Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İranə Qasımova
İranə Qasımova (d. 9 mart 1991) — Azərbaycanı təmsil edən həndbolçu. İranə Qasımova, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == İranə Qasımova, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, gərgin oyunun sonunda Türkiyə yığmasını 28:26 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.
İrfan Değirmenci
İrfan Değirmenci (d. 3 noyabr 1977, Ankara ) — türk xəbər aparıcısı və jurnalisti. Değirmenci 3 noyabr 1977-ci ildə Ankarada anadan olub. Atası Antalyadan, anası isə Afyonkarahisardandır . Orta və liseyi TED Ankara Kollecində oxuyub. Ankara Universitetinin Ünsiyyət fakültəsini bitirib. O, karyerasına 1996-cı ildə Ostim TV-də başlayıb. Siyasi Meydan proqramındakı çıxışından sonra onu Ali Kırca təcrübəçi olaraq çağırıb. O, ATV-də təcrübə keçib. 22 oktyabr 1999-cu ildə Əli Kırca komandası ilə birlikdə ATV -yə keçdi.
İrfan Kahveçi
İrfan Can Kahveci (15 iyul 1995) — Türkiyəli peşəkar futbolçu. Türkiə Super Liqasında mübarizə aparan "Fənərbaxça" klubunun və Türkiyə milli komandasının mərkəz yarımmüdafiəçisi. == Klub karyerası == === Gənclərbirliyi === "Gənclərbirliyi" klubunun yetirməsidir. "Gənclərbirliyi" klubunun gənclər heyətində oynadıqdan sonra 2014–15 mövsümündə əsas komandada debüt edir. Türkiyə Super Liqasında ilk qolunu, 9 noyabr 2014 tarixində "Kasımpaşa" klubuna qarşı oyunda vurur. Debüt mövsümündə ümumi 30 oyunda meydana çıxıb 6 qol vurur. "Gənclərbirliyi"ndə keçirdiyi ikinci mövsumdə, bütün yarışlarda 33 oyunda meydanda olub 3 dəfə qol ilə fərqlənir. === İstanbul Başakşehir === 26 dekabr 2016-cı ildə Kahveci, "İstanbul Başakşehir" klubu ilə 4,5 illik müqavilə imzalayır.Futbolçu 2 dekabr 2020-ci ildə UEFA Çempionlar Liqasında "RB Leypsiq" klubuna qarşı oyunda het-trik edir, lakin komandası oyunda 3–4 hesabı ilə məğlub olur. Bu het-trik ilə o, Ronaldo və Qaret Beyldən sonra Çempionlar Liqasında komandası məğlub olsada het-trik edən üçüncü futbolçu olur. === Fənərbaxça === 31 yanvar 2021-ci ildə "Fənərbaxça" klubu, öz rəsmi Twitter hesabında Kahveçinin komandaya qoşulduğunu elan edir.
İrfan Sapmaz
İrfan Sapmaz (30 may 1962, Yayladağı, Hatay, Türkiyə Respublikası) — Türkiyəli jurnalist və döyüş müxbiri. == Həyatı == İrfan Sapmaz 1962-ci ildə Türkiyənin Hatay bölgəsinin Yayladağı qəsəbəsində anadan olmuşdur. Ailəlidir, 2 qızı vardır. == Təhsili == Pakistanın Pişəvər Universitetinin Siyasi Elmlər fakültəsində ingilis dili təhsili aldıqdan sonra Bakı Dövlət Universitetində hüquq təhsili almışdır. Həmin fakültədə magistr pilləsində də təhsil almışdır. == Jurnalist fəaliyyəti == 1982-ci ildə TV müxbirliyinə Sabah qəzetində başlamışdır. Daha sonra Günaydın, Hürriyət, CNN Türk və DHA-da (Doğan Xəbər Agentliyi - Qafqaz və Orta Asiya nümayəndəliyi) jurnalist kimi fəaliyyət göstərmişdir. Bundan sonra Azərbaycanda Avrasiya qəzetində baş redaktorluq etmişdir. Azərbaycan Türk Agentliyinin qurucusu, sahibi və baş redaktoru olan Sapmaz, bundan başqa Fransada Sipa Press və Gamma Fotoqrafiya Agnetliyində, BBC, Star qəzeti, TRT, TGRT Xəbər, Anadolu Agentliyində işləmişdir. Sapmaz TRT Türk-ün Səudiyyə Ərəbistan nümayəndəsi olaraq 2013-cü ildən bu tərəfə Ciddədə işləməkdədir.Sapmaz Qafqaz, Orta Şərq, Orta Asiya və Cənub-şərqi Asiyada baş vermiş müxtəlif müharibələrdə müxbirlik etmişdir.
