Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrimis
İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
İriri
İriri (port. Iriri) — Cənubi Amerikanın mərkəzi hissəsindən axan çay. Çay Şinqu çayıın sol qolunu təşkil edir. Mənbəyi Matu-Qrasu platosunda yerləşir. Əsasən şimal istiqamətində axır. Uzunluğu 1100 km-dir Gursululuq dövrü apreldən maya qədər uzanır. Ancaq kiçik ölçülü gəmi və katerlər üçün yararlıdırlar.
Orimif adası
Orimif — Oxot dənizində yerləşən Amur çayının məsəbində yerləşən, materikdəki Orimif burnundan 2,3 km aralıda yerləşir. Ada 2,2 km uzunluğa malikdir. Üzərini qamış və kolluqlar örtmüşdür. İnzibati cəhətdən Xabarovsk diyarının Oremif kəndi inzibati ərazisinə daxildir.
İkimiz (albom)
İramin İsayev
İramin İsayev (İramin Namaz oğlu İsayev; d. yeri və tarixi 1.12.1942, Daş Salahlı, Qazax) — professor, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun Ümumi pedaqogika kafedrasının müdiri. Azərbaycan məktəbi və pedaqoji fikir tarixinə dair tədqiqatlar aparmış, A.Səhhətin təlim, tərbiyə haqqında fikirləri ilə əlaqədar ilk tədqiqatın müəllifidir. Azərbaycan məktəb və pedaqoji fikir tarixinə dair ilk proqram və dərs vəsaitlərinin müəllifidir. İctimai əsaslarla apardığı vəzifələr: Azərbaycan Dövlət Pedaqoji Universiteti, FD 02.061 Müdafiə Şurası, Pedaqoji elmlər üzrə şuranın elmi katibi olmuşdur. Hazırda həmin ixtisas üzrə müdafiə şurasının üzvüdür. == Həyat və fəaliyyəti == 1942-ci il 1 dekabr Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1959-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1959-1963-cü illərdə ADPU-nun Pedaqoji fakültəsini bitirmişdir. 1963-cü ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunda pedaqoji fəaliyyətə başlamış; 1965-1968-ci illərdə Sumqayıt şəhər 8 saylı məktəbdə müəllim işləmiş; 1968-ci ildən ADPU-nun İbtidai təhsilin pedaqogika və metodikası kafedrasında baş laborant; 1969-1972-ci illərdə aspirant; 1972-ci ildən Ümumi pedaqogika kafedrasında müəllim; 1975-ci ildən baş müəllim, 1984-cü ildən dosent, 2009-cu ildən professor, 2014-cü ildən Ümumi Pedaqogika kafedrasının müdiridir === Ayrı-ayrı illərdə aşağıdakı mükafatlarla təltif olunmuşdur === Qızıl qələm mükafatı Azərbaycan bayrağı döş nişanı Qabaqcıl maarif işçisi döş nişanı “Avropa nəşr mətbuat evi”nin qızıl medalı İlin alimi (Ali mediya mükafatı) 2018-ci ildə “Elm fədaisi” diplomu.
İridiş delfin
İridiş delfin (lat. Steno bredanensis) — Delfinlər fəsiləsinə daxil olan növ. İridiş delfinlər cinsinə daxil olan yeganə növ (Steno). == Xüsusiyyətləri == Uzunluqları 209–265 sm, sinə üzgəcləri 36–49 sm, bel üzgəci 18–28 sm, çəkisi 90–155 kq təşkil edir. Erkəklər dişilərdən iri olur. Rəngi boz olub ağ ləkələrlə örtülüdür. == Yayılması == Bu canlı əsasən tropik və subtropik qurşaqlarda yayılmışlar. Onlara nadir hallarda mükayim enliklərdə görmək olur. Onlara Siam körfəzi, Qırmızı dəniz, Meksika körfəzi, Karib dənizi və Kaliforniya körfəzi. == Həyat tərzi == Qidasının əsasını başıayaqlılara daxil olan molyusklar və balıqlar təşkil edir.
