Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Holden Kolfild
Holden Kolfild (ing. Holden Caulfield) - amerikan yazıçı Cerom Selincerin Çovdarlıqda uçurumdan qoruyan adlı romanının əsas qəhrəmanı. Bu obraz gənclərin etirazının və nonkomformizminin əsas simvoluna çevrilmişdir. Bu adda personaj ilk dəfə olaraq Selincerin 1941-ci ildə yazdığı və The New Yorker qəzetində yayımlanan "Are You Banging Your Head Against a Wall?" hekayəsində yer almışdır. Bundan sonra isə 1946-cı ildə yazılmış "Medison prospektində yüngül qiyam" adlı hekayədə də Holden Kolfild obrazı peyda olmuşdur. Bu hekayədə Holdenin Sally Hayes ilə qaçmaq istəyi, Carl Luce ilə içməsi və sərxoş olduqdan sonra Salliyə zəng açmasından bəhs olunur. Sonradan isə bu hekayə müəllif tərəfindən daha da təkmilləşdirilərək romanın 17-ci bölməsini təşkil etmişdir. Yaxşı təminatlı və imtiyazlı bir həyat üçün doğulmuş Kolfild, özünün də yaşadığı elitar mühitə xor baxır. O, yaşadığı cəmiyyətin dəyər anlayışına şübhə ilə yanaşır və bəzən də cəmiyyət tərəfindən qəbul olunmuş davranış qaydalarını rədd edir. Holdenin əsas xarakterik xüsusiyyətləri diqqətcillik, öz-özünü təhlil etmə, acıdillilik və kinayədir.
Uilyam Holden
Vilyam Holden (ing. William Holden; 17 aprel 1918 — 12 noyabr 1981) — Amerika aktyoru. "Oskar" qalibi (1953).
Vilyam Holden
Vilyam Holden (ing. William Holden; 17 aprel 1918 — 12 noyabr 1981) — Amerika aktyoru. "Oskar" qalibi (1953).
Tomas Heyden Çörç
Tomas Riçard MakMillen (ing. Thomas Haden Church; 17 iyun 1960) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Hayren
Hayren — orta əsr erməni poeziyasında monostrofik bərk forması. 15 hecalı dörd misradan ibarətdir. Orta əsrlərdə Ermənistanda mahnı şəklində ifa olunurdu. Rübai kimidir. Hayrenlər XIV–XVI əsrlərə aid erməni məhəbbət lirikasının zirvəsi. Bu növdə əsərlərin motiv və formaları erməni folklorundan qaynaqlanır. Hayrenlərdə bəzən Bibliya təsvirləri və motivləri istifadə olunur, lakin onlar əsl sevgi obrazına daxil edilir.
Leyden
Leyden (nid. Leiden) — Niderland Krallığında şəhər. Leyden Qədim Reyn çayının sahilində, Haaqa şəhərindən 20 km şimalda və Amsterdam şəhərindən 40 km cənubda yerləşən qədim və gözəl şəhərdir. Şəhərin şimal-şərqində Kaaq gölləri mövcuddur. 329000 nəfər sakini olan Leyden şəhərinin insanları çox mehriban və qonaqpərvərdirlər. Qədim şəhərin saysız-hesabsız tarixi abidələri, Muzey və qalereyaları (Morsport şəhər qapıları, Rapenbürx kanalı, Milli Etnologiya muzeyi, çoxmərtəbəli külək dəyirmanı - Molen De Valk muzeyi, "Hortus Botanicus" botanika bağı, qədim kilsələr və s.) buraya çoxlu sayda turist cəlb edir. Leyden elm və təhsil şəhəri kimi tanınır. Bu şəhərdə rəssam Rembrandt, hüquqşünas Huqo Qrotius, riyaziyyatçı Rene Dekart, kondensatoru kəşf etmiş fizik Piter van Müshenbruk, məşhur professor Kamerlinq-Onnes, dahi Eynşteyn yaşayıb və yaradıblar. Leyden şəhəri işığın sınması, elektrik kondensator, termodinamikanın molekulyar əsası, elektron nəzəriyyə, yüksək keçiricilik, Qalaktikanın strukturu və kometaların mənşəyi, elektro-kardioqrafiya və s. kəşflərin vətənidir.
Qoydan
Qoydan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 68 nəfər, 35 kişi, 33 qadındir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.
