Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlah
İlah (kişi) və ya İlahə (qadın) (ərəb. إله‎) — müqəddəs hesab olunan, fövqəltəbiilik və ya ölümsüzlük xüsusiyyətlərinə malik olan sima. Sitayiş və pərəstiş obyekti. İlahlar müxtəlif obrazlarda və daha çox insan və ya heyvan şəklində təsvir olunurlar. Bəzi dini etiqadlar ilahların hər hansı formada təsvir edilməsini küfr hesab edirlər. İlahlar bir qayda olaraq ölümsüz olurlar, individuallığa və həmçinin insana xas olan şüur, istək və emosiyalar kimi xüsusiyyətlərə malik olurlar. Təbiət hadisələri — ildırım çaxması, sel daşqınları, zəlzələlər, digər "fors-major hallar" və möcüzələr ilahların əməlləri kimi qəbul edilir. Möminlərin hesab edirlər ki, bəzi ilahlar insanın taleyini müəyyən edir, onun doğulması və ölümünü tənzimləyir, dünyanı və kainatı, yaxud onların ayrı-ayrı elementlərini yaradırlar. İlahələrə misal ağıllılıq ilahəsi Afina, səfehlik ilahı Ate, dəniz ilahı Poseydon, alov ilahı Hefest, ov ilahəsi Artemis, torpaq ilahı Artey, çaylar, sular ilahı Axel, evlilik ilahəsi Yuno, hərb ilahı Appolon, müharibə ilahı Mars, kələkbazlıq ilahı Hermes, yeraltı aləmin ilahı Aid'dir.
Yaradıcı ilah
Yaradıcı ilah və ya yaradıcı tanrı — insan dinində və mifologiyasında Yerin, dünyanın və kainatın yaradılmasından məsul olan ilah. Monoteizmdə tək tanrı çox vaxt həm də yaradandır. Bir sıra monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilmiş əsas transsendent varlıqdan ayırır. Monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilən əsas transsendent varlıqdan ayırır. Qaudiya-vayşnavizmə görə, Brahma ali deyil, ikinci dərəcəli yaradıcıdır, Vişnu isə əsas yaradıcıdır. Vayşnavizm inancına görə, Vişnu əsas universal qabığı yaradır və bütün xammalları təmin edir, həmçinin canlı varlıqları öz müstəqil iradəsini yerinə yetirərək maddi dünya daxilində yerləşdirir. Brahma Puran terminologiyasında planetlər olduğuna inanılanları həqiqətən yaratmaq üçün Vişnunun təqdim etdiyi materiallarla işləyir və onların əhalisinə nəzarət edir. Monizm vahidliyi özünün əsas müddəası kimi qəbul edən fəlsəfədir. Bu, əbədi və varlığın qalan hissəsindən ayrı bir yaradıcı tanrının olması barədə dualizmə əsaslanan teistik müddəa ilə ziddiyyət təşkil edir. İki növ monizm mövcuddur: bütün mənəvi reallığın vahid olduğunu müdafiə edən mənəvi monizm; bütün maddi reallıq da daxil olmaqla hər şeyin bir və eyni şey olduğunu müdafiə edən maddi monizm.
İlah (islam)
İlah (ərəb. إله‎) — "tanrı" mənasını verən ərəbcə termin. Ərəb dilində ilah ibadət edilən hər kəsə və ya hər hansı bir şeyə aiddir. Qadın forması olan ilahə "tanrıça" deməkdir. Yenə "tanrı" mənasını verən "Allah" sözünün təklif olunan "əl-lah" şəklində bu sözdən törədiyi güman edilir, lakin bu, mübahisəlidir. "İlah" sözü şimal-qərbi sami dillərində "el" və akkadca "ilum" sözləri ilə eyniköklüdür. Sami dillərindən olan ivritcədə də tanrı üçün "eloah" və "elohim" sözlərindən istifadə olunur. Bu termin "Quran"da Allahın varlığını və ya qeyri-müsəlmanların başqa tanrılara olan inanclarını müzakirə edən hissələrdə istifadə olunur. Müsəlmanların imanla bağlı etirafları olan kəlmeyi-şəhadətin ilk ifadəsi "Allahdan başqa ilah yoxdur"dur.
