Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sinir
Sinir (lat. nervus qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; binlar xaricdən lat. endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da lat. perineurium deyilən birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – lat. nervus, ya sinir kötüyü – lat. truncus nervosus əmələ gətirir. Hər bir sinir xaricdən lat.
Vinir
Vinir (bunlara "laminat vinir, laminat vener, dental veneer, laminey, lamine, lamina, винир" da deyilir) əsasən ön dişlərin görünən hissəsinə tətbiq olunan və incə lövhəciklər şəklində hazırlanır estetik diş bərpa növüdür. Hazırlanmasında məqsəd dişlərə mümkün olduğu qədər az zərər vermək və maksimal dərəcədə estetik nəticələr əldə etməkdir. Lamina vinirlər dişlərin həm formasında, həm ölçülərində, həm də rəngində əhəmiyyətli deyişmələr etməyə imkan verirlər. Beləcə dişlərə ən az müdaxilə edilərək, istənilən estetik nəticəni əldə etmək mümkün olur. == Vinir növləri == Kompozit vinirlər Prefabrike (əvvəlcədən hazırlanmış) vinirlər Farfor (feldşpat) vinirlər Press-keramika vinirlər Zirkon vinirlər == İstifadəyə göstərişlər == Dişlərin formasını dəyişmək ehtiyacı olduğunda - çat, qırıq, sürtünmə, anormal forma və sair. Dişlərin rəngini dəyişmək ehtiyacı olduğunda - anadangəlmə və ya sonradan olan rəglənmələr, tatuaj və sair. Diş cərgəsinin formasını dəyişmək ehtiyacı olduğunda - aralı dişlər, qısa dişlər, minimal dərəcədə əyri dişlər və sair. == İstifadəyə əksgöstərişlər == Dişlərdə böyük defektlər və ya plomblar varsa 5 və ya daha çox arxa dişin olmaması Bruksizm (diş qıcama) Bəzi pis vərdişlər - dırnaq yemək, tum çırtlamaq və sair. Ağız gigiyenasının pis olması Dişətləri problemlərinin olması - qinqivit, paradantoz. Bəzi mədə-bağırsaq problemlərinin olması - qastrit, reflü və sair.
İmir
İmir (Sarvan)
Nir
Nir şəhəri, İranın Ərdəbil ostanında şəhər. Nir şəhristanının mərkəzidir.2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,848 nəfər və 1,264 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Azan sinir
Azan sinir - (lat. Nervus vagus). 10-cu cüt kəllə-beyin siniri. Parasimpatik sinir sisteminin ən böyük siniri olub, demək olar ki əksər daxili orqanların innervasiyasında iştirak edir. Qarın boşluğunda yoğun bağırsağın çəmbər bağırsaq hissəsində Kannon-Böhm nöqtəsinə qədər bütün daxili orqanları innervasiya edir.
Dilaltı sinir
== İstinadlar ==
Gizli sinir
Qamış siniri (lat. nervus saphenus → safin - ərəb sözü olub "gizli" mənasını verir ) bud nahiyəsinə aid sinir. Başlanğıcını bud sinirindən (L3, L4) götürür.
Maksim İniç
Maksim İniç (26 may 1996) — Monteneqrolu üzgüçü. Maksim İniç Monteneqronu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maksim İniç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.88 saniyəlik nəticəsi ilə 51-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Onir (mifologiya)
Onir (yun. Όνειρος, "yuxu") — yunan mifologiyasında yuxunu tərənnüm edən yarımtanrı, yarımruh, Niks və Erebin oğlu, Hipnos, Tanat və Momun qardaşı. Hesioda görə "Onirlər" yuxu kütlələri olub Niksdən tırənmişlər. Troya müharibəsində Zevsin göstərişi ilə Onir Nestor cildində Aqamemnonun yuxusuna girərək ona döyüşü başlayacağı təqdirdə yunanların qələbə çalacağını deyərək, onu aldatmış olur. LXXXVI orfik nəğmə tanrı Onirə həsr edilmişdir.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Qapayıcı sinir
Qapayıcı sinir (lat. Nervus obturatorius) bel kələfiniə aid II - IV bel sinirlərinin (L2 - L4) liflərindən təşkil olunmuşdur.
Sinir sistemi
Sinir sistemi (lat. Systema nervosum) — heyvanlar təkamül etdikcə onlarda qıcığa qarşı yaranan reaksiyalar mürəkkəbləşmiş və nəticədə həmin reaksiyaları yerinə yetirən və orqanizmin işini qaydaya salan xüsusi elementlər meydana çıxmışdır. Bunlara sinir elementləri (sinir sistemi) deyilir. == Ümumi məlumat == Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya törətməyə qadirdir. Bu özəllik həyati təzahürlərdən biri olub, qıcıqlanma adını daşıyır. İbtidai canlılarda qıcıq qəbuledici özəl törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən protoplazma ifa edir. Örnək olaraq birhüceyrəlilərdən – amöb hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik, işıq və s.) qarşı hərəkət edərək, ya qıcıq qaynağına yaxınlaşır, ya da ondan uzaqlaşır. Bu növ reaksiyaya taksis və ya tropizm deyilir. Əgər bu reaksiya nəticəsində canlının orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət taksis, qıcıq mənbəyindən uzaqlaşarsa mənfi taksis deyilir. Qıcıq növünə görə müxtəlif reaksiyalar (taksis) ayırd edilir.
