Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İltihab
İltihab (lat. inflammatio) yerli və ümumi patoloji prosess, və ya patoloji qıcıq və təsirlərin nəticəsində orqanizmin hüceyrə strukturlarının zədələnməsinə qarşı bir reaksiyadır.Normal halda immun sisteminin hüceyrələri toxuma hüceyrələrinin bütün hissələrində səpələnmiş vəziyyətdə olur .Əgər orqanizmin müəyyən sahəsində yoluxma mərkəzi yaranırsa immun sisteminin hüceyrələri və onların sintez etdikləri faktorlar həmin sahədə cəmlənirlər .Bunu təmin edən proseslərə ilktihab reaksiyaları deyilir .İltihab prosesi üçün 3 əsas əlamət xarakterikdir : yoluxmuş sahənin qanla təchizatının güclənməsi endotelial hüceyrələrin yığılması nəticəsində kapilyarların keçiriciliyinin artması leykositlərin venullardan ( venoz kapilyarlardan) yoluxma sahəsinə doğru miqrasiyası.İltihabın ilk mərhələlərində buraya neytrofillər , sonra isə monositlər və limfositlər toplanırlar .Yoluxmanın tipindən asılı olaraq patogenə qarşı müxtəlif cür immunoloji reaksiyalar yaranır:1.Hüceyrəxarici patogenlərə yoluxma zamanı immun sisteminin mübarizəsi bilavasitə bu patogenlərin məhv olmasına və onların toksiki məhsullarının təsirinin neytrallaşdırılmasına yönəlir . Bu Bu prosesdə əsas işi komplement sistemi və faqositar hüceyrələr yerinə yetirir . Anticisimlər isə köməkçi və neytrallaşdırıcı funksiyanı yerinə yetirir. Hüceyrədaxili patogenlərə qarşı mübarizənin isə 2 alternativ üsulu mövcuddur : 1.yoluxmuş hüceyrənin T sititoksiki limfositlərlə məhvi 2 .T helperlər tərəfindən makrofaqların aktivləşdirilməsi . Qədim Roma yazıçısı Avl Korneliy Sels ilk dəfə iltihabın xarici əlamətlərini təsvir etmişdir: lat. rubor — "qızartı", qızarma, eritema lat. tumor — "şiş", şişginlik lat. calor — "hərarət", yerli (nahiyyənin) hərarətin(in) qalxması lat. dolor — "ağrı", nahiyyədə ağrılarDoplin Klavdi Qalen (eramızın 130-200 cü illəri) bu əlamətlərə lat.
İnqilab
İnqilab (ər. "çevriliş", "dəyişiklik"; lat. "revolutio" - "çevriliş", "dəyişiklik") — təbiətdə, cəmiyyətdə, təfəkkürdə əvvəlkinə nisbətən radikal, köklü, keyfiyyət dəyişiklikli keçid. İnqilab inkişafdakı keyfiyyət dəyişikliyidir. Bir qayda olaraq islahatların ya keçirilmədiyi və ya az keçirildiyi həlqələrdə baş verir.
İntibah
İntibah — müəyyən qədim mədəniyyətin tarixin müəyyən aralığında sanki yenidən dirçəlməsi, oyanması hadisəsi. Hər hansı xalqın və ya yaxın mədəniyyətə məxsus xalqların inkişafında parlaq dövr. "İntibah" kəlməsi ərəb mənşəlidir. Elmin və incəsənətin çiçəkləndiyi Avropa İntibah dövrü, Müsəlman İntibahı, Azərbaycan İntibahı və bir çox digər İntibah dövrləri mövcuddur. Bunlar arasında ən geniş yayılmış, öyrənilmiş olan Avropa İntibah dövrü və ya Renessansdır.
İntihar
İntihar — qəsdən özünün ölümünə səbəb olan hərəkətdir. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. == Anlayışlar == == Risk faktorları == === Psixi xəstəliklər === === Əvvəlki cəhdlər və özünə zərər === Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. === Maddə istifadəsi === === Qumarbazlıq === Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.
