Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İndikator
İndiqator(ing. indicator, rus. индикатор) İndikator — qurğunun durumu haqqında xəbərdarlıq edən siferblat və ya işıqlı göstərici. Məsələn, disk ötürücüsü (ACTUATOR) işıq indikatoruna malikdir və o, diskə müraciət zamanı yanır. İndikator — Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar.
İndiqator
İndiqator(ing. indicator, rus. индикатор) İndikator — qurğunun durumu haqqında xəbərdarlıq edən siferblat və ya işıqlı göstərici. Məsələn, disk ötürücüsü (ACTUATOR) işıq indikatoruna malikdir və o, diskə müraciət zamanı yanır. İndikator — Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar.
Elektron indikator
Elektron indikator — siqnalları əyani əks etdirən cihaz. Daxil olan siqnalın mövcudluğu və/və ya xəta qeyd etmədən onun həcmini göstərə bilir. Məlumatların indikator tərəfindən əks edilməsi uzunmüddətli fiksasiya olmadan həyata keçirilir. İndikatorun siqnalı proses və obyektin vəziyyətini təsvir edir. Elektron indikatorlar insanlara gərginlik, cərəyan, istilik, batareya doldurma və s. kimi müxtəlif parametrlərin səviyyəsi və ya mənası barədə məlumat vermək üçün müxtəlif ev və sənaye avadanlıqlarında quraşdırılır. == Təyinatı == Elektron indikator insana lazımi parametrləri, xüsusən də bir insanın hisslərinin köməyi ilə birbaşa təyin edə bilmədiyi parametrləri tez və aydın qiymətləndirməyə kömək edir. Bu cür qiymətləndirmənin yüksək dəqiqliyi tələb olunursa, çoxrəqəmli rəqəmsal indikatorlar quraşdırılır; dəqiqliyin tələb olunmadığı və yalnız bir siqnalın olub-olmadığını görmək zəruriyyətində tək-tək indikatorlar istifadə olunur. Hər-hansısa cihazın indikatorlara aid edilməsi onların tətbiqi ilə müəyyən edilir. Belə ki, məsələn işıqlandırma üçün istehsal edilmiş adi közərmə lampası xəbərdarlıq sistemləri və ya idarəetmə və nəzarət pultlarında istifadə edildikdə elektron indikator hesab edilə bilər.
İndikator (dəqiqləşdirmə)
İndiqator(ing. indicator, rus. индикатор) İndikator — qurğunun durumu haqqında xəbərdarlıq edən siferblat və ya işıqlı göstərici. Məsələn, disk ötürücüsü (ACTUATOR) işıq indikatoruna malikdir və o, diskə müraciət zamanı yanır. İndikator — Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar.
İndikator (ekologiya)
İndikator (lat. indicator – göstərici) – Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar. İndikator bitkilər müəyyən ekoloji şəraitlə sıx bağlı olub onların mövcudluğu şəraitə keyfiyyətcə qiymət verən göstərici sayılır. İndikator bitkilər ayrı-ayrı növlərlə və ya fitosenozlarla yayıla bilər. Fitosenoz halında olduqda indikatorlar xüsusiyyətini daha dəqiq oynayır. İndikasiya obyekti torpaq ola bilər, o, bu zaman bitki örtüyünə görə təyin olunur. Bəzi ana süxurları, ağır metallar və digər kimyəvi elementlər də indikasiya obyekti ola bilər. İndikator bitkilər ətraf mühitin vəziyyətinə və onun çirklənmə dərəcəsinə nəzarət etmək üçün mühüm rol oynayır. İndikator bitkilərdən faydalı qazıntılar axtardıqda da istifadə edilir. Geoloji və geobotaniki tədqiqatlarda aerofotoşəkillərin deşifrləşdirilməsində indikator bitkilərin və onların qruplaşmalarının təyin edilməsi əsas metodlardan biri hesab olunur.