İrfan Əli
Məhəmməd İrfan Əli (ing. Mohamed Irfaan Ali; 25 aprel 1980, Leonora[d]) — 2020-ci ilin avqust ayından etibarən Qayana Prezidenti olaraq çalışan qayanalı siyasətçi. Əli 2020-ci ilin mart seçkilərində Xalqın Tərəqqi Partiyası/Vətəndaş Partiyasından prezidentliyə namizəd olmamışdan əvvəl millət vəkili və Mənzil Naziri idi. Seçkilərin hüquqiliyi ilə bağlı aylarla davam edən hüquqi araşdırmalar və hətta bütün bülletenlərin nəticədən sonra yenidən sayılmasından sonra, 2 avqust 2020-ci ildə Qayananın 10-cu Prezidenti olaraq and içdi. == Həyatı == Əli Qayananın qərb sahil bölgəsi olan Demarara bölgəsindəki Leonora kəndində hind-qayanalı müsəlman ailədə anadan olmuşdur. İki pedaqoqun iki oğuldan biri olan Əli yetkinlik illərinin çox hissəsini Lequan adasında keçirdi. Leonora kreş və ibtidai məktəblərinin və "Korolona İda" ibtidai məktəbinin məzunudur. Əli orta təhsilini Qayananın Corctaun şəhərindəki Müqəddəs Stanislav Kollecində tamamladı. Qərbi Hind Universitetində Şəhər və Regional Planlaşdırma üzrə doktorluq dərəcəsi aldı. == Professional fəaliyyəti == Əli Maliyyə Nazirliyində Karib İnkişaf Bankının Layihə İcra Birliyinin Layihə Müdiri və Dövlət Planlama Katibliyində Baş planlayıcı vəzifələrində çalışmışdır.
İranə Tağızadə
İranə Tofiq qızı Tağızadə (7 may 1957, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru. == Həyatı == İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976–1981-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb. === Vəfatı === 9 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. 10 aprel 2023-cü ildə Ümumşəhər qəbiristanlığında dəfn olunmuşdur. === Ailəsi === Tofiq Tağızadənin qızıdır. Firdovsi Atakişiyevin həyat yoldaşıdır. == Fəaliyyəti == === Quruluş verdiyi tamaşalar === Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında F. Dostoyevskinin "Karamazov qardaşları", U. Şekspirin "On ikinci gecə", T. Uilyamsın "Arzu tramvayı", Elçinin "Artistin taleyi", "Teleskop, ya yuxuda və reallıqda uçuşlar", M. Kamolettinin "Ah, bu Anna", A. Puşkinin "Çar Saltanın nağılı", R. Şartın "Mənim arvadımın adı Morisdir" və s. bu kimi tamaşalara quruluş verib.
İrfan Can Kahveci
İrfan Can Kahveci (15 iyul 1995) — Türk futbolçusu. "Fənərbaxça" klubunun Yarımmüdafiəçisidir.
Ariflərin irfani məqamları (kitab)
Ariflərin irfani məqamları — Rövşən Abdullaoğlunun İbn Sinanın “İşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının IX fəslinin tərcümə və şərhi. == Məzmun == "Ariflərin irfani məqamı" kitabı İbn Sinanın “İşarat və tənbihat” adlı əsərinin IX bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. “İşarat və tənbihat” İbn Sinanın yazdığı mühüm və şah əsərlərindən hesab edilir. Bu kitab məntiq və fəlsəfə olaraq iki hissədən təşkil olunmuşdur. O, bu kitabın son üç fəslini irfana aid etmişdir. Bu üç fəsil o qədər dərin irfani fikirlərə şamildir ki, ondan böyük alimlər bəhrələnmiş və üstünlüyünü bəyan etmişlər. Bu üç irfani fəsillər arasında da ariflərin irfani məqamları barədə olan IX fəsil özünəməxsus yer tutur. İbn Sina “Ariflərin irfani məqamları” fəslində ariflərin mənəvi yüksəlişləri zamanı keçdikləri irfani mərtəbələri izah etmiş, ariflərin bunları keçə bilmələri üçün etdiyi əməllərdən ümumi olaraq danışmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. == Nəşr == Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən əvvəlcə 202, daha sonra isə yenə 2012-ci ildə 212 səhifədə 60x90 ölçüsündə çap edilib.