Uzaqlaşdırıcı sinir
== İstinadlar ==
Üçlü sinir
== İstinadlar ==
İdir Xurta
İdir Xurta (26 iyul 1986) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. == Karyerası == İdir Xurta Əlcəzairi 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
İlir Meta
İlir Rəcəb Meta (alb. Ilir Rexhep Meta; 24 mart 1969, Çorovoda[d], Berat vilayəti[d]) — 24 iyul 2017-ci ildən etibarən Albaniya Prezidenti vəzifəsində çalışan alban siyasətçi. Daha əvvəl 1999–2002-ci illərdə Baş nazir vəzifəsində çalışıb və 30 yaşında Albaniya tarixində I Zoqdan sonra ikinci gənc Baş nazir olub. Meta ayrıca 2002–2003 və 2009–2010-cu illər arasında yenidən Xarici İşlər Naziri vəzifəsində çalışıb. 2013–2017-ci illərdə Albaniya Respublikası Parlamentinin sədri olub. Bundan əvvəl Avropa İnteqrasiyası Parlament Komissiyasına rəhbərlik edib. Meta 2004-cü ildə Sosialist İnteqrasiya Hərəkatını qurub. 28 aprel 2017-ci il tarixdə 140 millət vəkilindən 87 səs alaraq Albaniya Prezidenti seçildi. Sosial mediada Seltik klubuna olan sevgisini tez-tez nümayiş etdirir. 2020-ci ilin iyul ayında Albaniyada ilk Seltik fan-klubunu qurmuşdur.
İmir (Sarvan)
İmir — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
İmir (Ərdəbil)
İmir (fars. ايمير‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 90 nəfər yaşayır (15 ailə).
İmir Məmmədli
İmir Məmməd oğlu Məmmədov (Məmmədli) (7 avqust 1957, Kaloubani[d], Gürcüstan SSR, SSRİ) — şair, nasir, tərcüməçi, dramaturq, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan Dövlət mükafatı laureatı (2001). == Həyatı == İmir Məmmədli 1957-ci il 17 avqustda Gürcüstanın Kaspi rayonununda anadan olmuşdur. Orta məktəbini bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirmişdir (1975–1980). İmir Məmmədli 1980-ci illərdə Tbilisiyə köçmüş və 1985-ci ildən 1990-cı ilədək Gürcüstan Dövlət Radio və Televiziya Şirkətində, Gürcüstan Yazıçılar İttifaqında, "Sovet Gürcüstanı" qəzeti redaksiyasında çalışmışdır. 1990-cı illərin axırlarında Gürcüstan dövlət başçısı aparatında məsləhətçi, müşavir (1992–1996), Gürcüstan Dövlət Dəftərxanasında millətlərarası münasibətlər üzrə referent (1996–2000) olmuş, Gürcüstan Prezidenti Regional Siyasət və İdarəetmə Xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlmişdir. Gürcüstan Yazıçılar İttifaqı nəzdində Azərbaycan Yazıçılar Bölməsinin sədri olmuşdur (1995–2003). 2004-cü ildən 2019-cu ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru vəzifəsində çalışmışdır. 2019-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Dövlət Tərcümə Mərkəzində çalışır. Ədəbi fəaliyyətə orta məktəb illərindən başlamışdır. Azərbaycan və gürcü dillərində yazıb yaradır.
