Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnsert key
İnsert key (ing. Insert key, rus. клавиша вставки, türk. İnsert tuşu) – IBM klaviaturalarında: yardımçı rəqəm klaviaturasında yerləşən (0 klavişi ilə birləşdirilib), təkmilləşdirilmiş klaviaturalarda, o cümlədən Apple klaviaturasında isə əsas klaviatura ilə yardımçı ədədi klaviatura arasındakı redaktə klavişləri dəstinə daxil olan klaviş. Təkmilləşdirilmiş klaviaturalarda o, "Insert" kimi, Apple klaviaturalarında isə "Ins" kimi nişanlanıb. Insert klavişi müxtəlif tətbiqi proqramlarda müxtəlif funksiyalar yerinə yetirir. Ancaq bir qayda olaraq o, mətnin redaktəsində "Artırma"-"Əvəzləmə" rejimlərindən birindən o birinə keçmək üçün istifadə edilir.
İnsest
İnsest (lat. incestus — «cinayətkar, təqsirli») — yaxın qan qohumları (valideynlər və uşaqlar, qardaşlar və bacılar) arasında cinsi əlaqə. Bu fərdlərin bir-biri ilə evlənməsi qanun və ya adət-ənənə ilə qadağan edilmişdir. İnsest cəmiyyətlərdə hüquqi problemdən çox emosional məsələ olduğuna görə bundan bəhs edərkən ümumi olaraq qadağa əvəzinə tabu termininə üstünlük verilir. İnsest antropologiyada universal olaraq qəbul edilir, baxmayaraq ki, bu, müxtəlif cəmiyyətlərdə fərqli şəkildə tətbiq edilir və onun pozulmasına dair məlumat cəmiyyətdən cəmiyyətə geniş şəkildə fərqlənən reaksiyalara səbəb olur.Ümumiyyətlə, iki insan arasında genetik əlaqə nə qədər yaxındırsa, onlar arasında cinsi əlaqəni qadağan edən və ya çəkindirən tabu bir o qədər güclü və daha yüksək yüklüdür. Belə ki, ata ilə qız, ana ilə oğul və ya qardaş ilə bacı arasında cinsi əlaqə demək olar ki, hər yerdə qadağandır. Əmi ilə qardaşı/bacısıqızı və ya xala ilə qardaşı/bacısıoğlu arasında cinsi əlaqə də ümumiyyətlə tabu hesab edilir. Bəzi cəmiyyətlərdə xalaoğlu, xalaqızı, əmioğlu, əmiqızı, dayıoğlu, dayıqızı, bibioğlu və bibiqızı arasında münasibətlər də qadağandır. == İstinadlar == == Əlavə ədəbiyyat == Кровосмешение // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Desert
Desert (fr. dessert-dən) — nahar və şam yeməyindən sonra verilən və xoş dad əhvalı yaratmaq üçün verilən yemək. Bir qayda olaraq şirin delikateslər verilir.
Konsert
Konsert (lat. concertо — yarışıram) — əvvəlcədən hazırlanmış müəyyən proqram üzrə musiqi əsərlərinin, mahnıların, musiqilərin dinləyicilər qarşısında ifa olunması.
Sısert
Sısert (rus. Сысерть) — Rusiyada yerləşən şəhər (1946-cı ilə qədər şəhər tipinin qəsəbəsi), Sverdlovsk vilayətinin Sırset şəhər dairəsinin mərkəzi. 1932-ci ilə qədər Sısertski zavod (rus. Сысертский завод) kimi adlanırdı. Sısert komi-zıryan dilindən hidronimdir, "si" - "tüç", "syort" - "sıx küknar meşəsiylə çay vadisi", yəni "dar meşə vadisiylə çay". Bundan başqa birdənədə izah etmə var, Sısert başqırd dilindən "dumanlı yer" kimi tərcümə edilir. Çay vadisində dumanlar həqiqətən nadir şey deyil. 1879-cu ildə Sısertdə rus yazıçısı Pavel Bajov doğulub. == Tarixi == 1680-ci ildə məşhur filiz tanıyanlar qardaşlar Babinlər - Aramil qəsəbəsindən gələnlər - burada dəmir filizini tapdılar. Aramillilər kiçik sobalarda onu əridirdilər.
