Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İstigöl (Mahnişan)
İstigöl (fars. استي گل‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (23 ailə).
İstiqlal
Müstəqillik və ya İstiqlal — bir millətin və ya bir dövlətin öz vətəndaşı və ya əhalisi tərəfindən idarə edilməsidir. Başqa sözlə, suverenlik hüquqlar başqalarının əlində olmaması. Müstəqillik, müxtəlif yollarla ələ gəlir, o cümlədən demokratik yolu ilə və ya silahlı mübarizə ilə.
Stimul
Stimul — insanı hansısa bir işə ruhlandırmaq, onun özünün özünə olmayan inamını artırmaq, hansısa səbəbdən ölən marağını yenidən yaratmaqdır. Stimul olmadan insan bir şeyə çətinliklə nail olur. Stimul bir çox üsullarla göstərilir: bəzən mükafat şəklində, bəzən gözəl sözlər, gözləmədiyin tərif, hədiyyə və s.
İstisu
Yaşayış məntəqələri İstisu (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. İstisu (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd. İstisu (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. İstisu (Kosər) — Iranın Ərdəbil ostanında kənd. İstisu (Salmas) — İstisu (Dərələyəz mahalı) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. İstisu qəsəbəsi İstisu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda qəsəbə. İstisu (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda qəsəbə. Digər İstisu (içki) — Azərbaycanın ərazisində çıxan təbii, müalicəvi mineral su. İstisu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda mineral su mənbəyi. İstisu — Astara rayonu ərazisində müalicəvi mineral bulaqlar.
"İstiqlal" ordeni
"İstiqlal" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 1992–2005-ci illərdə Azərbaycanın ən yüksək dövlət təltifi olmuşdur. == Tarixi və statusu == "İstiqlal" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Təsis olunduğu zaman orden Azərbaycan Respublikasının ən yüksək təltifi idi. Ordeninin statutu Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Qanuna əsasən orden aşağıdakılara görə verilir: Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə; Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə; Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə. == Təsviri == "İstiqlal" ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda ordenin təsviri aşağıdakı kimi verilmişdir: "İstiqlal" ordeni qızıldan və gümüşdəndir, düzgün səkkizguşəli qızıl ulduz şəklindədir. Ulduzun guşələri üzərindəki şüalar onun sağanağına dirənir.
Elektrik intiqal
Elektrik intiqalı — elektrik enerjisini mexaniki enerjiyə çevirən və həmin çevrilmiş enerjinin idarə olunmasını təmin edən elektromexaniki qurğuya deyilir. Elektrik intiqalı əsas etibarilə istehsal mexanizmlərinin hərəkət etməsi üçün tətbiq olunur. Onun struktur sxemi belədir: M -> ÖM -> İO. Burada M — mühərrik, ÖM — ötürücü mexanizm, İO — işci orqandır. Elektrik intiqalının elektrik hissəsi mühərrikdən və elektrik aparatlarından ibarətdir. Onun mexaniki hissəsi isə işçi orqanın xarakterindən asılı olaraq çarx qolu, sürgü qolu, reduktor, hərəkəti təmzimləyən sürət qutusundan və s. ibarətdir.
İstiqlal (dəqiqləşdirmə)
İstiqlal — Siyasi-ictimai mənasında (müstəqillik) İstiqlal (snayper tüfəngi) — Azərbaycan istehsalı olan irikalibrli snayper tüfəngi. İstiqlal məscidi — İndoneziyada ən böyük məscid. İstiqlaliyyət küçəsi — Bakı. İstiqlaliyyət küçəsi — İstanbul. İstiqlal qəzeti İstiqlal (qəzet, 1909) — Cənubi Azərbaycanda dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1918) — Azərbaycan Xalq Cümhuriyyəti dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1921) — Sovet dövründə gizli fəaliyyətə başlayan qəzet. İstiqlal (qəzet, 1932) — Türkiyədə dərc olunmuş qəzetlərdən biri.
İstiqlal (mahnı)
İstiqlal (qəzet)
İstiqlal (qəzet, 1918) — Azərbaycan Xalq Cümhuriyyəti dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1921) — Sovet dövründə gizli fəaliyyət göstərmiş qəzet. İstiqlal (qəzet, 1932) — Türkiyədə dərc olunmuş qəzetlərdən biri.
İstiqlal FK
İstiqlal (Farsca; باشگاه فرهنگی ورزشی استقلال) — İran Birinci Futbol Liqasındakı 2 böyük Tehran komandasından biridir.