Kristina Qrimi
Kristina Qrimini (d. 12 mart 1994, Nyu-Cersi, ABŞ — v. 11 iyun 2016, Florida, ABŞ) — rumın-italyan əsilli ABŞ müğənnisi. == Həyatı və karyerası == 12 mart 1994-cü ildə, Nyu-Cersi, ABŞ-də anadan olmuşdur. 10 yaşında piano çalmağı öyrənmişdir. Kristina, 2009-cu ildə YouTube-da öz mahnılarını yerləşdirməyə başladı. 2014-cü ildə "The Voice" (azərbaycanca: Səs Amerika) mahnı müsabiqəsinə qatılmış və 3-cü olmuşdur. == Ölümü == 10 iyun 2016-cı ildə Orlando şəhərində fanatlarına imza günü keçirirdi. Orlandodakı "Florida Plaza Live" konsert salonunda naməlum şəxs tərəfindən 3 dəfə güllə yarası aldı. Daha sonra silahlı özünü də silahla öldürmüşdür.
Aya İrini Kilsəsi
Aya İrini ya da Müqəddəs İrini (Yunanca: Ναός της Αγίας Ειρήνης İlahi Sülh və ya Müqəddəs Sülh) İstanbulda, Topqapı sarayının birinci həyətində, Aya Sofya ilə yaxın və müasir olan tarixi bir muzeydir. == Tarixi == İstanbulda məscidə çevrilməyən ən böyük Bizans kilsəsidir. Qədim mənbələrə görə, IV əsrin əvvəllərində, I Konstantin (324–337) dövründə, Roma dövrünün Artemis, Afrodita və Apollon ibadətgahlarının qalıqlarından istifadə edilərək tikilmişdir. Ayasofya ilə eyni həyət divarında yerləşən Aya İrini, 532-ci ildə Nika üsyanı zamanı Sempson Zenonla birlikdə yandırılmışdır. İmperator I Yustinian, Ayasofyanın yanındakı Aya İrinini də yenidən qurdu. İnşaat 532-ci ildə başlasa da, tam başa çatma tarixi məlum deyil. VIII və IX əsrlərdə baş verən şiddətli zəlzələlər binaya ciddi ziyan vurdu. Bizanslıların patriarxlıq kilsəsi adlandırdığı Aya İrini, İstanbulun fəthindən sonra Topqapı Sarayı ətrafındakı Sur-ı Sultani daxilində qaldı, bu səbəbdən məscidə çevrilmədiyi üçün əhəmiyyətli bir memarlıq dəyişikliyi olmadı. Əvvəlcə daxili sursat, daha sonra Müharibə Nazirliyinin silah anbarı kimi istifadə edilmişdir. == Muzey işləri == Türkiyənin ilk muzey işləri Aya İrinidə başlamışdır.
Dırmıq
Dırmıq — əmək aləti. Dırmıq (bəzi hallarda Dımrıq)ləklərdə torpağın hamarlanmasında, bağ-bostanların ot, alaq və kəsəkdən təmizlənməsində, biçilmiş ot və taxılın yığılmasında (dırmıqlanmasında) işlədilir. Dırmıq ağac sapdan, dişağacı və dişlərdən ibarətdir. Diş taxtasının düz, yaxud oval formasına görə müxtəlif quruluşlu dırmıqlar var. Dırmıq Azərbaycanın bəzi zonalarında çəng, cılğı, dirnəvuc, darinquc, daraq, rəndə və s. adlarla da məlumdur. Naxçıvanda dırmıqdişli mala növüdür. XIX əsrin ikinci yarısından Azərbaycanda dəmir dırmıqdan da istifadə edilir.
İrmaq
İrmaq (ing. river) - çap olunmuş sənəddə sözlər arasında olan və bir sətirdən o biri sətrə axını xatırladan boşluqlar. İrmaq ya ensiz sütunda düzləndirilmiş yazı zamanı yaranır, ya da proqram təminatının və ya printerin yetərincə çoxtərəfli olmaması ilə bağlı olur.
