İLHAM

is. [ ər. ]
1. Yaradıcılıq zamanı özünü göstərən ruhlanma halı, yaradıcı fikrin yüksəlişi; ruhlanma, təb.
Baxdıqca nur əmən bu yeni elə; Sənətin ilhamı açar qolqanad. A.Şaiq.
Mən ilhamı bir dost kimi; İmdadıma çağırmışam. R.Rza.
Sənətimə can-qan gətirən, ilhamıma uçuş verən balamla fəxr elədim. B.Bayramov.

□ İlham almaq – bir şeydən ruhlanmaq, vəcdə gəlmək, yaratmaq üçün ondan qüvvə almaq, təbə gəlmək.
Yenə yaşıl don geyinmiş çəmənlər gülür; Təbiətdən ilham alıb ötür qumrular. S.Vurğun.
Barmağın gəzdikcə pərdələrdə, mən; Min ilham almışam o nəğmələrdən. Z.Xəlil.

İlham vermək – ruhlandırmaq, yaratmaq üçün qüvvə vermək, vəcdə gətirmək, şövqləndirmək.
Ey müqəddəs həyat! Müqəddəs insan! Sana ilham verən yalnız ürəkdir. S.Vurğun.
Bu, Bayram kişinin şair təbinə yeni bir ilham verdi. M.Rzaquluzadə.

İlhama gəlmək – bax ilham almaq.
Şair öz şerinə ilhama gəlib can versə; Şeri bir inci kimi aləmi, dünyanı gəzər. S.Rüstəm.
Əli içdikcə ilhama gəlib danışan adamlardan idi. M.İbrahimov.
O, yenə düşünüb ilhama gəldi; Elə bil meşələr salama gəldi. H.Arif.

2. İlhamla şəklində zərf – böyük həvəslə, ruh yüksəkliyi ilə, ehtirasla, coşqun. İlhamla danışmaq. – Bizim ədəbiyyatımızda humanizm coşqun ilhamla tərənnüm edilmişdir.

Синонимы

  • İLHAM İLHAM (şairlikdə: bir şeydən təsirlənib ruhlanma, ruh coşqunluğu) ..Güvənib ilhamına; Könül avazla qonur nəğmə bu el bayramına (S
  • İLHAM ruhlanma — təb
İLHAQÇI
İLHAMÇI

Значение слова в других словарях