DUSTAQLIQ
DUŞXANA
OBASTAN VİKİ
Duş
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. == Növləri == Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. == Hazırlanma materialı == Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Duş (Bünab)
Duş (fars. دوش‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 924 nəfər yaşayır (203 ailə).
İzabel duş Santuş
İzabel duş Santuş (port. Isabel dos Santos; 20 aprel 1973, Bakı, SSRİ) — ictimai xadim, Anqola prezidenti Joze Eduardu duş Santuşun qızı. Forbes jurnalının 2013-cü ilin martına olan məlumatına görə, Afrikanın ilk milyarder qadınıdır. İzabel Bakıda, Anqola inqilabçısı Joze Eduardu duş Santuşun və sovet vətəndaşı ailəsində doğulmuşdur. Luandanın dövlət məktəbində təhsil almışdır. Valideynlərinin boşanmasından sonra (1979), İzabel anası ilə Londonda yaşayır. Orada o məşhur Kings kollecində oxuyur. İzabel 2002-ci ildə incəsənət əsərləri kolleksiyaçısı Sindika Dokolo ilə ailə həyatı qurmuşdur. Afrikanın bakılı milyarderi- Fotolar Arxivləşdirilib 2015-08-24 at the Wayback Machine.
Joze Eduardu duş Santuş
Joze Eduardu duş Santuş (port. José Eduardo dos Santos; 28 avqust 1942[…], Luanda, Portuqaliya Qərbi Afrikası[d] – 8 iyul 2022, Barselona) — Anqolanın ikinci prezidenti (1979–2017). == Həyatı == Eduardu San-Tome və Prinsipidən olan fəhlə-inşaatçı ailəsində doğulub. 1954-cü ildə hələ məktəb vaxtlarında, Xose Eduardo MPLA partiyasına üzv olmaqla öz siyasi karyerasına qədəm qoyur. 1961-ci ildə müstəmləkə hökumətinin repressiyaları nəticəsində o könüllü şəkildə sürgünü Fransada keçirir, daha sonra isə Konqoya köçür və burada MPLA ilə əməkdaşlıq etməyə başlayır. Tezliklə dos Santos prezident müavini vəzifəsini icra etməyə başlayır və təhsilini davam etmək üçün SSRİ-yə yollanır. Burada o Azərbaycan Neft və Kimya İnstitutunu bitirir. 1979-cu ildə Anqolanın ilk prezidenti Aqostinyo Netonun vəfatından sonra bu vəzifəyə seçilən Xose Eduardo 2017-ci ilədək 38 il Anqola Prezidenti vəzifəsini icra etmişdir. Ölkənin ikinci prezidenti 1992-ci və 2001-ci illərdə keçirilən seçkilərdə də qalib gəlib. Sonuncu seçkilərdən sonra bir daha namizədliyini irəli sürməyib.
Duşan Vlahoviç
Duşan Vlahoviç (28 yanvar 2000, Belqrad) – Serbiyalı futbolçu. İtaliya A Seriyasında çıxış edən Yuventusun və futbol üzrə Serbiya milli komandasının hücumçusu. == Karyerası == === Partizan === Partizanda ilk matçına 21 fevral 2016-cı ildə keçirilən Belqrad-Partizan matçının 70-ci dəqiqəsində çıxıb. Matç Belqradın 2–1 hesablı qələbəsi ilə başa çatıb.Partizanda ilk qolunu isə 2 aprel 2016-cı ildə keçirilən Partizan-Radnik matçında vurub. Matça 46-cı dəqiqədə daxil olmasına baxmayaraq 54-cü dəqiqədə fərqlənməyi bacarıb.Eyni zamanda matçın 83-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.Matç Partizanın 3–2 hesablı qələbəsi ilə başa çatıb. === Fiorentina === Fiorentinada ilk matçına 25 sentyabr 2018-ci ildə keçirilən İnter-Fiorentina matçının 84-cü dəqiqəsində çıxıb. Matç İnterin 2–1 hesablı qələbəsi ilə başa çatıb. Fiorentinada ilk qolunu isə 25 iyul 2019-cu ildə keçirilən Fiorentina-Benfika matçının 29-cu dəqiqəsində vurub.Matça start heyətdə başlayan Vlahoviç 68-ci dəqiqədə əvəzlənib.Matç Benfikanın 1–2 hesablı qələbəsi ilə başa çatıb. 28 yanvar 2022-ci ildə Fiorentinadan ayrıldı. === Yuventus === 28 yanvar 2022-ci ildə Yuventusa transfer olundu.Yuventusda ilk matçına 6 fevral 2022-ci ildə keçirilən Yuventus-Verona matçında çıxıb.
