HARD

hard1

adj 1. bərk, sərt; ~ palate anat. sərt damaq; as ~ as rock qaya / daş kimi sərt; to get / to grow ~ bərkimək, sərtləşmək; 2. ağır, qəliz, cod, qara (su haq.); ~ water ağır / qara su; 3. güclü, ağır; ~ blow ağır / güclü zərbə; 4. çətin, ağır, gərgin, müşkül; ~ work ağır / gərgin iş; ~ labour ağır zəhmət; ~ usage gərgin / ağır istismar şəraiti; 5. möhkəm, sağlam, bişmiş, bişkin, sınaqdan çıxmış; ~ muscles möhkəm əzələlər; 6. ciddi, qəti, amansız, rəhmsiz, zalım, qəddar; ~ bargain ağır şərtli saziş / sövdə; ~ heart rəhmsiz ürək; 7. ağır, çətinliklərlə və məhrumiyyətlə dolu; ~ times ağır zəmanə / vaxtlar; ~ year ağır / məhrumiyyətlə dolu il; ~ life / lot / luck acı tale / qismət / bəxt, fələk; 8. sərt, bərk, şiddətli, soyuq; ~ climate sərt iqlim; ~ frost şiddətli şaxta; 9. kəskin, sərt, qaba, kobud; ~ voice kəskin səs; ~ eyes sərt baxış; ~ words ağır / kobud sözlər; 10. çalışqan, səyli, işə canyandıran; ~ worker çalışqan / işə canyandıran fəhlə; 11. həddini bilməyən / aşan, aludə; a ~ drinker əyyaş, içki düşkünü; 12. mətin, dayanıqlı, səbatlı, yenilməz, möhkəm, dözümlü, sabit; ~ againts entreaties xahişləri yerinə yetirməyən, xahişlərə məhəl qoymayan; ~ prices sabit qiymətlər; 13. xəsis, simic, acgöz, tamahkar, gözüdoymaz;

◊ ~ labour ağır / əzablı / məşəqqətli iş; katorqa; a ~ nut to crack 1) həlli mümkün olmayan problem / məsələ; 2) çətin / qəliz adam

hard2

adv 1. güclü, gərgin, qızğın, ciddi, ciddiyyətlə, cəhdlə, qızğın surətdə; 2. inadla, təkidlə, israrla, möhkəm, cidd-cəhdlə, səylə; to be ~ at work on smth. bir şey üzərində inadla / səylə işləmək; to work ~ çox işləmək; 3. bərk, möhkəm, bərk-bərk;

◊ ~ at hand yaxın, çox yaxın, yanında

HARBOUR-DUES
HARD CURRENCY
OBASTAN VİKİ
Hard-rok
Hard-rok (ing. Hard Rock) — ağır rok və ya sərt rok. Rok musiqisinin bir janrıdır. Hard rok musiqisində əsasən bas gitaradan və zərb alətlərindən istifadə olunur. Hard rok 1960-cı illərin əvvəllərində yenidən dirçəldi və 60'cı illərin sonlarına doğru adət etdiyi formanı aldı. 1970-ci ilin başlanğıcı və sonralar isə Led Zeppelin, Deep Purple, Black Sabbath kimi qrupların fəaliyyəti ilə hard rok musiqisi öz çiçəklənmə dövrünü yaşadı. Rok musiqisində "ağırlaşma" 1960-cı illərin ortalarında Böyük Britaniya və Amerika qrupları tərəfindən başlandı, hansılar ki; The Kinks, Cream, The Rolling Stones, The Beatles, The Yardbirds, The Who və mahir rok-gitarist Cimi Hendriks. Hard rok musiqisin bilinən mahnıları "You Really Got Me" (The Kinks) və "White Room" (Cream), "Helter Skelter" (The Beatles) hesab etmək olar. "You Really Got Me" musiqisində isə hard rok'un tipik xüsusiyyətlərini görmək mümkündür. O vaxt yeni ağır rok-qruplar (Guns N’ Roses, Mötley Crüe, Def Leppard) ilə bərabər öz yeni işlərilə 1970-ci illərin klassik hard-rok nümayəndələri (Black Sabbath-ın keçmiş vokalisti Ozzy Osborn, Deep Purple-ın keçmiş vokalisti Devid Koverdeylin Whitesnake qrupu) və 1970-ci illərin ortalarına yaxın debüt etmiş qruplar (Aerosmith, AC/DC, Judas Priest) böyük uğur qazanırdı.
Hard rok

