Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Melanosit stimuləedici hormon (MSH)
Melanosit stimuləedici hormon (MSH və ya intermedin) — hipofiz vəzinin orta payında əmələ gələn peptid hormondur. Bu hormon dəriyə, gözlərə, saça rəng verən melanin piqmentinin melanositlərdə sintezini təmin edir. Xəstəliklərdən Adisson, diffuz toksik ur (zob) xəstəliyi, Nelson sindromu zamanı bu hormonun qanda miqdarı artır. Nəticədə dəri və selikli qişalar tündləşir. == İstinadlar == == Ədəbiyyat == Millington GW. "Proopiomelanocortin (POMC): the cutaneous roles of its melanocortin products and receptors". Clin. Exp. Dermatol. 31 (3). May 2006: 407–12.
Maximum the Hormone
Maximum the Hormone (yap. マキシマム ザ ホルモン) — Yaponiya metal musiqi qrupu.
Paratiroid hormonu ilə əlaqəli zülal
Paratiroid hormonu ilə əlaqəli zülal — bir hormondur və mezenximal kök hüceyrələr tərəfindən ifraz olunan paratiroid hormonları ailəsinin üzvüdür. Bəzən xərçəng hüceyrələri tərəfindən ifraz olunur (məsələn, döş xərçəngi, ağciyər xərçənginin müəyyən növləri, o cümlədən skuamöz hüceyrəli ağciyər karsinoması). Bununla belə, sümük, diş, damar toxumaları və digər toxumalarda da normal funksiyalara malikdir. == Funksiyası == PTHrP endokrin, avtokrin, parakrin və intrakrin hormon kimi hərəkət edir. Endoxondral böyümə plitəsinin sabit genişliyini saxlamaqla endoxondral sümük inkişafını tənzimləyir. O, həmçinin süd vəzilərinin formalaşması zamanı epiteliya-mezenximal qarşılıqlı əlaqəni tənzimləyir. PTHrP onurğalılarda və məməlilərdə kalsium homeostazının tənzimlənməsində mühüm rol oynayır.2005-ci ildə avstraliyalı patoloq və tədqiqatçı Tomas Con Martin aşkar etdi ki, osteoblastlar tərəfindən istehsal olunan PTHrP sümük əmələ gəlməsinin fizioloji tənzimləyicisidir.O, həmçinin osteoklas formalaşmasını gücləndirərək sümük rezorbsiyasının fizioloji tənzimlənməsində rol oynaya bilər. === Diş çıxarmada === Paratiroid hormonu ilə əlaqəli zülal yerli sümük rezorbsiyasını stimullaşdırmaq üçün siqnal molekulu kimi çıxış etdiyi diş çıxarma zamanı sümükdaxili mərhələsində vacibdir.Paratiroid hormonu ilə əlaqəli zülal olmadan, diş follikulunu əhatə edən sümük kripti rezorbsiya olunmayacaq və buna görə də diş çıxmayacaq. Diş çıxarma zamanı bu zülal epitelinin hüceyrələri tərəfindən ifraz olunur. === Süd vəziləri === Süd vəzilərinin normal inkişafına kömək edir.
Stress hormonlar
Stress hormonlar — stres hormonları tənzimləyən fermentlər monoaminoksidaza(MAO) və katexolamintransferazadır(KOMT) .MAO neyronun hüceyrə daxili stres hormonları parçalayır.KOMT isə hüceyrələrin sinapslar arası stres hormonları parçalayır.
Con Horton
Con Horton Konvey (ing. John Horton Conway; 26 dekabr 1937, Liverpul, Lankaşir – 11 aprel 2020[…], Nyu-Bransuik[d], Nyu Cersi, ABŞ) — Britaniyalı riyaziyyatçı. == Həyatı == 26 dekabr 1937-ci ildə doğulub. Horton "Həyat" oyununun yaradıcısı kimi məşhur idi. O, həmmüəlliflərlə birlikdə oyunların kombinatorial nəzəriyyəsinin əsasını qoyub və sürreal ədədləri kəşf edib. Horton 1986-cı ildən bu günə kimi ABŞ-də çalışıb. 11 aprel 2020-ci ildə 82 yaşında Nyu-Cersidə koronavirusdan vəfat edib.
