Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hicaz
Hicaz — Səudiyyə Ərəbistanının qərbində bir region. Qırmızı dənizin şərq sahilində yerləşir. Mənаsı mаneə deməkdir. Hicаz Yəmənin şimаlı ilə Təhаmənin şərq tərəfində yerləşib onlаrı bir-birindən аyırır. Bunа görə də o ərаziyə belə bir аd verilib. Bu əyаlətdə olаn vаdilərin аrаsındа dаğlаr vаrdır ki, onlаrın bəzilərinin hündürlüyü 2 km-dən çoxdur. == Həmçinin bax == Hicaz krallığı Məkkə Şərifliyi Hicaz vilayəti Nəcd və Hicaz Krallığı == İstinadlar == == Xarici keçidlər == Seyyid Cəfər Şəhidi, "İslаm tаrixi və təhlillər", "Şəhriyar", 2006, səh.
Hicaz Krallığı
Hicaz krallığı — Səudiyyə Ərəbistanının Hicaz bölgəsində yaranmış dövlət. Haşimilər sülaləsi tərəfindən idarə olunan Hicaz krallığı 1916-cı ildən 1925-ci ilə qədər mövcud olmuşdur. == Krallıq öncəsi Hicaz == 1517-ci ildə Misiri ələ keçirən Osmanlı sultanı I Səlim Hicaz bölgəsini də Osmanlı torpaqlarına daxil etdi. Osmanlıların dövründə Hicazın idarə edilməsi Məkkə şəriflərinə tapşırılmışdır. 1807-ci ildə xəvariclərin çıxışlarını yatırdığı üçün Misir hakimi Mehmed Əli Paşanın idarəçiliyinə verilir. 1845-ci ildə Osmanlı İmperiyası ilə Misir arasında bağlanan müqaviləyə əsasən Hicaz təkrar Osmanlı torpaqlarına daxil olur. == Krallığın yaranması == Osmanlı dövlətinin II konstitusiyasının elan edilməsindən sonra Hicaza şərif təyin olunan Hüseyn ibn Əli əl-Haşimi I Dünya müharibəsinin əvvəllərində Osmanlı hakimiyyətinə və Osmanlı sultanına bağlı olaraq görsənsə də sonradan hakimiyyətini möhkəmləndirmək, bütün ərəbləri hakimiyyəti altında salmaq üçün Osmanlılara qarşı Böyük Britaniya ilə əməkdaşlığa başladı. Böyük Britaniya Osmanlılara qaşrı döyüşlərdə Hicaz ordusundan istifadə etmək məqsədilə Hüseyn ibn Əli əl-Haşimiyə Osmanlılara qarşı döyüşəcəyi təqdirdə silahlı yardım edəcəyi, xəlifələrin Məhəmmədin soyundan olmasını təmin edəcəyini bildirdi. Hüseyn ibn Əli əl-Haşiminin oğulları Feysəl ibn Hüseyn və Abdullah ibn Hüseyn ilə Misirdəki Britaniya nümayəndəsi Henri MakMahon ilə diplomatik əlaqələrini davam etdirməklə yanaşı, Osmanlı İmperiyasının Fələstində olan IV Ordu komandanı Camal Paşa ilə də razılığa gəlmək üçün yollar axtarırdı. Ancaq Camal paşanın Beyrutda və Şamda bəzi ərəb milliyətçilərini dövlətə xəyanətdə ittiham edərək edam etməsi ilə münasibətlər dəyişdi.
