SSRİ-də Krımın transferi

SSRİ-də Krımın transferi — 1954-cü ildə Sovet İttifaqında Ali Sovetin Rəyasət Heyətinin Krım vilayətinin Rusiya SFSR-dən Ukrayna SSR-ə keçməsini nəzərdə tutan inzibati tədbiri.

SSRİ-də Krımın transferi
Tarix 1954

Sovet İttifaqının tərkibində olduğu müddətdə Krımda əhali dəyişikliyi baş vermişdir. İkinci Dünya müharibəsi zamanı Krım tatarlarının almanlarla guya əməkdaşlıq etməsi nəticəsində bütün Krım tatarları sovet rejimi tərəfindən deportasiya edilmiş və yarımadaya başqa xalqlar, əsasən də ruslarukraynalılar köçürülmüşdür. Müasir ekspertlər qeyd etmişdilər ki, deportasiya Dardanel boğazına çıxmaq və tatarların türk etnik qohumlarının olduğu Türkiyədə ərazilər əldə etmək və ya azlıqları Sovet İttifaqının sərhəd bölgələrindən çıxarmaq ilə bağlı planın bir hissəsi idi.[1]

Deportasiya zamanı 8,000-ə yaxın Krım tatarı vəfat etmiş, on minlərlə insan isə ağır sürgün şəraiti səbəbindən sonradan həlak olmuşdur.[2]

19 fevral 1954-cü ildə vilayət Rusiya SFSR-nin tərkibindən Ukrayna SSR-in yurisdiksiyasına verilmişdir.[3] Buna səbəb kimi "iqtisadiyyatının ayrılmaz xarakteri, ərazi yaxınlığı, Krım vilayəti və Ukrayna SSR arasında sıx iqtisadi və mədəni əlaqələr",[4] Pereyaslavl müqaviləsinin bir hissəsi olaraq Ukraynanın Rusiya ilə birləşməsinin 300 illiyi göstərilmişdir.[5][6]

Rusiyanın Krımı anneksasiyası

[redaktə | mənbəni redaktə et]

2014 Ləyaqət inqilabından sonra SevastopolKrım əraziləri Rusiya Federasiyası tərəfindən ələ keçirilmişdir. Anneksasiya Krım əhalisinin 96%-nin "Bəli" deyə səs verdiyi referendumdan sonra rəsmiləşdirilmişdir. Bu addım Ukrayna hökuməti tərəfindən qınanmış və Krımı Ukraynanın bir hissəsi kimi tanımaqda davam edən BMT dövlətlərinin əksəriyyəti tərəfindən məhəl qoyulmamışdır.[7][8]

  1. Bezverkha, Anastasia. "Reinstating Social Borders between the Slavic Majority and the Tatar Population of Crimea: Media Representation of the Contested Memory of the Crimean Tatars' Deportation". Journal of Borderlands Studies. Informa UK Limited. 32 (2). 2015-08-04: 127–139. doi:10.1080/08865655.2015.1066699. ISSN 0886-5655.
  2. Rywkin, Michael. Moscow's lost empire. Armonk, N.Y.: M.E. Sharpe. 1994. səh. 67. ISBN 1-56324-236-2. OCLC 28889426.
  3. "Chronology for Crimean Russians in Ukraine". 6 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2021.
  4. Calamur, Krishnadev. "Crimea: A Gift To Ukraine Becomes A Political Flash Point". NPR. 27 February 2014. 22 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2017.
  5. Ragozin, Leonid. "Annexation of Crimea: A masterclass in political manipulation". Al Jazeera. 16 March 2019. 28 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2024.
  6. Crimea profile – Overview Arxivləşdirilib 2020-05-08 at the Wayback Machine BBC News. Retrieved 30 December 2015
  7. "Ukraine Crisis: World Leaders React to Unfolding Disaster in Crimea". International Business Times. 2 March 2014. 22 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 March 2014.
  8. "Sanctions threat grows as Ukraine tensions rise". Mainichi Shimbun. 4 March 2014. 4 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 March 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]