Horton Smit
Horton Smit (ing. Horton Smith; 22 may 1908 – 15 oktyabr 1963, Detroyt, Miçiqan) — Peşəkar Amerikalı qolfçu, qolf ustası. Masters turnirində qazandığı bürünc və qızıl medalla yadda qalıb. == Karyerası == Qolfçu Missuridə anadan olub. Peşəkar qolf karyerasına 1926-cı ildə başlayıb. 1928-ci ildə Oklama Açıq birinciliyində iştirak etmiş, qalib olmuşdur. Bu qolfçunun iştirak etdiyi ilk turnir idi. 1929-cu ildə qolf üzrə 8-ci titulu qazanıb. 1934-cü ildə təşkil edilən Masters turnirində iştirak edib. Turnirin ilk iştirakçısı və qalibi Horton Smitdir.
Mormon kitabı
Mormon kitabı (ing. The Book of Mormon) — mormonizmin müqəddəs mətnlər toplusu İlk dəfə 1830-cu ildə Cozef Smit tərəfindən nəşr olunmuşdur. "Mormon kitabı" mormonların əsas kitabıdır. Burada Bibliya və "Mormon kitabı"nın mətnləri müqayisə edilir və ikincinin həqiqət olduğu bildirilir. Kitab on beş fəsildən və beş yüz səhifədən ibarətdir. "Təlimlər və cəmiyyətlər", eləcə də "Qiymətli mirvari" kitablarında mormonların peyğəmbər kimi qəbul etdikləri Cozef Smitin həyat barədə fikirləri cəmlənmişdir.
Con Horton Konvey
Con Horton Konvey (ing. John Horton Conway; 26 dekabr 1937, Liverpul, Lankaşir – 11 aprel 2020[…], Nyu-Bransuik[d], Nyu Cersi, ABŞ) — Britaniyalı riyaziyyatçı. == Həyatı == 26 dekabr 1937-ci ildə doğulub. Horton "Həyat" oyununun yaradıcısı kimi məşhur idi. O, həmmüəlliflərlə birlikdə oyunların kombinatorial nəzəriyyəsinin əsasını qoyub və sürreal ədədləri kəşf edib. Horton 1986-cı ildən bu günə kimi ABŞ-də çalışıb. 11 aprel 2020-ci ildə 82 yaşında Nyu-Cersidə koronavirusdan vəfat edib.
Dordon
Dordon (fr. Dordogne, oks. Dordonha) — Fransanın Yeni Akvitaniya inzibati rayonunda, Dordona çayı ərazisindən keçdiyinə görə adı - Dordon adlandırılmışdır. İbtidai insanların kəşf edilmiş yerlərinin yüksək sıxlığı səbəbindən Dordona əvvəllər "Bəşəriyyət beşiyi" adlanırdı. == Coğrafiyası == Dordona, Akvitaniyanın inzibati bölgəsinin bir hissəsidir və Fransanın (Fransanın Avropa hissəsində) departamentləri arasında üçüncü yeri tutur. Departamentin ərazisin 45%-i meşəlik, bu göstərici üçün Dordona da Fransa departamentləri arasında 3-cü sırada iştirak edir Dordona Yuxarı Vyenna, Korrez, Lo, Lo və Qaronna, Jironda, Maritime Şaranta və Şaranta departamentləri ilə məhdudlaşır. Dordonanın ən yüksək binaları kommunada yerləşir. == İqlimi == Dordona iqlimi mülayim okeanik, mülayim qış və isti yay ayları hökm sürür. Departamentin şimal-şərq və cənub-qərb istiqamətlərində temperaturda əhəmiyyətli dərəcədə dəyişkənlik olur ki, bu da 5 °C-ə çatır. == İqtisadiyyatı == Dordonada ikinci ən çox iş yeri meşə və ağac sənayesi sektorudır.
