Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İntizar
İntizar — həsrət içərisində, səbirsizliklə birini ya da birilərini gözləmə mənasına gələn söz. Həmçinin bu mənalara da gələ bilər: İntizar (müğənni) — Türkiyə müğənnisi "İntizar" — Azərbaycan müğənnisi Elmira Rəhimovanın mahnısı "İntizar" — Türkiyə müğənnisi Nilufərin Sensiz Olmaz adlı albomunda yer alan bir parça.
İntizam Qaçayev
İntizam Rəhimov
İntizar (opera)
İntizar - bəstəkar Firəngiz Əlizadənin operası. Librettonun müəllifi filoloq-alim Nərgiz Paşayevadır. İlk dəfə 2007-ci ildə səhnəyə qoyulub. İlk tamaşa üzərində rejissor Cənnət Səlimova, dirijor Cavanşir Cəfərov və digər yaradıcı heyət çalışıb . 2010-cu il mayın 11-də Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində əsər yeni quruluşda təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva operaya tamaşa ediblər. Librettonun müəllifi "Üns" yaradıcılıq səhnəsinin bədii rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Nərgiz Paşayevadır. Operanın yeni quruluşunu beynəlxalq bədii heyət hazırlamışdır. Tamaşanın quruluşçu rejissoru Moskva "Helikon-Opera" Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster Xalq Artisti Gülbacı İmanovadır.
İntizar (müğənni)
İntizar (1974, Tuncəli) — Türkiyəli müğənni . Kürd əsilli Türkiyə vətəndaşıdır . İntizar 1974-cü ildə Türkiyənin Tunceli vilayətində anadan olmuşdur .
İntizam (film, 1983)
İntizar (film, 1969)
Burada 1919-1920-ci illərin inqilabi hadisələrindən, gənclərin bu hadisələrdə iştirakından, ana ürəyinin kövrəkliyindən və genişliyindən bəhs olunur. Güclü və zəngin daxili aləmə malik olan ana oğlundan ayrı düşməsinə, sonra onu itirməsinə mərdliklə dözür, özgə oğlan uşağını oğulluğa götürür. İnanır ki, bu uşaq vaxt gələcək onun oğlunu əvəz edəcək, oğluna layiq övlad olacaq. Ana həmin uşağı öz oğlu kimi cəsur, namuslu və xeyirxah bir insan kimi böyüməsinə çalışır. Film yazıçı Ənvər Məmmədxanlının "Ananın çırağı" hekayəsi əsasında ekranlaşdırılmışdır. Film rejissor Tofiq İsmayılovun diplom işidir. Əsərin müəllifi: Ənvər Məmmədxanlı Quruluşçu rejissor: Tofiq İsmayılov Ssenari müəllifi: Tofiq İsmayılov Quruluşçu operator: İqor Boqdanov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Fərəc Qarayev Mahninin ifacısı: Flora Kərimova (qeyd olunmayıb) Səs operatoru: Akif Nuriyev Leyla Bədirbəyli — ana Şahmar Ələkbərov — oğul Mehdi Rəhimov İsmayıl Osmanlı (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
İntizar (film, 1986)
Film uşaq evlərində böyüyən kimsəsiz uşaqlara həsr olunmuşdur. Kinolentdə konkret olaraq Maştağa qəsəbəsindəki 15 saylı internat məktəbində yaşayan uşaqlardan söhbət gedir. Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: İsa İsmayılzadə Operator: Rəfael Salamzadə, Tofiq Sultanov Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Akif Nuriyev Məsləhətçi: Y.Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 329. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Nasist Almaniyasında intizam polisi
Ordnungspolizei (qısası: OrPo ya Orpo, formasının rənginə görə Grüne Polizei), Nasist Almaniyasının normal polisi. Nasist Almaniyası dövründə xüsusilə 1936-1945-ci illər arasında Sicherheitspolizei (SiPo) ilə birlikdə rejimin qorunmasında mühüm rol oynamışdır. Faşistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlər kontekstində bir çox şəxs Ordnungspolizei üzvləri tərəfindən edam edilmişdir.
İltizam
İltizam (ərəbcə التزام) — Osmanlı imperiyasında XV əsrdə tətbiq edilən vergilərin toplanması forması. Ərəbcə lüzum sözünün kökündən törəyən iltizam sözü lüğətdə "öhdəsinə götürmə, lazımlı sayma, bir tərəfi tutma" kimi mənaları verir. Termin kimi "xüsusi bir şəxsin dövlətə aid hər hansı bir vergi gəlirini toplamağı müəyyən illik ödəniş qarşılığında öhdəsinə götürməsi" deməkdir. Bu vergini toplamaq öhdəliyi olan şəxsə "mültəzim" deyilirdi. İltizamla eyni mənanı verən təəhhüd, ihalə, füruxt terminləri də istifadə edilmişdir. Bugünkü sözlərlə ifadə edilərsə, vergi toplanmasının özəlləşdirilməsi formasında olan iltizam sistemi XX əsrin əvvəllərinə qədər dünyanın bir çox ölkəsində istifadə edilmiş vergi toplanması formasıdır. Bu sistem Osmanlı imperiyasında illik olarraq əyalətlərdə tətbiq olunurdu. XVI əsrin sonlarından başlayaraq uzun müddət davam edən müharibələr və ticarət yollarının dəyişməsi Osmanlı imperatorluğunun iqtisadiyyatını pozaraq xəzinədə nağd pul çatışmamazlığına səbəb oldu. Bu səbəbdən də timar sisteminin tətbiq olunduğu əyalətlərdə də iltizam sistemində vergi daha çox məhsul olaraq toplanılırdı. Fateh Sultan Mehmed dövründən başlayaraq tətbiq olunan iltizam sistemi 1840-cı ildə vergi toplanması tamamilə qaydaya salan tənzimat islahatları ilə toplanan pullar birbaşa xəzinəyə təhvil verilməsi ilə ləğv edildi.
