İNTİZAM

is. [ ər. ]
1. Nizam və qayda, səliqə, tərtib.
[Yemək odasında] evini və ailəsini sevən bir qadın intizam və səliqəsi müşahidə edilirdi. S.Hüseyn.
[Oğlan:] Bizim evimizdə intizam və ölçü altına girə biləcək heç bir şey yoxdur. M.S.Ordubadi.

□ İntizama salmaq – nizama salmaq, qaydaya salmaq, səliqəyə salmaq.
2. Hər hansı bir kollektivin bütün üzvlərinin tabe olması məcburi olan möhkəm qayda, qanun; nizam. Əmək intizamı. Hərbi intizam. Şüurlu intizam tərbiyəsində inandırma üsulu böyük rol oynayır.
– …Məktəb öz intizamı, dərs keyfiyyəti, ictimai, faydalı işləri ilə şöhrət qazanmağa başladı. S.Rəhimov.
[Müəllim Fərmana dedi:] Əgər orduya alınan gənclər sizin kimi düşünsə, orduda intizam ola bilərmi? Ə.Sadıq.

□ İntizama salmaq – nizam və intizama tabe etmək.
[Çopo:] Bunları [iskitləri] yalnız igid bir sərkərdə intizama sala bilər. Çəmənzəminli.

Синонимы

  • İNTİZAM nizam — qayda — səliqə — tərtib
  • İNTİZAM 1. İNTİZAM (nizam və qayda) Məktəb öz intizamı, dərs keyfiyyəti, ictimai-faydalı işləri ilə şöhrət qazanmağa başladı (S
İNTİŞAR
İNTİZAMLI
OBASTAN VİKİ
İntizam Qaçayev
İntizam Rəhimov
İntizam (film, 1983)
Nasist Almaniyasında intizam polisi
Ordnungspolizei (qısası: OrPo ya Orpo, formasının rənginə görə Grüne Polizei), Nasist Almaniyasının normal polisi. Nasist Almaniyası dövründə xüsusilə 1936-1945-ci illər arasında Sicherheitspolizei (SiPo) ilə birlikdə rejimin qorunmasında mühüm rol oynamışdır. Faşistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlər kontekstində bir çox şəxs Ordnungspolizei üzvləri tərəfindən edam edilmişdir.

Значение слова в других словарях