Herson
Xerson (ukr. Херсон) və ya Sarı Kirman (krımtat. Sarı Kermen, köhnə rusca Сары-Кермен) — Ukraynanın cənubunda, Herson vilayətinin idarə mərkəzi şəhər. Aşağı Dnepr çayının sağ sahilində, çay mənsəbindən 25 km içəridə yerləşir. 1778-ci ildə, Rusiyanın Krım xanlığından yeni ələ keçirdiyi Qara dəniz cəphəsini qoruyacak bir qala olaraq komandir və dövlət adamı Qriqori Potyomkin tərəfindən quruldu. Qara dənizdəki ilk Rus dəniz bazası və limanı oldu. Günümüzdə böyük bir gəmiqayırma mərkəzi olmaqdadır.
Horizon
Horizon — The Carpenters albomu.
Hormis
Horonu
Horonu — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Horonu Yardımlı rayonunun Yolocaq inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində Qələbaşı dağının yamacındadır. Oykonim Talış dilindəki hor (mal yemləmək üçün təknə) və honi və ya honu (bulaq) sözlərinin birləşməsindən əmələ gəlib, "təknəli bulaq" mənasındadır. Yaşayış məntəqəsi salındığı ərazidəki bulağın adı ilə adlandırılmışdır.
Mormor
Mormor — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Mormor kəndi Arabaçı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mormor kənd Soveti yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Sarılar olmuşdur. Kəndi XIX əsrdə indiki Tovuz rayonunun Bozalqanlı kəndindən gəlmiş Sarı oğlu Kərbəlayı Nəcəf köhnə kənd yerində salmışdır. Yerli əhalinin məlumatına görə, həmin köhnə kəndin adı Mormor olmuş və yaxınlıqdakı mineral bulaqların adını daşımışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 489 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Norman
Norman — ad. Norman Bor — İrlandiya botaniki. Norman İtzkovitz — Prinston Universiteti Yaxın Şərq Araşdırmaları Hissəsi müəllim olan bir Osmanlı tarixçisi. Norman Endjell — Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. Norman Foster — ingilis memar. Norman Ridus — Amerikalı aktyor.
Qarmon
Qarmon — Metal dilçəkli, körüklü musiqi alətidir. XIX əsrin sonlarından etibarən Azərbaycan xalqının məişətinə daxil olmuş və milli musiqi mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Digər xalq çalğı alətləri ilə bir yerdə ansambllarda, o cümlədən el şənliklərində milli rəqs musiqisinin ifası zamanı geniş istifadə edilir. Təsadüfi deyildir ki, təkmilləşdirilmiş müasir qarmon bir çox hallarda xalq musiqi aləti kimi qarşılanır. Azərbaycanda istifadə olunan xromatik növlü qarmonun texniki ifa xüsusiyyətləri və səs quruluşu rus qarmonlarından tamamilə fərqlidir. == Tarixçə == Qarmon tipli alətlərin vətəni qədim Çin sayılsa da, çağdaş biçimli qarmonları alman musiqiustası Kristian Buşman (1805—1864) 1822-ci ildə icad edib. 1830-cu illərdə diatonik səsdüzümlü qarmonlar Rusiyanın Tula şəhərində istehsal olunub. Təxminən 10-15 il sonra, XIX əsrin I yarısında belə qarmonlar Azərbaycana gətirilib. 1870-ci ildə tulalı dirijor və qarmon ustası N. İ. Beloborodov xromatik səsdüzümlü qarmonlar düzəldib. XIX əsrin I yarısında Rusiyadan Azərbaycana diatonik səsdüzümlü, yalnız ağ dillərdən ibarət olan qarmonlar gətirilmişdir.