İndila
Adila Sedraia (fr. Adila Sedraïa) və ya İndila (fr. Indila) (26 iyun 1984-cü il, Paris, Fransa) — Fransa müğənnisi və mahnı müəllifi. 24 fevral 2014-cü ildə yayımlanan Mini World albomundakı "Dernière Danse" mahnısı ilə Fransada ən yaxşı on sinql siyahısında ikinci sırada yer alır. İndila 26 iyun 1984-cü il-də Parisdə anadan olub. Musiqi karyerasına başlamamışdan əvvəl İndila, bir qəsəbədə turist rəhbəri olaraq fəaliyyət göstərmişdir. Məhz o zamanlardan musiqini çox sevdiyini, lakin buna vaxt ayıra bilmədiyini söyləmişdir. "Le Parisien" qəzetinə verdiyi müsahibədə İndila adının hind əsilli bir ad olduğunu söyləmişdir. Hind, əlcəzairli, kambocalı və misirli qanının daşıyıcısıdır.
İntibah
İntibah — müəyyən qədim mədəniyyətin tarixin müəyyən aralığında sanki yenidən dirçəlməsi, oyanması hadisəsi. Hər hansı xalqın və ya yaxın mədəniyyətə məxsus xalqların inkişafında parlaq dövr. "İntibah" kəlməsi ərəb mənşəlidir. Elmin və incəsənətin çiçəkləndiyi Avropa İntibah dövrü, Müsəlman İntibahı, Azərbaycan İntibahı və bir çox digər İntibah dövrləri mövcuddur. Bunlar arasında ən geniş yayılmış, öyrənilmiş olan Avropa İntibah dövrü və ya Renessansdır.
İntihar
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.
İrtica
İrtica (arb: رُجُع rücu kökündən, de: réaction — az: reaksiya) və ya geriçilik (az: "əvvəlki yerə qayıtmaq"), reaktsionizm əvvəlki vəziyyətə qayıtmağı tələb edən, həddindən artıq mühafizəkar və mütərəqqi olanlara qarşı olan, hər hansı bir ictimai və ya siyasi hərəkat və ya ideologiyadır. Sosial elmlər doktoru Emre Konqar "insanın tarixi inkişaf prosesinə, istehsal münasibətlərinə, istehlak və bölüşdürmə münasibətlərinə və siyasi rejimlərə görə" reaksionizmi təsnif etmişdir. Bu tərifə görə, bəşəriyyət tarix boyu inkişaf və tərəqqi göstərmişdir. Konqarın tərifinə görə yığıcılıq, ovçuluq, kənd təsərrüfatı, sənaye və informasiya cəmiyyəti kimi mərhələləri geri almaq və ya dayandırmaq mürtəcilikdir. Zamanla istehsal əlaqələri, ibtidai klanlar, köləlik, feodalizm, kapitalizm və sosializm kimi dəyişmişdir. Bu dəyişiklikləri geriyə qaytarmağı müdafiə etmək mürtəcilikdir. Allahın adı ilə cəmiyyəti idarə edən mütləq hüquqi və inzibati səlahiyyətlərə sahib olan hökmdarlar və səltənətlər öz yerlərini konstitusional krallıqlara və respublikalara buraxmışdırlar. Müasir dövlətlərdə fərdi hüquq və azadlıqlar demokratik və dünyəvi qanunlarla təmin olunur. Müasir və demokratik rejimlərdən daha çox, dini qaydaların insanlara qarşı tətbiq olunduğu antidemokratik rejimləri tələb etmək mürtəcilikdir. Bu termin Qərbdə Böyük Fransa inqilabı dövründə cinayətkar monarxiya rejiminə və ya onun şərtlərinə qayıtmaq istəyən əks-inqilabçıları təsvir etmək üçün istifadə edilmişdir.