Qırışıq sahə
Qırışıq sahə (rus. складчатая область, ing. fold area) — əsasən geosinklinal sahələrin yerində əmələ gəlmiş mürəkkəb quruluşlu (adətən qırışıqlı qaymalı) və müxtəlif yaşlı (prote-rezoy, baykal, kaledon, hersin və s.) qırışıqlı dağlar. Qırışıq dağlıq ölkələrə uyğun gəlir və o cür də adlandırılır. (Məs: Altay-Sayan qırışıqlıq vilayəti və s.). Sin. qırışıqlıq sistem. == İntruzivləri == Geniş mənada qırışıqlıq vilayətlərinə xas olan və onların inkişaf mərhələlərində yaranan intruzivlərdir. Qırışıqlıq vilayətlərinin intruzivləri məkan etibarilə ensiz üzün qırışılıq zonalarında uzun oxları ilə uzununa, yaxud eninə plutonlar şəklində yerləşir. Tektonik şəraitdən asılı olaraq bu intruzivlər: 1) qırışıqlıqdan qabaq (protektonik); 2) qırışıqlıqla eyni vaxtda (sintektonik) və 3) qırışıqlıqdan sonra (postektonik) üç qrupa ayrılır, mineral və kimyəvi tərkiblərinə görə fərqlənir.
Ramiq Ağayev
Ramiq Ağayev (12 fevral 1992, Səncərədi, Astara rayonu – 19 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramiq Ağayev 12 fevral 1992-ci ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. E. Ağayev adına Səncərədi kənd tam orta məktəbində təhsil alıb. 2009-cu ildə həmin məktəbin məzunu olub. Tankçı olmaq uşaqlıq arzusu olub və sonra öz istəyinə nail olub. == Hərbi xidməti == 2010-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. Müdafiə Nazirliyinin "Gizir hazırlığını hərbi kursu"nu bitirib. Sonra sürücü mexanik kimi 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sırasında hərbçi ömrünü yaşamağa başlayıb. Ramiq 2016-cı il Aprel döyüşlərində igidlik göstərib. Azərbaycan Ordusunun əsgəri olan Ramiq Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Ramiq Mikayılov
Ramiq Mikayılov (Ramiq Namiq oğlu Mikayılov; 25 yanvar 1993; Ovçulu, Şamaxı rayonu – 30 sentyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramiq Mikayılov 1993-cü il yanvarın 25-də Şamaxı rayonunun Ovçulu kəndində anadan olub. 1999-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) almışdı. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Ramiq Mikayılov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Ramiq Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramiq Mikayılov sentyabrın 30-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Ovçulu kəndində torpağa tapşırılıb.
Ramiq Muxtar
Ramiq Muxtar (5 sentyabr 1942, Naxçıvan – 20 aprel 2021) ― şair-dramaturq, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1980). == Həyatı == Ramiq Muxtar 5 sentyabr 1942-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, Ü.Hacıbəyov adına 1 saylı Naxçıvan şəhər orta məktəbini bitirmiş, 1961–1967-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ramiq Muxtar 1968–1971-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında ədəbi işçi, 1971–1978-ci illərdə isə Şahbuz rayonundakı uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışmışdır. Ədib 1978–1982-ci illərdə Naxçıvan Nazirlər Soveti Yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1988-ci ildən Bakıda Nəsimi rayonundakı Şahmat məktəbinin müdiri vəzifələrini icra etmişdir. Ramiq Muxtar 1984–1986-cı illərdə Naxçıvan şəhər Dövlət Filarmoniyasının direktoru vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktoru vəzifəsində çalışır. == Yaradıcılığı == Ramiq Muxtar on bir yaşından bədii yaradıclıqla məşğul olmuş, şeirləri dövri mətbuatda tez-tez çap olunmuşdur. Ədib həm şair, həm də dramaturq kimi tanınmışdır. "Əgər sevirsənsə", "Şəhərli kürəkən", "Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Müdirin aqibəti", "Doğma səmanın ulduzları" və digər pyesləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, həmçinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub.