İnsult
İnsult — beyin qan dövranının kəskin pozulmasıdır. BQDKP-ı 2 yerə ayrılır: keçib gedən bqdkp (24 saat ərzində) insultlar.İnsultun iki tipi fərqləndirilir: işemik(80-85%) və hemorragik(15-20%). İşemik insult — qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir. == Risk faktorları == Arterial hipertoniya, şəkərli diabet, ateroskleroz, UİX, səyirici aritmiya, qan xəstəlikləri, siqaret çəkmə, alkoqol qəbulu, narkomaniya, piylənmə, az hərəkətli həyat tərzi, per oral kontraseptivlərin qəbulu, qocalıq, kişi cinsi, genetik meyillik, afro-amerikan irqə mənsubluq. == Hemorragik insult == Hemorragik insult — serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın intrakranial sahəyə – intraventrikulyar, intraserebral, subaraxnoidal, subdural və ya epidural olaraq axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Bəzən intraserebral hemorragiya beyin infarktı sahəsində inkişaf edir, bu, işemik insultun hemorragik transformasiyası adlanır. Bəzən mürəkkəb insult(qarışıq) olur ki bu zaman eyni ocaqda həm işemik dəyişkənliklər,həmdə qansızmalar olur. Yaşlı əhali arasında əlilliyin aparıcı səbəbi və ölümün əsas səbəblərindən biri olan serebral insult əvvəlki kimi səhiyyənin əsas problemlərindən biri olaraq qalmaqdadır.
Anser anser
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
Anser
Qaz (quş) (lat. Anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qaşqa qaz (Anser albifrons); Boz qaz (Anser anser); Alyaska qazı (Anser canagicus); Ağ qaz (Anser caerulescens); Quruburun (Anser cygnoides); Ağqaş qaz (Anser erythropus); Əkin qazı (Anser fabalis); Dağ qazı (Anser indicus).
Abies inverta
Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur. Toxumları uzunsov (4 mm) , qəhvəyi, parıltılı sarımtıl (qırmızıyaçalan), qanadcıqlıdır. Toxum pulcuqları odunlaşmış, tərs yumurtavarı, azca qabarıq, kənarları batıq və ya dişlidir.
Bredli Vinsent
Bredli Vinsent (30 noyabr 1991) — Mavritaniyalı üzgüçü. Bredli Vinsent Mavritaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bredli Vinsent birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.89 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Desert Eagle
Desert Eagle (azərb. Səhra Qartalı‎) — Böyük kalibrli özüdolan tapança. 1983-ci ildə ABŞ-də Magnum Research şirkəti və İsraildə Israel Military Industries şirkəti tərəfindən yaradılıb. Desert Eagle bir çox video, oyun, filmlər və televiziya tamaşalarında yer alıb. == Mənbə == ↑U.S. Patent 4619184 (İngiliscə) ↑ 1 2 3 4 5 6 Magnum Research, Inc.
Duy (konsert)
== Konsert haqqında == 1 dekabr 2018-ci ildə Aygün Kazımova, David Vendetta və Kakhaberinin "Bakı Elektra Events Hall”-da keçirilən konserti. Konsertdə ilk öncə Rizvan Əliyev və Röya Miriyeva Aygün Kazımovanın mahnılarını akustik versiyada təqdim etdilər. Daha sonra səhnədə Gürcüstanın məşhur qrupu “Kahaberi” səhnə aldı. Rəqsləri və milli mahnıları ilə tamaşaçıları coşduran qrup “Ay lolo” xalq mahnısını da ifa etdilər. Qrupun çıxışından sonra səhnəyə Aygün Kazımova çıxdı. Gecədə Rüfət İsmayıl imzalı üç libas dəyişən Aygün Kazımova, rəqqas oğlanlarla olan ehtiraslı və çılğın rəqsləri ilə diqqət çəkməyi bacardı. Ən sonda isə səhnəyə dünya şöhrətli DJ David Vendetta çıxdı. O, Aygün Kazımovanın ifasında olan “ Duy” mahnısını səsləndirdi. Konsertdə “ Duy” mahnısının klipi üçün bəzi kadrlar lentə alındı. Klipin reissoru Fuad Əlişovdur.