Hard Rock Hallelujah
Hard Rock Hallelujah — Lordi The Arockalypse albomuna daxil olan bir mahnısı.Sözləri ingilis dilində olan rok mahnı Lordi tərəfindən səslənir.
Hard Candy (Madonna albomu)
Hard Candy Madonnanın on birinci studiya albomu. 19 aprel 2008-ci ildə Warner Bros Records tərəfindən nəşr olunmuşdur.Bu Madonnanın val şirkəti ilə son studiya albomu oldu.
Hit Me Hard and Soft
Hit Me Hard and Soft — ABŞ müğənnisi Billi Aylişin üçüncü studiya albomu. 17 may 2024-cü ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüseri Finneas O'Konnelldir. Albom 8 aprel 2024-cü ildə Şimali Amerikada günəş tutulmasının baş verdiyi tarixdə elan edilib. Billi Ayliş aprelin əvvəllərində sosial şəbəkə hesablarındakı profil şəkillərini mavi rəngə dəyişərək yeni erasına qədəm qoyub. Albomunu elan etməyə hazırlaşan sənətçi bir çox şəhərlərin küçələrində yeni mahnılarından olan sözləri, eləcə də “blohsh” simvolunu əks etdirən reklam lövhələri asdırıb. Bu müddət ərzində Billi Ayliş Instagram-da storilər paylaşıb və marketinq strategiyası kimi onu izləyən istifadəçiləri “yaxın dostlar” siyahısına əlavə edib. Aprelin 8-də müğənni Instagram hesabına “Bittersuite” mahnısının müşayiəti ilə suda batdığı əks olunmuş videosunu “Hazırsınız?” başlığı altında yerləşdirib, daha sonra albomunu elan edib. == Fon == Müğənni Billi Ayliş 2021-ci ildə “Happier Than Ever” buraxıldıqdan bir müddət sonra üçüncü studiya albomu üzərində işləməyə başlayacağını bildirmişdi. Ayliş 2022-ci ildə qardaşı Finneas ilə birlikdə Pixar cizgi filmi “Turning Red” üçün üç mahnı yazmışdır.
A Hard Day's Night (albom)
A Hard Day's Night — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
Alan Hardaker kuboku
Alan Hardaker kuboku (ing. Alan Hardaker Trophy) — 1990-ci ildən bəri hər il İngiltərə Liqa kubokunun finalının ən yaxşı oyunçusuna verilən mükafatdır. Bu günə qədər mükafatı qazanan futbolçular aşağıdakılardır: A Təkrar Hillsborough Stadionunda oynanılan oyunda Lester 1-0 qazanmışdır. B Liverpul penalti zərbələri ilə 5-4 qazanmışdır. C Man. Yunayted penalti zərbələri ilə 4-1 qazanmışdır. D Liverpul penalti zərbələri ilə 3-2 qazanmışdır.
Felisiya Hardi
Qara pişik (ing. Black Cat) və ya əsl adı ilə Felisiya Hardi (ing. Felicia Hardy) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Marv Volfman və Deyv Kokrum tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 194-cü sayında (iyul 1979) peyda olmuşdur. Qara pişik Hörümçək-adamın bir müddətlik sevgilisi, həm düşməni, həm də müttəfiqidir. Qara pişik "Wizard" jurnalının ən böyük komiks personajları siyahısında 152-ci yerdə göstərilmişdir. IGN personajı "Top-25 Hörümçək-adam" düşməni siyahısında 24-cü yerdə vermişdir. Comics Buyer's Guide "Komikslərdə 100 ən seksual qadın" siyahısında onu 27-ci yerdə göstərmişdir. Qara pişik bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. "Hörümçək-adam 4" filmində görünməsi planlaşdırılsa da, film ləğv olunmuşdur.
Florens Hardinq
Florens Klinq Hardinq (ing. Florence Harding; 15 avqust 1860[…], Marion[d], Ohayo – 21 noyabr 1924[…], Marion[d], Ohayo) — ABŞ-nin Prezidenti Uorren Hardinqin həyat yoldaşıdır.
Fridrix fon Hardenberq Novalis
Novalis (alm. Novalis‎, əsl adı Fridrix fon Hardenberq, Georg Friedrich Philipp Freiherr von Hardenberg; 2 may 1772[…], Viderştedt[d], Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası – 25 mart 1801[…], Vaysenfels[d], Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası) — alman yazıçısı, şairi və mistiki. Alman romantizminin nümayəndələrindən biri. == Həyatı == Zadəgan ailəsində anadan olmuşdur. İen, Leypsiq və Vittenberq universitetlərində hüquq təhsili almışdır. == Əsərləri == Gecə himnləri Saisidə tələbələr == Mənbə == G. Ağabəy, XIX əsr dünya ədəbiyyatı tarixi, Bakı-2013 == İstinadlar == == Xarici keçidlər == Novalis by Kristin Gjesdal (Stanford Encyclopedia of Philosophy) Novalis: Hymns to The Night – a translation of the work by George MacDonald A detailed review article on Novalis's importance to German culture, philosophy and science by Jeremy Adler – from The Times Literary Supplement, April 16, 2008.