İndikator (kimya)
İndikator - kimyəvi reaksiyanın sonunu (hidrogen ionlarının qatılığını) asan nəzərəçarpan əlamətdə müəyyənləşdirməyə imkan verən üzvi, yaxud qeyri-üzvi maddə (məs. lakmus, fenolftalein). == İstifadəsi == Titirləmənin son nöqtəsini müəyyən etmək üçün işlədilir. Düzgün seçildikdə reaksiyanın ekvivalent nöqtəsi, titirləmənin sonu ilə üst-üstə düşür. Titirlənən məhlula, adətən az miqdarda indikator əlavə edilir. == Növləri == Əsasən 5 növdür: Turşu-əsas indikator - mühitin hidrogen göstəricisi dəyişdikdə öz rəngini dəyişən maddələr (məs. metiloranj, fenolftalein) və fluoressent indikatoru daxildir. Oksidləşmə-reduksiya indikator - oksidləşmə potensialı müəyyən həddə çatdıqda öz rəngini dəyişən reaktivlər (məs., metilenblau, difenilamin). Kompleksonometrik indikator - metal ionları ilə rəngli kompleks birləşmələr əmələgətirənmaddələr (məs., qara eriodrom, narıncı ksilenol). Bunlara metalloxrom da deyilir.
İndiqator (iqtisadiyyat)
İndiqator administratoru
İndiqator administratoru, və ya bençmark administratoru (ing. Benchmark administrator) — maliyyə istinad göstəricisinin (“bençmark”) inkişafına və idarə olunmasına nəzarət edən şəxs. İndiqator ixtisaslaşmış indeks şirkətləri, fond birjaları və banklar da daxil olmaqla müxtəlif təşkilatlar tərəfindən idarə oluna bilər. Administratorlar institutunun çoxalması, 2014-2021-ci illər ərzində reallaşdırılan faiz dərəcələrinin qlobal islahatı sayəsində mümkün olmuşdur. == Tərifi == Qiymətli Kağızlar üzrə Beynəlxalq Komissiyalar Təşkilatının "Maliyyə etalonları prinsipləri" nə əsasən göstərici administratoru, daxil olmaqla etalon indiqatorun inkişafı və paylanması üçün bütün mərhələ və proseslərdən cavabdehdir: göstəricini təsvir etmək üçün məlumat və ya fikirlərin toplanması, təhlili və (və ya) işlənməsi; düsturdan və ya göstəricinin əmələ gəlməsi üçün verilən məlumatların və ya rəylərin işlənməsinin digər metodlarından istifadə edərək göstəricinin təyin edilməsi; yoxlamalar, indiqator dəyərlərinə düzəlişlər və metodoloji dəyişikliklər daxil olmaqla göstəricinin istifadəçilər arasında yayılması (yayımlanması). 2020-ci ildən etibarən, Avropa Birliyində , Avstraliyada , Sinqapurda və Cənubi Koreyada maliyyə göstəricilərini tənzimləyən qanunvericilik tətbiq edilmişdir. Avropa Birliyində idarəçi göstəricinin təmin edilməsinə nəzarət edən fiziki və ya hüquqi şəxsdir. İndiqatorun göstərilməsi göstərici tərifi üçün konvensiyaların idarə edilməsini əhatə edir; bir göstərici yaratmaq üçün daxil olan məlumatların toplanması, təhlili və ya işlənməsi; düstur, başqa bir hesablama metodu tətbiq edərək və ya giriş məlumatlarını qiymətləndirərək bir göstəricinin əmələ gəlməsi. == Administrator üzvləri == İndiqator administratoru kontribyutor ianəçilərdən ilkin məlumatları toplayır. Mənbə məlumatlarının vaxtını, tamlığını və etibarlılığını qiymətləndirməyə borcludur.
Yeddi seqmentli indikator
Yeddi seqmentli indikator(seven-segment,семисегментный индикатор,yedi segmentli gösterge)-0-dan 9-dək onluq rəqəmləri göstərə bilən işıq diodu, yaxud maye-kristal indikator. Yeddi seqment dedikdə düzbucaq formalı 8 rəqəmini əmələ gətirən üç üfüqi və dörd şaquli cizgi nəzərdə tutulur. Seqmentlər A-dan G-dək hərflərlə işarə olunur; onluq nöqtəni (decimal point, DP) göstərən səkkizinci seqment kəsr ədədləri əks etdirmək üçün nəzərdə tutulub. Bəzən yeddi seqmentli indikatorda hərflər də göstərilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 771 s.
