Şirəli Nəsirzadə Məmmədov (25 dekabr 1904, Dəstə, Ordubad rayonu – 18 fevral 1984, Bakı) — texnika elmləri doktoru (1948), professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1968).[2][3]
Şirəli Məmmədov | |
---|---|
1959 – 16 iyun 1961 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Abdulla Qarayev |
1944 – 1945 | |
Sonrakı | Ağamirzə Əhmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dəstə, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Partiya | ÜİK(b)P (1921) |
Fəaliyyəti | professor |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
Şirəli Məmmədov 1904-cü ildə Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Ali təhsilini 1930-cu ildə Moskva Dağ-Mədən Akademiyasında Dağ-mədən mühəndisi ixtisası üzrə almışdır.[2][3]
Şirəli Məmmədov Maqnitoqorsk filiz mədənində işləmiş, Culfa "Soyuzmərgümüş" kombinatının rəisi olmuşdur. Moskva Dağ-Mədən İnstitutunun filiz yataqlarının işlənilməsi kafedrasına rəhbərlik etmişdir. Böyük Vətən müharibəsi illərində "Naxduzfiliz"in baş mühəndisi vəzifəsində işləmişdir. 1950-1953-cü illərdə Zaqafqaziyada ən iri filiz-mədən kompleksinin Daşkəsən Dağ-Mədən Kombinatının tikintisinə rəhbərlik etmişdir.[2]
1953-1954-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 1956-1959-cu illərdə isə geofizika kafedrasının müdiri olmuşdur. 1959-1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri vəzifəsini icra etmişdir. 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun faydalı qazıntı yataqlarının işlənilməsi kafedrasının müdiri olmuşdur. 1958-ci ildən 1984-cü ilə qədər Geologiya və Geofizika İnstitutu) dağ-mədən işləri sektoruna rəhbərlik edərək Azərbaycanda dağ-mədən elminin əsasını qoymuş və onun yaradıcısı olmuşdur.
Şirəli Məmmədov dağ-mədən süxurlarının partlayışla dağıdılması, filiz və qeyri-filiz yataqlarının işlənməsi, şaxta üsulu ilə neftin çıxarılmasının, filiz yataqlarının işlənməsinin yeraltı sistemlərinin təsnifatı üzrə mühüm nəzəri və təcrübü əhəmiyyəti olan elmi tədqiqatları yerinə yetirmişdir. Onun faydalı qazıntıların işlənməsi sistemi üzrə fundamental əsərləri dağ-mədən elmini çox zənginləşdirmişdir.[2]
O, ali təhsil müəssisələrinin dağ-mədən fakültəsi tələbələri üçün azərbaycan dilində ilk dəfə yazılmış dərsliklərin və dərs vəsaitlərinin müəllifidir. 220-dən çox elmi əsəri, o cümlədən 23 monoqrafiyası dərc olunmuşdur. Faydalı qazıntıların işlənməsi üzrə çox sayda mütəxəssislər hazırlamışdır.[2]
1938-ci ildə "Böyük filiz yataqlarının işlənilməsi zamanı kameralararası kütlələrin qoparılması məsələlərinə dair" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1948-ci ildə Moskvada Əlvan Metallar və Qızıl İnstitutunda "Filiz yataqlarının işlənməsinin yeraltı sistemlərinin seçilməsinin əsas prinsipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1970-1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun faydalı qazıntıların işlənilməsi kafedrasının professoru olmuşdur.[2]
Şirəli Məmmədov 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.[2][3]