Hicaz vilayəti
Hicaz vilayəti (ərəb. ولاية الحجاز‎; türk. Hicaz vilayeti) — Osmanlı İmperiyasında 1872-ci ildə Məkkə şərifliyini ləğv edərək təsis etiyi vilayət. 1899-cu ilə əsasən vilayətin sahəsi 250 000 km2 olduğu ehtimal olunur. Hicaz vilayətinin şimalında Şam vilayəti, cənubunda Yəmən vilayəti vardı. Vilayətin inzibati mərkəzi əvvəllər Məkkə şəhəri idi. Sonradan mərkəz Taifə köçürülmüşdür. == Tarixi == 1517-ci ildə Osmanlı sultanı I Səlimin Misir Məmlük Sultanlığını məğlub edərək Ərəbistan yarımadasında Məkkə və Mədinə bölgələrini ələ keçirdi. Bu tarixdən etibarən Məkkə və Mədinə bölgəsində hökmranlıq edən Məkkə şərifliyi Osmanlılardan vassal asılılıqda idi. 1750-ci ildə bölgəni vəhhabilər tamamilə öz hakimiyyəti altına salmaq istəyirdilər.
Hicaz Qüvvə-i səfəri
Hicaz Qüvvə-i səfəri və ya Hicaz səfəri qüvvələri — Osmanlı ordusuna bağlı olaraq qurulan səfər ordusu. Ordu komandanlığı rütbəsindəki hərbçi komandanlığını edirdi. I Dünya müharibəsində Mədinə mühasirəsindən əvvəl Mədinədə qurulmuşdur.Fəxrəddin paşa 17 iyul 1916 tarixində Hicaz səfəri qüvvələrinin komandanı olaraq təyin edilmişdir. Bu ordunun əsas qüvvəsi Mədinə qarnizonu idi. 1916-cı ilin payızında bu orduda 14 min döyüşçü var idi.
Hicaz və Nəcd krallığı
Hicaz və Nəcd krallığı (ərəb. مملكة الحجاز ونجد‎, Mamlakat al-Ḥijāz wa-Najd), ilk növbədə Hicaz krallığı və Nəcd sultanlığı (مملكة الحجاز وسلطنة نجد, Mamlakat al-Ḥijāz wa-Salṭanat Najd) — Ərəbistan yarımadasında Hicaz krallığının 1920-ci illərdə Nəcd tərəfindən fəth edilməsindən sonra yaranmış dövlət. 8 yanvar 1926-cı ildə Nəcd sultanı Əbdüləziz ibn Səud Məkkədə Məscidül-Həramda Hicaz kralı taxtına oturmuşdu. 29 yanvar 1927-ci ildə o, həm də "Nəcd kralı" (keçmiş "sultan" əvəzinə) titulu almışdır. 20 may 1927-ci ildə Ciddədə imzalanan müqaviləyə əsasən Əbdüləzizin dövləti Britaniya tərəfindən tanınaraq "Hicaz və Nəcd krallığı" adını almışdır.23 sentyabr 1932-ci ildə Nəcd, Hicaz, Əl-Əhsa və Qətif bölgələri Səudiyyə Ərəbistanı adlanan yeni vahid krallıqda birləşdirilmişdir.
Nasir Hicazi
Nasir Hicazi (Dekabr 19, 1949 — may 23,2011) — İranın azərbaycanlı əsilli populyar futbol qapıçısı və məşqçisidir. Onun atası Təbrizli ev və əmlak alverçisi idi. O, Asiya Futbol Konfederasiyasının verdiyi məlumata görə, Asiya qitəsinin XX əsrdəki ən yaxşı ikinci qapıçı tanınır. Nasir Hicazi 1 ildən çox ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkdikdən sonra, Tehranda dünyasını dəyişdi. Onun ölüm xəbəri Azərbaycan Respublikasında da geniş olaraq yayılmışdır.
Hadi Hicazifər
Hadi Hicazifər — İranlı Azərbaycan əsilli Aktyor və kinorejissordur.
