İntizam Rəhimov
İntizam Əhməd oğlu Rəhimov (4 yanvar 1959, Qumlaq, Vartaşen rayonu – 5 iyul 1992, Naxçıvanik, Xocalı rayonu) — Baş leytenant.
== Həyatı ==
İntizam Rəhimov 4 yanvar 1959-cu ildə Oğuz rayonunun Qumlaq kəndində anadan olmuşdur. 1966-1976-cı illərdə həmin kənd məktəbində oxumuşdur. 1978-1980-ci illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. İ.Rəhimov 1982-ci ildə Azərbaycan Pedaqoji İnstitunun hərbi hazırlıq fakultəsinə qəbul olmuş və 1986-cı ildə həmin fakultəni bitirmişdir. 1987-ci ildə Oğuz rayon Padar kənd orta məktəbində, daha sonra isə Tayıflı kənd orta məktəbində gənclərin çağırışa qədər hərbi hazırlıq müəllimi işləmişdir.
== Hərbi xidməti ==
Qarabağ müharibəsi başlayanda 1992-ci ilin 14 iyununda İntizam könüllü olaraq vətənin müdafiəsinə yollanmışdır. 1992-ci il "Oğuz yurdu" qəzetində İntizam Rəhimova həsr olunmuş "Yarımçıq qalmış ömür" adlı məqalə dərc olunmuşdur.
1992-ci il iyul ayının 5-də Ağdamın Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
== Ailəsi ==
İntizam Rəhimovun ocağında 3 qız övladı doğulub boya başa çatmışdır.