İntizar
İntizar — Türkiyəli müğənni . Kürd əsilli Türkiyə vətəndaşıdır . == Həyatı == İntizar 1974-cü ildə Türkiyənin Tunceli vilayətində anadan olmuşdur .
İztirab
İztirab — müxtəlif fəlsəfi və dini sistemlərə mövzu meydana gətirmiş, mistisizm, ezoterizm və spiritualizmdə əhəmiyyət verilən və ruhi inkişafı provayderi, təlimçi xüsusiyyəti ilə ələ alınan bir anlayışdır.
Azərbaycanda intihar
Azərbaycanda intihar — == Arxa plan == === Ölkə qanunvericiliyi === === Dini fikirlər === VIII əsrdən Azərbaycanda yayılmış İslam dinin müqəddəs kitabında qeyd edilir: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!" (Ən-Nisa surəsi) Əbu Hüreyrə başqa bir rəvayətlə Məhəmməd peyğəmbərin belə dediyini nəql edib: "Özünü boğub intihar edən Cəhənnəmdə də boğar. Özünə bir şey batırmaqla intihar edən həmin şeyi Cəhənnəm atəşində də özünə batırar. Özünü hündür bir yerdən atıb intihar edən Cəhənnəmdə də özünü atar". Şərqi pravoslav kilsəsinə görə intihar Tanrının fiziki həyat hədiyyəsinin rəddi hesab edilir. Roma-Katolik kilsəsi teologiyasına görə intihar "Öldürməyin" əmrinə zidd olan günahdır. == Statistika == === Ölkə statistikası === Ölkədə kəndlərə nisbətən şəhərlərin, əsasən də Bakının intihar payı digər yerlərdən daha çoxdur (2013-cü il məlumatı). Mütəxəssislərə görə rəsmi statistikada qeyd edilən rəqəmlər əslində “daha yüksək” olmalıdır, çünki intihar hadisələri adətən ailələrin açıqlamaq istəmədiyi mövzulardandır.Psixoloq Elnur Rüstəmova görə insanlar daha çox diqqət cəlb etmək üçün “göstərişli intiharlara” əl atır. Səbəblər ailədaxili konfliktlər, sosial qayğılar və psixoloji xəstəliklərdir.
Ağ inqilab
Ağ inqilab - İranda Məhəmməd Rza Pəhləvinin təşəbbüsü ilə keçirilən islahat. "Ağ inqilabın" əsasını torpaq islahatı təşkil edirdi. 1962 ilin yayında A.Əmini istefaya gedəndən sonra A.Aləm hökuməti şahın sərəncamı ilə 6 qanun layihəsi hazırlayır. 1) Bütün ölkədə torpaq islahatının keçirilməsi. 2)meşələrin milliləşdirilməsi. 3)torpaq islahatını maliyələşdirmək üçün dövlət zavodlarının və fabriklərinin satılması. 4)məclisə seçkilərin keçirilməsi qaydasının dəyişdirilməsi. 5)işçilərin müəssisələrin gəlirlərində iştirakı 6) Kənd yerlərində savadsızlıqla mübarizə üçün "Maarif korpusunun" yaradılması. Torpaq qanununa görə iri mülkədarlar ancaq, kənd təsərüfatı maşınlarının və muzdlu əməyin istifadəsi şərti ilə 500 hektara qədər torpaq öz mülkiyətində saxlaya bilərdi. Qalan torpaqlar torpaq fonduna daxil olurdu.