Galium hardhamiae
Galium hardhamiae (lat. Galium hardhamiae) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Godfrey Hardi
Qodfri Hardi (ing. Godfrey Harold Hardy; 7 fevral 1877[…] – 1 dekabr 1947[…]) — ingilis riyaziyyatçısıdır; Ramanucanla birlikdə n ədədinin bütün bölgülərinin sayı haqqında təqribi düstur almışdır, ədədlər nəzəriyyəsi və funksiyalar nəzəriyyəsi sahəsində əsərlərin müəllifidir. == Həyatı == Məşhur ingilis riyaziyyatçısı olan Qodfri Hardi 1877-ci ildə Kranli, Surreydə anadan olmuşdur. Oksford Universitetində həndəsə professoru olub. Sonralar həyatının böyük bir hissəsini Kembric Universitetində riyaziyyat müəllimi olmaqla keçirtdi. Geniş və müxtəlif olan əsərləri ümumilikdə toplamalı və ya analitik ədədlər nəzəriyyəsi barədədir.
Hardan düşdün yadıma sən... (kitab)
Hardasan (mahnı)
Hardi fəzası
Hardi fəzası — funksional fəzanın kompleks analizində xüsusi növüdür, funksional analizdə L p {\displaystyle L^{p}} -fəzanın analoqudur. Hardi fəzası ingilis yazıçısı Hardinin adına həsr olunub. == Tərifi == Hardi fəzası H p {\displaystyle \ H^{p}} , 0 < p < ∞ {\displaystyle 0<p<\infty } olduqda— aşağıdaki şərti ödəyən açıq vahid kürədə kompleks müstəvidə holomorf funksiyanın sinfidir sup 0 < r < 1 ( 1 2 π ∫ 0 2 π | f ( r e i θ ) | p d θ ) 1 p < ∞ . {\displaystyle \sup _{0<r<1}\left({\frac {1}{2\pi }}\int \limits _{0}^{2\pi }\left|f(re^{i\theta })\right|^{p}\;d\theta \right)^{\frac {1}{p}}<\infty .} Bərabərsizliyin sol tərəfi p {\displaystyle \ p} -Hardi fəzasında norma və ya sadəcə f {\displaystyle \ f} üçün Hardi norması adlanır, və | f | H p {\displaystyle \ |f|_{H^{p}}} işarələnir. L p {\displaystyle L^{p}} -fəzasında olduğu kimi, p = ∞ {\displaystyle p=\infty } norma üçün | f | H ∞ = sup 0 < r < 1 sup z : | z | = r | f ( z ) | = sup z : | z | < 1 | f ( z ) | {\displaystyle |f|_{H^{\infty }}\ =\ \sup _{0<r<1}\sup _{z:\ |z|=r}|f(z)|\ =\ \sup _{z:\ |z|<1}|f(z)|} kimi ümumiləşdirilmişdir. 0 < p < q ≤ ∞ {\displaystyle 0<p<q\leq \infty } hal üçün H q {\displaystyle \ H^{q}} çoxluğu H p {\displaystyle \ H^{p}} çoxluğun altçoxluğu olduğunu göstərmək olar.
Hardis Baumanis
Hardis Baumanis (lit. Hardijs Baumanis; 10 dekabr 1967, Riqa – 6 aprel 2015, Bakı) — latviyalı diplomat; Latviyanın Azərbaycandakı səfiri (2010–2015). == Həyatı == 10 dekabr 1967-ci ildə anadan olmuşdur. == Diplomatik fəaliyyəti == 2004–2006-cı illərdə Latviyanın Sankt-Peterburqdakı baş konsulu, 2006–2010-cu illərdə Latviyanın Litvadakı səfiri vəzifələrində çalışmışdır. 2010-cu ildən Latviyanın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edirdi. 2015-ci il aprelin 6-da Bakıda vəfat etmişdir.
Karl Hardman
Karl Hardmen (ing. Karl Hardman; 22 mart 1927-22 sentyabr 2007) — ABŞ aktyorudur. == Həyatı == Karl Hardmen 22 mart 1927-ci il tarixində Pensilvaniya ştatının Pittsburq şəhərində anadan olmuşdur. Karyera boyu cəmi 2 filmə çəkilmişdir. İlk filmi olan Yaşayan ölülərin gecəsi filmində aktyor olmaqla yanaşı filmin prodüserlərindən biri olmuş və aktyor heyətinin yığılmasında böyük rolu olmuşdur. 1996-cı ildə isə "Santa Klaus" filmində "Brüs Brunsvik" rolunu canlandırmışdır. Bu filmdə "Yaşayan ölülərin gecəsi" filmində Helen personajını canlandırmış Merilin İstman da iştirak etmişdir. Karl Hardmen 22 sentyabr 2007-ci ildə 80 yaşında mədəaltı xərçəngi xəstəliyindən vəfat etmişdir.
Karl Hardmen