İxtira
İxtira keçmişdə məlum olmayan yeni bir şeyin yaradılması; elmin, texnikanın müxtəlif sahələrində texniki həllinə görə fərqlənən və iqtisadi səmərə verən yenilik; bu yeniliyin aşkar edilməsi; yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf, icad etmə, naməlum olan, yenilik əldə etmə; yaratma; Məsələn, yeni maşın ixtira etmək. məcazi mənada uydurma, qondarma, yalan. Məsələn, bu söz sənin ixtirandır; xalq təssərrüfatının, sosial və mədəni quruculuğun və ya müdafiəsinin hər hansı sahəsində məsələnin müsbət səmərə verməklə yeni və mühüm fərqlərlə texniki həlli; məhsulun texniki səviyyəsinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, texnologiyanın təkmilləşdirilməsini, əmək səmərəliliyinin qaldırılmasını və əmək fəaliyyəti şəraitinin yaxşılaşdırılmasını mümkün edən texniki yenilik; sözün geniş mənasında – texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həlli. Məhdud mənada ixtira dövlətin ixtira kimi tanıdığı və ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq mühafizə etdiyi texniki nəticədir. mövcud olmayan materiya konstruksiyası və ya yeni xüsusi üsul olub, təsərrüfat üçün əhəmiyyətə malikdir. Yeniliyi tapanlara ixtiraçılar deyilir. İxtiraçı adını almaq üçün verilmiş problem həllinin ixtiraçılıq səviyyəsi olmalıdır. İxtira kimi qurğu, üsul, əşya, bitkilərin və heyvanların hüceyrələrinin quruluşlarının təsviri göstərilə bilər. İxtira sənaye mülkiyyəti sayılır. İxtiraçılıq hüququ patentlə müdafiə olunur.
İbiza
İbiza — Aralıq dənizindəki Balear adalarında, İspaniyaya məxsus ada. Adanın üç böyük şəhəri vardır ki, onlardan biri məhz İbiza şəhəridir. Hər nə qədər Balear adalarının ən böyüyü Malyorka hesab olunsa da, son 30 ildir ki, İbiza turizm mərkəzinə çevrilib. İbizanı Avropanın ən böyük əyləncə dünyası hesab etmək olar. İbiza adı ərəbcə Yabisah sözündən gəlmədir. Səbəbi isə uzun müddət müsəlmanların idarəsi altında olmasıdır. Katalonlular isə bura Eivissa deyirlər.
Eleusine indica subsp. indica
Elektrik intiqal
Elektrik intiqalı — elektrik enerjisini mexaniki enerjiyə çevirən və həmin çevrilmiş enerjinin idarə olunmasını təmin edən elektromexaniki qurğuya deyilir. Elektrik intiqalı əsas etibarilə istehsal mexanizmlərinin hərəkət etməsi üçün tətbiq olunur. Onun struktur sxemi belədir: M -> ÖM -> İO. Burada M — mühərrik, ÖM — ötürücü mexanizm, İO — işci orqandır. Elektrik intiqalının elektrik hissəsi mühərrikdən və elektrik aparatlarından ibarətdir. Onun mexaniki hissəsi isə işçi orqanın xarakterindən asılı olaraq çarx qolu, sürgü qolu, reduktor, hərəkəti təmzimləyən sürət qutusundan və s. ibarətdir.
Eleusine indica
Hind elevzinəsi (lat. Eleusine indica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elevzinə cinsinə aid bitki növü.
Eragrostis indica
Eragrostis pilosa (lat. Eragrostis pilosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin eragrostis cinsinə aid bitki növü.
Eucalyptus nitida
Eucalyptus nitida (lat. Eucalyptus nitida) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eucalyptus amygdlina var. nitida (Hook.f.) Benth. Eucalyptus australiana var.
Euphorbia intisy
Euphorbia intisy (lat. Euphorbia intisy) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Ficus indica
Benqal ənciri (lat. Ficus benghalensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Juniperus indica
Hindistan ardıcı (lat. Juniperus indica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Eugenia indica
Eugenia indica (lat. Eugenia indica) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Eulabeia indica
Dağ qazı (lat. Anser indicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Çox vaxt onu ayrıca Eulabeia cinsinə aid edirlər. Bədən quruluşu qəşəngdir Uzunluğu 70–76 sm, kütləsi 1,9–3,2 kq olur. Boynu uzun və nazik, dimdiyi kiçikdir. Lələkləri qonurumtul-bozdur; açıq rəngli bədəninin yanlarında tünd zolaqlar var; başı, boynunun yanları, qarıncığı, quy ruğunun altı və üstü ağdır; təpəsində və peysərində eninə qonurumtul-qara zolaqlar var. Dimdiyi sarı, burunüstü sümüyü və burun dəlikləri qara, ayaqları narıncıdır. Orta və Mərkəzi Asiya dağla rın da, Cənub-Şərqi Altaydan Qərbi Mancuriyaya qədər, cənuba doğru Pamirə, Ladakx və Tibetə qədər məskunlaşmışdır. Dağ göllərinin sahillərində və onlara yaxın, 1000 m-dən 5000 m-ədək yüksəklikdə yerləşən çay vadilərində, həmçinin sarların və çalağanların yuvalarını tuta raq qayalarda, yaxud ağaclarda koloniyalarla yuvalayır. Hindistanın şimalında, Banqladeşdə və Myanmada qışlayır; Himalay dağları üzərindən, 9000 m-ədək yüksəklikdə uçub keçirlər.
Inezia
Inezia (lat. Inezia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Indira Levak
Indira Levak – Xorvatiyalı müğənni.