Diplomatik İnqilab
Diplomatik İnqilab — 1756-cı ildə, Avropada o vaxta qədərki ittifaqların dağılaraq yenilərinin qurulması hadisəsi. == Düşmənliklər == === İngiltərə- Fransa === İngiltərə - Fransa düşmənçiliyinin kökləri orta əsrlərə qədər gedib çıxır. XVIII əsrə gəlindiyində başda Amerika olmaq üzrə bir çox qitələrdə müstəmləkəçilik uğrunda yarışa başlayan bu iki ölkə arasında dəniz müharibələri baş verirdi, bu da qitədəki diplomatiyaya təsir edirdi. === Avstriya-Prussiya === Avstriya parçalanmış halda olan alman dövlətlərini əlinin altında tutmağa çalışırdı və bunun üçün tarixi haqlarından istifadə edirdi. Yeni-yeni böyüməkdə olan Prussiya isə kiçik dövlətləri tutaraq Avstriyanın dominantlığını təhdid edirdi. Bu iki dövlətin mənafeləri Sileziyada toqquşanda isə diplomatiya çıxılmaz vəziyyətdə qaldı. == Köhnə ittifaqlar == === İngiltərə - Avstriya === İngiltərənin quru qoşunları Fransa ilə başa çıxa bilməzdi. Buna görə də İngiltərə qitədə böyük bir hərbi gücə sahib olan Avstriya ilə yaxınlaşdı. Avstriya bütün hərbi qüvvəsini Prussiya sərhədinə yığa bilmirdi, çünki qərbində Fransa təhdidi vardı. Fransa ilə Osmanlı arasındakı ittifaq da Osmanlının düşməni olan Avstriyanı sıxışdırmaqda idi.
Elektrik intiqal
Elektrik intiqalı — elektrik enerjisini mexaniki enerjiyə çevirən və həmin çevrilmiş enerjinin idarə olunmasını təmin edən elektromexaniki qurğuya deyilir. Elektrik intiqalı əsas etibarı ilə istehsal mexanizmlərinin hərəkət etməsi üçün tətbiq olunur. Onun struktur sxemi belədir: M -> ÖM -> İO. Burada M - mühərrik, ÖM - ötürücü mexanizm, İO - işci orqandır. Elektrik intiqalının elektrik hissəsi mühərrikdən və elektrik aparatlarından ibarətdir. Onun mexaniki hissəsi isə işçi orqanın xarakterindən asılı olaraq çarx qolu, sürgü qolu, reduktor, hərəkəti təmzimləyən sürət qutusundan və s. ibarətdir.
Elmi inqilab
Elmi inqilab müasir elmin əsasını qoymuş, elm tarixinin erkən dövründən davam edən riyaziyyat, fizika, kosmologiya, biologiya, tibb və kimya sahələrində yaşanan düşüncə və doktrin inqilablarıdır . İntibah dövrü Avropada çiçəklənən dəyişmə bu gün də davam etməkdədir. Nikolay Kopernikin 1543-cü ildə yayımlanan göy kürələrinin hərəkətləri üzərinə adlı əsəri ilə Andreas Vezali tərəfindən yazılan De humani corporis fabrica elmi inqilabın başlanğıc nöqtəsi olaraq qəbul edilməkdədir. == İstinadlar == == Həmçinin bax == Grant, E. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge Univ. Press. 1996. ISBN 0521567629. Hannam, James. The Genesis of Science.