Allah
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Alvan
Alvan və ya Buquz/Buğuz — Xocavənd rayonunun Avdur kəndi ərazisində qala adı. Başqa adı olan Buquz / Buğuz XIX əsrdə Gürcüstanda (indi Kaxeti mxaresinin Axmeta munisipalitetində) Alvani-Samebo və Albani Kvemo, Batum əyalətinin Artvin dairəsində Alvanqala, Alvanikam, Alazan çayının aşağı axarında Alvan düzü və s. adlarla mənşəcə eynidir. XI–XII əsr rus mənbələrində Alban ölkəsinin adı Alvanya kimidir. Gürcüstanda Kvemo Alvani və Zemo Alvani (Axmeta rayonu) kənd adları ilə mənşəçə eynidir. 1006-cı ilə aid mənbədə Zəngəzurda Alvançay (ermənicə yazılışda Ağuanget) adı (Həkəriçayın qədim adı) da bu sıraya aiddir.
Alvar
Toponimlər
Dilvar
Delvar— İranın Buşehr ostanının Təngistan şəhristanının Dilvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,201 nəfər və 723 ailədən ibarət idi.
Gilah
Gilah—Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi ləzgilərin məskunlaşdığı kəndlərdəndir. Oykonim gilək etnoniminin bir qədər təhrifə uğramış formasıdır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 98 nəfər əhali yaşayır.
Kilvar
Kilvar — Azərbaycan Respublikasının Şabran rayonunun Zeyvə kənd inzibati ərazi dairəsinə aid kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Kilvar kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Zeyvə kəndi olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == İqtisadiyyatı == 2013-cü ilin may ayında Kilvar kəndində yeni qaz xəttinin açılışı olmuşdur.
Livan
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Silah
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. Silahlar iki yerə bölünürlər: soyuq və odlu. Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Vilvan
Vilvan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Vilvanın kəndinin yaranması haqqında müxtəlif fikirlər var. Vilvan ərazisində aparılmış qazıntılar zamanı tapılmış keramika nümunələrinə istinadən bu yerlərdə eramızın IV əsrində yaşayış məskəni olduğunu tarixi faktlarla sübut edir. Təxminən 5–6 hektar ərzidə tapılmış maddi-mədəniyyət nümunələrinə əsasən ərazinin keçmişdə kənd məskənin qalıqları olduğu ehtimal edilir. Kənddə atəşpərəstlik dinin əks etdirən tarixi, maddi-mədəniyyət abidələri də olmuşdur. Qədim məzarlıqda qəbirüstü abidələrdə günəş simvolları öz əksini tapırdı. Qəbirüstü nümunələr kompozisiyası, quruluşu, ornament motivləri baxımından atəşpərəstlik dövrünün abidələrindən idi. Kənddə gələn tarixçi-alimlərdən biri qəbirüstü abidələrin tünc və daş dövrünə aid olduğunu bildirmişdi. Təəssüf ki, bu yerlər baxımsızlıq üzündən dağıdılmışdı. 1988-ci ildə AMEA-nın Tarix İnstitutunun arxeoloqları tərəfindən aşkara çıxarılmış kurqanlara istinad etsək, deyə bilərik ki, Vilvanın yaranma tarixi 4 min ilə yaxındır.[mənbə göstərin] Tədqiqatçılar Vilvan kəndinin mənasını müxtəlif variantlarda izah edirlər.
Vilvar
Vilvar (az-əbcəd. ویلوار‎, fars. ولوار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 35 nəfər yaşayır (16 ailə).