Hicab
Hicab (ərəbcə tələffüz; [ħɪˈdʒaːb] və ya müasir istifadədə tesettür) — müxtəlif formalarda ola bilən müsəlman qadınların geyinmə və örtünmə davranışı; baş örtüyü ise saçları və adətən üzü istisna olmaqla baş və boyunu örtən geyim tərzidir. Hicab arakəsmə, pərdə, örtük, deməkdir; çadra, niqab, parəncə də bu qəbildəndir. Müsəlman qadınların küçəyə çıxarkən geydikləri, üzlərini və bədənlərini örtdükləri örtük və çiyinlikdir. Müxtəlif növləri vardır: bütün bədəni və ya ancaq üzü örtmək üçün işlədilən qara rəngli və bəzən də başqa rəngdə olan hicablar, göz üçün xüsusi toru və ya dəlikləri olan hicablar, başa örtülən qara yarımşəffaf hicablar və s. İslamiyyətdə mühafizəkar cərəyanlar hicabı müsəlman etikasının zəruri ünsürlərindən biri adlandırırlar, lakin hazırda müsəlman ölkələrində ən çox yayılan hicabın sadələşdirilmiş variantıdır. Bu, baş örtüyü, həmçinin qolları və boynu örtən paltardır. Hicab müsəlman şəhərlərinin hər yerində yayılmışdı, lakin kəndli qadınlar və köçəri qəbilələrin qadınları çox vaxt hicab örtməmişlər. Hicab qadının öz seçimi və ya onu təhsil, ictimai həyata iştirak, işləmək kimi şəxsi hüquq və azadlıqlarından məhrum edən məcburi bir tətbiq ola bilər. Hicab anlayışının bir parçası olaraq, bəzi İslam cəmiyyətlərində qadınlar din tərəfindən təsdiqlənmiş geyimləri ilə belə, təkbaşına bazara gedə bilməzlər. Qadınlarla ancaq pərdə və ya qəfəs arxasında danışmaq olar.
Hocaz yüksəkliyi
Hocaztəpə — Laçın rayonu ərazisində dağ. Yerli əhali arasında Hocazdaşı adı ilə tanınır. Oronim Hoçaz çayının adı ilə bağlıdır.
Hocaz çayı
Hocazsu, Hocazsuçay, Hoçaz çayı — Həkəriçayın sağ qoludur. Laçın rayonu ərazisindən axır. Mənbəyini Qarabağ vulkanik yaylasından (3000 m) alır. Yuxarı axımında İldırımsu, aşağı axınında Qaranlıqçay adlanır. Çay öz başlanğıcını Hocaztəpə dağından alır. == Ümumi məlumat == Uzunluğu 63 km, hövzəsinin. sahəsi 414 kvadrat km-dir. Axımı əsasən qar (35%), yeraltı (55%), qismən də yağış (20%) sularından əmələ gəlir. Çayın orta illik su sərfi 6,59 kub m/san.-dir. Bunun çox hissəsi yaz (35%), yay (30%), az hissəsi isə payız (20%) və qış (15%) fəsillərində keçir.
Dünya Hicab Günü
Dünya Hicab Günü — 2013-cü ildə Nəzmə Xan tərəfindən təsis edilmiş hər il keçirilən gün. Tədbir hər il fevralın 1-də dünyanın 140 ölkəsində keçirilir. Məqsəd bütün dinlərdən olan qadınları hicab geyməyə həvəsləndirməkdir. Tədbirin təşkilatçıları bu günü qeyri-müsəlman qadınlara hicabla yaşamağa imkan yaradan gün kimi dəyərləndirirlər.Bu gün dünya üzrə 1 milyona yaxın qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir. == Tənqidi yanaşmalar == Feminist fəal Asra Nomani, "Müsəlman qadınlar olaraq, əslində, dinlərarası həmrəylik adına hicab taxmamağınızı xahiş edirik" deyərək, "Bu müasir hərəkat siyasi İslam ideologiyasını yayır." deyə qeyd etmişdir.Digər müsəlman islahatçı Məcid Navaz bu günü "müasir müsəlman cəmiyyətlərinə hakim olmaq üçün mühafizəkar müsəlmanlar tərəfindən yaxşı maliyyələşdirilən bir səy" kimi tənqid edir və hadisənin, baş örtüyünün həmişə könüllü olaraq istifadə edildiyini göstərən "yanlış təfsiri" yaydığını qeyd edərək bildirir ki, "hicab" bütövlükdə yaylıq mənasına gəlir. O, həmçinin bu tədbiri "keçmişdən qalmış yanaşmadan daha betər" adlandırmaqla, təklif edirdi ki, adı dəyişdirilərək "Hicab seçim günüdür" adlandırılsın.2018-ci ildə Kanadalı insan hüquqları müdafiəçisi Yasmine Məhəmməd, hicabın aradan qaldırılması üçün dövlət senzurasına və dövlətə qarşı olan qadınları təbrik etmək üçün #HicabGününəYox kampaniyasına başladı.
Əbül Hica Məhəmməd
Əbül Hica Salar (v. 989) — Erməni mənbələrində adı keçən, Arazdan şimalda hakimiyyətdə olmuş son Salari hökmdarı. == Hakimiyyəti == Atası İbrahimin ölümündən sonra Dvində hakimiyyətə gəlmiş Əbül Hica Azərbaycanı Rəvvadilərə verməyə məcbur olmuşdu. Bu vaxt qonşuluqdakı iki erməni knyaz I Smbat və əmisi Muşel ədavətdə idilər. Muşel 982-ci ildə ona Smbata hücum etməsini təklif etmiş, lakin elə bu ərəfədə Ordubad hakimi Əbu Dulaf Şeybani Dvini ələ keçirmişdi. == Sonrakı həyatı == Bundan sonra sərgərdan həyatı yaşamağa başlayan Əbül Hica və ailəsi Bizans imperatoru II Bazilin yanına gedərək torpaqlarını geri almaq üçün kömək istəmişdi.
Əbül Hica Salar
Əbül Hica Salar (v. 989) — Erməni mənbələrində adı keçən, Arazdan şimalda hakimiyyətdə olmuş son Salari hökmdarı. == Hakimiyyəti == Atası İbrahimin ölümündən sonra Dvində hakimiyyətə gəlmiş Əbül Hica Azərbaycanı Rəvvadilərə verməyə məcbur olmuşdu. Bu vaxt qonşuluqdakı iki erməni knyaz I Smbat və əmisi Muşel ədavətdə idilər. Muşel 982-ci ildə ona Smbata hücum etməsini təklif etmiş, lakin elə bu ərəfədə Ordubad hakimi Əbu Dulaf Şeybani Dvini ələ keçirmişdi. == Sonrakı həyatı == Bundan sonra sərgərdan həyatı yaşamağa başlayan Əbül Hica və ailəsi Bizans imperatoru II Bazilin yanına gedərək torpaqlarını geri almaq üçün kömək istəmişdi.
Hoçaz
Hoçaz — Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin qərbində Hocazdaşı adlı dağ da var. Kənd öz adını eyniadlı çaydan almışdır. == Tarixi == == == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəndi işğal etdikdən sonra kəndin təqribən 50%-dən çox yaşayış evləri dağıdılmışdır. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası və iqlimi == Kənd Hocaz çayının sahilində, Qarabağ yaylasındadır. == Əhalisi == Azərbaycan Nazirlər Kabineti yanında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun eksperti Faiq İsmayılovun məlumatına görə, kəndin əhalisi bütün dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur.
Hisar Sefid (Bicar)
Hisar Sefid (fars. حصارسفيد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 288 nəfər yaşayır (60 ailə). Əhalisini kürdlər təşkil edir.
Bicar
Bicar şəhəri (az.-əbcəd بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.
Cihaz
Qurğu (yun. ,ing. device) — süni şəkildə yaradılan və texnika sahəsində müəyyən funksiyaların həyata keçirilməsi üçün istifadə olunan obyektdir. Sinxronlaşdırıcı impulslar olmadan işləyə bilən qurğular asinxron qurğular adlanır. Bu qurğuların tərkibində xüsusi sxemlər olur ki, hər bir mikroəməliyyat bitdikdən sonra həmin sxem növbəti mikroəməliyyatın başlanmasına icazə verən impuls göndərir. Asinxron qurğuların cəldliyi sinxron qurğulara nisbətən daha yüksəkdir. == Elektrik cihazlarının siyahısı == Akselerometr - təcili ölçən cihaz. Ampermetr - cərayan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirəəsaslanır. Dövrəyə ardıcıl qoşulur.