Duşanka Sifnios
Duşanka Sifnios (serb. Душанка Сифниос, 15 oktyabr 1933 - 14 oktyabr 2016) ən məşhur və beynəlxalq səviyyədə müvəffəqiyyətli serb balerinalarından biri olaraq qəbul edilən serbiyalı balerina və xoreoqrafdır. == Bioqrafiya == 15 oktyabr 1933-cü ildə Skopye şəhərində anadan olmuşdur. 1953-cü ildə Belqrad Balet Liseyini bitirib, Nina Kirsanovanın sinifində oxumuşdur. Gimnaziyada təhsil alarkən, 1951-ci ildə Belqradda Milli Teatr qrupunun üzvü oldu. Gənc balerinanın istedadı fərqləndi və tezliklə solist və sonra Milli Teatrın əsas rəqqasəsinə çevrildi. == Yaradıcılığı == Onun erkən çıxışları Yugoslaviya xoreoqrafı Dimitri Parlik tərəfindən səhnələşdirilmişdir və bura "Orfey"də Evridika, "Romeo və Cülyetta"da Cülyetta daxil idi. Bu dövrdə ən müvəffəqiyyətli iki rolu, Adolf Adan tərəfindən Jizel, Béla Bartók tərəfindən "The Miraculous Mandarin" qız obrazı idi. O Jizel rolunu Belqrad Milli Teatrında 177 dəfə ifa etmişdi və bir çox Avropa şəhərlərini gəzmişdi: Venesiya, Edinburq, Vyana, Wiesbaden, Florensiya, Roma, Zürih, Berlin və Paris. O, Jizel rolu ilə Moskvanın Böyük Teatrında çıxış edərək böyük bir müvəffəqiyyətə imza atmışdı.
Duşara
Duşara, Dusares olaraq da tərcümə olunur. İsalamdan öncə ərəblərin ibadət etdiyi tanrı həmçinin Nəbatilərin Petra və Mədain Saleh şəhərlərinin hamisi olan şərab tanrısıdır. == Etimologiya == Duşara, ilk olaraq dwsrʾ şəklində adını yazan epiqrafik Nəbati qaynaqlarından bəllidir , Nəbati yazısı yalnız samitləri ifadə edir. Klassik Yunan qaynaqlarında Δουσάρης ( Dousáres ) və Latın dilində Dusares olaraq qarşımıza çıxır . Əsil mənası mübahisəlidir, ancaq erkən dövr Müsəlman tarixçi İbn əl-Kəlbi , "Bütlər kitabı"ndaki adını Dhūl-Šarā ( ərəb. ذو الشرى‎) şəklində açıqlayır,ehtimal ki, "Şara"dan biri mənasını verir; Şara Ölü dənizin cənub-şərqində dağlıq bir ərazidir. Bu şərh doğrudursa Duşara adına uyğun bir çox müvafiq adlar olmalı idi, ancaq həm adın tam şəkli həm də şərhi mübahisəlidir. == İbadət == Yunanıstan dövründə Zeus ilə əlaqələndirilirdi, çünki həm Nəbati panteonunun baş tanrısı həm də Dionis idi . İtaliyanın qədim liman şəhəri olan Pozzuolidə Duşara üçün kilsə aşkar edilmişdir . Şəhər Yaxın Şərqlə ticarət üçün mühüm bir yerdə yerləşirdi və E.Ə. 1-ci əsrin ortalarında bir Nəbati varlığı olduğu bilinir.
