Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birəli
Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı Pirli olmuşdur. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. == Toponimi == Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
Viktor Şirəli
Viktor Heydər oğlu Şirəlizadə (7 may 1945 – 19 fevral 2018) — Azərbaycan əsilli Rusiya şairi. Leninqrad anderqraundunun nümayəndəsi. == Həyatı == Viktor Heydər oğlu Şirəlizadə 1945-ci il mayın 9-da Leninqrad şəhərində anadan olub və Böyük Vətən müharibəsindəki qələbənin şərəfinə və Leninqradın blokadası zamanı aclıqdan ölən babasının şərəfinə adlandırılıb. Viktor Şirəlinin özünün dediyinə görə, atası Heydər Həsən oğlu Şirəlizadə, əslən Cənubi Azərbaycandandır. O, 1916-cı ildə anadan olub və əczaçı işləyib. Şairin dediyinə görə atası türkcə (azərbaycanca) şeirlər yazırdı. Anası Mariya Viktorovna Lazareva, 1925-ci ildə Pskov quberniyasından olan kəndli ailəsində anadan olub. Onun dediyinə görə atası ilə anası müharibə zamanı atasının döyüşdüyü Leninqrad yaxınlığında tanış olublar. 1955-ci ildə onlar ayrılıblar. 1963-cü ildə məktəbi bitirdikdən sonra V.Şirəli elektrik, radiomontajçı, təchizat agenti, rəqs pavilyonunun inzibatçısı, kitabxanaçı, qayıq stansiyasında gözətçi kimi işləyib.
İskəndər Şirəli
İskəndər Yaqub oğlu Şirəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin müdiri (2007), Elmlər doktoru (2014), Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü (2014), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professoru (2015). == Həyatı == İskəndər Yaqub oğlu Şirəli 1960-ci il noyabrın 21-də Neftçala rayonu, Novovasilyevka kəndində anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu “Dağ mühəndisi” ixtisası üzrə fərqlənmə (qırmızı) diplomu ilə bitirib. Ailəlidir, 4 övladı, 4 nəvəsi var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1983-cü ildə “Xəzərdənizneft” İstehsalat Birliyi, “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi peşəsindən başlayıb. 1984-cü ildə həmin idarədə buruq ustası, 1990-cı ildə 2 saylı rayon Mühəndis - Texnoloji Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 1991-1992-ci illərdə Sankt-Peterburq, “Zond” istehsalat müəssisəsinin Bakı filialının rəisi vəzifəsində işləyib. 1992-ci ildən “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsində Baş mühəndis, 1993-cü ildən “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin rəisi, 2006-cı ildən Abşeron Qazma İşləri İdarəsinin rəisi, 2007-ci ildən SOCARın “Kompleks qazma işləri” trestinin müdir vəzifələrində çalışıb. 2019-cu ilin may ayından SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyir. == Elmi fəaliyyəti == 2001-ci ildə Texnika Elmlər namizədi alimlik dərəcəsi, 2014-cü ildə Elmlər doktoru elmi dərəcəsi alıb.
Şirəli (Çaroymaq)
Şirəli (fars. شيرعلي‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şirəli Adilov
Şirəli İlham oğlu Adilov (6 iyun 1996; Çaxırlı, Göyçay rayonu, Azərbaycan — 25 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şirəli Adilov 6 iyun 1996-cu ildə Göyçay rayonunun Çaxırlı kəndində İlham Adilovun ailəsində anadan olmuşdur. Nərimanov rayonunda yaşamışdır. 2002-2013-cü illərdə orta təhsil almışdır. Ailəli idi. == Hərbi xidməti == Şirəli Adilov 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şirəli Adilov müddətli həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur.
Şirəli Axundov
Axundov Şirəli Baxşəli oğlu (10 mart 1886, Girdəni, Lənkəran rayonu – 23 may 1960, Bakı) — Lənkəran Qəza İcraiyyə Komitəsinin sədri. == Həyatı == 1886-cı ildə Bakı quberniyasının Lənkəran qəzasının Rəzi Girdəni kəndində anadan olub. İndiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. 1960-cı ildə Lənkərandan vəfat edib.
Şirəli Müslümov
Şirəli Fərzəli oğlu Müslümov (26 mart 1805, Barzavu, Lerik rayonu – 2 sentyabr 1973, Barzavu, Lerik rayonu) — Dünyanın ən uzunömürlü sakinlərindən biri. == Həyatı == Şirəli Müslümov 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib. O, 3 dəfə evlənmiş və 23 övlad sahibi olmuşdur. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilmişdir. 136 yaşında qız atası olmuşdur. Uzun ömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşmüşdü. Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, onun yaşı şübhə doğurur. Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSRİ dövrünə təsadüf etdiyindən, 1800-cü illərdə əhalinin siyahıya alınması, doğum tarixlərinin düzgün qeyd olunması və digər aidiyyati məsələlərin səhv olmaq ehtimalı da mövcuddur. Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem keçən əsrin 60-cı illərində çap olunmuş özünün "Qafqaz xalqları və onların mədəniyyəti" əsərində Azərbaycana da xüsusi yer ayırmışdır.