Kütləvi intihar
Kütləvi intihar – çoxlu sayda insanın birlikdə və ya eyni səbəbdən ayrı-ayrı yerlərdə kütləvi formada intihar etməsi. Kütləvi intihar hallarına tarixdə nadir hallarda rast gəlinsə də, bir çox nümunəsi mövcuddur. == Önəmli kütləvi intihar nümunələri == Eramızdan əvvəl 133-cü ilə baş vermiş Numantiya mühasirəsi zamanı, numantiyalılar təslim olmağın əvəzinə kütləvi intihar etmək yolunu seçmişdir. 1336-cı ildə Litvada yerləşən Pilenayi qalası Tevton ordeninin cəngavərləri tərəfindən mühasirəyə alınmışdır. Knyaz Margiris özünü və adamlarını müdafiə edə bilməyəcəyini başa düşəndə, düşmənin əlinə heç bir şeyin keçməməsi məqsədi ilə qalanı oda vermiş, özü və əsgərləri ilə birlikdə kütləvi intihar etmişdir. 1945-ci ilin aprel və may aylarında Almaniyanın şimalında yerləşən Demmin şəhərində yaşayan 900 nəfərə yaxın sakin Sovet ordunsunun əlinə keçməmək məqsədi ilə kütləvi intihar etmişdir. 1978-ci ildə Qayananın şimalında Cim Cons rəhbərliyindəki Xalqlar məbədi tərəfindən yaradılmış Constaun şəhərciyindəki 918 nəfər dini baxışları səbəbindən kütləvi intihar etmişdir.
Məxməri inqilab
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Narıncı inqilab
Narıncı inqilab — 2004-cü ilin noyabr-dekabr aylarında Ukrayna prezidentliyinə namizəd Viktor Yuşenkonun tərəfdarlarının digər namizəd Viktor Yanukoviçin qeyri-qanuni prezident elan edilməsinə qarşı keçirdikləri və kütləvi çıxış, mitinq, piket, tətil və digər vətəndaş itaətsizliyi ilə müşahidə edilən etiraz aksiyaları. Petro Narıncı İnqilabın iştirakçısı olub. O deyir ki, Maydan müqəddəsdir: “Bütün dünya Kiyevdəki Narıncı İnqilab haqda bilir. Ancaq indi hər şey əvvəlki vəziyyətə qayıdıb.
Nəğməli inqilab
Nəğməli inqilab (est. laulev revolutsioon; latış. dziesmotā revolūcija‎; lit. dainuojanti revoliucija; rus. Поющая революция) — Soyuq müharibənin sonunda Baltikyanı ölkələrin – Estoniya, Latviya və Litvanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa etmələri ilə nəticələnən hadisələri bildirmək üçün istifadə olunan ifadə. Bu termin Estoniyalı fəal və rəssam Hayns Valk tərəfindən 1988-ci ildə iyunun 10-dan 11-nə keçən gecə Tallin Mahnı Festivalı Meydanında kortəbii surətdə baş tutan və mahnılarla müşayiət olunan kütləvi nümayişlərdən bir həftə sonra nəşr olunmuş məqalədə irəli sürülmüşdür. Sonralar hər üç ölkə 2004-cü ildə Avropa İttifaqı və NATO-ya üzv olur. == Zəmin == İkinci Dünya müharibəsindən sonra Baltikyanı ölkələr əvvəlcə 1940-cı ildə, daha sonra isə 1944-cü ildə işğal və ilhaqdan sonra tam şəkildə SSRİ-nin tərkibinə daxil edildi. Mixail Qorbaçov 1985-ci ildə uğursuz Sovet iqtisadiyyatını stimullaşdırmaq və xüsusilə də istehlak malları, kooperativ biznesin liberallaşdırılması və xidmət iqtisadiyyatının genişləndirilməsi sahələrində məhsuldarlığı təşviq etmək ümidi ilə "qlasnost" (aşkarlıq) və "perestroyka" (yenidənqurma) siyasətini tətbiq etdi. Qlasnost islahatı Sovet İttifaqında siyasi azadlıqlara qoyulan məhdudiyyətləri ləğv etdi, hansı ki bu məhdudiyyətlər 1940-cı illərdə müharibə zamanı işğal edilən ərazilərdəki qeyri-rus xalqlarında problemlərə gətirib çıxarmışdı.