Gican
Gican — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Gican oyk, düz. Qusar r-nunun Düztahir i.ə.v.-də kənd. Qafqaz silsiləsinin yamacındadır. Gecan variantında da qeydə alınmışdır. Oykonim gic (sərt tirə, dərin yarğan, burulğan) sözündən və -an (məkan bildirir) şək.-sindən ibarət olub, "sərt tirələrdən, dərin yarğanlardan ibarət yer" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 543 nəfər əhali yaşayır.
Hicran
Hicran — qadın və kişi adı.
Hilal
Hilal (ərəbcə هلال) — yeni doğulmuş Ay. Qəməri təqvimi ilə ayın 1-ci günü hilalın görünməsi ilə hesablanır. Hilalın görünməsi Günəşlə Ayın Yerə nəzərən yerləşməsindən aslıdır. Əhalisinin əksəriyyəti müsəlman olan bir çox ölkə kimi, Azərbaycan bayrağında da hilal simvolundan istifadə olunur.
Hilan
Hilan- Şərqi Azərbaycan ostanının Əhər şəhristanının kəndlərindəndir.Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Hilas
Hilas (q.yun. Ὕλας; mənası – "meşə") — yunan mifologiyasında personaj. O, çox yaraşıqlı olması ilə tanınır. Hilas Feodamant və Menodikanın, Exaliya və ya Arqosun oğlu idi. Feokritə görə, o, Arqosun oğlu idi. Başqa bir versiyaya görə, Hilas drioplar ölkəsindən idi, ya Driop və ya Keykin oğlu idi.Hilas arqonavtdır. O, Heraklın sevimlisi olaraq xatırlanır. Hilas dolionlarla döyüşdə Saqesi öldürür.Propersi dostu Korneli Qallı Hilasla müqayisə edir. == Qeydlər == == Ədəbiyyat == Вергилий. Буколики VI 43-44; Георгики III 6; Овидий.
Hisar
Hisar (Bükan)
Kican
Ballıqaya (əvvəlki adı:Kican) — Azərbaycan Respublikasının Ağdam rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kiçan kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Kican kəndi Ballıqaya kəndi adlandırılmışdır. Kənd Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarixi == 1992-ci Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb.
Mican
Mican — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Ləğv edildikdən sonra ərazisi İsmayıllı şəhərinə qatılmışdır. Rayon mərkəzindən 1 km şimal qərbdə, İsmayıllı-Qəbələ avtomobil yolunun kənarında, Qovdağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi əsasən əkinçilik, tütünçülük və heyvandarlıqla məşğul olur. Vaxtı ilə kənddə heyvandarlıq və quşçuluq kompleksləri fəaliyyət göstərirdilər. Hal-hazırda Micanda orta məktəb, klub və kitabxana fəaliyyət göstərir. == Tarixi == 13 dekabr 2011-ci ildə Mican kənd inzibati ərazi dairəsi tərkibindəki Mican kəndi ləğv edilərək Dövlət reyestrindən çıxarılmışdır. Ləğvindən sonra kəndə aid olmuş 11.70 km² təşkil edən ərazisi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, İsmayıllı şəhər inzibati ərazi dairəsi tərkibindəki İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Əhali == 1859–1864-cü ilə olan məlumata əsasən Mican kəndində 68 evdə 201 nəfəri kişilər, 179 nəfəri isə qadınlar olmaqla 380 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Əhalisi 3090 nəfərdir ki onunda 1501 nəfəri kişi, 1589 nəfəri qadındır.
Məcaz
Metafora (q.yun. μεταφορά — «köçürmə») və ya məcaz — Metafor bir əşya, varlıq və hadisəyə məxsus əlamətə hadisə üzərinə köçürülməsi yolu ilə düzəlir. Metaforu təşbehlə (bənzətmə ilə) qarışdırmaq olmaz. Hər ikisi müqayisə, bənzətmə əsasında düzəldiyi üçün bəzən onları fərqləndirmək çətindir. Yadda saxlamaq lazımdır ki, təşbehdən fərqli olaraq metaforda qarışdırılan tərəflərdən biri iştirak etmir.Cümlədəki şəxs sadəcə bir fikirlə ifadə olunur. Yəni təşbehdə müqayisə olunan predmetlərdən (bənzəyən və bənzədilən) hər ikisinin adı çəkildiyi halda, metaforda yalnız birinin adı çəkilir. Məsələn, "Üzü günəş kimi işıq saçan qızım susmasın" cümləsində üzün günəşə bənzədilməsi ilə təşbeh düzəlmişdir. Həmin cümləni "Günəşim susmasın" şəklinə salsaq metafor düzələcək. "Günəş" sözü bütöv cümlədəki başlıca fikri ifadə etməklə metafor çevrilir. İnsana, canlıya aid olan əlamətin cansızların, təbiətin üzərinə köçürülməsi yolu ilə düzələn metaforlar bədii ədəbiyyatda çoxluq təşkil edir.
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev —Nicat RəhimovNicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor)Nicat KazımovNicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Niyaz
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor.
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Hicamə
Hicamə (ərəb. حجامة‎ Hijamah,"əmmə") — dəridə kiçik kəsiklər açaraq qan toplanması. İlk dəfə istifadəsi İslam peyğəmbəri olan Məhəmməd peyğəmbərin etdiyini təsvir edən məlumatlara tarixi mənbələrdə rast gəlinir. Qədim dövrlərdən bəri bu ənənəvi terapiya insan sağlamlığında mühüm rol oynamışdır. Ənənəvi müalicə üsullarından sayılan bu üsul yaş və ya quru fincan terapiyası adlanır. Finlandiyada 15-ci əsrdən bəri ənənəvi olaraq saunalarda bu prosedur aparılır. Hicamə qabları havanı udmaq və qismən vakuum yaratmaq üçün içərisində klapan mexanizmi olan iri buynuzlardan hazırlanırdı, Finlandiyada hələ də istirahət və/yaxud sağlamlıq məqsədi ilə hicamə tətbiq olunur. == Tarixi == Tibb tarixində ilk dəfə qan alma üsulu ilə müalicənin harada və nə vaxt başlandığı barədə dəqiq məlumat yoxdur. Ancaq bu gün bəzi ibtidai cəmiyyətlərdə də göründüyü kimi, qədim Mesopotamiya, Misir və digər Yaxın Asiya sivilizasiyalarında bir çox xəstəliyin cinlərin və pis ruhların bədənə daxil olması nəticəsində yarandığına inanılaraq, onların bədəndən çıxarılmasına çalışıldığı məlumdur. Bu xəstəlikdən sağalmaq üçün sehr-sehrdən əlavə qan aldıraraq bədəni təmizləməyə çalışırdılar.
Bıçaq
Bıçaq əsas hissəsi kəsici tildən və sapdan ibarət olan alətdir. Kəsici hissə çox vaxt bərk materialdan hazırlanır və iki və daha artıq tilə malik olur. Bıçağın uc hissəsi biz olur. Bıçağın geniş yayılmış konstruksiyalarında sap (dəstək) və til nəzərə çarpır. == Tarixi == Qədim bıçaqlar Paleolit dövründən məlumdurlar. İlk bıçaqlar daşdan hazırlanırdı. Sonradan bıçaqlara ağacdan dəstək bağlanmağa başlayırlar. Obsidian kimi dağ suxurlarından istifadə daha iti tilə malik bıçaqların hazırlanmasına imkan yaradır. Sümükdən, bambuk ağacından hazırlanmış bıçaqlar da geniş yayılmışdır. Təxminən 5 min il öncə insanlar metalın emalını mənimsəyir və bıçaqları bürünc və misdən hazırlamağa başlayır.