Hemorragik insult
Beyin qansızması və ya Hemorragik insult — qeyri-travmatik beyin qansızması daha çox (60% hallarda) arterial hipertenziyanın fəsadı kimi baş verir. Hipertenziv beyindaxili qansızma başlıca olaraq, beynin perforasiyaedici arteriyaları hövzəsində — bazal nüvələr – (50%), talamus (15%), beynin ağ maddəsi (15%), körpü (10%) və beyincik (10%) hövzəsində lokallaşır. Beyin qansızmasının başqa bir səbəbi aretriovenoz malformasiyanın (AVM) yırtılması və ya kisəli anevrizmadır. AVM zamanı hematomalar əsas baş beyinin ağ maddəsində və ya bazal nüvələrdə lokallaşır. Ahıl yaşlarda əsas səbəb isə amiloid angiopatiyası hesab olunur.
Laminqton (desert)
Laminqton (ing. lamington) — Avstraliya deserti, şokolad qlazuru və kokos yonqarı ilə örtülmüş biskvitli düzbucaq formasında təqdim olunur. Bəzən iki birləşmiş laminqton bir krem və ya çiyələkli cemin köməyi ilə bir pirojna olur. == Mənşəyi == Laminqton deserti Laminqtonun ikinci baronu, 1896-1901-ci illərdə Kvinslend ştatının qubernatoru Çarlz Uollis Aleksandra Napira Kokreyn-Beyllinin (Charles Wallace Alexander Napier Cochrane-Baillie) şərəfinə adlandırılıb. Bu desertin yaranmasına dair bir neçə versiya mövcuddur. Bir əfsanəyə görə, qubernatora gözlənilmədən qonaq gəlir, evdə bayat biskvitdən başqa heç nə olmur. Aşpaz şokolad biskvitini 4-5 sm-lik kubik şəklində doğrayır və doğranmış kokosla dilimləri örtür. Digər versiyada isə deyilir ki, biskvitin keçə forması Laminqton baronu Xomburqun sevimli forması olub. Qəribə təsadüfə görə, desert Laminqtonda bəyənilmir, o «acı, kobud, boş biskvit» adlandırılır. == Bu günkü gündə == Laminqton snek (yüngül qəlyanaltı) kimi Avstraliya və Yeni Zelandiyada populyar olaraq qalır.
Sandey (desert)
Sandey (ing. sundae) — dondurmadan desert. Adətən meyvə şərbəti və ya jele, doğranmış qoz-fındıq, şokolad, çalınmış krem və giləmeyvə ilə bəzədilmiş dondurma toplarından hazırlanır. == Həmçinin bax == Dondurma Affoqato == Xarici keçidlər == The Ice Cream Sundae’s Birthplace? That’s the 64,000-Calorie Question New York Times. 6 August 2006.
Sevgiylə, Vinsent
Sevgiylə, Vinsent (ing. Loving Vincent) — başdan-ayağa kətan üzərində yağlı boya ilə çəkilmiş ilk tammetrajlı cizgi filmidir. == Məzmunu == Film Vinsent van Qoqun həyatının son günlərindən və indiyədək sirli qalan ölümündən bəhs edir. == Film haqqında == Rejissoru Dorota Kobiela və Hyu Velçman olan filmin yaranmasında 115 rəssam iştirak edib. "Sevgiylə, Vinsent"in büdcəsi 5.5 milyon ABŞ dolları təşkil edir. Filmin dünya premyerası 12 iyun 2017-ci ildə "Annesi Beynəlxalq Animasiya Filmləri Festivalı"nda baş tutub.
Vinsent Bueno
Vinsent Bueno (alm. Vincent Bueno‎; 10 dekabr 1985, Vyana) — Avstriyada anadan olmuş Filippin əsilli Avstriya müğənnisidir. Bueno 12 yanvar 2008-ci ildə Avstriyanın ORF telekanalının Musical! Die Show musiqi yarışmasının qalibi olmuşdur.Filippinli müğənni Sara Ceronimonun Vyanadakı konsertində dəstək vokalçı rolunu oynamışdır. 18 yanvar 2008-ci ildə Bueno Filippin mediasına verdiyi müsahibədə Filippində debüt etmək planları barədə məlumat vermişdir. Daha sonra Filippin televiziyasında ilk çıxışını 29 avqust 2010-cu ildə ASAP XV-də etdi. O Filippində musiqi karyerasını davam etdirmək üçün ABS-CBN Əyləncə Qrupu Şirkəti olan Star Records albom şirkəti ilə müqavilə imzaladı. Vinsent Bueno Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində Avstriyanı "Alive" mahnısı ilə təmsil edəcək. == Karyerası == === Təhsili === Bueno 4 yaşında rəqs etməyə başlamış, daha sonra Vyana Musiqi Konservatoriyasında musiqi və ifaçılıq sənətini bitirmişdir. Bueno eyni zamanda R&B musiqisinin bəstəkarıdır, aktyorluq, rəqs və mahnı oxumaq üçün xüsusi kurslar keçmişdir.
