Bürhani-həqiqət (az.-əski. برهان حقیقت) — İrəvanda Azərbaycan dilində çap olunan ədəbi, ictimai-siyasi jurnal. Jurnal əsasən maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edirdi.
Bürhani-həqiqət | |
---|---|
az.-əski. برهان حقیقت | |
Növ | ədəbi, ictimai-siyasi jurnal |
Redaktor | |
Yaranma tarixi | 1 (14) yanvar 1917 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 29 iyun (12 iyul) 1917 |
Səhifə | 8 səhifə |
Baş ofis | |
Vikianbarda əlaqəli mediafayllar |
1917-ci il yanvarın 1-dən iyunun 29-dək İrəvanda Azərbaycan dilində çap olunmuşdur. Cəmi 9 nömrəsi çap olunmuşdur. Müdir və mühərriri Əli Hacı Zeynalabdinzadə (Rəhimov), naşiri Həsən Mirzəzadə (Əliyev) idi.[1] Jurnal bir tərəfdən elm və maarifə çağırır, digər tərəfdən isə dini ehkamları müdafiə edirdi[2].
"Bürhani-həqiqət" jurnalının İrəvan şəhərindəki "Luys" mətbəəsində ilk nömrəsi 1 yanvar 1917-ci ildə, sonuncu nömrəsi isə elə həmin ilin 29 iyununda çapdan buraxılmışdır. Sərlövhə altında "Etiraf, tərəqqi, etimad... hələlik ayda iki dəfə nəşr olunan ədəbi, siyasi, tarixi, elmi və fənni məcmuəsidir". Müdiri və mühərriri Əli Hacı Zeynalabdınzadə Rəhimov (Məhzun), naşiri Həsən Mirzəzadə (Əliyev) olmuşdur. "Bürhani-həqiqət" jurnalının cəmi 9 nömrəsi işıq üzü görmüşdür. Həmin nömrələrdə əsasən bədii və publisistik materiallar dərc edilmişdir. "Bürhani-həqiqət"in səhifələrində Əli Məhzun, Cabbar Əsgərzadə (Aciz İrəvani), Əbdülhəq Mehrülnisa, Səri Xanım, T.Fikrət, Ə.Sədi, Təhsin Nahid, H.Rəmzi, Təhsin İrəvani, Mirzə Cabbar Məmmədov və başqalarınin orijinal, iqtibas və tərcümə əsərləri çap olunmuşdur.
"Bürhani-həqiqət" jurnalını nəşr etmək barədə Ə.H.Zeynalabdınzadəyə icazə verilməsi haqqında sənəd Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində qorunur.[3][4]
Jurnal ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |