Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arndale Board
Arndale Board bir-çox imkanlara sahib olan, ARM Cortex-A15 MPCore prosessoru üzərində Cənubi Koreyada yaradılmış bir-lövhəli kompüterdir. == Xüsusiyyətləri == Arndale Board dörd hissədən ibarətdir: Mərkəzi Prosessor lövhəsi, Əsas lövhə, Audio lövhəsi, və Konnektorlar lövhəsi.
Beagle Board
Beagle board — Texas Instruments və Digi-Key şirkətləri tərəfindən yaradılmış ucuz başa gələn bir-lövhəli kompüterdir. Öncəliklə BeagleBoard OMAP3530 mikroprosessorunun imkanlarını nümayiş etdirmək məqsədiylə Open Source icması ilə sıx əməkdaşlıqla yaradılmışdır. == Xüsusiyyətləri == Lövhənin ölçüləri təqribən 75 х 75 mm təşkil edir. Lövhənin mərkəzi prosessoru olan OMAP3530 ARM Cortex-A8 nuvəsindən ibarət, tərkibində rəqəmsal siqnal prosessoru olan TMS320C64x+ (video- və audioməlumatların emalını sürətləndirir) və PowerVR SGX530 (2D/3D qrafika sürətləndiricisi, OpenGL ES 2.0 dəstəkləyir) video prosessorundan ibarətdir. . Lövhədə aşağıdakı konnektorlar mövcuddur: S-VIDEO HDMI SD/MMC yaddaş kartları üçün slot USB OTG RS-232 JTAG 3,5 mm in/out audio.DYQ (daimi yaddaş qurğusu) və OYQ (operativ yaddaş qurğusu, RAM) eynidir və 256 Mb təşkil edir. POP korpusunun (cip-içində cip) sayəsində yaddaş lövhə üzərində əlavə yer tutmur. Lövhə 2 Vt enerji işlədir, USB uzərindən ya da qida blokundan qialana bilər. Az enerji sərfiyyatına görə qızmır və əlavə soyutmaya ehtiyac görülmür. 27 avqust 2010 -cu ildə BeagleBoard-ın müasirləşdirilmiş versiyası olan BeagleBoard-xM dünya üzü gördü. Ən əsas fərq ölçülərinin daha böyük olması 82.5 х 82.5 mm, prosessorun artmış sürəti (720 MHz əvəzinə 1 GHz), artırılmış RAM yaddaşı (256 Mb əvəzinə 512 Mb), Ethernet RJ-45 konnektoru və 4 portlu USB-xab.
Houard Karter
Houard Karter (9 may 1874[…], Kensinqton və ya London – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. == Bioqrafiyası == Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Hovard Ayken
Hovard Ayken (8 mart 1900 – 14 mart 1973[…], Sent-Luis, Missuri) — ABŞ mühəndisi. == Həyatı == Hovard Ayken İndianapolisdə, İndiana ştatında böyüyüb (o, 1900-cü il 8 martda anadan olub). 8-ci sinifdən sonra o, işıqlandırma və istilik təchizatı şirkətində gecə operatoru işləmək məcburiyyətində qalmışdı, gündüzlər isə Arsenal texniki məktəbinə gedirdi. Məktəb rəhbərliyi gəncin bacarıqları ilə maraqlandı və ona imtahanları vaxtından əvvəl vermək üçün şərait yaratdılar. Sonra o, Viskonsin ştatı universitetinə daxil olur və eyni zamanda qaz şirkətində işləyir. 1923-cü ildə Ayken bakalavr dərəcəsini, gecə işi üçün isə qaz şirkətinin baş mühəndis vəzifəsini əldə edir. 10 il energetika mühəndisi işlədikdən sonra o, 1935-ci ildə Çikaqo universitetinə daxil olur, sonra isə Harvord universitetinin fizika üzrə aspirantı olur, 1939-cu ildə Aykenin Harvord universitetinin fizika şöbəsinə təqdim olunmuş "Enerjinin məkan keçiriciliyi nəzəriyyəsi" adlı doktorluq dissertasiyası analitik qeyri-xətti differensial bərabərliyi həll etməyin mümkünsüzlüyü haqqında məyus ifadələrlə boldur, adekvat olaraq tədqiq etdiyi məfhumu izah edərək deyir ki, hətta onların rəqəmsal həlli insan üçün əlçatmaz olan həcmdə hesablamalar tələb edir. 1937-ci ildə bu düşüncələr nəticəsində onun "Təklif edilən avtomatik hesablama maşını" adlı işi (o, bunu öz vəsaiti ilə çıxartmışdı) meydan gəldi. O, burda maşını kommutasiya lövhəsi şəklində izah edirdi, harda ki hesablayıcı maşının müxtəlif qovşaqları montaj olunub, belə ki kommutasiya lövhəsinin hər bir paneli ayrı-ayrı riyazi əməliyyatların icra edilməsi üçün nəzərdə tutulub. Harvord o dövrdə "əsl" araşdırmalar mərkəzi idi, ona görə də Ayken özünə dəstək tapa bilmədi, əksinə rəqabət var idi.