Matt Hardi
Matt Hardi (ing. Matt Hardy) — Peşəkar amerikan güləşçisi. == Həyatı == Matt Hardi 23 sentyabr 1974-cü ildə doğulub.
Qodfri Hardi
Qodfri Hardi (ing. Godfrey Harold Hardy; 7 fevral 1877[…] – 1 dekabr 1947[…]) — ingilis riyaziyyatçısıdır; Ramanucanla birlikdə n ədədinin bütün bölgülərinin sayı haqqında təqribi düstur almışdır, ədədlər nəzəriyyəsi və funksiyalar nəzəriyyəsi sahəsində əsərlərin müəllifidir. Məşhur ingilis riyaziyyatçısı olan Qodfri Hardi 1877-ci ildə Kranli, Surreydə anadan olmuşdur. Oksford Universitetində həndəsə professoru olub. Sonralar həyatının böyük bir hissəsini Kembric Universitetində riyaziyyat müəllimi olmaqla keçirtdi. Geniş və müxtəlif olan əsərləri ümumilikdə toplamalı və ya analitik ədədlər nəzəriyyəsi barədədir.
Tomas Hardi
Tomas Hardi (ing. Thomas Hardy; 2 iyun 1840[…], Dorçester[d] – 11 yanvar 1928[…], Dorçester[d]) — ingilis yazıçı və şair. Tomas Hardi 1840-cı ildə İngiltərənin Dorçester kəndində dülgər oğlu olaraq dünyaya gəlmişdir.İlk təhsilinə bir kənd məktəbində yiyələnmiş, daha sonra Dorçesterdəki bir məktəbə getmişdir.Gənclik illərində Latın və yunan klassiklərini oxuyan Hardi Dorçesterdə yeni açılan akademiyaya daxil oldu.Bir müddət kilsə təmirçisi olan memarın yanında işlədikdən sonra rahib olmağa qərar verdi.Bu ixtisas üzrə çoxlu kitablar oxudu.1862-ci ildə Londona köçərək məşhur bir memarın yanında işləməyə başladı. Uşaqlığından şeir yazan Hardi sonradan roman janrına üstünlük vermiş və ilk romanı olan "Yoxsul adam və xanım" əsərini 1868-ci ildə tamamlamışdır.Tənqidi üslublu və sosializm dünyagörüşlü olduğundan naşirlər əsəri nəşr etmədilər.Hardinin nəşr olunan ilk kitabı "Ümidsiz çarələr" romanıdır.Kitab 1871-ci ildə imzasız nəşr olunmuşdur. Bundan sonra onun "Dəfnə ağacı altında" kitabı çap olundu.Tomas Hardi əsərlərindəki müşahidə qabiliyyəti, incə yumoru və həssas izahatı ilə fərqlənir.Bununla yanaşı o, bəzi romanlarında doğulub-böyüdüyü Dorset bölgəsinin təbiətini və insanlarını təsvir edir.Əvvəllər Desseks adlandırılan bu bölgənin sənayeləşmə ilə bərabər üzləşdiyi dəyişkənliyi əsərlərində hüznlü bir üslubla təsvir edir.Hardinin imzasız olaraq bir dərgidə çap etdirdiyi "Çılğın izdihamdan uzaq" adlı əsəri böyük maraq doğurduqdan sonra, özünü bütünlüklə ədəbiyyata vermişdir.1878–1895-ci illərdə yazdığı "Yuvaya dönüş", "Trompet başçısı", "Tess" və "Üsyankar qəlblər" romanları ilə məşhurluq qazandı.Viktoriya dövrünün mühafizəkar dəyər mühakimələrinə qarşı çıxdığı bu romanlara görə çoxlu sayda tənqidlərə məruz qaldı.Bu səbəbdən yenidən şeir yazmağa başlayan Hardi 1898-ci ildə daha öncə yazmış olduğu şeirləri də birləşdirərək "Wesseks şeirləri" kitabını nəşr etdirdi.Sonradan romanları əsasında filmlər çəkilən Tomas Hardi müasir ingilis romanının qurucularından sayılır. Bir cüt mavi göz Çılğın izdihamdan uzaq Tess Qaranlıq Cud Ağac işçiləri Meşə kəndliləri Yuvaya dönüş Etelbertanın əli Maraqsızın biri Qüllədə iki kişi Vest Poleydəki səyahətimiz Vesseks hekayələri Qərib, nəşəli və təsadüfi Solmuş kol Məzarımı mı qazırsan?
Uorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Vorren Hardinq