Vinsent Kassel
Vensan Kassel (d. 23 noyabr 1966, Paris), Fransız aktyor. Fransa'da yaxşı personajları oynaması ilə tanınan Cassel, Amerikan filmlərində əsasən pis adam olaraq yer alır. Cassel 2013cü ilə qədər italyan aktrisa Monika Belluççi ilə evli olmuşdur. Bu evlilikdən Deva və Leonie adlı 2 qız övladı var. Vincent Cassel İngliscə, Portuqalca ve İtalyanca danışa bilir. Cassel əsasən Oceanın 12 dostu , Oceanın 13 dostu və Qara qu quşu (film, 2010) filmlərində göstərdiyi aktyorluqla ön plana çıxmışdır. 2008-ci ilin oktyabr ayında Yves Saint Laurent kişi parfümü üçün L'Oréal'ın yeni reklam üzü olaraq anlaşma imzaladı.
Vinsent Kompani
Vinsent Kompani (fr. Vincent Jean Mpoy Kompany; 10 aprel 1986[…], Ukkel[d]) — Belçika peşəkar futbol məşqçisi və mərkəz müdafiəçisi kimi oynayan keçmiş oyunçu və İFL Çempionatının "Börnli" klubunun hazırkı məşqçisi.
Vinsent Koziello
Vinsent Koziello (28 oktyabr 1995-ci ildə ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Koziello Nitsa akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 1 noyabr 2014-cü ildə Liqa 1-də Olimpik Lyon klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Mario Qreqoyre Pueli əvəz etmişdir. Həmin görüşdə Nitsa rəqibinə 1-3 hesabı ilə məğlub olmuşdur.2018-ci ilin yanvar ayında Koziello Bundesliqa təmsilçilərindən olan Köln klubu ilə 2022-ci ilə kimi 4,5 illik müqavilə imzalamışdır. Nitsa klubu bu transferdən €3.3 milyon əlavə pul əldə etmişdir.
Vinsent Qallo
Vinsent Qallo (ing. Vincent Gallo, 11 aprel 1961, Buffalo, Nyu-York ştatı) — ABŞ aktyoru, rejissoru, ssenaristi, prodüserü, operatoru və kinokompozitoru. Rejissorluqda "Buffalo-66" (1998) filmi ilə debüt edib. == Həyatı == Nyu-York ştatının Buffalo şəhərində anadan olmuşdur. Valideynləri siciliya köçkünləri olmuşdur. Hər ikisi bərbər olaraq işləyirdi və atası sonra "qumarbaz" olmaq üçün təqaüdə çıxdı.
Vinsent Yansen
Vinsent Petrus Anna Sebastyan Yansen (15 iyun 1994, Xes[d], Şimali Brabant) — Türkiyə Super Liqası təmsilçilərindən olan Fənərbaxça klubunda çıxış edən hollandiyalı peşəkar futbolçudur. == Karyerası == Yansen əsasən hücumçu mövqeyində çıxış edir. 23 yaşlı futbolçu peşəkar karyerasına Hollandiyanın "Almere Siti" klubunda başlayıb, daha sonra "AZ Alkmaar", İngiltərənin "Tottenhem Hotspur" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu "Fənərbaxça" klubuna transfer olunub. Hollandiya milli komandasıyla 15 oyuna çıxan Yansen 7 qolla yadda qalıb.
Öpsən (konsert)
== Konsert haqqında == 20 iyun 2007-ci ildə Aygün Kazımovanın "Tofiq Bəhramov adına Respublika Stadionunda" keçirilən solo konsertidir. Konsertdə Aygün Kazımovanın qızı İlqarə Kazımova və Aygün Kazımovanın duet ortağı Namiq Qaraçuxurluda mahnı ifa etmişdir. Aygün Kazımova ən sevilən hitlərini yeni oranjemanda dinləyicilərə təqdim etmişdir.
