan əvvəl həyata keçirilir. Bu termin ən çox maliyyə və hüquqda istifadə olunur. Metod, məlumat toplamaq və təhlil etməkdən, qarşı tərəflərlə müəyyən əlaqələrə girməyin məqsədəuyğunluğu ilə bağlı qərar vermək və təqdimetmə formasından ibarətdir. Təmkinli Due diligence köməyi ilə mümkün risklər qiymətləndirilir (məsələn, maliyyə, hüquqi və s.) Məlumat toplayarkən mənbələrindən asılı olmayaraq hər hansı bir məlumat nəzərə alınır. Alınan məlumatların öyrənilməsi müxtəlif mütəxəssislər tərəfindən ayrıca aparılır, sonra xülasə təhlili aparılır. Qərar müştərilərdən ayrı Due diligence mütəxəssislər tərəfindən verilir. Təqdimetmə forması genişləndirilə bilər (mütəxəssislərin fərdi aralıq rəyləri, məlumat mənbələri əlavə olunmaqla) və ya sonrakı fəaliyyətlərə dair qısa tövsiyə şəklində. Daha geniş mənada, ingilis dilində lazımi araşdırma anlayışı istifadə olunur.
Ues Kreyven
Ues Kreyven (ing. Wesley Earl Craven; 2 avqust 1939[…], Klivlend, Ohayo – 30 avqust 2015[…], Los-Anceles, Kaliforniya) — ABŞ rejissoru, prodüseri, ssenaristi və aktyorudur. Ues Kreyven 1932-ci ildə ABŞ-nin Klivlend ştatının Ohayo şəhərində Karolin (ilk soyadı Miller) və Pol Kreyvenin ailəsində anadan olmuşdur. Ailəsi protestant olub. Əvvəllər ingilis ədəbiyyatı üzrə fakültəyə daxil olsa da, uzun sürən xəstəlikdən sonra fakültəni tərk edir. Sonralar psixologiya ilə məşğul olur. 1963-cü ildə psixoloq vəzifəsinə layiq görülür. Nyu-Yorka qayıtdıqdan sonra bir müddət taksi şoferi işləyir. Səs rejissoru işlədikdən sonra 1971-ci ildə rejissor Şon Kanninhem ilə "Birlikdə" filmini çəkir. Beləcə, Ues Kreyven film karyerasının təməlini qoyur.
Duet Amburan (albom)
Duet Amburan – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun ilk studiya albomu. Şanson mahnıların üstünlük təşkil etdiyi albomda Oktay Əhmədov, Emin Sabitoğlu, Aydın Vəliyev və s. şəxslərin bəstələri yer almışdır. Bütün aranjimanların müəllifi Eldar Əzizlidir.
İndian Harbor Biç, Florida
İndian Harbor Biç, ABŞ-nin Florida ştatındakı Brevard qraflığında bir şəhərdir. 26 noyabr 2009-cu il tarixinə şəhərin əhalisi ümumilikdə 8.225 nəfərdir. 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya almaya görə, şəhər əhalisinin 65.496 nəfər, 26.845 ev və 17.835 ailə olduğu müəyyən edilmişdir. Şəhərdəki əhali bölgüsünün 64.0% Ağ, 33.0% Afro-Amerikalı, 0.1% yerli Amerikalı, 1.2% Asiya mənşəli və 0.6% digər xalqlardan ibarət olduğu müəyyən edilmişdir. 1 aprel 2000-ci il tarixində aparılmış siyahıya almaya əsasən, şəhərin əhalisinin 57.537 nəfərdən, 23.685 evdən və 17.708 ailədən ibarət olduğu müəyyən edilmişdir. Şəhərdəki əhali bölgüsünün 64.0% Ağ, 33.0% Afro-Amerikalı, 0.1% hindu, 1.2% Asiya mənşəli və 0.6% digər xalqlardan ibarət olduğu müəyyən edilmişdir.
İndian Harbor Biç (Florida)
İndian Harbor Biç, ABŞ-nin Florida ştatındakı Brevard qraflığında bir şəhərdir. 26 noyabr 2009-cu il tarixinə şəhərin əhalisi ümumilikdə 8.225 nəfərdir. 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya almaya görə, şəhər əhalisinin 65.496 nəfər, 26.845 ev və 17.835 ailə olduğu müəyyən edilmişdir. Şəhərdəki əhali bölgüsünün 64.0% Ağ, 33.0% Afro-Amerikalı, 0.1% yerli Amerikalı, 1.2% Asiya mənşəli və 0.6% digər xalqlardan ibarət olduğu müəyyən edilmişdir. 1 aprel 2000-ci il tarixində aparılmış siyahıya almaya əsasən, şəhərin əhalisinin 57.537 nəfərdən, 23.685 evdən və 17.708 ailədən ibarət olduğu müəyyən edilmişdir. Şəhərdəki əhali bölgüsünün 64.0% Ağ, 33.0% Afro-Amerikalı, 0.1% hindu, 1.2% Asiya mənşəli və 0.6% digər xalqlardan ibarət olduğu müəyyən edilmişdir.