Tom Hardi
Edvard Tomas Hardi (15 sentyabr 1977[…]) İngiltərəli aktyor, ssenarist və prodüserdir. Qısa adı Tom Hardi olan tanınmış sənətçi, bu günə qədər bir çox film və seriallarda rol almışdır. Birdən çox mükafatın namizədi və eynilə, bir çoxda mükafatın sahibi olmuşdur. O, 1977-ci ildə Londonda anadan olmuşdur. Anası rəssam, atası isə yazıçı olmuşdur. O, gənc yaşlarında teatr təhsili almışdır. O, həmçinin modellik etmişdir və 1998-ci ildə “Məni supermodel tap” müsabiqəsinin qalibi olmuşdur. O, kinoya 2001-ci ildə Qara Şahin filmi ilə qədəm qoymuşdur. Bir il sonra o, Star Trek: Nemesis filmində Şinzon roluna görə Ən Yaxşı Köməkçi Aktyor nominasiyasında Saturn Mükafatlarına namizəd olmuşdur. O, ən çox Bronson, Inception, Star Trek: Nemesis və Döüyşçü filmləri ilə gündəmə gəlmişdir.
Cozef Hardi Niisima
Niicima Co (新島 襄, 12 fevral 1843 – 23 yanvar 1890, Oiso[d]) və ya Cozef Hardi Niisima (ing. Joseph Hardy Neesima) – Yaponiya protestant missioneri və pedaqoqu. Yaponiyanın ilk rütbəli protestantıdır. 1875-ci ildə Doşişa Universitetinin əsasını qoymuşdur. == İlk illəri və ABŞ == 1843-cü ildə Edo şəhərində doğulmuşdur. Doğum adı Niicima Şimeta idi. Samuray olan atası Niicima Tamici Kozuke əyalətinində Annaka daymyosunun qulluqçusu idi. Holland dilini öyrənməyə seçilmiş və şoqunluğunun donanma məktəbinə qəbul olunmuşdur. Daha sonra cəbr, həndəsə və naviqasiya öyrənmişdir. Yaradılış kitabının Çin dilindəki tərcümələri və Eliya Kolman Bricmanın "Amerika Birləşmiş Ştatlarının tarixi coğrafiyası" əsəri ilə tanışlığı onun xarici dünyaya maraq göstərməsinə səbəb olmuşdur.