Ramiq Tağıyev
Ramiq Teymur oğlu Tağıyev (30 oktyabr 1998; Lerik rayonu, Azərbaycan — 08 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramiq Tağıyev 1998-ci il oktyabrın 30-da Lerik rayonunun Kəlvəz kəndində anadan olub. 2004-2015-ci illərdə F. Şahbazov adına Kəlvəz kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ramiq Tağıyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Ramiq Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramiq Tağıyev noyabrın 10-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Lerik rayonunun Kəlvəz kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiq Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İrmaq iyesi
Əbdülqaffar Krımi
Əbdülqaffar Krımi (tam adı əl-Həcc Abd əl-Qaffar ibn əl-Həcc Həsən-əfəndi kırım-tatar. Əbdülqaffar Qırımiy , عبد الغفار قريمى ‎ — krım tatar qazısı, şair, 18-ci əsr tarixçisi. == Bioqrafiya == O, Krım alimlərinin (üləma) kateqoriyasına aid idi. O, məşhur Qızıl Orda üləma - Krım alimləri kateqoriyasına aid idi. O, məşhur Qızıl Orda sərkərdəsi Mamayın ailəsindən, Qıyat qəbiləsindən olan Alaçinin oğludur. Mamayın arvadı, Bərdibəy xanın qızı Biysulu vasitəsilə Əbdülqaffar Krıminin şəcərəsi Batı xana, onun vasitəsilə isə Çingiz xana qədər uzanır. Fiqh və hədisşünaslığa dair bir sıra traktatların müəllifi olan Qarasuvbazarlı qazı 1735-ci ilin əvvəlində Məkkə və Mədinəni də ziyarət etmişdir. "Qafuri" təxəllüsü ilə şeirlər yazmışdır. O, müasirləri tərəfindən Krımda dövrünün ən yaxşı sufi şairlərindən biri kimi tanınıb. Amma o, daha çox tarixçi kimi tanınır.
İrmaq iyəsi
Krımın işğalı (2014)
Rusiya Federasiyasının Krımı ilhaq etməsi — beynəlxalq birliyin çoxu tərəfindən tanınmayan Krım yarımadasının 2014-cü ilin əvvəlində Ukrayna bölgələri — Krım Muxtar Respublikası və Sevastopol şəhərinin inzibati sərhədləri daxilində Rusiya Federasiyasına daxil edilməsi. Bu hadisədən dərhal əvvəl Ukraynada bir neçə aylıq anti-prezident və hökumət əleyhinə hərəkətlər (Evromaydan) başladı, 2014-cü ilin fevralında Viktor Yanukoviçin prezidentlikdən devrilməsi ilə sona çatdı və Krımda bir çoxları dövlət çevrilişi kimi qəbul etdi. Yeni hökumətin və onun tərəfdarlarının bir sıra hərəkətləri (Radanın dövlət dili siyasətinin əsasları haqqında qanunun ləğvi, səs vermə qanununun hazırlanması, Euromaidan fəalları və siyasi xadimlərinin radikal bəyanatları) Rusiya ictimai təşkilatlarının fəallaşması və Rusiyanın etimadlı Krımlarının əhəmiyyətli bir hissəsinin Ukraynanın yeni rəhbərliyinə qarşı səfərbər edilməsi, bu da Rusiya KİV-lərinin informasiya təzyiqi və ictimai rəy manipulyasiyasına kömək etdi. Krım tatar xalqının Məclisi tərəfindən Krım tatarlarının bir nümayəndə heyəti rolunu tələb edən xüsusi bir mövqe tutuldu. 21-23 fevral tarixlərində yeni Ukrayna hökumətini dəstəkləmək üçün kütləvi aksiyalar təşkil etdi və daha sonra Krımın Rusiya Federasiyasına birləşdirilməsinə dair referendum təyin etdikdən sonra onun qanuniliyini tanımaqdan imtina etdi.