Şirəli Məmmədov
Şirəli Nəsirzadə Məmmədov (25 dekabr 1904, Dəstə, Ordubad rayonu – 18 fevral 1984, Bakı) — texnika elmləri doktoru (1948), professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1968). == Həyatı == Şirəli Məmmədov 1904-cü ildə Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Ali təhsilini 1930-cu ildə Moskva Dağ-Mədən Akademiyasında Dağ-mədən mühəndisi ixtisası üzrə almışdır. == Əmək fəaliyyəti == Şirəli Məmmədov Maqnitoqorsk filiz mədənində işləmiş, Culfa "Soyuzmərgümüş" kombinatının rəisi olmuşdur. Moskva Dağ-Mədən İnstitutunun filiz yataqlarının işlənilməsi kafedrasına rəhbərlik etmişdir. Böyük Vətən müharibəsi illərində "Naxduzfiliz"in baş mühəndisi vəzifəsində işləmişdir. 1950-1953-cü illərdə Zaqafqaziyada ən iri filiz-mədən kompleksinin Daşkəsən Dağ-Mədən Kombinatının tikintisinə rəhbərlik etmişdir.1953-1954-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 1956-1959-cu illərdə isə geofizika kafedrasının müdiri olmuşdur. 1959-1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri vəzifəsini icra etmişdir. 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun faydalı qazıntı yataqlarının işlənilməsi kafedrasının müdiri olmuşdur. 1958-ci ildən 1984-cü ilə qədər Geologiya və Geofizika İnstitutu) dağ-mədən işləri sektoruna rəhbərlik edərək Azərbaycanda dağ-mədən elminin əsasını qoymuş və onun yaradıcısı olmuşdur.
Şirəli İskəndər
İskəndər Yaqub oğlu Şirəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin müdiri (2007), Elmlər doktoru (2014), Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü (2014), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professoru (2015). == Həyatı == İskəndər Yaqub oğlu Şirəli 1960-ci il noyabrın 21-də Neftçala rayonu, Novovasilyevka kəndində anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu “Dağ mühəndisi” ixtisası üzrə fərqlənmə (qırmızı) diplomu ilə bitirib. Ailəlidir, 4 övladı, 4 nəvəsi var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1983-cü ildə “Xəzərdənizneft” İstehsalat Birliyi, “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi peşəsindən başlayıb. 1984-cü ildə həmin idarədə buruq ustası, 1990-cı ildə 2 saylı rayon Mühəndis - Texnoloji Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 1991-1992-ci illərdə Sankt-Peterburq, “Zond” istehsalat müəssisəsinin Bakı filialının rəisi vəzifəsində işləyib. 1992-ci ildən “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsində Baş mühəndis, 1993-cü ildən “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin rəisi, 2006-cı ildən Abşeron Qazma İşləri İdarəsinin rəisi, 2007-ci ildən SOCARın “Kompleks qazma işləri” trestinin müdir vəzifələrində çalışıb. 2019-cu ilin may ayından SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyir. == Elmi fəaliyyəti == 2001-ci ildə Texnika Elmlər namizədi alimlik dərəcəsi, 2014-cü ildə Elmlər doktoru elmi dərəcəsi alıb.
Şirəli Şirəliyev
Şirəli Qulam oğlu Şirəliyev — sovet futbolçusu və məşqçisi. Azərbaycan SSR-nin əməkdar məşqçisi və "Əməkdar bədən tərbiyəçisi və idman xadimi". "Neftyanik" komandasının məşqçisi (1949), baş məşqçisi (1951-1952, 1958) və rəisi (1952, 1957-1958). Azərbaycanın ilk futbol məşqçisi. == Həyatı == Şirəli Qulam oğlu Şirəliyev 1912-ci ildə Salyanda anadan olub. 12 yaşında ikən iş tapmaq məqsədi ilə Bakıya gəlmiş və Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində işə düzəlmişdir. Şirəli futbolu çox sevdiyi üçün fabrikdə işləməklə bərabər futbol komandası da yaratmışdı. O, fabrikdə əvvəlcə özü kimi gəncləri toplayıb, məşqlərə başlamışdır. Sonra onun komandası Bakı yarışlarında qüvvəsini sınamışdır. Onun oyunu futbol mütəxəssislərinin gözündən yayınmamışdı.