İrane-nou
"İrane-nou" (fars. ایران نو‎ — Yeni İran) — Qacar İranında dərc olunmuş gündəlik qəzet. == Tarixi == 1909-cu ilin avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane-nou" qəzeti 2–3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. Qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. O, bu qəzet vasitəsilə İran Demokratik Firqəsinin fikirlərini yayırdı, yaradıcı heyəti də Azərbaycan türklərindən ibarət idi. Qəzetdə Məhəmməd Əmin Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalistika sənətinin əsasını qoymuşdur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın rus işğalından qurtulması və İranın Rusiyanın təsirindən uzaqlaşması ilə bağlı sərt yazılar yazırdı. Qəzetdə Məhəmməd Əmin Rəsulzadə bəzən Niş təxəlüsü ilə çıxış edirdi. Sonralar Seyid Həsən Tağızadə, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda belə yazmışdır: 1910-cu ilin yayında bağlansa da, elə həmin ilin payızında – oktyabrın 26-da artıq İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətini bərpa etdi.
Pircanə
Pircana — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Masallı rayonunun Pircana kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Lürən kəndi mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Pircana Lürən kəndinin yanında yerləşən bir məhəllədir. Kənddə Cənubi Azərbaycandan gəlmə seyidlər məskunlaşmışlar. Oykonim kəndin ərazisindəki eyni adlı pirin adı ilə bağlıdır. == Əhalisi == Əhalinin sayı 521 nəfərdir.
Urfanı
Urfanı – Şərurun şah yallısıdır. Əzəmət, vüqar, mərdlik və sair hərəkətləri ilə zəngin olan mürəkkəb quruluşa malik və ifaçıdan yüksək rəqs etmək qabiliyyəti tələb edən, əsasən kişilərdən ibarət bu yallı ən qədim yallılar sırasına daxildir. Naxçıvan şəhərində, Şərur, Şahbuz, Ordubad və Kəngərli rayonlarında Urfanı yallısını qadınlar kişilərlə qarışıq halda ifa edirlər. Cavanlar çox vaxt öz oyunlarını, bacarıq və məharətlərini nümayiş etdirmək üçün məclis və toy şənliklərində bu rəqsi sifariş edirlər. Çox asta və iti ifa olunan "Urfanı" iki variantlıdır. Qeyd etmək lazımdır ki, bu yallı çox çətindir və onu asta-asta, ayrı-ayrı elementlərdən başlayaraq öyrənmək lazımdır.
İnfant
İnfant, qadınlar üçün infanta (isp. infante, port. infant, lat. infans — uşaq) — İspaniya və Portuqaliya kral sülalələrində bütün şahzadələrin titullatı (Portuqaliyada 1910-cu ildə monarxiyanın ləğvinə qədər). İspaniyada hal-hazırda bu titulu Asturiya şahzadəsi daşıyır. XIV əsrdən bəzi ispan krallıqlarında vəliəhd olmayan kral övladları bu titulu daşıyırdılar. == Titulun adının mənası == "İnfant" sözü roman dillərində "uşaq" deməkdir, bununla da onların kral övladları olduğu vurğulanırdı.
İrçan
İrçan — Azərbaycan Respublikasının Laçın rayonu İrçan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun İrçan kəndi Köhnəkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İrçan kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Oykonim arçan (ardıc ağacı) sözündən olub, "ardıclı yer" mənasındadır. Türk dillərində ardıc ağacına "arça" da deyilir. Türkdilli xalqların toponimiyasında Arçan toponimi geniş areala malikdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
İnfant Afonso
İnfant Afonso (port. Infante Don Afonso) (18 may 1475, Lissabon – 13 iyul 1491, Taxo çayı) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı II Con, anası isə Vizey hersoqu İnfant Ferdinandın qızı Elyanoradır. 16 yaşında ikən Taxo çayı sahilində at mindiyi əsnada baş verən qəza nəticəsində vəfat etmişdir. == Həyatı == İnfant Afonso 1475-ci ildə babası V Afonsonun səltənətində dünyaya gəldi və onun şərəfinə adlandırıldı. Uzun illərdir rahibə olmaq istəyən, ancaq nəslin davamiyyəti baxımından icazə verilməyən bibisi İnfanta Yuanna onun doğulmasının ardından Aveyro yaxınlığındakı dominikan kilsəsinə qapandı. O hələ 4 yaşında ikən Kastiliyada babası Afonso və Kastiliyalı İzabella arasında taxt mübarizəsi başlamış, 1479-cu ildə tərəflər arasında sülh təmin edilmişdi. Sülhün şərtlərinə görə Kastiliyalı İzabellanın adaşı olan ən böyük qızı V Afonsonun yeganə oğul nəvəsi olan İnfant Conla evləndirilməli idi. Üstəlik cehiz olaraq Portuqaliyaya külli miqdarda döyüş təzminatı ödəniləcəkdi. Cütlüyün nigahı 1490-cı ildə Sevilyada vəkalətən bağlandı.