Bayden ailəsi
Bayden ailəsi (ing. Biden family) — ABŞ-nin siyasətçi ailələrindən biri. Bayden ailəsinin ən məşhur üzvləri bunlardır: Co Bayden (d. 1942) — ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti. Bo Bayden (1969-2015) — Co Baydenin oğlu. Hanter Bayden (d. 1970) — Co Baydenin oğlu. Cil Bayden (d. 1951) — Co Baydenin həyat yoldaşı, ABŞ-nin birinci xanımı.
Bo Bayden
III Cozef Robinett „Bo“ Bayden (ing. Joseph Robinette "Beau" Biden III; 3 fevral 1969, Uilminqton[d], Delaver – 30 may 2015, Betesda, Merilend) — Amerikalı vəkil, hərbçi və siyasətçi. ABŞ Demokrat Partiyasının üzvü idi. Atası ABŞ-nin 46-ci vitse-prezidenti Co Baydendir. Anası ABŞ-nin ikinci xanımı Cil Baydendir. 2010-cu ildə insult keçirən Bo Bayden, həmin ilin may ayında müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi. 46 yaşında ikən – 30 may 2015-ci ildə beyin xərçəngindən vəfat etmışdir.
Borden adası
Borden adası (ing. Borden Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Borden adası Kraliça Yelezaveta adalarının ən qərbində yerləşən Praym Minister Qrupu kimi tanınan üç adadan ibarət qrupun ən şimalıdır. Uilkins boğazında, 18 km cənubda bu qrupun ən böyüyü olan Makkenzi-Kral adası və 34 km cənub-qərbdə ən kiçiyi olan Brok adası yerləşir. Daha böyük qonşusu 100 km şərqdə yerləşən Ellef-Rinqnes adasıdır. Adanın şimal-qərb sahili Şimal Buzlu okean tərəfindən yuyulur. Sahəsi 2794 km² olan ada ərazisinə görə dünyada 172-ci, Kanadada isə 30-cu yerdədir. Ada inzibati cəhətdən Şimal-Qərb əraziləri (ən çox) və Nunavut arasında bölünür. Sərhəd 110-cu qərb meridianı boyunca keçir.
Borden yarımadası
Borden yarımadası — Baffin Torpağının şimalında yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Lankaster boğazının cənubunda qərarlaşır. Yarımadanın şimal-şərq ərazisində Sirmilik Milli Parkı təşkil olunmuşdur. Yarımada 225 km şimala, 169 km şərqə uzanır. Şimala rayonu, o cümlədən Hras dağları kövrək qayalardan ibarətdir. Burada hündürlük 914 mertrə çatır. Admiraliti buxtası yarımadanın qərb sahillərini, Admiraliti Soveti buxtası isə onun şərq sahillərini təşkil edir. Şərqdən Baylot adasından buxta ilə ayrılır. Yarımadanın qərb sahillərində inuitlərə aid Arktik-Bey adlı kənd vardır (823 nəf.
Ceyms Harden
Ceyms Eduard Harden Jr. (ing. James Edward Harden Jr.) — Amerika Milli Basketbol Assosiasiyasında mübarizə aparan Los-Anceles Klippers komandasında forma geyən amerikalı peşəkar basketbol oyunçusu. Harden, kollec basketbolunu "Arizona Steyt" komandasında oynamışdır.
Cill Bayden
Cill Bayden (3 iyun 1951[…]) – ABŞ-nin 46-cı prezidenti Co Baydenin həyat yoldaşı; ABŞ-nin birinci xanımı. 2009-cu ildən o, Şimali Virciniya İcma Kollecində ingilis dili professorudur və ərinin işlədiyi müddətdə maaşlı bir iş tutan vitse-prezidentin və ya prezidentin ilk həyat yoldaşı olduğuna inanılır.Bayden Delaver Universitetində ingilis dili üzrə bakalavr, West Chester Universitetində və Villanova Universitetində təhsil və ingilis dili üzrə magistr dərəcələrinə malikdir və təhsil üzrə doktorluq dərəcəsi almaq üçün Delaver Universitetinə qayıdıb. O, on üç il orta məktəblərdə ingilis dilini və oxumağı öyrətdi və psixiatrik xəstəxanada emosional qüsurlu yeniyetmələrə təlimat verdi. Bundan sonra o, Delaver Texniki və İcma Kollecində on beş il ingilis dili və yazı təlimatçısı olmuşdur. Nyu Cersi ştatının Hammonton şəhərində anadan olan Bayden Pensilvaniya ştatının Willow Grove şəhərində böyüyüb. O, 1977-ci ildə Co Baydenlə evlənərək Co Baydenin ilk evliliyindən iki oğlu olan Beau və Hunterin ögey anası oldu. Bayden və ərinin 1981-ci il təvəllüdlü Eşli Bayden adlı bir qızı var. Delaware Boots on the Ground-da aktivdir və Mişel Obama ilə birlikdə Qüvvələr Birliyinin həmtəsisçisidir. Onun bir xatirə kitabı və iki uşaq kitabı nəşr olunub.