SSRİ-də Krımın transferi
SSRİ-də Krımın transferi — 1954-cü ildə Sovet İttifaqında Ali Sovetin Rəyasət Heyətinin Krım vilayətinin Rusiya SFSR-dən Ukrayna SSR-ə keçməsini nəzərdə tutan inzibati tədbiri. Sovet İttifaqının tərkibində olduğu müddətdə Krımda əhali dəyişikliyi baş vermişdir. İkinci Dünya müharibəsi zamanı Krım tatarlarının almanlarla guya əməkdaşlıq etməsi nəticəsində bütün Krım tatarları sovet rejimi tərəfindən deportasiya edilmiş və yarımadaya başqa xalqlar, əsasən də ruslar və ukraynalılar köçürülmüşdür. Müasir ekspertlər qeyd etmişdilər ki, deportasiya Dardanel boğazına çıxmaq və tatarların türk etnik qohumlarının olduğu Türkiyədə ərazilər əldə etmək və ya azlıqları Sovet İttifaqının sərhəd bölgələrindən çıxarmaq ilə bağlı planın bir hissəsi idi. Deportasiya zamanı 8,000-ə yaxın Krım tatarı vəfat etmiş, on minlərlə insan isə ağır sürgün şəraiti səbəbindən sonradan həlak olmuşdur. 19 fevral 1954-cü ildə vilayət Rusiya SFSR-nin tərkibindən Ukrayna SSR-in yurisdiksiyasına verilmişdir. Buna səbəb kimi "iqtisadiyyatının ayrılmaz xarakteri, ərazi yaxınlığı, Krım vilayəti və Ukrayna SSR arasında sıx iqtisadi və mədəni əlaqələr", Pereyaslavl müqaviləsinin bir hissəsi olaraq Ukraynanın Rusiya ilə birləşməsinin 300 illiyi göstərilmişdir. == Rusiyanın Krımı anneksasiyası == 2014 Ləyaqət inqilabından sonra Sevastopol və Krım əraziləri Rusiya Federasiyası tərəfindən ələ keçirilmişdir. Anneksasiya Krım əhalisinin 96%-nin "Bəli" deyə səs verdiyi referendumdan sonra rəsmiləşdirilmişdir. Bu addım Ukrayna hökuməti tərəfindən qınanmış və Krımı Ukraynanın bir hissəsi kimi tanımaqda davam edən BMT dövlətlərinin əksəriyyəti tərəfindən məhəl qoyulmamışdır.
Rusiyanın Krımı işğalı (2014)
Rusiya Federasiyasının Krımı ilhaq etməsi — beynəlxalq birliyin çoxu tərəfindən tanınmayan Krım yarımadasının 2014-cü ilin əvvəlində Ukrayna bölgələri — Krım Muxtar Respublikası və Sevastopol şəhərinin inzibati sərhədləri daxilində Rusiya Federasiyasına daxil edilməsi. Bu hadisədən dərhal əvvəl Ukraynada bir neçə aylıq anti-prezident və hökumət əleyhinə hərəkətlər (Evromaydan) başladı, 2014-cü ilin fevralında Viktor Yanukoviçin prezidentlikdən devrilməsi ilə sona çatdı və Krımda bir çoxları dövlət çevrilişi kimi qəbul etdi. Yeni hökumətin və onun tərəfdarlarının bir sıra hərəkətləri (Radanın dövlət dili siyasətinin əsasları haqqında qanunun ləğvi, səs vermə qanununun hazırlanması, Euromaidan fəalları və siyasi xadimlərinin radikal bəyanatları) Rusiya ictimai təşkilatlarının fəallaşması və Rusiyanın etimadlı Krımlarının əhəmiyyətli bir hissəsinin Ukraynanın yeni rəhbərliyinə qarşı səfərbər edilməsi, bu da Rusiya KİV-lərinin informasiya təzyiqi və ictimai rəy manipulyasiyasına kömək etdi. Krım tatar xalqının Məclisi tərəfindən Krım tatarlarının bir nümayəndə heyəti rolunu tələb edən xüsusi bir mövqe tutuldu. 21-23 fevral tarixlərində yeni Ukrayna hökumətini dəstəkləmək üçün kütləvi aksiyalar təşkil etdi və daha sonra Krımın Rusiya Federasiyasına birləşdirilməsinə dair referendum təyin etdikdən sonra onun qanuniliyini tanımaqdan imtina etdi.