Permanent inqilab
Permanent inqilab — periferik və zəif inkişaf etmiş ölkələrdə inqilabi proseslərin inkişafı haqqında nəzəriyyə. Nəzəriyyə əvvəlcə Lev Trotski tərəfindən “Permanent inqilab” əsərində, habelə Ernest Mandel və digər marksist nəzəriyyəçilər (Maykl Levi, Cozef Hansen, Livio Maitan kimi trotskist müəlliflər) tərəfindən təklif edilmiş və daha da inkişaf etdirilmişdir. == Ədəbiyyat == Л. Троцкий. Перманентная революция. Сборник. — М.: «Аст», 2005. Л. Троцкий. История русской революции: В 2 т. — М.: «Терра», «Республика», 1997. Перманентная революция от Маркса до Маркузе = Permanente Revolution von Marx bis Marcuse : сб.
Qazaxıstanda intihar
Qazaxıstanda intihar — ölkədə qeyri-təbii ölümün ümumi səbəbi və uzun müddətli bir sosial problemdir. Ümumdünya Səhiyyə Təşkilatının 2011-ci il hesabatına görə, dünyada hər il intihar səbəbindən ölənlərin sayının 3.23% -i Qazaxıstana aiddir. Yeniyetmə və gənc yaşlıların intiharı ölkədə böyük bir problemdir. Qazaxıstanda bütün ölümlərin 12,2% -ni intihar təşkil edir. == Ümumi məlumat == Qazaxıstandakı Psixoanalistlər Assosiasiyasının prezidenti Anna Kudiyarova deyir ki, əksər hallarda kişilər özünü asaraq öldürürlər. Qadınlarda, dərman həbləri apteklərdə mövcud olduğu üçün ilk növbədə gəlir. Silahlı intihar hərbçilər və polislər arasında geniş yayılmışdır . Tez-tez orduda intihar səbəbi təhlükəlidir. == Statistika == 15 yaşdan 19 yaşa qədər qızlar arasında ölkədə qeydə alınan intiharların sayı ən yüksəkdir və oğlanlar üçün bu, Rusiyadan sonra ikinci ən yüksəkdir. UNİCEF-in 2009-cu il hesabatında 1999-2008-ci illər arasında ölkə gəncləri arasında intihar hadisələrinin sayının 23% artdığı göstərilir.
Rəngli inqilab
Rəngli inqilab (ing. Colour revolution) — Dünya KİV-ləri tərəfindən Postsovet məkanı və Balkan yarımadasında erkən 2000-ci illərdə müxtəlif əlaqəli hərəkatları xarakterizə etmək üçün istifadə olunan termindir. Termin həmçinin Yaxın Şərq daxil olmaqla bir sıra başqa inqilablara da tətbiq edilmişdir.
Seksual inqilab
Seksual inqilab (ing. Sexual revolution) - 1960-1980-ci illərdə ABŞ-də sosial hərəkat. == Tarixi == Termin ilk dəfə Vilhelm Rayx tərəfindən 20 əsrin əvvəllərində işlənmişdir, lakin bu anlayışla bağlı əsas hadisələr 60 illərin sonlarında 70 illərdə baş vermişdir. 20 əsrə qədər seksuallıqla bağlı anlayışlar dinlə bağlı idi. 1960-cı illərin sonlarında Amerikada və Fransada güclü seksual qurtuluş hərəkatı başladı. Müharibədən sonra doğulan nəsil, artıq köhnə mənəvi qaydalara tabe olmaq istəmirdi. Tibbdə yeni ixtiralar kontrasepsiyanı və abortları asanlaşdırdı. Amma "seksual inqilab" həm sosial etiraz forması idi. Özünü doğrultmayan və insanları fəlakətlərdə qurtara bilməyən köhnə mənəvi dəyərlər şübhə altına alınmağa başladı. Əslində bu prosses həmin bu anlayışın ilk işlənməsi tarixindən başlamışdı 20 illərdən, bir az da irəliyə getsək, qadın və kişi bərabərliyi həmişə, xüsusi ilə burjua inqilabları dövründə, bu və ya digər dərəcədə, zamanın tələbinə uyğun həllini tələb edib.