Co Bayden
Cozef Robinet "Co" Bayden (ing. Joseph Robinette (Joe) Biden, Jr.; 20 noyabr 1942[…], Skranton, Pensilvaniya) — amerikalı siyasətçi, ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti. 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində yerləşən St. Mary's xəstəxanasında irland əsilli ailədə dünyaya gəlmişdir. Bir qız və iki oğlan övladına sahib olan Bayden ailəsində ən böyük övladı idi. Atası əvvəl varlı olsa da, Baydenin uşaqlığı dövründə maddi çətinlikləri var idi. Bayden bir neçə il ana tərəfdən baba və nənəsi ilə birlikdə yaşadı. 1950-ci illərdə Skrenton şəhərində iqtisadi problemlər mövcud idi. Buna görə də atası dəqiq iş tapa bilmirdi. 1953-cü ildən sonra ailəsi Delaver ştatının Kleymont şəhərində mənzil kirayəyə götürdü və bir neçə il orada yaşadılar.
Cozef Bayden
Cozef Robinet "Co" Bayden (ing. Joseph Robinette (Joe) Biden, Jr.; 20 noyabr 1942[…], Skranton, Pensilvaniya) — amerikalı siyasətçi, ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti. 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində yerləşən St. Mary's xəstəxanasında irland əsilli ailədə dünyaya gəlmişdir. Bir qız və iki oğlan övladına sahib olan Bayden ailəsində ən böyük övladı idi. Atası əvvəl varlı olsa da, Baydenin uşaqlığı dövründə maddi çətinlikləri var idi. Bayden bir neçə il ana tərəfdən baba və nənəsi ilə birlikdə yaşadı. 1950-ci illərdə Skrenton şəhərində iqtisadi problemlər mövcud idi. Buna görə də atası dəqiq iş tapa bilmirdi. 1953-cü ildən sonra ailəsi Delaver ştatının Kleymont şəhərində mənzil kirayəyə götürdü və bir neçə il orada yaşadılar.
Cozef Mayden
Cozef Henri Mayden (ing. Joseph Henry Maiden; 25 aprel 1859 – 16 noyabr 1925) — Avstraliya botaniki. Bibliography of Australian Economic Botany, 1892 A Critical Revisión of the Genus Eucalyptus, en ocho volúmenes Forest Flora of New South Wales, publicado en partes entre 1904 y 1924 Illustrations of New South Wales Plants apareció publicado en 1907 Sir Joseph Banks the "father of Australia" 1909 A Census of New South Wales Plants en colaboración con Ernst Betche, 1916 The Weeds of New South Wales 1ª parte, 1920 The Flowering Plants and Ferns of New South Wales, publicado en sus últimos días Hall, Norman. Botanists of the Eucalypts. — Commonwealth Scientific and Industrial Research Organisation, Melbourne, 1978. — ISBN 0-643-00271-5.
Golden Billion
Qızıl milyard (rus. золотой миллиард, ing. Golden billion) — qeyri-müəyyən (müəyyən edilməmiş) elitaların sərvət toplamaq və adi insanların həyatını məhv etmək üçün iplər çəkdiyi bir sui-qəsd nəzəriyyəsidir.
Golden Boy
Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir. Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
Golden Foot
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər. Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələdə oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər. Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir. 2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.