Der Werwolf: The Annals of Veight
Der Werwolf: The Annals of Veight (azərb. Qurd adam: Veyt salnamələri‎) və ya Yaponiyada tanınan adı ilə Jinrou e no Tensei, Maou no Fukukan (人狼への転生、魔王の副官, azərb. Qurd adama çevrilmə, Demon lordunun düşərgəsi‎) – Nishieda-nın rəssamlığı ilə Hyougetsu tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata qurd adam kimi dirilən Veyt adlı personajdan bəhs edir. Hyougetsu ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Earth Star Entertainment 2015-ci ilin noyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 7 cildi buraxılmışdır. Bundan əlavə, iki manqa adaptasiyası istehsal olunmuşdur. J-Novel Club ranobeni ingilis dilinə tərcümə edərək saytında yayımlamışdır. == Məzmun == Qurd adam kimi yenidən dirilən Veyt Demon lordunun üçüncü alayına vitse-komandir titulu ilə komandanlıq edir.
Märchen der Werwolf - The Annals of Veight
Der Werwolf: The Annals of Veight (azərb. Qurd adam: Veyt salnamələri‎) və ya Yaponiyada tanınan adı ilə Jinrou e no Tensei, Maou no Fukukan (人狼への転生、魔王の副官, azərb. Qurd adama çevrilmə, Demon lordunun düşərgəsi‎) – Nishieda-nın rəssamlığı ilə Hyougetsu tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata qurd adam kimi dirilən Veyt adlı personajdan bəhs edir. Hyougetsu ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Earth Star Entertainment 2015-ci ilin noyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 7 cildi buraxılmışdır. Bundan əlavə, iki manqa adaptasiyası istehsal olunmuşdur. J-Novel Club ranobeni ingilis dilinə tərcümə edərək saytında yayımlamışdır. == Məzmun == Qurd adam kimi yenidən dirilən Veyt Demon lordunun üçüncü alayına vitse-komandir titulu ilə komandanlıq edir.
Fright Night
Fright Night - Moskvada yaradılan, rusiya rok qrupu.
Wight
Robert Vayt (ing. Robert Wight, 6 iyul 1796 – 26 may 1872, Ridinq) — Şotlandiya botaniki, həkim, cərrah. == Əsas elmi işləri == Icones plantarum Indiæ orientalis (seis volumes, 1840-1856). Illustrations of Indian Botany (dois volumes, 1841-1850). Spicilegium Nilghiriense (dois volumes, 1846-1851). == Şərəfinə adlandırılmış taksonlar == === Bitki cinsləri === Wightia Wall. Wightia Spreng. ex DC. === Bitki növləri === Acrostichum wightianum Wall. Acrotrema wightianum Wight & Arn. Aerva wightii Hook.f.
Knight Online
Knight Online — MGame Corporation tərəfindən istehsal olunan MMORPG oyunudur.
Fight Club
Döyüş klubu (ing. Fight Club) — Çak Palanikin romanının motivləri əsasında Devid Finçerin çəkdiyi triller. Film 1999-cu ildə ABŞ-də çəkilib. "IMDb versiyasına görə ən yaxşı 250 film" reytinqinə əsasən "Döyüş klubu" siyahıda dünyanın ən yaxşı filmləri sırasında 10-cu yeri tutur. Film həmçinin "Ölməzdən əvvəl baxılmalı 50 film" siyahısına daxildir. İlk əvvəl filmi çəkən şirkətə Finçerin əsəri xoş gəlmir və marketinq kampaniyası üçün ayrılmış büdcə, mümkün itkilər studiyaya güclü zərbə endirməsin deyə kəsilir. "Döyüş klubu" studiyanın ümidlərini doğrultmur və tənqidçilər tərəfindən polyar rəylər qazanır. Buna baxmayaraq film 1999-cu ilin ən mübahisəli və ən çox müzakirə edilən filminə çevrilir. Bir çoxları filmin ABŞ siyasi həyatında baş verən dəyişikliklər dövründə meydana çıxdığını və güclü novator stilinə malik olduğunu qeyd edirlər. İlk əvvəl gəlir gözləniləndən çox aşağı olmasına baxmayaraq, Döyüş klubu sonrakı illərdə buraxılan DVD relizlər hesabına ən uğurlu kommersiya filmlərindən birinə çevrilir.
Final Fight
Final Fight (yap. ファイナルファイト, azərb. Final döyüşü‎) - Capcom oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Oyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. İlk dəfə "Final Fight" oyunu "Street Fighter" oyununun davamı kimi buraxılacaq və adı "Street Fighter '89" olmalı idi. Lakin oyunun janrı və mövzusu fərqli olduğundan, oyuna "Final Fight" adı verildi. == Hekayə == Baş qəhrəman Haqqar "Metro Citi"nin bələdiyyə başçısı olan köhnə bir güləşçidir. Haqqarı öz mənfəətləri istiqamətində istifadə etmək istəyən qanqster Belqer və adamları, qızı Cessikanı qaçırırlar. Haqqar qanqsterlərin istəklərini qəbul etmir və Cessikanın dostu Kodi və Cessikanın qardaşı Geyin köməyiylə qurtarma əməliyyatına girişirlər.