İnfant Con
İnfant Con (port. Infante Don João) (13 yanvar 1400, Santaren[d] – 18 oktyabr 1442) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. 11 il boyunca Portuqaliyanın ən ali hərbi rütbəsi olan Portuqaliyanın Baş Məmuru (port. Condestável de Portugal) ünvanını daşımışdır. == Həyatı == İnfant Con 1400-cü ildə dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 18 yaşı tamam olduqdan sonra atasının istəyi və Papa V Martinin təsidqi ilə Müqəddəs Ceyms Orderinin ustadı elan olundu. Həmin il (1418) qardaşı İnfant Henriylə birlikdə Seutaya əlavə donanma apardılar və bölgəni mühasirədən azad etdilər.
İnfant Ferdinand
İnfant Ferdinand (port. Infante Don Fernando) və ya Müqəddəs Şahzadə (port. Infante Santo) (29 sentyabr 1402, Santaren[d], Portuqaliya krallığı – 5 iyun 1443, Fəs, Mərinilər dövləti[d]) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. İnfant Ferdinand 1402-ci ildə dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 1433-cü ildə atasının vəfatıyla böyük qardaşı Eduard taxta çıxdı. Ancaq onun qısa səltənəti ailəsi üçün fəlakətlə nəticələndi. Belə ki, 1437-ci ildə qardaşı İnfant Henrinin rəhbərliyi ilə Tanjer qalasının mühasirəsinə qatılmış, ağır məğlubiyyətlə nəticələnən mühasirənin ardından mavrlara əsir düşmüşdür.
İnfant Filipp
İnfant Filipp (isp. Infante Felipe) (15 mart 1720[…], Madrid – 18 iyul 1765[…], Alessandriya, Pyemont) – İspaniya kralı V Filippin oğlu. 1748-ci ildə Parma hersoqu təyin edildi və ölümündən sonra bu rütbə onun şəcərəsinə verildi. Beləcə, Burbon sülaləsinin Burbon-Parma qolunun əsası qoyuldu. == Mənbə == Balechou, Jean Joseph. "Don Philippe, Infant d'Espagne" (in Portuguese). National Library of Portugal. "Parma, Fernando I de Borbón, Duque de (1751-1802)". Ex-Libris Database (in Spanish). Royal Library of Spain.
İnfant Karlos
İnfant Karlos (isp. Infante Carlos) (15 sentyabr 1607, Madrid – 30 iyul 1632) – İspaniya kralı III Filippin ikinci oğlu. Qardaşı IV Filippin övladının dünyaya gəlmədiyi 1621-1629-cu illərdə İspaniya taxtının varisi oldu. == Mənbə == Hoffman, Martha K. (2014). Coolidge, Grace E. (ed.). Childhood and Royalty at the Court of Philip III. New Hispanisms: Cultural and Literary Studies. p. 139. ISBN 9781472428806 Wurzbach, Constantin, von, ed. (1861).
İnfant Qabriel
İnfant Qabriel (isp. Gabriel Antonio Francisco Javier Juan Nepomuceno José Serafín Pascual Salvador) (12 may 1752, Portiçi, Kampaniya – 23 noyabr 1788) – İspaniya kralı III Karlın oğlu, İspaniya infantı. Uşaqlıq illəri Neapoldakı Portiçi sarayında keçən Qabriel 7 yaşında ikən atasının İspaniya taxtına çıxmasının ardından valideynləriylə birlikdə Madridə köçdü. Burada ikən 1785-ci ildə Portuqaliya kraliçası I Mariyanın qızı Marianna Viktoriya ilə evləndi. Cütlüyün bu nigahdan 3 övladı olsa da, bunlardan yalnız biri yetkinlik yaşına çata bildi. Son övladının doğumundan sonra Qabriel və xanımı çiçək xəstəliyinə tutuldu. Çox keçmədən öncə xanımı, daha sonra yeni doğulan oğlu, ardından isə İnfant Qabriel vəfat etdi. == Mənbə == Menéndez Pidal y Navascués, Faustino, Hugo. El escudo. P. 248.
İranəq (Bostanabad)
İranəq (fars. ايرانق‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,616 nəfər yaşayır (602 ailə).
