İNAR

işıqlı, nurlu, aydın.
İNANXAN
İNARƏ
OBASTAN VİKİ
Ernesto İnarkiyev
Ernesto İnarkiyev (rus. Эрнесто Казбекович Инаркиев, 9 dekabr 1985, Oş) — Rusiyalı qrosmeyster (2002), Avropa çempionu (2016). Ernesto Çe Gevaranın şərəfinə adını Ernesto qoyublar. İki dəfə Şahmat Olimpiadasında Qırğızıstanı təmsil edib: 1998-ci ildə ikinci lövhədə 9 oyundan 6.5 xal və 2000-ci ildə 4-cü lövhədə 9/14 xal. 1999-cu ildə Asiya çempionu (16 yaşa qədər) və Qırğızıstan çempionu olmuşdur. 2000-ci ildə Kirsan İlyumjinovun təklifi ilə ailəsiylə birgə Elistaya köçüb və Rusiya Şahmat Federasiyasını təmsil edir. 2001-ci ildə keçirilən Şahmat üzrə Avropa Çempionatında (16 yaşa qədər) birinci yeri tutdu. 2002-ci ildə Vladimirdə keçirilən Rusiya gənclər çempionatının (20 yaşa qədər) 9.5/11 xalla qalib oldu. 2004-cü ildə FİDE Dünya Çempionatında ilk raundda Layner Dominqezə məğlub oldu. 2006-cı ildə 59-cu Rusiya Çempionatının superfinalında 3-cü nəticə göstərib.
Fuşimi İnari məbədi
Fuşimi İnari məbədi (伏見稲荷大社, Fuşimi İnari-tayşa) – Yaponiyanın Kioto prefekturasının Kioto şəhərinin Fuşimi rayonunda yerləşən şintoist məbədi. Kənd təsərrüfatı kamisi olan Uka-no-Mitamaya, eləcə də, insanların sadə ehtiyaclarını qoruyan digər 4 kamiyə həsr olunmuşdur. == Tarix == Məbəd 711-ci ildə Kiotonun cənub-şərqində yerləşən İnari dağında tikilmişdir. 816-cı ildə buddizmin Şinqon sektasının qurucusu olan Kukayın təşəbbüsü ilə məbəd dağın ətəyinə köçürülmüşdür. Kukay hesab edirdi ki, məbədin ilahları yaxınlıqda yerləşən Şinqon məbədi olan To məbədinin qorunmasını təmin edəcəklər. Fuşimi İnari məbədi əsrlər boyunca Yaponiyada ən populyar şintoist məbədlərindən birinə çevrilmişdir. Xüsusilə, siravi şəxslərin tez-tez ziyarət etdiyi məbəd olmuşdur. == Xüsusiyyətləri == Fuşimi İnari məbədi Yaponiyada yerləşən 40.000-dən çox İnari məbədinin mərkəzi məbədi hesab olunur. Naqare-zukuri üslubunda tikilmiş əsas ibadətgahı 1499-cu ilə aid edilir. Məbədin illik festivalı olan İnari festivalı 9 aprel tarixində baş tutur.