Halden həbsxanası
"Halden" həbsxanası (norv. Halden fengsel) — Norveçdə həbsxana; dünyanın "ən humanist və lüks" həbsxanası sayılır. Norveçin paytaxtı Oslo yaxınlığında yerləşən "Halden" həbsxanası 252 məhbus üçün nəzərdə tutulmuşdur. Həbsxananın ətrafında 6 metr hündürlüyündə hasar var. Layihə müəllifləri beton-blok inşaatından imtina edərək ağacla üzlənmiş ikimərtəbəli kərpic korpuslar tikiblər. Bu həbsxanada hər məhbusun vanna otaqlı əlahiddə kamerası var və bu kameralar üç ulduzlu otel otaqlarına bənzəyir. Kameralarda DVD pleyerlər, internetə qoşulmuş kompüter də var. Hər 12 məhbus üçün ayrıca qonaq otağı da nəzərdə tutulub. Həbsxana nəzarətçilərinin yarısı qadınlardır. Üstəlik, nəzarətçilərə silah verilməyib və onlar çox vaxt məhbuslarla birlikdə nahar edir, idmanla məşğul olurlar.
Orden
Оrden — bir çox ölkələrdə xüsusi xidmətlərə görə rəsmi surətdə verilən fərqlənmə nişanı. Tarixən bir sıra monarxiyalarda bu ifadə altında xüsusi təbəqə başa düşülürdü və monarxın fərmanı və xüsusi nişanı təqdim etməsi ilə bu təbəqəyə məxsusluq vurğulanırdı. Mükafatları öyrənən elm faleristika adlanır. "Falera" Qədim Roma mükafatlarının adıdır. «Orden» sözü alm. Orden‎ və ya lat. ordo götürülərək "sıra", "qayda" deməkdir. Dövlət orden və medallarından başqa müxtəlif nazirliklərin, dövlət strukturlarının və ictimai təçkilatların da orden və medalları da vardır. Orden nümunələri Azərbaycan Respublikasının ordenləri Алексушин Г.В., Партикулярная Россия. Samara: Издательство СЮИ МЮ РФ, 2001.
Toyen
Toyen əsl adı Mariya Çerminova(çex. Toyen, Marie Čermínova 21 sentyabr 1902[…] – 9 noyabr 1980[…], VII arondisman (Paris)) — Həm təsvir, həm də qrafika ilə məşğul olan çex rəssamı. Poetizm (Çexiyada) və sürrealizm nümayəndəsi. Mariya 1902-ci ilin 21 sentyabrında praqada anadan olmuşdur. 1919–1922-ci illərdə Mariya Çerninova Praqa Rəssamlıq Akademiyasında sənət təhsili alır. 1920-ci illərin ortalarında Parisə gəlir, orada 1920-ci illərin sonlarında Andre Breton və Pol Eluardın dairəsindən olan sürrealistlərə qoşulur. 1923-cü ildə Mariya Çerminova Toyen professional təxəllüsünü qəbul edir. Toyen adı, vətəndaş mənasını verən fransızca "citoyen" sözündən yaranmışdır. 1923-cü ildə Praqa avanqard qrupu Devyatisil qrupuna qoşulur. Əvvəlcə o, kubizm, purizm, sonra erotizmlə maraqlanır.
Hymen
Qızlıq pərdəsi y (lat. hymen) — uşaqlıq yolu dəliyini örtən, genez cəhətcə Müller qabarcığının qalığı sayılan və adətən aypara şəklində olan (lat. hymen semilunaris) bir pərdə. Onun nazik sərbəst kənarı uşaqlıq yolu dəliyini əhatə edir, digər kənarı uşaqlıq yolunun dal divarına bitişir. Uşaqlıq yolu dəliyi (lat. stium vaginae) 1,5 smdiametrli dəliyə bənzəyir. Normal vəziyyətdə qızlıq pərdəsi büküşlər əmələ gətirərək uşaqlıq yolu dəliyini örtür. Bəzən uşaqlıq yolu dəliyi qızlıq pərdəsinin ortasında olur və bir həlqəyə bənzəyir. Bu növ qızlıq pərdəsi lat. hymen aularis adlanır.