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. == Haqqında == Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.
Money Heist
La casa de papel (azərb. Kağız ev‎ və ya Kağız evi) və ya beynəlxalq adı ilə Money Heist (azərb. Pul soyğunu‎) – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialı. Serial İspaniyada 2 may 2017-ci ildən 23 noyabr 2017-ci ilə kimi bir mövsüm olmaqla iki hissəli yayımlanmış və 15 seriya davam etmişdir. Baş rollarda Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər. 25 dekabr 2017-ci ildə serialın birinci hissəsi - 9 seriyası Netflix tərəfindən 13 seriya şəklində bütün dünyada buraxılmışdır. 2017-ci ilin sonunda Netflix serialın dünya üzrə rəqəmsal yayım hüquqlarını əldə etdi. Serialı 22 bölümdən daha qısa hissəyə bölən Netflix, birinci hissəni 20 dekabr 2017-ci ildə, ikinci hissəsini isə 6 aprel 2018-ci ildə yayımladı. 2018-ci ilin aprel ayında Netflix 16 yeni epizod sifariş edərək serialın büdcəsini əhəmiyyətli dərəcədə artırdı. 8 hissədən ibarət 3-cü hissə 19 iyul 2019-cu il tarixində nəşr edilmişdir.
Həqiqət
Həqiqət — çoxmənalı mübtəda. Bir çox mürəkkəb terminlərin tərkib hissəsi. == Əsas mənalar == " Həqiqət " özü ayrıca termin kimi istifadə edilmir. Ancaq bununla belə, o bəzi terminlərin sinonimi kimi istifadə edilir. Onun çoxmənalılığı aşağıdakı anlamlarda görünür: Həqiqət — reallığın subyektiv dərk edilməsi. Həqiqət — Ədalət termininin sinonimi. Ani düşüncədə " həqiqət " subyektin hərəkətinə haqq qazandırır. Həqiqət — Düzgünlük termininin sinonimi. Həqiqət — Həqiqətə uyğun gələn hər şey. == İdeyanın iki qanunauyğunluğu haqqında == Zaman və məkan çərçivəsi fövqündə olan, fəlsəfə tarixinin həm dünəni, həm də bugünü üçün eyni əhəmiyyət kəsb edən vahid ideyanın iki əsas qanuna uyğunluğu vardır.
J.E.Wright
Corce Eduardo Rayt (isp. Jorge Eduardo Wright; 20 aprel 1922, Buenos-Ayres – 4 yanvar 2005) — Argentina mikoloqu. == Elmi fəaliyyəti == Corce Eduardo Rayt mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == E.O. Albertó., B.E. Lechner, J.E. Wright. 2004. The genus Pleurotus in Argentina. Mycologia 96 ( 4 ): 849 - 857 B.E. Lechner, J.E. Wright, E.O. Albertó. 2005. The genus Pleurotus in Argentina: mating tests. Sydowia 57 ( 2) : 233 - 245.
Knight's & Magic
Knight's & Magic (ナイツ&マジック, Naitsu to Majikku, azərb. Cəngavərin & magiyası‎) — Kuroqinin rəssamlığı ilə Hisaqo Amazake-no tərəfindən yazılan ranobe seriyası. Əvvəlcə 2010-cu ilin oktyabrında Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmağa başlamışdır. 30 yanvar 2013-cü ildə Shufunotomo nəşriyyatı tərəfindən ilk ranobe cildi buraxılmışdır. İndiyə kimi 11 cildi nəşr olunmuşdur. Takuci Katonun rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 15 aprel 2016-cı ildən Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 24 sentyabr 2016-cı ildə manqanın ilk cildi buraxılmışdır. 2017-ci ildə 8-Bit studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və yayımlanmışdır. == Məzmun == Bir mexa otakusu bir maşın qəzasında ölür və ruhu başqa bir dünyada Ernesti Eçevarriya kimi reinkarnasiya olur. Eru əvvəlki həyatındakı xatirələrini və maraqlarını irsən qazanır, nəticədə, bu dünyada mövcud olan nəhəng humanoid silahı Siluet cəngavərinin pilotu olmağı arzulamağa başlayır.