İlahə
İlahə və ya daha az mənbələrdə tanrıça — qadın cinsində təsvir edilən ilah. Bir çox məlum mədəniyyətlərdə ilahələr adətən hərfi və ya metaforik hamiləlik, ya da qadın və qızların necə qəbul edildiyi və ya necə davranması gözlənilən qadınlıq rolları ilə əlaqələndirilir. Buraya toxuculuq, gözəllik, sevgi, seksuallıq, analıq, yaradıcılıq və məhsuldarlıq (qədim ilahə ana kultu ilə nümunə verilmişdir) daxildir. Bir çox böyük ilahələr həmçinin sehr, müharibə, strategiya, ovçuluq, əkinçilik, müdriklik, tale, Yer, səma, güc, qanunlar, ədalət və s. ilə əlaqələndirilir. Mədəni kontekstlərində mənfi hesab edilən diskordianizm və ya xəstəlik kimi bəzi mövzular da bəzi ilahələrlə əlaqələndirilir. Beavis, Mary Ann and Helen Hye-Sook Hwang (eds). Goddesses in Myth, History and Culture, Mago Books, 2018. ISBN 1976331021ISBN 1976331021 Dexter, Miriam Robbins, and Victor Mair (2010). Sacred Display: Divine and Magical Female Figures of Eurasia.
İlham
İlham — kişi adı, soyadı və təxəllüsü. İlham Axundov — İlham Əliyev (dəqiqləşdirmə) İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən). İlham Əliyev (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. İlham Əliyev (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı. İlham Əliyev (jurnalist) — jurnalist, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri. İlham Əhmədov İlham Əhmədov — Azərbaycan aktyoru, rejissor. "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəridir. İlham Əhmədov (alim) — alim, həkim. İlham Əsgərov — Azərbaycan aktyoru. İlham Həsənov — Azərbaycan Milli Qəhrəmanı İlham İsmayılov (əsgər) — şəhid İlham Məmmədli — Azərbaycan alimi, jurnalist.
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədov İlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi. İlqar Məmmədov (idmançı) — Azərbaycanlı qılıncoynatma ustası, rapiraçı.
İlvait
İlvait — mineral, CaFe22+Fe3+ [OHïOïSi2O7]. Fe2+ Mn-la əvəz olunur, MnO miqdarı 9%-dək. İlvait - rombik. Habitus prizmatik. Ayrılması {010} və {001} üzrə orta. Aqreqat: dənəvər, şüalı-çubuqvari. Rəngi qara. Qeyri-şəffaf. Sərtliyi 5-6. Xüsusi çəkisi 4,1.
İlyas
Əlvan
Əlvan— İranın Xuzistan ostanının Dəşt Azadegan şəhristanının Əlvan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,100 nəfər və 1,081 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
İştah
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
Allah-Allah türbəsi
Bərdə türbəsi, Allah-Allah türbəsi və ya Nüşabə qalası — Bərdə şəhərində yerləşən tarixi memarlıq abidəsi. == Tarixi == XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, onlardan biri müasir dövrə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmişdir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilmişdir. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir. Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir. == Memarlıq xüsusiyyətləri == Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilmişdir.
Elva
Elva (est. Elva) — Estonianın cənubi-şərqində şəhər, Tartumaa bölgəsinin inzibati mərkəzi. Emayıgi çayına tökülən Elva çayında yerləşir. Şəhərdə iki göl var: Verevi və Arbi. Həmçinin şəhər yaxınlığında Viysyaagu gölü də mövcuddur.
İlam
İlam — İranın İlam ostanının və İlam şəhristanının mərkəzidir.
İlan
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. Ən uzun zəhərli ilanlar Kral kobralardır.
Elvac (Urmiya)
Elvac (fars. الواچ‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində yerləşir. Dəniz səviyyəsindən 1.513 metr təşkil edir. Ərazisi dağlıqdır.Elvac Urmiya şəhərindən 595 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 5.320 nəfər yaşayır.
Pılva
Pılva (est. Põlva) — Estoniyaanın şərqində şəhər. Pılvamaa bölgəsinin inzibati mərkəzi. 2000-ci ilə əhalinin 96,4 %-i estonlar, 2,0 %-i ruslar, 0,6 %-i ukraynalılar, 0,3 %-ini isə finlər təşkil edirdi.