Eldar Nəsibli Sibirel
Eldar Nəsibli Sibirel — Azərbaycan şairi, publisist. == Həyatı == Eldar Nəsibli Sibirel 1952-ci ildə Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. Valideynləri bəraət aldıqdan sonra sürgündən öz doğma yurdlarına - Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıtmış və orta təhsili orada almışdır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 9 yaşlarından yaradıcılığa başlayıb. Şairin "Ağacların söhbəti" adlı ilk şeri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində işıq üzü görüb. "Salam, dan ulduzu", "Məni səsləyən var", "Harayla məni", "Dünya məndən gəlib, keçir", "Bu da bir ömürdür ağlı, qaralı" "Bura Qazaxdır, oğlum!", "Turan Şərqisi" "Seçilmiş Əsərləri" şeirlər kitablarının, "Yaddaş" poemasının və "Yaşamaq da igidlikdir" xatirə kitabının müəllifidir. Eldar Nəsiblinin şeirləri bir çox dillərə tərcümə edilmişdir. Onun şeirlərini tərcümə edənlərdən biri də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyevdir.
Şirəli bəy Əmircanov
Şirəli bəy Əmircanov (1843, Şəki, Kaspi vilayəti – 1922) — Nuxa Şəhər Dumasının sədri, Cavanşir qəzasının rəisi. Azərbaycan Cümhuriyyəti dövründə Nuxa Sülh Bölməsinin sülh hakimi olub. == Həyatı == Şirəli bəy Əmircanov 1843-cü ildə Şəkidə anadan olub. Şəki qəza məktəbinin tam kursunu bitirib. Bakı Valilik İdarəsinin 1864-cü il martın 10-da verdiyi qərarla kiçik dəftərxana işçisi kimi Şəki Qəza İdarəsində işləməyə başlayıb. 1868-ci sentyabrın 29-dan etibarən isə burada tərcüməçi vəzifəsinə təyinat alıb. 1875-ci il iyulun 13-də Şəki şəhər 2-ci hissəsinin pristavı, 1877-ci il oktyabrın 14-dən isə Şəki qəzasının polis pristavı təyin edilib. 1879-cu il fevralın 6-dan Gəncə valisinin tərcüməçisi, 1880-ci il noyabrın 7-dən Şəki qəzasının polis pristavı, 1881-ci il sentyabrın 28-dən Cavanşir qəzasının rəis müavini əvəzi, 1883-cü il aprelin 13-dən Cavanşir qəzası rəisinin əvəzi təyin edilib. 1884-cü il mayın 29-da Cavanşir qəzasının rəisi təyin olunub. Yürüş və döyüşlərdə olmayıb.
Şirəli dağdan endi
== Məzmun == Film-reportaj planetimizin ən qocaman sakini - 165 yaşlı Şirəli Müslümov barəsindədir. Ö, ömründə ikinci dəfə Qafqaz dağlarından enib Bakıya gəlmişdir.
Şirəli Yaqub oğlu İskəndər
İskəndər Yaqub oğlu Şirəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin müdiri (2007), Elmlər doktoru (2014), Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü (2014), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professoru (2015). == Həyatı == İskəndər Yaqub oğlu Şirəli 1960-ci il noyabrın 21-də Neftçala rayonu, Novovasilyevka kəndində anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu “Dağ mühəndisi” ixtisası üzrə fərqlənmə (qırmızı) diplomu ilə bitirib. Ailəlidir, 4 övladı, 4 nəvəsi var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1983-cü ildə “Xəzərdənizneft” İstehsalat Birliyi, “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi peşəsindən başlayıb. 1984-cü ildə həmin idarədə buruq ustası, 1990-cı ildə 2 saylı rayon Mühəndis - Texnoloji Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 1991-1992-ci illərdə Sankt-Peterburq, “Zond” istehsalat müəssisəsinin Bakı filialının rəisi vəzifəsində işləyib. 1992-ci ildən “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsində Baş mühəndis, 1993-cü ildən “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin rəisi, 2006-cı ildən Abşeron Qazma İşləri İdarəsinin rəisi, 2007-ci ildən SOCARın “Kompleks qazma işləri” trestinin müdir vəzifələrində çalışıb. 2019-cu ilin may ayından SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyir. == Elmi fəaliyyəti == 2001-ci ildə Texnika Elmlər namizədi alimlik dərəcəsi, 2014-cü ildə Elmlər doktoru elmi dərəcəsi alıb.
Şirəli dağdan endi (film, 1966)
== Məzmun == Film-reportaj planetimizin ən qocaman sakini - 165 yaşlı Şirəli Müslümov barəsindədir. Ö, ömründə ikinci dəfə Qafqaz dağlarından enib Bakıya gəlmişdir.