HÖRMƏK

f.
1. Kərpici, daşı müəyyən qaydada palçıqla bir-birinə yapışdırmaq. İkinci mərtəbəni hörüb qurtarmaq.
[Qaçay:] [Mahmud] dəli deyil ki, belə soyuq bir gündə daş daşısın, əhəng, palçıq gətirsin, yaxud hündür bir divarın üstünə çıxıb divar hörsün. Ə. Xəlil.
Dodaqaltı segah deyən qoca bənnalar; Sal daşlardan təməl qoyur, divar hörürdü. Ə.Cəmil.

// Bir şeyi divar arasına qoyub gizlətmək, orada yerləşdirmək. Tüfəngi divarda hörmək. [Pərviz xan:] Baş hərəm olmaq üçün mənə öz arvadımı öldürtdün.
Öz əlimlə qızımı divar arasına qoyub hördürdüm. Ə.Haqverdiyev.

2. İp, məftil, qarğı və s.-ni bir-birinin içərisindən keçirərək bir şey düzəltmək; toxumaq. Həsir hörmək.
– Piri kişi qapısında oturub səbət hörürdü. S.S.Axundov.
Göllər kənarından keçdim yaz günü; Əlvan çiçəklərdən çələnglər hördüm. N.Xəzri.

3. Hörük toxumaq, hörük etmək, hörükləmək. Atın yalını hörmək.
– Zeynəb saçlarını səliqə ilə hörüb, boynunun dalına yığmışdı. M.İbrahimov.
Qız durdu səhərsəhər; Saçını hördü, gəldi. R.Rza.

Синонимы

  • HÖRMƏK qayırmaq — tikmək — qurmaq
  • HÖRMƏK tikmək — toxumaq
  • HÖRMƏK uydurmaq — qondarmaq
  • HÖRMƏK düzmək — yığmaq — qalaqlamaq
  • HÖRMƏK eşmək — burmaq — bürmələmək — lülələmək

Антонимы

  • HÖRMƏK HÖRMƏK – AÇMAQ Əziz stolun üstünə salınmış üstü butalı göy süfrənin saçaqlarını gah qız teli kimi hörür, gah da açırdı (Ə
HÖRMƏ
HÖRMƏT

Значение слова в других словарях