Qlobal İnternet Siyasəti Təşəbbüsü
GIPI – Global Inrnet Policy Initiative (tərcüməsi: Qlobal İnternet Siyasəti Təşəbbüsü) — Demokratiya və Texnologiya Mərkəzi ilə İnternyus təşkilatının birgə həyata keçirdiyi layihədir.
Dünyanın bir sıra ölkələrində bölmələri olan GIPI layihəsi bir sıra beynəlxalq qurumlarla və eləcə yerli dövlət qurumları və qeyri hökumət təşkilatları ilə əməkdaşlıq edərək
Qlobal informasiya infrastruktkrunun tərkib hissəsi kimi İnternet seqmentinin inkişafınıa köməklik edir;
İnternetin inkişafına şərait yaradacaq və informasiya kommunikasiya texnoloqiyalarını təmzimləyən milli normativ-hüquqi bazanın müəyənləşdirilməsi,təhlili və mövcud olan qanunvericiliyin ümumi qəbul olunmuş beynəlxalq norma və prinsiplərinə uyğunlaşdırılması (yaxınlaşması) üzrə tövsiyələr hazırlanması prossesində aktiv iştirak edir;
İnternetin inkişafı siyasətinə dəstək vermək üçün yerlərdə internet xidmətlərini göstərən provayderlərin və istifadəçilərin təşkilatının yaradılması və onun işində aktiv iştirak edir;
Yerlərdə İnternetin vəziyyəti və inkişaf meyyarlarını tədqiq edir və müvafiq təkliflər irəli sürür;
İnternetin inkişafını koordinasiya edən dövlət qurumu İnternet sahəsində fəaliyyət göstərən qurumlarla işin əlaqələndirilməsi üzrə iş aparır;
İnternet sahəsində qanunvericilik normativ-hüquqi aktlarıe layihələrinin hazırlanmasında iştirak etmək;
İnterneti inkişafına şərait yaradacaq hüquqi və tənzimləyici normaları müəyyənləşdirir və inkişaf etdirir.
Yerlərdə İnternet siyasətini həyata keçirəcək mütəxəssisləri tam ştatla işə cəlb edir;
İnternet sahəsində çalışan işgüzar, hökumət və qeyri-hökumət peşakarlarıylə iş qrupları qurur
Müstəsna şəkildə müstəqil, açıq İnternet üzrə bazara davamlı mütəxəssisləri yetişdirir.
Qanunvericilik təkliflərini nəzərdən keçirir və şərh edir.
Təxminən 20 ölkədə fəaliyyət göstərərək GİPİ İnternet siyasətinin inkişafı prosesində yerli vasitəçilərə resurs xidməti göstərir. Layihənin məqsədi İnternet biznesində sağlam rəqabətin əsaslarının, telekommunikasiya sahəsində şəbəkələrin, universal xidmətlərin yaradılmasında, bazar məsələlərinin həllində, telekommunikasiya sahəsində özəlləşdirmədə, ,internet sahəsində dövlət nəzarətin keçirildiyi zamanı istifadəçilərin hüquqlarının mühafizəsi prosesinin aşkarlıqı və proqnozlaşdırmanı inkişaf etdirməkdir. GİPİ proqramında əsas işçilər ölkə üzrə koordinatorlardır
ki, onlar açıq İnternetin inkişafına kömək edən sağlam siyasətin işlənib hazırlanmasında yerli vasitəçilərə kömək edirlər.
31 mart 2001-ci ildən fəaliyyətə başlayıb və layihənin koordinatoru Yaşar Hacıyevdir. 2002-ci ilin aprel ayında layihədə İKT məsələləri üzrə hüquqi ekspert vəzifəsi təsis edilib və həmin vəzifəni Akif Əliyev icra edir. Azərbaycan Respublikasında İKT-ın hüquqi nizamasalınmasının yaxşılaşdırılması üzrə GİPİ layihəsinin reallaşdırılması yerli və beynəlxalq ekspertlərin fəal iştirakı ilə həyata keçirilir.