Hovard Baskervil
Hovard Baskervil (tam adı: Hovard Konklin Baskervil, ing. Howard Conklin Baskerville; 10 aprel 1885, Nort-Platt[d], ABŞ – 19 aprel 1909, Təbriz, Qacar dövləti) — Təbrizdəki Amerikan Memorial Məktəbinin (presviteriyan missiya məktəbi) amerikalı müəllimi. O, Məşrutə hərəkatı zamanı konstitusiya uğrunda apardığı mübarizə zamanı qətlə yetirilmişdir. Hovard "İranın amerikalı Lafayeti " adlandırılır. == Həyatı == Hovard Paskervil 10 aprel 1885 -ci ildə Nebraska ştatının Şimali Platt şəhərində anadan olmuşdur. Onun atası və babası presviteriyan rahibləri idilər. O, 1907-ci ildə Prinston Universitetindən məzun olmuşdur, bununla yanaşı dini və boks təhsili almışdır. O, ABŞ prezidenti Vudro Vilsonla birlikdə hüquqşünaslıq və konstitusiya hökuməti barədə birlikdə kurs keçmişdir. Hovard Paskervil 19 aprel 1909-cu ildə Təbriz şəhərində vəfat edib. == Cənubi Azərbaycandakı fəaliyyəti == 1907-ci ildə Hovard İrana missioner fəaliyyətinə gəlmişdir.
Hovard Conson
Hovard Conson (ing. Howard Louis Johnson; 7 avqust 1941, Montqomeri (Alabama) – 11 yanvar 2021, Nyu-York, Nyu-York ştatı ) — post-caz musiqiçi-multi-instrumentalist, bəstəkar, cazmen, saksafonçu. Əsasən tuba və bariton saksafon ifaçısı kimi tanınır, eyni zamanda bəzən bas klarnet, fluqelhornçu, kornet və bas saksafonu alətlərində ifa etmişdir. Çikaqo Simfonik Orkestrinin tubisti. == Həyatı == Consonun öz qrupu olan Gravity, tuba ansamblıdır. Başlanğıcda bu qeyri-adi qrupun populyarlığı aşağı idi və yalnız 1996-cı ildə səs nəhəngi Verve Records tərəfindən fərq edildi və ilk rekorda imza atma imkanı təmin edildi. Qrupun Monterey Caz Festivalındakı uğuru diqqətəlayiq idi. Hovard Conson, Crawford (1983-1984), Jack DeJohnette, Jimmy Heath, Bob Moses, George Gruntz-ın Caz Bandının Konsertinin yubiley konsertləri və Gil Evans Orkestrası ilə birlikdə fəaliyyəti olmuşdur.
Hovard Hyuz
Hovard Hyuz (24 dekabr 1905[…], Hyuston, Texas, ABŞ – 5 aprel 1976[…], Hyuston, Texas, ABŞ) amerikalı iş adamı, aviator, kinorejisor, kino prodüseri və dünyanın ən varlı insanlarından biri idi. Howard Robard Hughes Sr.-nin oğlu olan Hyuz on doqquz yaşında neft qazma maşınları istehsal edən bir fabrikin rəhbəri olmuşdur. Bir neçə il ərzində əhəmiyyətli qazanclar əldə edərək 1930-cu ildə kinoya, 1931-ci ildə isə içki sənayesinə daxil olmuşdur. Daha sonra aviasiyaya üz tutmuşdur. 1938-ci ildə o, öz ideyasına müvafiq olaraq hazırlanmış olan təyyarə ilə dünyanı rekordlar qıracaq müddətdə (3 gün, 19 saat) dövr etmişdir. TWA Aviasiya Şirkətinin səhmlərinin dörddə üçünü almaqla bu sahədə söz sahibi olmuşdur. İkinci Dünya Müharibəsi illərində toplar və hərbi təyyarələr hazırlamışdır. O, öz zamanında dünyanın ən böyük təyyarəsi olan Hughes H-4 Herculesi düzəltmiş və bir dəfə də olsa uçurmuşdur. Təyyarə İkinci Dünya Müharibəsində alüminiuma qoyulan məhdudiyyətlərə görə, əsasən ağacdan istifadə edilərək hazırlanmışdır. Təyyarənin qanadlarının uzunluğu 97,54 metrdir və 8 mühərrikli konstruksiyası onun möhtəşəmliyinin empirik göstəricisidir.