Journal des sçavans
Journal des Sçavans (sonralar Journal des savants adlandırılmışdır) Denis de Sallo tərəfindən təsis edilmiş və Avropada nəşr olunan ilk elmi jurnal olmuşdur, baxmayaraq ki, əvvəldən bu jurnalda kilsə tarixi və hüquqi hesabatlar kimi müxtəlif elmi olmayan məzmunlar da mövcud olmuşdur. Birinci nəşri 1665-ci il yanvarın 5-də 12 səhifəlik (dörd yarpaqlı) broşüralar şəklində nəşr edilmişdir. Jurnal 1792-ci ildə Fransız İnqilabı zamanı nəşr ömrünü başa vurmuşdur. 1797-ci ildə Journal des savants kimi yenidən meydana çıxsa da, 1816-cı ilə qədər mütəmadi formada nəşr olunmamışdır. Bu tarixdən sonra müntəzəm olaraq nəşr olunsa da, məzmunu xeyli dəyişərək elmi deyil, ədəbi nəşrə çevrilmişdir.
Musée des Blindés
Musée des Blindés ("Zirehli Nəqliyyat vasitələri Muzeyi") və ya Musée Général Estienne Fransanın Loire Vadisində, Saumur şəhərində yerləşən bir tank muzeyidir. Bu gün dünyanın ən böyük tank muzeylərindən biridir. 1977-ci ildə həm Fransız hərbi iyerarxiyasını, həm də yerli siyasi məmurları inandıran polkovnik Mişel Aubrinin rəhbərliyi ilə quruldu. 35 il əvvəl yalnız bir neçə yüz tırtıllı nəqliyyat vasitəsi ilə başlayan bu muzey, dünya səviyyəli kolleksiyası ilə tank inkişafı tarixi ilə maraqlanan insanları və peşəkar zirehli maşınlar üzrə mütəxəssisləri cəlb edən bir məkana çevrilmişdir. Əvvəldən polkovnik Aubry, tarixi və ya texniki baxımdan vacib olan maşınları saz vəziyyətə gətirməyi muzeyin əsas siyasəti etmişdir. Muzey dünyada ən böyük zirehli döyüş maşınlarının kolleksiyasına malikdir və 880-dən çox nəqliyyat vasitəsindən ibarətdir və yalnız dünyada daha çox tanka malik olan İngiltərədəki Tank Muzeyindən geri qalır. 1993-cü ildə daha böyük bir binaya köçürülsə də, yer olmadığı üçün muzeydəki nəqliyyat vasitələrinin yalnız dörddə bir hissəsi nümayiş etdirilə bilir. Muzeydə 200-dən çox vasitə tam işlək vəziyyətdədir, o cümlədən dünyada yeganə olaraq hələ də işləyə bilən Üçüncü Reyx istehsalı olan Tiger II tankı da bura daxildir. Tiger II, ümumiyyətlə hər il yayda baş verən Carrousel adlı zirehli avtomobil şousunda iştirak edir. Saumur bir əsrdən çoxdur ki, süvarilər üçün ənənəvi bir təlim mərkəzidir; hal-hazırda tamamilə zirehli maşın mütəxəssisləri hazırlığına yönləndirilmiş Zirehli Süvari Təlim Məktəbi də burada yerləşir.
Duş
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Duş (Bünab)
Duş (fars. دوش‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 924 nəfər yaşayır (203 ailə).