Jak Houdek
Jak Hudek (ing. Jacques Houdek; d. 14 aprel 1981, Velika Qoritsa, Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Xorvatiya)) — Xorvatiyalı müğənni və bəstəkar. O Xorvatiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Jak öz peşəkar musiqi karyerasına 2000-ci ildə başlamışdır və həmin zamandan ifaçı bir çox mahnılar və albomlar təqdim etmişdir. O Xorvatiyanın The Voice səs yarışmasında münsif olaraq faəliyyət göstərir və 2015-ci ildə onun komandasında yer alan Nina Kralyiç yarışmanın qalibi seçilmişdir. Jak Xorvat dili ilə yanaşı İngilis, İtalyan, Alman, İspan, Fransız və Makedon dillərində də mahnılar ifa etmişdir. Jelko Hudek 14 aprel 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının Zaqreb qraflığında yerləşən Velika Qoritsa şəhərində anadan olmuşdur. Musiqi məktəbinin piano bölməsində təhsilini bitirdikdən sonra Jak iki ali məktəbdə fərqli ixtisaslar üzrə təhsil almağa başlamışdır; musiqi (solo ifa bölməsi) və bərbərlik peşəsi. O eyni zamanda vokal dərsləri də almışdır.
Heydər
Heydər — kişi adı və təxəllüs. Heydər Əliyev — Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Azərbaycan prezidenti Heydər Hüseynov — Azərbaycan alimi, fəlsəfə elmləri doktoru (1944), professor (1944) Heydər Həkim — Azərbaycan həkimi Heydər xan Əmoğlu — peşəkar inqilabçı, İran Kommunist partiyasının Baş katibi.
Aşıq Heydər
Aşıq Heydər (tam adı:Məmmədov Heydər Kərim oğlu; d. 1867 – ö. 1949) — XIX əsrin sonu XX əsrin birinci yarısında yaşamış Ağbaba mahalının ustad aşığı, Ağbaba Süvarı Alayının Baş Ozanı Məmmədov Heydər Kərim oğlu 1867-ci ildə Ağbaba mahalının Düzkənd kəndində anadan olmuşdur. Heydər üç yaşında olanda atası vəfat etmiş, anası isə öz dayısı molla Əhmədin təkidi ilə başqasına ərə verilmişdir. Heydər əmisi Məşədi Rəcəbin himayəsində yaşamışdır. 25 yaşında ona yatdığı yerdə İstanbulun yaxınlığında yerləşən Dəyirman kəndində Süleyman bəyin qızı Bəyaz xanıma buta verilməsi məlum olmuşdur. Aşıq Heydər Bəyaz xanıma qovuşa bilməmişdir. Ancaq onun sözləri dillərdə dastan olmuş və bu günümüzə kimi gəlib çatmışdır. Aşıq Heydər Aşıq Şenlik, Aşıq Nəsib və Çorlu Məhəmmədlə yaxın dost olmuşdur. Aşıq Heydər el şairi olmaqla bərabər kirkirə, dibək-salğar, cəhrə, yun darağı düzəldər, ağacdan qaşıq, qəlyan, müştük yonub hazırlamaqda da mahir sənətkar olmuşdur.
Baba Heydər
Baba Heydər— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,922 nəfər və 2,245 ailədən ibarət idi.
Heydər Əmioğlu
Heydər xan Əmoğlu (20 dekabr 1880, Urmiya – 15 oktyabr 1921, Gilan ostanı) — İranda və Şimali Azərbaycanda fəaliyyət göstərmiş inqilabçı, Məşrutə Hərəkatı zamanı əsas şəxslərdən biri və İran Kommunist Partiyasının qurucularından biri. Tadeuş Svetoxovski onun Urmiyada azərbaycanlı ailəsində anadan olduğunu, lakin kiçik yaşlarında ailəsi ilə birlikdə Cənubi Qafqazın Aleksandropol şəhərinə köç etmişdir. İranika Ensiklopediyasında yazılanlara görə, onun doğum yeri dəqiq bilinmir və onun doğulduğu ailə Tarverdiyevlər olmuşdur. İrəvan və Tiflis şəhərlərində elektrik mühəndisliyi üzrə təhsil almış və daha sonra da Qacar dövlətinə təhsil almağa dəvət edilmişdir. O, 1901-ci ildə Məşhəddəki İmam Rza məscidində elektrik müəssisəsi qurmuşdur. Atası Əliəkbər Əfşar həkim olmuş, anasının adı isə Zəhra olmuşdur. Yerli əhali onun atasını əmi adlandırdığı üçün Heydərə də Əmioğlu deyilmişdir. Ailə Aleksandropola 1886-cı ildə köçmüşdür. O, ali təhsilini Tiflis Politexnik Universitetində almış, təhsil müddətində sosializmdən təsirlənmiş və onun tarixini öyrənmişdir. 1898-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qatılmışdır.