İşemik insult
İşemik insult – qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir. == Təsnifat == === XBT-10 üzrə təsnifat === I63 Beyin infarktı I63.0 Preserebral (ekstrakranial) arteriyanın trombozu səbəbli beyin infarktı I63.1 Preserebral (ekstrakranial) arteriyanın emboliyası səbəbli beyin infarktı I63.2 Preserebral (ekstrakranial) arteriyanın dəqiqləşdirilməmiş tıxanması yaxud stenozu səbəbli beyin infarktı I63.3 Beyin arteriyalarının trombozu səbəbli beyin infarktı I63.4 Beyin arteriyalarının emboliyası səbəbli beyin infarktı I63.5 Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanması və yaxud stenozu I63.6 Beyin venalarının qeyri-piogen trombozu səbəbli beyin infarktı I63.8 Başqa səbəbli beyin infarktı I63.9 Dəqiqləşdirilməmiş beyin infarktı I64 Qanaxma və ya infarkt kimi dəqiqləşdirilməmiş insult I65 Preserebral (ekstrakranial) arteriyaların infarkta səbəb olmayan trombozu və ya stenozu I66 Serebral arteriyalarının beyin infarktına səbəb olmayan trombozu və ya stenozu G45 Keçici (tranzitor) serebral işemik həmlə G46 Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları === Etiopatogenetik təsnifat === Etiopatogenetik cəhətdən işemik insultun 5 əsas yarımtipini fərqləndirirlər (TOAST təsnifatına görə): İri arteriyaların aterosklerozu nəticəsində baş verən insult. Kardioembolik insult. Kiçik çaplı (kalibrli) arteriyaların okklüziyası nəticəsində baş verən insult (lakunar insult), hansı ki, ən çox arterial hipertenziya nəticəsində yaranır. Digər məlum etiologiyalı insult: qeyri-aterosklerotik vaskulopatiyalar və arteriitlər – serebral damarların disseksiyası, Moya-moya xəstəliyi, fibroz-əzələ displaziyası və s., infeksion, autoimmun, dərman arteriitləri; hematolojı xəstəliklər – antifosfolipid anticisimlər sindromu, C, S proteinlərinin defisiti, antitrombin 3 defisiti, leykemiya, polisitemiya, trombositoz, trombositopenik purpura, oraqvari-hüceyrə anemiyası, miyelom xəstəliyi, Valdenstrem makroqlobulinemiyası, krioqlobulinemiya; peroral kontraseptivlərin, antifibrinolitik preparatların, K vitamininin, simpatomimetiklərin qəbulu nəticəsində; digərləri – venoz sinusların trombozu, miqren, hemodinamik insult və s. Naməlum etiologiyalı insult. == Patofiziologiya == Beyin qan axımı həcminin azalması beyin toxumasına oksigen və qlükoza daxil olmasının xeyli məhdudlaşmasına gətirib çıxarır. Qan axımının daha qabarıq şəkildə azaldığı beyin hissəsi çox tezliklə, 6-8 dəqiqə ərzində dönməz (sağalmaz) dərəcədə zədələnir ("özək" və ya işemiyanın "nüvə" zonası).
Vinsent Qlojnik
Vinsent Qlojnik (slovak. Vincent Hložník) — Slovak rəssamı, qrafikaçı, illüstrator, heykəltaraş və müəllim, Ferdinand Qlojnikin qardaşı. O, Slovakiya təsviri sənətinin ən mühüm nümayəndələrindən biri, İkinci Dünya müharibəsi rəssamları nəsli, ekspressionizmin nümayəndəsidir. O, dünya və milli ədəbiyyatın yüzdən çox əsərini illüstrasiya edib. Əsərlərində əsasən İkinci Dünya müharibəsi hadisələrinə reaksiya verib. O, bu barədə 1994-cü ildə Bratislavada Slovakiya Televiziyası tərəfindən çəkilmiş "Profillər" seriyasından "Vinsent Qloznik" sənədli filmində danışır (ssenarisi Tatyana Sinekova, rejissor Fyodor Bartko). Vinsent Qlojnik uşaqlığını keçirdiyi sahildə Vah çayı boyunca Zilinadan təxminən on kilometr aşağıda yerləşən Svedernik kəndində anadan olub. Ailədə beş uşaq olan Vinsent Qlojnik, onların arasında ən böyüyü idi. Uşaq ikən rəsm çəkməyi çox sevirdi və on dörd yaşından əsərlərinə imza atmağa başlayır. O, Svedernik bələdiyyə məktəbində oxuyub, burada istedadını rəssamlıq müəllimi Zdenek Balaş kəşf edib.