Heqat
Heqat (Hekat) qədim Misirdə tutum və ya həcm vahidi olub 4,8 litrə bərabərdir. Kəsir hissəsi Udjat gözü əsasında tərtib edilmişdir. Onun dörddə bir hissəsi - (göz bəbəyi) "Heqatı" adlanır. Das Heqat (auch Hekat) repräsentierte im Alten Ägypten als Hohlmaß die Menge von 4,8 Litern und entspricht zugleich zehn Henu. == İstinadlar == == Mənbələr == Rainer Hannig: Großes Handwörterbuch Ägyptisch-Deutsch : (2800 - 950 v. Chr.). von Zabern, Mainz 2006, ISBN 3-8053-1771-9, S. 1320. Wolfgang Helck: Kleines Lexikon der Ägyptologie, 1999 ISBN 3-447-04027-0 S. 179f.
Dark Light (albom)
Guiding light (1952)
Guiding light adlı teleserial 1937-ci ildə “NBC” radiosunda efirə çıxıb. 1952-ci ildə isə teleserialın televiziya versiyası yaradılıb. Nümayiş olunduğu dövrdə teleserial 357 dəfə müxtəlif mükafatlara namizəd göstərilib, 94 dəfə mükafat alıb. Bu sırada nüfuzlu “Daytime Emmy Awards” mükafatı da var. Bu serial ən uzunömürlü teleserial kimi Ginnesin rekordlar kitabına da düşüb. Serialda Kevin Beykon, Kalista Flokxart və Ceyms Erl Cons kimi aktyorlar çəkilib. Serialın ssenari müəllifi keçmiş müəllimə İrna Vilipsdir. Son illər teleserialın auditoriyasının azalması meyli müşahidə olunub. 2009-cu ilin aprelində reytinqin azalması səbəbindən teleserialın son bölümünün 18 sentyabrda nümayiş olunacağı bildirilib.
One Night (mahnı)
One Night – Elvis Presleynin ifa etdiyi və onun məşhurlaşmasına səbəb olmuş mahnı. Mahnı valın digər üzündə olan "I Got Stung" mahnısıyla birgə satışa çıxarılmışdır. Mahnı Elvisə böyük uğur gətirmiş və böyük tamaşaçı kütləsi toplamışdır. Hit paradlarda da mahnının reytinqi çox uğurlu olmuşdur. Belə ki, mahnı iki həftə ərzində UK Singles Chartda birinciliyini qorumaqla yanaşı, ABŞ – da pop sinqllar çatında dördüncü, R&B chartda isə onuncu yerə kimi yüksəlmişdir. Mahnı ilk dəfə "One Night (of Sin)" adıyla New Orleandan olan musiqiçi Smiley Lewis tərəfindən ifa edilmişdir. Lakin mahnının Smiley Lewisin ifasnda böyük uğur qazandığını demək olmaz. Elvis mahnının ilk versiyasını 1957-ci il 18 yanvarda lentə aldırır. Lakin bu versiya 1983 – cü lə kimi işıq üzü görmür. Lakin Elvisin münücüri və səsyazma studiyası mahnıya yeni sözlərin yazılmasını və Elvisin mahnını bu sözlərlə yenidən ifa etməsini təklif edirlər.
Strangers By Night
Strangers By Night (azərb. Naməlum gecədə‎) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilmişdir.
Top Right Group
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. == Tarixi == Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir. 2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi.
Money Heist: Korea
Pul soyğunu: Koreya (ing. Money Heist: Korea, kor. 종이의 집: 공동경제구역) — eyniadlı İspaniya serialına (Money Heist; Pul soyğunu, 2017) əsaslanan, yaxın müddət ərzində yayımlanacaq Cənubi Koreya serialı. Serialın 2022-ci ildə Netflix-də yayımlanmağı planlanır.