Hovard Karter
Houard Karter (9 may 1874[…], Kensinqton və ya London – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. == Bioqrafiyası == Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Hovard Makqi
Hovard Makqi (6 mart 1918, Talsa – 17 iyul 1987, Nyu-York, Nyu-York ştatı) — Dizzy Gillespie, Fats Navarro və Idrees Sulieman ilə birlikdə ilk Amerika bebop caz trubaçılarından biri. Bir neçə dəfə piano və trombon çalan multi-instrumentalist kimi o, yüksək notları və sürətli barmaqları ilə tanınırdı.O, Fats Navarro kimi gənc bebop truba ifaçısına təsir etmişdi. == Həyatı == Hovard Makqi ABŞ-nin Oklahoma ştatının Tulsa şəhərində anadan olub və Miçiqan ştatının Detroit şəhərində böyüyüb. O, karyerası ərzində Lionel Hampton, Endi Kirk, Count Basie və Charlie Barnetin rəhbərlik etdiyi qruplarda çıxış edib.O, Charlie Parkeri ilk dəfə eşidəndə radio dinləyən klubda idi və Kid Ory kimi yaşlı musiqiçilər tərəfindən bəyənilməyən yeni üslubu ilk tətbiq edənlərdən biri olmuşdu.
Hovard Paskervil
Hovard Baskervil (tam adı: Hovard Konklin Baskervil, ing. Howard Conklin Baskerville; 10 aprel 1885, Nort-Platt[d], ABŞ – 19 aprel 1909, Təbriz, Qacar dövləti) — Təbrizdəki Amerikan Memorial Məktəbinin (presviteriyan missiya məktəbi) amerikalı müəllimi. O, Məşrutə hərəkatı zamanı konstitusiya uğrunda apardığı mübarizə zamanı qətlə yetirilmişdir. Hovard "İranın amerikalı Lafayeti " adlandırılır. == Həyatı == Hovard Paskervil 10 aprel 1885 -ci ildə Nebraska ştatının Şimali Platt şəhərində anadan olmuşdur. Onun atası və babası presviteriyan rahibləri idilər. O, 1907-ci ildə Prinston Universitetindən məzun olmuşdur, bununla yanaşı dini və boks təhsili almışdır. O, ABŞ prezidenti Vudro Vilsonla birlikdə hüquqşünaslıq və konstitusiya hökuməti barədə birlikdə kurs keçmişdir. Hovard Paskervil 19 aprel 1909-cu ildə Təbriz şəhərində vəfat edib. == Cənubi Azərbaycandakı fəaliyyəti == 1907-ci ildə Hovard İrana missioner fəaliyyətinə gəlmişdir.
Hovard Uebb
Hovard Uebb (ing. Howard Melton Webb) — ingilis futbol hakimi. == Həyatı == Şeffilddə polis idarələrinin birində çalışmış Uebb şəhərin küçələrindəki asayişin qorunması ilə məşğul olub. O, ötən ilin yayında Avropa çempionatının (AÇ) final mərhələsinin oyunlarının startına az qalmış polisdən tərxis olunub. Bu, bütün diqqətini hakimliyə yönəltməklə bağlı olub. Ancaq belə razılıq əldə olunub ki, Hovard beş ildən sonra polisə qayıda bilər. Hakimliyə 1989-cu ildə, 18 yaşında başlayan ingilis həmin vaxt doğma şəhəri Roterhemdə yarışlarda idarəçiliyə başlayıb. Hakimliyin sirlərini vaxtilə bu sahədə çalışan atasından öyrənən Hovard 2000-ci ildə Milli Liqanın futbol hakimləri siyahısına daxil edilib. Bundan üç il sonra isə artıq Premyer Liqada idarəçilik etmək hüququ əldə edir. Beynəlxalq arenaya 2005-ci ildə FİFA referisi dərəcəsi alandan sonra çıxan Hovard noyabrın 15-də Şimali İrlandiya və Polşa yığmaları arasında keçirilən yoldaşlıq görüşündə (1:1) debüt edib.