Sorman
Sorman ya da Surman (ərəb. صرمان‎) Liviyanın şimal-şərqində,Aralıq dənizi sahilində və Tripolitaniya regionunda şəhər. == Vətəndaş müharibəsi == 20 İyun 2011-ci ildə Birinci Liviya Vətəndaş Müharibəsi əsnasında, NATO Sormanda Muammər Qəddafinin silahdaşlarından biri Xalid K. El-Hamediyə aid bir ərazidə mülki evlərə hücum edərək, bir neçə mülki şəxsin, o cümlədən iki uşağın və onların analarının öldürüldüyünü bildirdi. NATO, Sormanda bir hərbi hədəfə hava hücumu etdiyini etiraf etdi, ancaq mülki şəxslərin ölümünə rədd etdi. NATO, Sorman bölgəsindəki "yüksək səviyyəli" komandanlıq və nəzarət "nodu" na qarşı dəqiq bir hava hücumu başladıldığını söyləyən bir bəyanat verdi.Avqustun 14-də Milli Qurtuluş Ordusu böyük bir sahil hücumu zamanı şəhəri ələ keçirdiyini söylədi. Qəsəbə uğrunda gedən döyüşdə 10 üsyançı öldürüldü və ən az 40 Qəddafi tərəfdarı tutuldu.2016-cı ilin martında, ikinci vətəndaş müharibəsi zamanı, Sormanda İslam Dövləti silahlıları tərəfindən insan qalxanı kimi istifadə edilərkən, 2015-ci ilin iyununda qaçırılan iki İtalyanın öldürüldüyü bildirildi.
Tormos
Tormos (isp. Tormos) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,30 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 380 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir.
Xromon
Xromon piran həlqəsində əvəzolunmu ketoqrup ilə benzopiranın törəməsidir. Bu maddə kumarin izomeridir. Xromonun törəmələri “xromon” kimi məlumdurlar. Bütün xromonlar olmasa da, çoxları fenilpropanoidlərdir. == Ümumi == Xromonlar təbii birləşmələrdir. Onlar benzol və g-piron həlgələrin kondensləşməsi nəticəsində əmələ gəlirlər. Öz təbiətinə görə onlar flavonoid və kumarınə çox yaxındır. Kumarinlər kimi xromonlar da oksi-, metoksi-, alkoksi-, alkil və başqa törəmələr əmələ gətirir. Xromonlar furan həlqəsi ilə kondensləşəyək furanxromonlar əmələ gətirirlər. Bunlardan tibbdə geniş istifadə olunur.
Çorman
Çorman (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. Çorman (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. Çormanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd.
Domon
Domon (fr. Domont) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Anq'yan-le-Ben. Əhalisi — 14.883 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 20 km şimalda, Serji belediyyənin 20 km şərqdə yerləşir. == Demoqrafiya == Əhalinin dinamikası (Cassini и INSEE): == Qardaşlaşmış şəhərlər == Qermerinq, Almaniya (1984) Şepşed, Böyük Britaniya (1989) Volştın, Polşa (2005) Buya, İtaliya (2009) == Tanınmış şəxsiyyətlər == Remi Mareval, fransız futbolçu.
Ermon
Ermon (fr. Ermont) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Ermon. Əhalisi — 27 474 nəfər (1999).Bələdiyyə Paris şəhərinin təxminən 16 km şimal-qərbində, Serji bələdiyyəsinin 16 km şərqində yerləşir.