High Hopes
"High Hopes" (azərb. Böyük ümidlər‎) — Pink Floyd qrupunun 1994-cü ildə yayımladığı The Division Bell albomundakı on birinci və son mahnı. Musiqisi Devid Gilmorun, sözləri isə Gilmor və Polli Semsonundur. Mahnının sözləri bir şəxsin həyatda qazanıb itirə biləcəyi şeylərdən bəhs edir. Gilmor bildirmişdir ki, mahnı daha çox onun erkən günləri və məmləkətini tərk etməsi haqqındadır. Gilmourun dostu Duqlas Adams albomun adını bu mahnının bir misrasından seçmişdir. Canlı versiyalar Pink Floydun Pulse, həmçinin Gilmorun In Concert, Remember That Night, Live in Gdańsk və Live at Pompeii buraxılışlarına daxil edilib. Echoes: The Best of Pink Floyd albomunda bu mahnının bir qədər qısaldılmış versiyasından Sid Barrettin "Bike" mahnısına keçid edilir. Bu, "High Hopes"-un sonundakı kilsə zəngi səsinin velosiped zəngi səsi ilə əvəz olunması vasitəsilə yerinə yetirilmişdi. Sinqlın 7 düymlük val versiyası şəffaf üzlüklə buraxılmışdır.
Bürhani-Həqiqət
Bürhani-həqiqət (az-əbcəd. برهان حقیقت‎) — İrəvanda Azərbaycan dilində çap olunan ədəbi, ictimai-siyasi jurnal. Jurnal əsasən maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edirdi. 1917-ci il yanvarın 1-dən iyunun 29-dək İrəvanda Azərbaycan dilində çap olunmuşdur. Cəmi 9 nömrəsi çap olunmuşdur. Müdir və mühərriri Əli Hacı Zeynalabdinzadə (Rəhimov), naşiri Həsən Mirzəzadə (Əliyev) idi. Jurnal bir tərəfdən elm və maarifə çağırır, digər tərəfdən isə dini ehkamları müdafiə edirdi. "Bürhani-həqiqət" jurnalının İrəvan şəhərindəki "Luys" mətbəəsində ilk nömrəsi 1 yanvar 1917-ci ildə, sonuncu nömrəsi isə elə həmin ilin 29 iyununda çapdan buraxılmışdır. Sərlövhə altında "Etiraf, tərəqqi, etimad... hələlik ayda iki dəfə nəşr olunan ədəbi, siyasi, tarixi, elmi və fənni məcmuəsidir".
Həqiqət (dəqiqləşdirmə)
Həqiqət
Həqiqət (qəzet)
Həqiqət — gündəlik ictimai-siyasi və ədəbi qəzet. == Haqqında == 1909-1910-cu illərdə Bakıda Orucov qardaşlarının mətbəəsində nəşr edilirdi. 156 sayı çıxmışdır. Naşiri və baş redaktoru Üzeyir bəy Hacıbəyov idi; 121-ci sayından sonra redaktoru O. Orucov olmuşdur. Üzeyir bəy Hacıbəyovun "Bəyani-məslək" ünvanlı baş məqaləsi ilə nəşrə başlayan "Həqiqət"də onun onlarca dəyərli publisist məqaləsi ("Halımıza dair", "Qədrşunaslıq", "Hər işi öz əhlinə tapşırmalı", "Dil" və s), çoxlu duzluməzəli felyetonu ("Purişkeviç və Hacı Xudu" və s), 2 açıq məktubu, neçə-neçə səhnəciyi dərc olunmuşdur. Üzeyir bəy Hacıbəyovun 1910-cu il mayın 30-da rus dilində çıxan "Kaspi", "Baku" qəzetlərində dərc edilmiş məktubunda onun daha "Həqiqət" qəzetində işləmədiyi və həmin qəzetlə heç bir əlaqəsi olmadığı bildirilirdi.
Həqiqət Cavadova
Həqiqət Cavadova (tam adı: Həqiqət Əliəşrəf qızı Cavadova; 9 oktyabr 1939, Nuxa) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, texnika üzrə elmlər doktoru. == Həyatı == Həqiqət Cavadova 1939-сu il oktyabrın 9-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakültəsinə qəbul olunub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Həmin ildən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmış, 1963-cü ildə aspiranturaya daxil olmuşdur. 1965-ci ildən yeni yaradılmış AMEA Aşqarlar Kimyası İnstitutunda mühəndis, kiçik və böyük elmi işçi işləmiş, 1988-ci ildən isə “Motor yağlarına aşqar kompozisiyaları” laboratoriyasına rəhbərlik edir. Cavadova H.Ə. Azərbaycan Sovet Ensiklopediyasının əsas müəlliflərindəndir. 1978-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək “Neft-kimyası” ixtisası üzrə texnika elmləri doktoru dərəcəsi, 2015-ci ildə isə professor elmi adını almışdır. == Elmi fəaliyyəti == H.Ə.Cavadovanın əsas elmi istiqaməti praktiki əhəmiyyətə malik müxtəlif funksional təsirli yeni, tərkibində fosfor, kükürd və azot saxlayan üzvi birləşmələr və sənaye aşqarları əsasında avtomobil və yük maşınları, avtotraktor və gəmi mühərrikləri üçün motor yağlarının sürtkü kompozisiyalarının elmi əsaslarının işlənib hazırlanması sahəsini əhatə edir.