Yaşıl İnqilab
Yaşıl inqilab termini ilk dəfə 1968-ci ildə ABŞ BİA-nın keçmiş direktoru Vilyam Qaudom tərəfindən daxil edilmişdi . Yaşıl inqilabın əsası 1943-cü ildə Meksikada hökumətin və Rokfeller Fondunun kənd təsərrüfatı proqramını irəli sürməsiylə qoyulmuşdu. 1951-1956-cı illər arasında Meksika özünü taxılla tamamilə təmin etdi və taxıl ixracına başladı. Bu illər arasında taxılın məhsuldarlığı 3 dəfədən çox artdı.
Yüksək İntibah
Yüksək İntibah — ənənəvi olaraq 1490-cı illərdən etibarən İtaliya İntibah tarixində bir dövr, Leonardo da Vinçinin Son Şam yeməyi freskasının meydana çıxma vaxtı və Florensiyada Lorenzo de Medicinin ölümü, 1527-ci ildə Roma tərəfindən imperator Çarlzın qoşunları tərəfindən talan edilməsindən əvvəl adı ilk olaraq alman dilində ortaya çıxdı (Hochrenaissance) XIX əsrin əvvəllərində sənət tarixçisi İoqam İoahim Vinkelman tərəfindən təqdim olunan rəsm və heykəltəraşlıqda "yüksək üslub" anlayışından irəli gəlir. Hal-hazırda, "Yüksək İntibah" adı akademik ictimaiyyət tərəfindən bədii inkişafın təhlilini sadələşdirmək, tarixi kontekstə məhəl qoymamaq və yalnız bir neçə seçilmiş sənət əsərinə yönəltmək üzündən şübhə ilə qəbul edilir. Yüksək İntibah adətən, Roma Papası II Yuliyin dövründə İtaliya şəhərlərində, xüsusən Papa Dövlətlərinin paytaxtı Romada bədii yaradıcılığın müstəsna yüksəlişinin nisbətən qısa 30 illik dövrünə aiddir. Yüksək İntibah dövrünün başlanğıcı və sonu tarixləri bir-birindən fərqlənir və ümumiyyətlə ən məşhur nümayəndələrin — ilk növbədə Leonardo da Vinçi, erkən Mikelancelo və Rafael Santinin yaranma vaxtını başa düşürlər.Yüksək İntibah dövrünün təsviri sənəti klassik ənənəyə vurğunu yeniləmək, himayəçilik institutunu genişləndirmək və sonradan manyerizm üslubu adlandırılan təsvir texnikalarının tədricən ortaya çıxması ilə İntibah dövrünün ümumi mədəniyyətindən fərqlənir. Corco Vazarinin təklif etdiyi sənət tarixinin modelinə görə, Fra Bartolomeo və ya Mariotto Albertinelli kimi daha az əhəmiyyətli sənətkarlar kompozisiya və qüsursuz texnikanın harmoniyası üçün hələ də yüksək qiymətləndirilən sənət əsərlərini yaratdıqları zaman Yüksək İntibah yaradıcı dahinin partlayışı hesab edildi. Mikelancelo və Rafaelin vatikan əsərlərinin nümunəsində Yüksək İntibah dövrünün təsviri sənətinin əsas xüsusiyyətlərini — iddialı tərəzi yüksək kompozisiya mürəkkəbliyi, insan orqanizmini yaxından araşdırmaq, klassik antik dövrlərə aid ikonoqrafik və bədii istinadlar ilə birləşdirmək olar. Son illərdə sənət tarixçiləri Yüksək İntibah dövrünü bir dövr deyil, bir istiqamət olaraq xarakterizə etdilər — XV əsrin sonu — XVI əsrin əvvəllərinə aid sənətə bir neçə eksperimental yanaşmadan biri, bunları mühafizəkar kimi şərh etmək olar; gözəlliyin yeni qavrayışı kimi; dövrün ədəbi dəbi ilə əlaqəli eklektik təsvirlərin sintezi kimi; görüntülərin yeni şərhləri və mənaları kimi izah olunur. == İstinadlar == == Ədəbiyyat == Алпатов М. В. Высокое Возрождение // Всеобщая история искусств. II. Искусство эпохи Возрождения и Нового времени. М.—Л.: Искусство.