Harbord missiyası
Harbord missiyası – Qafqazda və Kiçik Asiyada hərbi-siyasi vəziyyəti, coğrafi, iqtisadi, idarəçilik və digər məsələləri ətraflı öyrənmək üçün göndərilmiş xüsusi ABŞ missiyası. 1919-cu ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qafqaza marağının artdığı, Amerika siyasi dairələrində Qafqaz mandatı məsələsi müzakirə edildiyi şəraitdə ABŞ prezidenti Vilson regiona xüsusi missiya göndərmək qərarına gəldi. 1919-cu il avqustun ortalarında Birləşmiş Ştatların Versalda olan nümayəndəliyinin başçısı F. Polk Qafqaz respublikalarının Parisdəki nümayəndələrinə xüsusi məktubla müraciət edərək, Harbord missiyası barədə məlumat verdi. Avqustun 13-də Azərbaycan nümayəndəliyinə göndərilən məktubda qeyd edilirdi ki, briqada generalı Ceyms Q. Harbord 12 zabitin müşayiətilə yaxın vaxtlarda Cənubi Qafqaza yola düşəcəkdir. Azərbaycan nümayəndələrindən bu barədə öz hökumətinə məlumat verilməsi və general Harborda yerlərdə öz vəzifəsini yerinə yetirməkdə hökumətin yardım göstərilməsi xahiş edilirdi. Məktubun sonunda xatırladılırdı ki, missiyanın göndərilməsi Azərbaycanın və Cənubi Qafqazın başqa respublikalarının tanınması kimi qəbul edilməməlidir. Bundan sonra, Versaldakı Azərbaycan nümayəndələri Harbord missiyasının Azərbaycan üzrə müvəkkili polkovnik Rey ilə görüşüb, onu lazımi materiallarla təchiz etmişdilər. General Ceyms Q. Harbord ABŞ siyasi dairələrində tanınmış şəxslərdən biri idi. O, Birinci dünya müharibəsinin (1914–1918) sonlarında Avropada Almaniyaya qarşı vuruşmuş, müharibə qurtardıqdan sonra Amerika ordusunun vətənə qayıtması işinə rəhbərlik etmişdi. Harbord missiyası 1919-cu il avqustun sonlarında Fransanın Brest şəhərindən yola düşmüş və sentyabrın 12-də İstanbula gəlmişdi.
Cin Harlou
Cin Harlou (ing. Jean Harlow; 3 mart 1911 — 7 iyun 1937) — ABŞ aktrisasıdır.
Sarbur (rayon)
Sarbur (fr. Arrondissement de Sarrebourg) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mozel. Suprefektura — Sarbur. Rayon əhalisi 2006-cı ildə 63 193 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 64 nəf / km². Rayon sahəsi — 993 km².
İan Barbur
İan Gram Barbur (ing. Ian Graeme Barbour; 5 oktyabr 1923, Pekin – 24 dekabr 2013, Minneapolis, Minnesota) — 1923-cü ildə Çin Xalq Respublikasının paytaxtı olan Pekin şəhərində dünyaya göz açmış, 2013-cü ilin dekabr ayında 90 yaşında Amerikada vəfat etmişdir. İ.Barbur 20 yaşında "Syortmor" kollecini (Swarthmore College) bitirmiş, 1946-cı ildə Dyuk Universitetində (Duke University) fizika üzrə magistr təhsili almışdır. Daha sonra müasir nəzəri və ekspremental fizikaya böyük töhfələr vermiş dahi italyan fiziki Enriko Ferminin (Ernico Fermi −1901–1954) yardımçı və köməkçisi olmuşdur. Çikaqo Universitetində (University of Chicago) fizika üzərinə tədqiqatlarını bitirir və 1949-cu ildə doktorluq dərəcəsinə yiyələnir. Doktorluq dərəcəsinə yiyələnən İ.Barbur Miçiqana gedir. İ.Barbur Kalamazu kollecində fizika kafedrasında çalışmağa başlayır. Bu müddət ərzində elmi jurnallarda məqalələr yazmağa və nəşr etməyə başlayır. İki il sonra, gələcək illər üçün intellektual və akademik karyerasını müəyyənləşdirəcək çox mühüm addımını atır. O, Amerikada məşhur və mötəbər hesab edilən Yel Universitetinə (Yale University) ilahiyyat, fəlsəfə və etika təhsili almaq üçün qeydiyyatdan keçir və 1956-cı ildə universiteti uğurla bitirir.
Aspr-sür-Büeş
Aspr-sür-Büeş (fr. Aspres-sur-Buëch, oks. Aspres de Buech) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Aspr-sür-Büeş kantonuna daxildir. INSEE kodu — 05010. 2008-ci ildə əhalinin sayı 778 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 438 nəfər (15-64 yaş) arasında 277 nəfər iqtisadi fəal, 161 fəaliyyətsiz (fəaliyyət göstərici 63,2%, 1999-cu ildə 61.5%) idi. Fəal 277 nəfərdən 242 nəfəri (126 kişi və 116 qadın), 35 nəfəri işsizdir (14 kişi və 21 qadın).