Hovard Zinn
Hovard Zinn (Howard Zinn - 24 avqust, 1922 – 27 yanvar, 2010) — amerikalı tarixçi, yazıçı, dramaturq və sosial aktivist. 1964-1988 illərdə Boston Universitetində siyasi elmlər üzrə professor işləməmişdən əvvəl və işlədiyi ərəfədə o, ən təsiredici və ABŞ-də bestseller olan “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi”nin (A People’s History of the United States) də daxil olduğu iyirmidən çox kitab yazmışdır. Zinn davamlı olaraq Birləşmiş Ştatlardakı fəhlə hərəkatı tarixi, vətəndaş hüquqları və müharibə əleyhinə olan hərəkatlar tarixi barədə yazmışdır. Onun memuarı olan “Hərəkət Edən Qatarda Neytral Ola Bilmərsən” (You Can’t be Neutral on a Moving Train) 2004-cü ildə Zinnin həyat və fəaliyyətini özündə əks etdirən sənədli filmin başlığıdır. Hovard Zinnin "A Young People's History of the United States" kitabı azərbaycan dilinə "Başla Kitab" tərəfindən tərcümə edilmişdir. == Həyatı və karyerası == === Erkən həyatı === Zinn, 1922-ci il avqust ayının 24-də Bruklində dünyaya göz açmışdır. Atası Eddie Zinn Avstriya-Macarıstan imperiyasında doğulmuş və Birinci dünya müharibəsinin başlamasından əvvəl qardaşı Samuel ilə birgə Birləşmiş Ştatlara köçmüşdür. Hovardın anası Cenni (Rabinovitz) Zinn Şərqi Sibirdə yerləşən İrkutsk şəhərindən ABŞ-yə immiqrasiya etmişdir. Hər iki valideyn tanış olduqları və evləndikləri zaman çox aşağı təhsil səviyyəli fabrik işçiləri idi və uşaqlarını böyütdükləri mənzildə heç bir kitab və ya jurnal yox idi. Zinn’in valideynləri Çarlz Dikkensin 20 cilddə toplanmış əsərlərini almaq üçün New York Posta hər bir əsər üçün 10 sent və bir kupon göndərərək oğullarını ədəbiyyatla tanış etdi.
Hovard Şor
Hovard Lesli Şor (ing. Howard Leslie Shore; 18 oktyabr 1946, Toronto) — kanadalı bəstəkar və dirijor, çoxsaylı Hollivud filmləri üçün musiqi müəllifidir. Rejissor Devid Kronenberqla uzunmüddətli əməkdaşlıqıynan tanınır. Piter Ceksonun çəkdiyi «Üzüklərin Hökmdarı» və "Hobbit" trilogiyalarının həmdə Conatan Demminin "Quzuların səssizliyi" filminin musiqi müəllifidir. == Həyatı == Hovard Şor 18 oktyabr 1946-cı ildə Kanadanın Toronto şəhərində yəhudi ailəsində anadan olub. Valideynləri Bernis və Mak Şordur. 8 və ya 9 yaşında musiqini öyrənməyə başlayıb. Bostonda Berkli Musiqi Kollecini bitirib. 70-ci illərin əvvəllərində bir növ mütərəqqi hard rok oynayan "Lighthouse" qrupunun saksofonçusu idi. Qrupdan ayrıldıqdan sonra Şor illüzionist Doug Henning'in "Spellbound" şousunun musiqisini yazmışdı.
Howard Carter
Houard Karter (9 may 1874[…], Kensinqton və ya London – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. == Bioqrafiyası == Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Leo Hovard
Leo Hovard (13 iyul 1997, Nyuport-Biç[d], Kaliforniya) — ABŞ kinoaktyoru, model.