İftixar Abbasov
Abbasov İftixar Balakişi oğlu (29 oktyabr 1966, Lənkəran rayonu) — Texnika elmləri doktoru, professor. Cənub Federal Universitetinin Taqanroq Texnologiya İnstitutunun mühəndis qrafikası və kompüter dizaynı kafedrasının müdiri. == Həyatı == İftixar Abbasov 1966-cı il oktyabrın 29-da Azərbaycan Respublikasının Lənkəran rayonunun Daşdalıqcar kəndində anadan olub. 1988-ci ildə İ.Abbasov Taqanroq Radiotexnika İnstitutunu “elektrohidroakustika və ultrasəs texnikası” ixtisası üzrə bitirib. 1989-1993-cü illərdə Taqanroq Radiotexnika İnstitutunun elektrohidroakustika və ultrasəs texnikası kafedrasında baş laborant, mühəndis, laboratoriya müdiri vəzifələrində işləyib. 1993-1996-cı illərdə Taqanroq Dövlət Radiotexnika Universitetinin (TDRU) aspirantı, Soros Fondunun və Universitetin Elmi Şurasının təqaüdçüsü olub. 1996-cı ildə aspiranturanı bitirdikdən sonra TDRU-nun mühəndis qrafikası kafedrasının assistenti vəzifəsinə qəbul edilib. 1997-ci ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.1998-2013-cü illərdə İ.Abbasov mühəndis qrafikası və kompüter dizaynı kafedrasının dosenti vəzifəsində işləyib, 2000-ci ildə dosent elmi adı alıb. 2012-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 2013-cü ildə mühəndis qrafikası və kompüter dizaynı kafedrasının müdiri vəzifəsinə seçilib.
İftixar Piriyev
İftixar Fərhad oğlu Piriyev — Azərbaycan aktyoru. == Həyatı == İftixar Piriyev 1960-cı ildə Gürcüstan Respublikasının Qaraçöp mahalında (Saqareco rayonu, Düzəyrəm kəndi) anadan olub. 1977-ci ildə Qaraçöpdə orta məktəbi bitirib. Həmin ildən keçmiş M. A. Əliyev, indiki Ə. Hüseynzadə adına Mədəniyyət və İncəsənət universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. İ. Piriyev 1981-ci ildə Dövlət İncəsənət Universitetinin "Dram və Kino aktyorluğu" fakültəsini bitirmişdir. Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. Burada o, müxtəlif səpgili və xarakterli 30-dan çox obraz yaratmışdır. İ. Piriyevin Akademik Teatrın səhnəsində yaratdığı Edqar (V. Şekspir, "Kral Lir"), Əlibəy (S. Vurğun, "Vaqif"), Niftalı (V. Səmədoğlu, "Yayda qartopu oyunu"), Vəliqulu (Anar, "Sizi deyib gəlmişəm"), Əkbər, Xəzər (N. Xəzri, "Mirzə Şəfi Vazeh", "Gecə döyülən qapılar"), Bayandur (İ. Əfəndiyev, "Büllur sarayda"), bədii film və televiziya tamaşalarında Sərvər (Ə. Əylisli, "Ürək yaman şeydir"), Əsgər (S. Budaqlı, "Közərən evin işıqları"), Əbdül (Ə. Hacızadə, "İtkin gəlin"), Vədad (R. N. Güntəkin, "Dodaqdan qəlbə"), Aslan (B. Vahabzadə, "Yağışdan sonra"), Nofəl (A. Rəhimov, "Canavar balası"), Şef (A. Rəhimov, "Qırmızı qar") kimi obrazlar aktyorun yaradıcılıq bioqrafiyasını təşkil edir. O, müxtəlif ədəbi-bədii verilişlərdə çıxış etmiş, "Ozan" folklor toplusunun aparıcısı olmuşdur. İ. Piriyev 1990-cı ildə özəl Azərbaycan Milli "Dastan" Teatrını yaratmış, onun direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərmişdir.