"Hobson seçimi"
Hobson seçimi — yalnız bir təklifin verildiyi azad seçimdir. İnsan ona verilən təklifi rədd etmək bacarığına malik olduğundan cari vəziyyətdə iki seçim mövcuddur: Hər iki halda qəbul etmək. Hər iki halda rədd etmək.İfadə Kembricdə mehtər kimi fəaliyyət göstərən Tomas Hobsonun soyadından törəyib. Belə ki, o, öz müştərilərinə alış zamanı tövləsindəki qapıya ən yaxın olan atı seçməyi və ya ümumiyyətlə heç birini götürməmək təklifini irəli sürüb. == Mənbələr == Kembric Bələdiyyə binasına bağışlanan rəsm portretinin altındakı yazıya əsasən Hobsonun 40 atdan ibarət geniş tövləsi mövcud olub. Bu, içəri daxil olan müştərilərdə bir neçə şanslarının olduğu təsəvvürünü yaradıb, halbuki əslində alıcıların sadəcə bir seçim şansı var idi: Hobson müştərilərdən qapıya ən yaxın olan atı seçməyi tələb edirdi. Bu vasitə ilə ən yaxşı atların daha çox seçilməsinin və nəticədə həddən artıq istifadəsinin qarşısı alınırdı. Hobsona məxsus tövlənin yerləşdiyi ərazi hal-hazırda Müqəddəs Katerina Kolleci tərəfindən özəlləşdirilib.Henri Ford, həmçinin müştərilərinə Ford T Model avtomobilini eyni məşhur sitatla təqdim etdi : "Qara rəngdə olduğu müddətcə istənilən müştəri istənilən rəngdə avtomobilə sahib ola bilər." Əslində, ilk günlərdə avtomobillər müxtəlif rənglərdə təklif olunurdu.Ultimatum oyunu Hobson seçimi şəklindədir. === İlkin yazılı təsəvvürlər === İngilis dilinin Oksford lüğətinə əsasən, bu ifadənin ilk yazılı istifadəsi 1660-cı ildə Samuel Fişer tərəfindən yazılan "The rustick's alarm to the Rabbies" əsərində qeydə alınıbBu ifadə, həmçinin, Jozef Addisonun "İzləyici" məqaləsində və Tomas Uordun 1688-ci ildə yazdığı və ölümündən sonra dərc olunan "İngiltərə Reformasiyası" poemasında istifadə olunub. == Müasir istifadəsi == "Hobson seçimi" termini əksər hallarda seçimin insanları aldatması mənasına gəlir, çünki burada nə Morton çəngəlində olduğu kimi iki ekvivalent variant, nə də dilemmada olduğu kimi iki istənməyən variant arasında seçim mövcud olur.
Antoni Qordon
Entoni Maykl Qordon (d. 24 fevral 2001, Liverpul, Mersisayd, İngiltərə, Böyük Britaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Everton klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Everton === Qordon on bir yaşı olarkən Everton klubuna qəbul olmuşdur. O, 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. Qordon öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 88-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Heron
Heron (təq. 10, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 75, İsgəndəriyyə, Roma Misiri[d]) – Bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısı və mexaniki. == Həyatı == Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.
Holon
Holon - İsrailin mərkəz dairəsində yerləşən şəhər. 1936-cı ildə qurulmuşdur.
Barbara Qordon
Barbara Qordon (ing. Barbara Gordon) — DC Comics tərəfindən nəşr edilən komiks kitablarında görünən uydurma personajdır.
Hörmüz
Hörmüz-İranın Hörmüzgan ostanının Qeşm şəhristanının Hörmüz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,699 nəfər və 1,143 ailədən ibarət idi.
Hörmət
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq.Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Körmöz
Körmöz - türk və altay xalq inancında və mifologiyasında ruh, cin, qarabasma mənasını verən söz. Körmös, Kürmös və ya Körümes də deyilir. Yaxşılıq və pislik edən ruhların hamısıdır. Ümumiyyətlə üçlü bir təsniflə ələ alınarlar. Yer üstündə yaşayan ruhlar, Su və torpaq altında yaşayan ruhlar. Səmada yaşayan ruhlar.Bəzən Tanrının vəzifələndirdiyi varlıqlardır. Şeytanı varlıqlara isə Soqor Körmös (Kor Mələk) adı verilirdi. İslam inancına görə də şeytan da əslində mələklərin içərisindədir lakin sonradan üsyan etmişdir. Körmösler ən çox gün batımında və gün doğumunda ortaya çıxar və təsirli olurlar. Buna görə bu vaxtlar təhlükəli sayılır.