Lük Hovard
Lük Hovard (28 noyabr 1772, London – 21 mart 1864, Tottenhem, Böyük London) — ingilis kimyagər və həvəskar meteoroloq. == Həyatı == 28 noyabr 1772-ci ildə doğulub. Lük Hovard 21 mart 1864-cü ildə vəfat edib.
Mark Hoare
Mark Hoare (d. 28 fevral 1995) — Svazilendli üzgüçü. Mark Hoare Svazilendi 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mark Hoare birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 57.38 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 99-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
NF-Board
Yeni Federasiyalar Şurası - NF-Board (Nouvelle Fédération-Board - Yeni Federasiyalar Şurası) mövcud xüsusi vəziyyətləri səbəbi ilə FİFA-ya üzv olmayan BMT tərəfindən tanınmamış ölkələr və ya muxtar qurumlar kimi ərazilərin beynəlxalq futbol görüşlərini keçirmələri üçün 12 dekabr 2003-cü ildə qurulmuş bir təşkilatdır. Qeyri-rəsmi olaraq bu ifadə Non-FİFA adlanır. Non-FİFA-nın əsas məqsədi üzvləri arasında turnirlər təşkil etməkdir. Bu səbəbdən 2006-cı ilin dekabr ayında Dünya Kubokunu təşkil etmişdir.
P. Hovard
Yenö Reytyö (mac. Rejtő Jenő, əsl adı – Yenö Reyx, mac. Jenő Reich; psevdonimləri – P. Hovard, ing. P. Howard, Gibson Leveri, ing. Gibson Lavery; 29 mart 1905, Budapeşt – 1 yanvar 1943[…], Yevdakovo[d], Voronej vilayəti) — Macarıstan elmi fantastika yazıçısı, dramaturqu və jurnalisti. 29 mart 1905-ci il tarixində Avstriya-Macarıstan imperiyasının Budapeşt şəhərində anadan olmuş Yenö Reytyö 1 yanvar 1943-cü il tarixində SSRİ-nin respublikalarından olan Rusiya SFSR-nin Yevdakovo kəndində (o vaxtlar Nasist Almaniyasının işğalı altında), məcburi əməyə tabe ikən vəfat etmişdir. Yaradıcılıq fəaliyyətinin "pulp" təbiətli olmasına baxmayaraq, onun əsərləri sadəcə Macarıstanda yox, digər Mərkəzi Avropa ölkələri, eləcə də Şərqi Avropa ölkələrində də oxunur. == Həyatı == Yenö Reytyö 29 mart 1905-ci ildə Avstriya-Macarıstan imperiyasına daxil olan Budapeşt şəhərində (indiki Macarıstanın paytaxtı) anadan olmuşdur. 1924-cü ildə o, dram məktəbindəki təhsilini başa vurmuş, daha sonra isə Avropada böyük səyahətlərə çıxmışdır. Macarıstana qayıdan Yenö Reytyö dramaturgiya ilə məşğul olmağa başlamışdır.
Panda Board
PandaBoard — Texas Instruments OMAP4430 (ARM Cortex-A9 nüvəli) bazasında yaradılmış bir-lövhəli və ucuzlu kompüterdi. 2010-cu ilin oktyabrında (subsidiya olunmuş) qiyməti 174 $ təşkil edirdi. Developerlər üçün nəzərdə tutulub.PandaBoard ES — OMAP4460 (çip üzərində sistem (SoC)) bazasında yaradılmış lövhənin daha yeni versiyasıdır, hardakı mərkəzi və video nüvə daha yüksək tezlikdə işıəyir. 2011-ci ilin noyabrından 182 $ qiymətində satışda mövcuddur. == Xüsusiyyətləri == İlk versiyada 1 GHz tezliyində işləyən 2 nüvəli mərkəzi ARM Cortex-A9 MPCore və 304 MHz tezliyində işləyən SGX540 qrafik nüvəli OMAP4430 prosessoru, C64x siqnal prosessoru və 1 GB RAM (DDR2 SDRAM) vardır. PandaBoard ES isə 1.2 GHz tezliyində işləyən 2 nüvəli mərkəzi və 348 MHz tezliyində işləyən qrafik nüvəli OMAP4460 prosessorundan istifadə edilir. Məlumatların saxlanması üçün SD kartdan istifadə edilir. SDHC tipli 32Gb-tadək yaddaş kartları dəstəklənir. Lövhə üzərində 10/100 Ethernet, Wi-Fi, Bluetooth vardır. Lövhənin ölçüləri 114×102 mm təşkil edir, bu ETX/XTX form-faktorundan azacıq böyükdür.