İnqilab Abbasov
İnqilab Lətif oğlu Abbasov (1929, Sumqayıt) — Azərbaycan Kommunist Partiyası Qazax Rayon Komitəsinin birinci katibi. == Həyatı == 1929-cu ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1952-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1949-cu ildə başlamış, Sovet Ordusunda xidmət etmişdir. 1953-cü ildən artezian quyuları qazma kontorunun kollekturçusu, tikinti təşkilatı siyasi şöbəsinin təlimatçısı, ali partiya məktəbinin müdavimi olmuşdur. 1961-ci ildən Sumqayıt Şəhər Partiya Komitəsinin mühazirəçisi, şöbə müdiri, superfosfsat zavodu partiya bürosunun katibi, Azərbaycan KP MK təşkilat-partiya işi şöbəsinin inspektoru vəzifələrində işləmişdir. 1972-ci ildən Azərbaycan KP Qazax RK-nın birinci katibidir. Azərbaycan SSR Ali Soveti plan-büdcə komissiyasının üzvüdür. Azərbaycan KP MK üzvlüyünə namizəddir. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Marksovka seçki dairəsi). == Mənbə == Ингилаб Ләтиф оғлу Аббасов // Азәрбајҹан ССР Али Советинин депутатлары.
İnqilab Kərimov
İnqilab Kərimov Saleh oğlu (4 aprel 1931, Göyçay rayonu – 22 iyul 2011) — teatrşünas, professor (1988). == Həyatı == İnqilab Kərimov 1931-ci il aprelin 4-də Göyçay şəhərində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra 1948-1953-cü illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır. 1957-ci il noyabrın 25-dən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışan Kərimov burada kiçik elmi işçi, baş elmi işçi (1966-1985) olub. O, as­pi­rant­lıq­dan şöbə mü­diri vəzifəsinədək yük­səlmiş və 1985-ci ildən ömrünün sonu­na­dək institutun Teatr, kino və televiziya şö­bə­sində rəhbər vəzifəsini icra etmişdir.İnqilab Kərimov 1963-cü ildə "Sovet Azərbaycanının gənclər teatrı" adlı namizədlik, 1988-ci ildə "Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)" adlı dissertasiyanı Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi alıb. 1988-ci ildə professor elmi adına layiq görülən İnqilab Kərimov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.İnqilab Kərimov Azərbaycan teatrının tarixinə, teatr sənətinin müxtəlif problemlərinə, tənqidinə və nəzəri məsələlərinə həsr olunmuş yüzlərlə məqalənin, həmçinin 200-ə yaxın elmi əsərin, habelə 25 monoqrafiya və kitabın müəllifidir. Onun "Abdulla Şaiq və teatr", "Ağadadaş Qurbanov", "Azərbaycan və gürcü səhnə ustalarının dostluğu", "Xalq istedadları", "Sovet Azərbaycanının gənclər teatrı", "Azərbaycan Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Gənclik və gözəllik teatrı", "Sənət yolu, dostluq yolu", "Nəriman Nərimanov və teatr", "Azərbaycan teatrının təşəkkülü və inkişafı", "Türkiyə və Azərbaycan teatr əlaqələri", "Şuşa Ağdam teatrı", "Azərbaycan teatrı 125" və s. əsərləri var. Elmi əsərlərindən bir neçəsi rus dilində çap olunub. İnqilab Kərimov mətbuatda "İnqilab" imzası ilə çıxış etmişdir.