Duşes limonadı
Duşes limonadı — açıq sarı rəngli alkoqolsuz güclü karbonatlaşdırılmış tonlayıcı içki. Tərkibindəkilər əsasən limon suyu, şəkər və karbon qazıdır. Əsasən duşes armudundan istifadə edilir. Duşes armudu ona bir az büzüşümlü turşuluq, tonlayıcı təsir, güclü aroma və şirin dad verir. == Haqqında == SSRİ-də məşhur içki "Duşes" tonlayıcı qazlı içkilərin arasında birinci yeri tutmuşdur. Gürcüstan, Ermənistan və Krımda hazırlanan şərbətlər duşes limonadındada işlədildikdən sonra 1930-cu ildə istehsala buraxılmışdır. İstehsala buraxıldıqda 0,5 litrlik şüşələrdən istifadə edilirdi. 1 ədədinin dəyəri 10 qəpik idi. Sovet İttifaqının dağılmasından bəri, indi bu içkilərin "Duşes" markası altında analoji məhsullar Rusiyada alkoqolsuz içkilər istehsal edən bir sıra müəssisələrdə müxtəlif şüşə və plastik konteynerlərdə istehsal olunur == İstinadlar == === Mənbə === Игристый лимонад со вкусом и ароматом груши «Дюшес» разлили по бокалам эксперты «Литера» "Доверяй, но проверяй": лимонад "Дюшес" Кто придумал лимонад, или Краткая история газировки Arxivləşdirilib 2019-03-26 at the Wayback Machine Волшебные пузырьки. Настоящая газировка с годами не меняется Советский лимонад, он вкусный самый!
Duşeti
Duşeti (gürc. დუშეთი) — Gürcüstanın Msxeta-Mtianeti diyarında, Duşeti bələdiyyəsində yerləşən kiçik şəhər. Paytaxt Tiflisdən 54 km şimal-şərqdə yerləşir. == Tarixi == Duşeti şəhəri dəniz səviyyəsindən 870 m yüksəklikdə, Böyük Qafqaz dağlarında, kiçik dağ çayı olan Duşetis-Xevi çayının hər iki sahilində yerləşir. Şəhər tarixi Gürcüstanın Pxovi (Pşavi və Xevsureti) tarixi regionundadır. 2014-ci ilin siyahıalmasına görə şəhər əhalisi 6167 nəfərdir. Bu yaşayış məntəqəsi haqqında ilk məlumat 1215-ci ildə gürcü mənbələrində verilib. Araqvi hersoqları bu Duşetidən iqamətgah kimi istifadə etmişlər. 1740-cı illərdə Araqvinin ləğvindən sonra Duşeti Gürcü krallarının əlinə keçmiş, amma əhəmiyyətini itirmişdir. 1801-ci ildə ruslar buranı ələ keçirərək Duşetiyə şəhər statusu vermişlər.
Duşko Antunoviç
Duşko Antunoviç (xorv. Duško Antunović; 24 fevral, 1947 – 16 fevral, 2012) — Xorvat su polosu oyunçusu və məşqçi. == Haqqında == Xorvat Korçula Üzgüçülük klubunun və Belqradın serb "Partizan" klubunun heyətində çıxış edib. Partizanın heyətində 1970-1971-ci illər və 1974-1975-ci illər, 1975-1976-cı illər mövsümündə Avropa Çempionlar Kubokunun ardıcıl olaraq 3 dəfə qalibi olub. Zaqreb klubu "Mladosta"nın baş məşqçisi kimi 1989-1990-cı illər mövsümündə Avropa Çempionlar Kubokunun qalibi olub. Növbəti ildə də eyni uğuru təkrarlayıb. 2011-ci ildə Xorvatiya Olimpiya Komitəsinin Matiya Lübek mükafatına layiq görülüb. O, 1972 və 1976-cı illərdə Yay Oyunlarında Yuqoslaviyanın şərəfini qorumuşdur.
Tadas Duşkinas
Duşan Tadiç
Duşan Tadiç (serb-kiril. Душан Тадић; dǔʃan tǎdiːtɕ; 20 noyabr 1988) — Super Liqa klubu "Fənərbaxça"da oynayan və Serbiya millisinin kapitanlarından olan serb peşəkar futbolçu.

Значение слова в других словарях