Rusiya Federasiyasının Krımı ilhaq etməsi
Rusiya Federasiyasının Krımı ilhaq etməsi — beynəlxalq birliyin çoxu tərəfindən tanınmayan Krım yarımadasının 2014-cü ilin əvvəlində Ukrayna bölgələri — Krım Muxtar Respublikası və Sevastopol şəhərinin inzibati sərhədləri daxilində Rusiya Federasiyasına daxil edilməsi. Bu hadisədən dərhal əvvəl Ukraynada bir neçə aylıq anti-prezident və hökumət əleyhinə hərəkətlər (Evromaydan) başladı, 2014-cü ilin fevralında Viktor Yanukoviçin prezidentlikdən devrilməsi ilə sona çatdı və Krımda bir çoxları dövlət çevrilişi kimi qəbul etdi. Yeni hökumətin və onun tərəfdarlarının bir sıra hərəkətləri (Radanın dövlət dili siyasətinin əsasları haqqında qanunun ləğvi, səs vermə qanununun hazırlanması, Euromaidan fəalları və siyasi xadimlərinin radikal bəyanatları) Rusiya ictimai təşkilatlarının fəallaşması və Rusiyanın etimadlı Krımlarının əhəmiyyətli bir hissəsinin Ukraynanın yeni rəhbərliyinə qarşı səfərbər edilməsi, bu da Rusiya KİV-lərinin informasiya təzyiqi və ictimai rəy manipulyasiyasına kömək etdi. Krım tatar xalqının Məclisi tərəfindən Krım tatarlarının bir nümayəndə heyəti rolunu tələb edən xüsusi bir mövqe tutuldu. 21-23 fevral tarixlərində yeni Ukrayna hökumətini dəstəkləmək üçün kütləvi aksiyalar təşkil etdi və daha sonra Krımın Rusiya Federasiyasına birləşdirilməsinə dair referendum təyin etdikdən sonra onun qanuniliyini tanımaqdan imtina etdi.
Rusiya imperiyasının Krımı ilhaq etməsi
Rusiya imperiyasının Krımı ilhaqı — əvvəllər Krım xanlığına bağlı yarımada olan Krım 19 aprel 1783-cü il tarixində Rus imperiyası tərəfindən ilhaq edilməsi hadisəsi nəzərdə tutulur. İlhaqdan əvvəlki müddətdə rus imperiyası Krımın daxili işlərinə müdaxilələr edərkən, Krımın bağlı olduğu Osmanlı imperiyası Krım ilə yetərincə maraqlanmamaqda idi. İlhaqdan sonra tam 134 il boyunca rus imperiyası tərəfindən idarə edilən Krımdakı rus hakimiyyəti 1917-ci il iqilabından sonra qısaömürlü Krım Xalq Cümhuriyyətinin elan edilməsiylə sonlandı. Rusiya Vətəndaş müharibəsi dövründə tez-tez əl dəyişdirən Krım 1921-ci ildən 1954-cü ilə qədər Rusiya Sovet Federativ Sosialist Respublikasının, daha sonra isə Ukrayna Sovet Sosialist Respublikasının və 1991-ci ildə müstəqilliyini qazanan Ukraynanın hakimiyyəti altında qaldı. 2014-cü ildə Rusiya tərəfindən yenidən ilhaq edilən Krımın son ilhaqı isə hələ beynəlxalq arenada rəsmi olaraq tanınmamaqdadır. == Başlanğıc == Krımın Qara dənizin kənarında olması, yanında Qafqaza gedən yolun olması ruslar üçün yarımadanı strateji baxımdan önəmli hala gətirməkdə idi. Osmanlı imperiyası isə bu təhlükənin fərqinə XVIII əsrin sonlarında başa düşdü. Rusiyanın Qara dəniz sahillərini əlinə keçirərək isti sulara çatma məqsədi üçün etdiyi müharibələrdən biri olan 1735–1739 Osmanlı-Rus-Avstriya müharibəsi nəticəsində imzalanan Belqrad müqaviləsi ilə ruslar Krımı müharibə yolu ilə ala bilməyəcəklərini başa düşərək sərhədlərini genişlətmə məsələsində strateji dəyişikliklərə getdilər. Krım xanlığının daxili işlərində qarışıqlıqlar çıxarmaq sürətiylə xanlığı içdən zəiflətmək və Osmanlı imperiyasının da zəif olduğu anda buranı almağı planlayan ruslar bu məqsədlə 1740-cı ildə Krım ilə əlaqələri nizamlamaq üçün Kiyevə vali təyin etdilər və Krıma da konsul təyin etdilər. Təyin edilən konsul Krımın sosial, siyasi və iqtisadi vəziyyətini, yarımadanın topoqrafik və strateji strukturunu, xalqın və Krımın hakim elitasının adət və ənənələri kimi xüsusiyyətlərini müntəzəm olaraq Rusiyaya bildirdi.