İrland dili
İrland dili - İrlandiyada və Şimali İrlandiyada danışılan dil. İrland hökumətinin 2004-cü ilə olan rəsmi məlumatına görə İrlandiya Respublikasında irland dilini bilən 1 570 894 nəfər yaşayır. Onlardan 339 541 nəfər irland dilindən gündəlik danışıqlarında istifadə edirlər. 155 039 nəfər həftədə bir dəfə, 585 300 nəfər daha az, 459 657 nəfər isə demək olar ki, heç vaxt bu dildə danışmırlar. 31 357 nəfər dildən istifadə ilə bağlı suala cavab verməmişdir. Amma bir çox irland dili təəssübkeşləri və peşəkar dilçilər bu göstəricilərə şübhə ilə yanaşırlar. Onlar gündəlik danışıqlarında irland dilindən yalnız 65 min insanın istifadə etdiyini bildirirlər.
İrland dənizi
İrland dənizi (ing. Irish Sea,vall Môr Iwerddon,irl. Muir Éireann,) — Atlantik okeanın ucqar dənizi. Şərqdə Böyük Britaniya və qərbdə İrlandiya adalarının arasında yerləşmişdir (51° 40' — 54° 30' ş.e ; 3° — 6° q.u). Şimalda Şotlandiyanın qərb sahillərini — İrlandiya Respublikasını və Şimali İrlandiyanı əhatə edir. Dənizdən cənuba Uels krallığı yerləşmişdir. Cənub-qərbdə Müqəddəs George boğazı, şimalda — Şimal boğazı ilə və Kelt dənizi vasitəsilə okeanla birləşir. Sahəsi təxminən 100 min km², ən böyük dərinliyi 175 metrdir.Antik dövrlərdə İrlandiya dənizi İberiya okeanı adlandırılırdı. (lat. Oceanus Hibernicus).
Şirvanə (Qürvə)
Şirvanə (fars. شيروانه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 412 nəfər yaşayır (91 ailə). Əhalisini kürdlər təşkil edir.
İnfant Juan
İnfant Con (port. Infante Don João) (13 yanvar 1400, Santaren[d] – 18 oktyabr 1442) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. 11 il boyunca Portuqaliyanın ən ali hərbi rütbəsi olan Portuqaliyanın Baş Məmuru (port. Condestável de Portugal) ünvanını daşımışdır. == Həyatı == İnfant Con 1400-cü ildə dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 18 yaşı tamam olduqdan sonra atasının istəyi və Papa V Martinin təsidqi ilə Müqəddəs Ceyms Orderinin ustadı elan olundu. Həmin il (1418) qardaşı İnfant Henriylə birlikdə Seutaya əlavə donanma apardılar və bölgəni mühasirədən azad etdilər.
İrland viskisi
İrland viskisi (irl. Fuisce və ya uisce beatha) — İrlandiya adasında hazırlanmış viski. "Viski" sözü irlandca uisce beatha sözündən gəlir, həyat suyu deməkdir. İrlandiya viskisi bir vaxtlar dünyanın ən məşhur içkisi idi, lakin 19-cu əsrin sonlarından etibarən uzun müddət davam edən tənəzzül sənayeyə elə təsir etdi ki, İrlandiyada 1890-cı illərdə ən azı 28 içki zavodu olsa da, 1966-cı ilə qədər bu rəqəm cəmi ikiyə düşdü və 1972-ci ilə qədər qalan içki zavodları, Bushmills Distillery və Old Midleton Distillery (New Midleton Distillery ilə əvəz olundu) yalnız bir şirkətə, Irish Distillers-ə məxsus idi.Monopoliya vəziyyəti akademik olaraq düşünülmüş Cooley Distillery adlı yeni distillə zavodunun işə salınması başa çatdı. 1990-cı illərdən etibarən İrlandiya viskisi yenidən populyarlıq qazandı və 1990-cı ildən bu yana hər il dünyada ən sürətlə böyüyən içkilərdəndir. Mövcud içki zavodları genişləndirildi və bir sıra yeni içki zavodları tikildi, ixrac isə ildə 15%-dən çox artdı. 2019-cu ilin dekabr ayına olan məlumata görə, İrlandiyada 32 içki zavodu fəaliyyət göstərir, daha çoxu planlaşdırılır və inkişaf etdirilir.
Aruna İrani
Aruna İrani (18 avqust 1952)— hind aktrisası. == Həyatı == Aktrisa, prodüser, rəqqasədir. 18 avqust 1952-ci ildə Mumbayda anadan olmuşdur. 1960-cı illərdən filmə çəkilməyə başlayıb. ”Bobbi” filmində rəqqasə rolunu oynayıb. 2002-ci ildə “Yeganə" filminə çəkilib. Ailəlidir, övladı yoxdur.
Amblyseius irinae
Amblyseius irinae (lat. Amblyseius irinae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius irinae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.