İmir Əliyev
İmir Əliyev (tam adı:İmir Əliyev İlyas oğlu) — Kimya elmləri doktoru, laboratoriya müdiri Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunun Professoru. == Həyatı == İmir İlyas oğlu Əliyev 1949-cu il yanvar ayının 6-da Gürcüstan Respublikas Borçalı rayonunun (Marneuli) Qasımlı kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini 1956-66-cı illərdə Qasımlı kənd orta məktəbində almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinin axşam şöbəsinə daxil olmuş, burada ali təhsili 1973-cü ildə başa vurmuşdur.Bakı Dövlət Universitetində oxuduğu illərdə o, 1966-1969-cu illərdə Bakı Gön-dəri zavodunda fəhlə,1969-cu ildə Bakı Maşınqayırma zavodunda çilingər, 1970-ci ildə Bakı Mebel fabrikində dəzgahçı işləmişdir. == Elmi fəaliyyəti == • 1971-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və fiziki kimya institutunda ( indiki Kataliz və Qeyri-üzvi Kimya institutunda ) laborant , baş laborant, mühəndis və kiçik elmi işçi vəzifəsində işləmişdir. 1973-cü ildə ordu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunandan sonra 1974-cü ildə yenidən Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və fiziki kimya institutunda ,, Yarımkeçiricilər kimyası” laboratoriyasında işə başlamışdır. • 1981-ci ildə Paşa Rüstəmovun rəhbərlyi altında ,, As2X3-CdX(AIIIX) (AIII=In,Tl; X=S,Se,Te) tipli sistemlərdə qarşılıqlı təsirin xarakteri və şüşə əmələgəlmə” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi, alimlik dərəcəsi almışdır. • 1992–ci ildə ,, Arsen xalkogenidləri, kadmium, indium və tallium xalkogenidlərindən ibarət sistemlərdə yeni materialların alınmasının fiziki- kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri doktoru, alimlik dərəcəsi almışdır. • 2003–ci ildən Kimya Problemləri İnstitutun ,,Nadir elementlər kimyası” laboratoriyasına rəhbərlik edir.
Əlavə sinir
On birinci kəllə siniri, XI kəllə siniri və ya sadəcə CN XI olaraq da bilinən əlavə sinir servikoklavipektoral və trapesiya əzələlərini innervasiya edən kranial sinirdir. On iki cüt kranial sinirin on birincisi kimi təsnif edilir, çünki əvvəllər onun bir hissəsinin beyindən gəldiyi düşünülürdü. Sternokleidomastoid əzələsi başı əyir və döndərir, kürək sümüyü ilə birləşən trapesiya əzələsi isə çiyin çəkmə funksiyasını yerinə yetirir.
Indri indr
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Sinir toxuması
Sinir toxuması — sinir sisteminin əsasını təşkil edən və onun funksiyalarının həyata keçirilməsi üçün şərait yaradan xüsusi strukturlar sistemi olan ektodermal mənşəli toxuma. Sinir toxuması sinir impulsları yaradaraq stimulları qəbul edir və bu impulsları orqanizmi ətraf mühitlə birləşdirərək effektora ötürür. Sinir toxuması orqanizmin toxumalarının, orqanların və sistemlərinin qarşılıqlı əlaqəsini və tənzimlənməsini təmin edir. Sinir toxumaları sinir sistemini təşkil edir və sinir qanqliyası, onurğa beyni və beynin bir hissəsidir. Onlar sinir hüceyrələrindən - neyronlardan ibarətdir, ulduz formasındadır, uzun və qısa proseslər həyata keçirir. Neyronlar qıcıqlanmanı (afferent, sensor, reseptor və ya mərkəzdənqaçma neyronları) qəbul edir və həyəcanı əzələlərə, dəriyə, digər toxumalara, orqanlara (efferent, motor, motor və ya mərkəzdənqaçma neyronları) ötürür. Sinir toxumaları bədənin koordinasiyalı işləməsini təmin edir. == Strukturu == Sinir toxuması - əsas funksiyanı yerinə yetirən neyronlardan (neyrositlər) və neyronlar üçün xüsusi mikromühit təmin edən neyroqliyadan ibarətdir. O, həmçinin ependimaya (bəzi elm adamları onu qliadan təcrid edirlər) və bəzi mənbələrə görə, kök hüceyrələrə (üçüncü beyin mədəciyinin bölgəsində yerləşdirilib, oradan iybilmə lampasına və hipokampusun dişli girusuna köçürlər) aiddir. ).
Abuzər (Nir)
Abuzər (fars. اباذر‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (39 ailə).
Acğaz (Nir)
Acğaz (fars. اجغاز‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 251 nəfər yaşayır (47 ailə).
Ilir Seytay
Ilir Seytay (alb. Ilir Seitaj; 1957, Moskva) — Albaniya şahmatçısı, beynəlxalq master (1991). Albaniya dördqat çempionu (1983, 1991, 1999, 2009 llərdə). Albaniya yığmasının tərkibində on iki şahmat olimpiadasında (1984, 1988, 1990, 1994, 1998, 2002, 2004, 2010, 2012, 2014, 2016, 2018 illərdə), 2001 və 2017-ci illərdə Milli Komandaların Avropa çempionatlarında və 1994-cü il Balkaniada turnirində iştirak etmişdir. 1985, 1995, 1998 və 2000-ci illərdə Albaniyanı Zona turnirlərinda təmsil etdmişdir. Onun karyerasında ən yüksək reytinqi 1 iyul 1992-ci ildə 2425 bal idi, bu onun alban şahmatçıları arasında ikinci yerdə (Fatos Muçodan sonra) olduğu vaxta təsadüf etmişdir 2017-ci ilin aprel ayına olan reytinqi 2374 bal idi. Vaxtaşırı şahmat oyunu üzrə seminar və kurslar keçirir, həmçinin nümunə çıxışları aparır.