Terrens Hovard
Terrens Hovard (11 mart 1969) — ABŞ-lı aktyor.
Todd Hovard
Todd Hovard (basketbolçu) — Todd Hovard (dizayner) — ABŞ videooyun dizayner, direktor və prodüseri.
Şerman Hovard
Şerman Hovard — ABŞ aktyorudur. İlk karyerasına teatr ilə başlamışdır. 1989-cu ildə Kentukki ştatında yerləşən teatr səhnəciyində "Hamlet" rolunu ifa etmişdir. Şerman Hovard Donna Ballok ilə evlidir.
Yekaterina Hovard
Ketrin Hauerd (İngiliscə: Catherine Howard) (d. 1523 - ö. 13 fevral 1542) - İngiltərə kralı VIII Henrinin beşinci qadınıdır. Lord Edmond Hauerd və Coys Kalpeperin qızıdır. == Gənclik illəri == Ketrin Hauerd Lort Edmond Hauerd və Joyce Culpeper`in qızı və Thomas Hauerd`in qardaşı qızı idi. VIII Henrinin ikinci qadını Anna Boleyn`in yaxın qohumu idi. Əmisinin köməkliyi ilə 15 yaşında ikən saraya Klevezli Annanın nədiməsi olaraq daxil olmuş, Klevezli Annanın qısa davam edən saray həyatından sonra aralarında 38 yaş fərq olmasına baxmayaraq Kral VIII Henri ilə evləndi. == İngiltərə kraliçalığı == VIII Henri Klevezli Annadan boşandıqdan sonra eyni il Ketrin Hauerdlə evləndi. Ketrin həm mərhum qadını Anna Boleynin qohumu idi, həm də ona çox bənzəyirdi. İki il davam edən bu nikah kraliçanın qohumu Thomas Culpeper`lə olan gizli münasibətinin aşkara çıxmasıyla başa çatdı.
Hard-rok
Hard-rok (ing. Hard Rock) — ağır rok və ya sərt rok. Rok musiqisinin bir janrıdır. Hard rok musiqisində əsasən bas gitaradan və zərb alətlərindən istifadə olunur. Hard rok 1960-cı illərin əvvəllərində yenidən dirçəldi və 60'cı illərin sonlarına doğru adət etdiyi formanı aldı. 1970-ci ilin başlanğıcı və sonralar isə Led Zeppelin, Deep Purple, Black Sabbath kimi qrupların fəaliyyəti ilə hard rok musiqisi öz çiçəklənmə dövrünü yaşadı. Rok musiqisində "ağırlaşma" 1960-cı illərin ortalarında Böyük Britaniya və Amerika qrupları tərəfindən başlandı, hansılar ki; The Kinks, Cream, The Rolling Stones, The Beatles, The Yardbirds, The Who və mahir rok-gitarist Cimi Hendriks. Hard rok musiqisin bilinən mahnıları "You Really Got Me" (The Kinks) və "White Room" (Cream), "Helter Skelter" (The Beatles) hesab etmək olar. "You Really Got Me" musiqisində isə hard rok'un tipik xüsusiyyətlərini görmək mümkündür. O vaxt yeni ağır rok-qruplar (Guns N’ Roses, Mötley Crüe, Def Leppard) ilə bərabər öz yeni işlərilə 1970-ci illərin klassik hard-rok nümayəndələri (Black Sabbath-ın keçmiş vokalisti Ozzy Osborn, Deep Purple-ın keçmiş vokalisti Devid Koverdeylin Whitesnake qrupu) və 1970-ci illərin ortalarına yaxın debüt etmiş qruplar (Aerosmith, AC/DC, Judas Priest) böyük uğur qazanırdı.
Hovard Robard Hyuz
Howard Robard Hughes, Sr. (9 sentyabr 1869, Missuri – 14 yanvar 1924, Hyuston) biznesmendir. Hughes Tool Company şirkətinin yaradıcısıdır. Milyonçudur. Məşhur biznesmen Howard Hughesin atasıdır.
Amber Hörd
Amber Lora Herd (ing. Amber Laura Heard; 22 aprel 1986, Ostin) — ABŞ aktrisası.