Həqiqət Rzayeva
Həqiqət Əli qızı Rzayeva (20 may (2 iyun) 1907, Lənkəran, Lənkəran qəzası – 2 avqust 1969, Bakı) — müğənni (soprano), pedaqoq. Azərbaycan SSR xalq artisti (1943). Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir. == Həyatı == Lənkəran qəzasıın Darquba kəndində anadan olmuşdur. Atası Əli kişi o hələ səkkiz aylıqkən dünyasını dəyişir. Həqiqətin anası ikinci dəfə mövhumatçı, dindar bir kişiyə ərə gedir. 1917-ci ildən Həqiqət Lənkəranda məktəbə getməyə başlayır. Azərbaycan sovetləşəndən sonra isə onun ailəsi Bakıya köçür. Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür.
Yeni Həqiqət
Yeni həqiqət — gündəlik qəzet. == Tarixi == 1911-ci ildə Bakıda nəşr olunmuşdur. İlk nömrəsi yanvarın 21-də, sonuncu, 44-cü nömrəsi martın 18-də çıxmışdır. "Günəş" və "Həqiqət" qəzetlərinin davamı idi. "Yeni həqiqət"də müxtəlif siyasi-inzibati regionların həyatına dair informasiyalar, beynəlxalq siyasətə, dini məsələlərə dair məqalələr, bədii ədəbiyyat nümunələri dərc olunurdu. Qəzetin naşiri və baş redaktoru Oruc Orucov, əsas müəllifləri Əhməd bəy Ağayev (Ağaoğlu), Mirzə Ələkbər Sabir, Əliabbas Müznib, Mirzə Məhəmməd Axundov, Məhəmmədsadıq Axundov, Abdulla bəy Divanbəyoğlu, Azad Mərəndi, Əliqulu Qəmküsar və b. idi. == Fəaliyyəti == Avropa dövlətlərinin şərqdə müstəmləkəçilik siyasətinin tənqidi, dünya müsəlmanlarının birliyi, "İttihadi-islam" ideyasının təbliği "Yeni həqiqət"in əsas ideya istiqamətini təşkil edirdi. Ə.Ağayevin "Osmanlı məktubları" silsiləsin=də, Haşım Məhəmmədzadənin "Avropalılar və ovçuluq", İstanbul müxbirinin "Müsəlmanlara qəsd" məqalələrində və s. yazılarda imperialist dövlətlərin, o cümlədən Rusiyanın müsəlman xalqlarına qarşı yürütdükləri təcavüzkarhq siyasəti ifşa olunurdu.
Həqiqət Əsgərzadə
Həqiqət Eyvaz qızı Əsgərzadə (4 fevral 1944, Bakı) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016). == Həyatı == Həqiqət Eyvaz qızı Əsgərzadə 4 fevral 1944-cü ildə Bakıda anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis dili fakültəsini bitirmişdir. Həqiqət Əsgərzadə 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlamışdır. Müxtəlif illər ərzində o, bir sıra uşaq verilişlərinin (məktəblilərin "Yelkən", "Rəqs salonu", "Səyahət"), "Gəlin birlikdə gülək", "Gəzdim Azərbaycanı", "Xəbərlər" (axşam buraxılışı), "Qanlı yanvar", eləcə də 1992–1993-cü illərdə cəbhə bölgələrindən hazırlanmış verilişlərin, "Komediyalar aləminə səyahət", "Mavi işıq", "Səhər görüşləri" (1975–1985), "Gəl, səhərim" (1997–2000) kimi proqramların aparıcısı olmuşdur. Həqiqət Əsgərzadə 1970–1980-ci illərdə "İnterviziya" sistemi ilə Moskva və Kiyevdə Azərbaycan televiziyasını təmsil etmişdir. 2016-cı ildən "Yada düşər xatirələr" verilişinin daimi aparıcısıdır.