INSEAD
INSEAD ( Institut européen d'administration des affaires ), Fontainebleau, Abu Dabi və Sinqapurda kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1957-ci ildə qurulan məktəb. INSEAD, Financial Times tərəfindən 2019-cu ildə Avropa Biznes Məktəbləri arasında 5-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur . Məktəbin məzunları arasında Johann Schneider-Ammann, Semih Yalman, Filip Parker kimi adlar vardır. == Xronologiya == 1957: INSEAD, ABŞ xaricində ilk biznes məktəbi olaraq quruldu 1959: Fontainebleau-da ilk MBA qəbulu və bir illik MBA proqramı təqdim edən ilk biznes məktəbi 1960: İlk MBA sinif məzunları 1967: Fontainebleau Meşəsinin kənarında (indi 'Avropa Kampusu' adlanır) məktəbin ilk kampusunun açılışı 1971: Fontainebleau'daki INSEAD'ın yanında bir ərazidə Avropa Davamlı Təhsil Mərkəzi olan CEDEP'nin yaradılması 1976: INSEAD Məzunları Fondunun fəaliyyətə başlaması 1980: INSEAD Euro-Asia Center Fontainebleau'da açılır 1983: MBA proqramı ikili qəbuluna başlayır (yanvar və sentyabr aylarında) 1987: INSEAD-Fundação Dom Cabral tərəfdaşlığının elan edilməsi 1989: Doktorantura proqramının başlanması 2000: Sinqapurda açılan Asiya Kampusu ilə bir çox qitədə tam kampusları olan ilk biznes məktəbi 2001: INSEAD-Wharton İttifaqının və ilk MBA iştirakçı mübadilələrinin elanı 2003: İcraçı MBA proqramının başlanması 2010: INSEAD-in Əbu-Dabi Mərkəzi Kampus statusuna qovuşdu (Orta Şərq Kampusu) 2012: Maliyyə ixtisası üzrə magistr dərəcəsi 2013: CEIBS ilə MBA iştirakçısı mübadilə müqaviləsi başladıldı 2015: Sinqapurda Liderlik İnkişaf Mərkəzinin açılışı 2016: Financial Times 2016 reytinqində MBA, Executive MBA (Tsinghua-INSEAD EMBA) və Single School Executive MBA (INSEAD GEMBA) — reytinqlərdə ‘üçlü birinci’ əldə edən ilk və yeganə biznes məktəbi.
Insecta
Həşəratlar (lat. Insecta) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. Həşəratların 1 milyona yaxın növü məlumdur. Yer kürəsinin demək olar ki, hər bir ekosistemində mövcuddur. Heyvanlar aləminin təqribən 80%-ni təşkil edən həşəratlar 30-a qədər dəstəni əhatə edir. Ənənəvi təsnifata uyğun olaraq çoxayaqlılarla birlikdə traxeyatənəffüslülər yarımtipinə aiddir. == Ümumi məlumat == Zooloji nomenklaturanın Beynəlxalq kodeksi növ, cins, fəsilə və onlar arasındakı adlara tətbiq olunur, lakin Insecta kimi qeyri — tipik adlara tətbiq olunmur. Bunun nəticəsində elmi ədəbiyyatda "İnsecta" termini müxtəlif taksonlar üçün istifadə edilmişdir. Aristotelin dövründən bu ad quru buğumayaqlılarına (altıayaqlılar, hörümçəkkimilər və s.) tətbiq edilir, lakin xərçəngkimilər üçün istifadə edilmirdi. Linney isə xərçəngkimiləri də İnsectaya aid etmişdi.
INSEE
INSEE (fr. codes Insee və ya codes INSEE) — Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut National de la Statistique et des Études Économiques) tərəfindən verilən rəqəmli və ya hərf-rəqəmli kod. == Rəsmi coğrafi kod == INSEE tərəfindən Fransa kommunalarının coğrafi kodları müəyyən edilir. Məsələn, Mets şəhəri INSEE 57463 kodunu daşıyır. Burada, 57 — Mozel departamentinin nömrəsi, 463 isə Mets şəhərinin əlifba sırası ilə nömrəsidir. == Sosial sığorta nömrəsi == Fransada hər anadan olmuş adama 15 rəqəmli sosial sığorta nömrəsi verilir. Bu kodun izahı aşağıdakı kimidir.