EICAS
EICAS (ing. Engine Indication and Crew Alerting System, Mühərrik parametrlərinin göstərilməsi və nasazlıqların qarşısının alınması sistemi) — təyyarə heyətinin aviasiya mühərrikləri və digər cihazqayırma sistemləri ilə təmin edilməsi və ekipajın məlumatlandırılması üçün müasir təyyarələrdə istifadə olunan kompleks sistemdir (bütün ibtidai və ikinci dərəcəli mühərrik parametrlərinin göstəricisini təmin edir). Xəbərdarlıq mesajları, sistemdən imtina və bəzi istismar şərtləri barədə olan məlumat xəbərdarlıq mesajları vasitəsi ilə verilir . == İlk baxış == Əvvəllər mülki təyyarələr ekipajdan daim diqqət tələb edən elektromexaniki göstəricilərdən istifadə edirdilər. Bu sistemlərdə müasir rəqəmsal texnologiyaların təmin etdiyi çox yönlülük yox idi. Bundan başqa, çoxsaylı siferblatlar və ölçü cihazları daxildə əhəmiyyətli yer tələb edirdi. Qabaqcıl texnologiyanın tətbiqi ilə müasir bir təyyarə mühərrik ekranı və ekipaj xəbərdarlıq sistemi (EICAS) olaraq bilinən kompüter və ekran sistemlərindən istifadə edərək mühərriklərin və təyyarə sistemlərinin parametrlərinin davamlı izlənməsini təmin edə bilər. == Komponentlər == EICAS adətən müxtəlif mühərrik parametrlərinin ölçülməsi, o cümlədən, dəqiqədə çevrilmələr, temperaturun qiymətləri, yanacaq axını və miqdarı, yağ təzyiqi və s. EICAS tərəfindən nəzarət edilən digər tipik təyyarə sistemlərinə hidravlik, pnevmatik, elektrik, ətraf mühit və yerüstü nəzarət sistemini əlavə etmək olar. EICAS yüksək bağlantıya malikdir və məlumatların alınması/yönləndirilməsini təmin edir.
Hnçak
Sosial Demokrat Hnçak partiyası (erm. Սոցիալ Դեմոկրատ Հնչակյան Կուսակցություն) – ilk erməni siyasi partiyalarından biridir. Partiya 1887-ci ildə Cenevrədə təhsil alan Nəzərbəyov qardaşları və bir neçə digər tələbələr tərəfindən yaradılıb. 1888-ci ildə dərc olunmuş proqramda, üsyanlar kütləvi iğtişaşlar və terror yolu ilə, Türkiyənin şərqində erməni dövlətini qurmaq planlaşdırılırdı. Partiyanın üzvləri Osmanlı İmperiyası ilə yanaşı, Qafqazda da aktiv fəaliyyət göstərirdilər. 1903-cü ilin oktyabrın 14 Qnçaq üzvləri Qafqaz canişini knyaz Qolitsinə hücum edir, knyaz ağır yaralansa da sağ qalır, bir gədər sonra isə vəzifəsindən istefa verir. 1904 cü ildə onlar, Bakıdakı erməni fəhlələrini tətilə sövq etmək üçün kommunistlərlə birgə fəaliyyət göstərirdilər. Osmanlı imperiyasında partiyanın üzvləri Sasun və Zeytun üsyanlarında aktiv iştrak edir. 1915 ci ildə, türk əhalisinə qarşı terror planlayan və həyata keçirən, həmçinin Osmanlı dövlətinin düşmanları ilə əlbir olub ona qarşı vuruşmaqda olan, Qnçaq partiyasının 20 nəfər öndə qələn üzvü İstanbulda asılaraq edam edilir. Birinci dünya müharibəsindən və SSRİ nin qurulmasından sonra, partiya yalnız ermənilərin sıx yaşadığı ölkələrdə fəaliyyət göstərir.