İnarə Babayeva
Babayeva İnarə Əhməd qızı — Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı, Akademik Opera və Balet teatrının solisti, Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin solo oxu kafedrasının dosenti. İnarə Əhməd qızı Babayeva 1977-ci il Aprel ayının 14 Bakı şəhərində anadan olmuşdur.. 1996-2002-cü illərdə Üzeyr Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil almış və Akademiyanı magistratura pilləsi üzrə 2005 ci ildə isə akademiyanın Asperanturasını fərqlənmə ilə bitirmişdir.Opera və kamera ifaçısı,vokal müəllimi,ixtisası üzrə bitirmişdir.İnarə Babayeva akademiyada təhsil aldığı müddət ərzində, 1999- cu ildən Azərbaycan Akademik Musiqili teatrın aparıcı solisti kimi fəaliyyətə başlayır.O teatrda çalışdığı müddət ərzində teatrın rus bölməsində: İ.Kalmanın – “Silva”, “Bayadera”, “Maritsa”,”Qaraçı- Premyer” , F.Leqarın - “Şən dul qadın”, Q.Qarayevin- “Çılğın qasqonçu”, Ü.Hacıbəylinin-“ O Olmasın bu olsun” operettalarında baş qəhrəman obrazlarını ifa etmişdir. İnarə Babayeva 2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistidir. O, Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları Gülnaz - «O olmasın bu olsun» Ü.Həcibəyli Gülçöhrə- «Arşın mal alan»Ü.Həcibəyli Humay- «İntizar» F.Əlizadə Zoluşka-«Zoluşka» L.Vaynştey Cırtdan- «Cırtdan» N.Əliverdibəyov Rozina- «Sevilya bərbəri» C.Rossini Serpina -“Hammı elə edir” V.Mozart Adina -“Sevgi şərbəti” Donizetti Süzanna -“Don-Juan” V.Mozart Oskar-“Bal-Maskarad” D.Verdi Pamina-“Sehirli-tetək” V.Mozart Dilbər-“Sevil”F.Əmirov Amur-“Orfey və Evredika” Gluk Məhsəti-“Məhsəti” P.Axundova Cilda- «Riqoletto» C.Verdi Violetta- “Traviata» C.Verdi Muzetta- «Boqema» C.Puççini Mikaella-«Karmen»,J.Bizen və s Rolların öhdəsindən özünəməxsus gələrək,yüksək professionallıqla ifa edir. Gügüclu səs tembri ilə yanaşı, gözəl səhnə görkəminə, yüksək artistizm qabliyyətinə malikdir. İnarə Babaeva Azərbaycan Mədəniyyətini təmsil edərək,Ölkəmizin hüdudlarından kənarda,bir sıra müsabiqə və festivallarda iştirak etmiş, laureat və diplomant adına layiq görülmüşdür: Gənc vokalçıların Respublika müsabiqəsinin laureatı-1 yer(1994);Opera ifaçılarının Respublika müsabiqəsi laureatı-2 yer(2000);“Türksoy” (Türkiyə) beynalxalq festivalının iştirakçısı(2002);Vokalçıların Yaltada keçirilən müsabiqəsinin diplomantı(2006);Opera ifaçılarının Tuluza şəhərində (Fransa) keçirilən müsabiqəsinin diplomantı (2008); *Operetta ifaçılarınin Yekaterinburqda (Rusiya) keçirilən festivalının iştirakçısı. İ.Babayeva 2005-ci ildən, Yaponiya,Çin,İngiltərə,Fransa,İtaliya, Almaniya,Gürcüstan,Belorusiya,Kazakistan,Qırgızıstan,Makidoniya, Serbiya,Mərakeş keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olmuş, bir sıra dövlət və yubiley tədbirlərində iştirak etmişdir. İnarə Babayeva 2006 cı ildən Mədəniyyət və İncəsənət Universiteti vokal müasir estrada ifaçılığı fakültəsinin müəllimi 2013 cü ildən baş müəllimi,2019- cu ildən isə Kafedaranın dosentidir.O,vokal müasir estrada ifaçılığına aid 5 məqalənin, Azərbaycan vokal Nümunələri Soprano səsi üçün “Antaloğiya” kitabının müəllifidir. İnarə Babayeva 2ci təhsil olaraq 2014 cü ildə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olur elə həmin ildə Akademik opera və Balet Teatrının səhnəsində dünya klassik opera inciləri sırasında olan, Perqolezinin “Qulluqçu- xanım” operasına quruluş vermişdir.
İnarə Quliyeva
İnarə Quliyeva (4 yanvar 1950, Moskva) — Rusiyanın tanınmış teatr və kino aktrisası, Rusiyanın Əməkdar Artisti (1994) İnara Aleksnadrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada anadan olub. Atası azərbaycanlı, anası rus idi. Atası Bakıda yaşayıb, zabit kimi fəaliyyət göstərib. Bakıda xeyli qohumları olsa da, babası ilə nənəsi boşandıqdan sonra aktrisanın azərbaycanlı qohumları ilə əlaqəsi kəsilmişdir. 1972-ci ildə Rus teatral incəsənət akademiyasını (GİTİS) bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artistidir. İnara Quliyeva Moskva operetta teatrının solisti olub. 1978-ci ildə "müsiqili teatr rejissoru” ixtisasını alan İ.Quliyeva bu gün rus telekanallarında bir sıra məşhur verilişlərin müəllifidir. İnara Quliyeva çoxlu sayda musiqili teatr tamaşalarının quruluşunu verib. O, bir sıra bədii filimlərdə çəkilib.