İstiqlal Marşı
İstiqlal Marşı — Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının dövlət himni. Qərb Cəbhəsi Komandiri İsmət İnönü dövlət himni üçün şeirin yazılması ilə bağlı xalqa səslənmiş və şeiri məqbul görülən şəxsə 500 türk lirəsi mükafat vəd etmişdir. Yarışmaya 724 şeir təqdim edilmiş, lakin bu şeirlərdən heç biri himn olmaq üçün uyğun hesab edilməmişdir. Bu hadisədən sonra Mehmet Akif Ərsoyun "Bizim Qəhrəman Ordumuz" adlı şeiri parlamentdə oxunmuş və böyük rəğbətlə qarşılanmışdır. 12 mart 1921-ci il tarixli iclasda bu şeir himn olaraq qəbul edilmişdir. Mehmet Akif Ərsoy, müsabiqə mükafatı üçün nəzərdə tutulmuş 500 lirə mükafatı almamış və bu vəzifəni ordu və millət üçün yerinə yetirdiyini dilə gətirmişdir. İstiqlal Marşının bəstəkarı Osmanlı sarayında ilk türk skripkaçı kimi yetişdirilən Osman Zəki Üngör olmuşdur. İstiqlal marşının çərçivəli şəkili, bütün türk sinif otaqlarının löhvəsi üzərində Türk bayrağı və ölkənin qurucusu olan Atatürkün fotoşəkili ilə birlikdə divardan asılı vəziyyətdə dayanmalıdır. 20 oktyabr 1927-ci ildən bəri bunlarla yanaşı Atatürkün gənclərə ilhamlı xitabının yer aldığı fotoşəkil də yerləşdirilmişdir. On misralı himndən yalnız ilk iki dörd misra oxunur.
İstiqlal məhkəmələri
İstiqlal məhkəməsi (türk. İstiklâl Mahkemesi) — 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsi dövründə hökumətə qarşı çıxanların mühakimə olunması üçün yaradılan yüksək səlahiyyətə sahib ali məhkəmələr. Ankara, Əskişehir, Konya, Isparta, Sivas, Kastamonu, Pozantı və Diyarbəkir mövcud olmuşdur. Ankara məhkəməsi xaric digər məhkəmələrin fəaliyyəti 1921-ci ildə dayandırılıb. İstiqlal Məhkəmələrinə səlahiyyət verən qanun qəbul edildikdən sonra, İsmət İnönü 14 İstiqlal məhkəməsinin qurulmasını təklif etdi. Mövcud olan işlər üçün 14 məhkəmə çox olacağından yalnız 7 məhkəmə yaradıldı. Məhkəmələrin qurulmasından bir ay sonra, Diyarbəkirdə başqa bir məhkəmə quruldu və ümumi say səkkizə çatdı. Müharibə bitdikdən sonra məhkəmələrin artıq ehtiyacsız olduğunu hiss edildi. Hökumət məhkəmələrin ömrünü uzadacağına ümid etsə də, müxalifətin təzyiqi 1921-ci ildə istiqlal məhkəmələrinin yeddisinin bağlanmasına səbəb oldu. 1925-ci ilin martında Asayişi Qoruma Qanunu (türk.
İstiqlal məhkəməsi
İstiqlal məhkəməsi (türk. İstiklâl Mahkemesi) — 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsi dövründə hökumətə qarşı çıxanların mühakimə olunması üçün yaradılan yüksək səlahiyyətə sahib ali məhkəmələr. Ankara, Əskişehir, Konya, Isparta, Sivas, Kastamonu, Pozantı və Diyarbəkir mövcud olmuşdur. Ankara məhkəməsi xaric digər məhkəmələrin fəaliyyəti 1921-ci ildə dayandırılıb. İstiqlal Məhkəmələrinə səlahiyyət verən qanun qəbul edildikdən sonra, İsmət İnönü 14 İstiqlal məhkəməsinin qurulmasını təklif etdi. Mövcud olan işlər üçün 14 məhkəmə çox olacağından yalnız 7 məhkəmə yaradıldı. Məhkəmələrin qurulmasından bir ay sonra, Diyarbəkirdə başqa bir məhkəmə quruldu və ümumi say səkkizə çatdı. Müharibə bitdikdən sonra məhkəmələrin artıq ehtiyacsız olduğunu hiss edildi. Hökumət məhkəmələrin ömrünü uzadacağına ümid etsə də, müxalifətin təzyiqi 1921-ci ildə istiqlal məhkəmələrinin yeddisinin bağlanmasına səbəb oldu. 1925-ci ilin martında Asayişi Qoruma Qanunu (türk.
İstiqlal məscidi
İstiqlal məscidi (ind. Masjid Istiqlal) — İndoneziyada ən böyük məscid. 1978-ci ildə prezident Suxarto tərəfindən açılış edilib. İstiqlal məscidi hələ də Cənub-Şərqi Asiyanın ən böyük məscididir və burada eyni vaxtda 120 min müsəlman namaz qıla bilər. Məscidin adı isə İndoneziyanın müstəmləkəçilərdən qurtularaq dövlət müstəqilliyi qazanması ilə bağlıdır. İstiqlal ənənəvi Yavan məscidlərinə bənzəmir. Bina nəhəng beton blok formasındadır və üzərində də 45 metr diametrə malik, 12 dairəvi sütun üzərində sferik günbəz var. Binanın kənarlarında bütün mərtəbələrə aparan pilləkənlər inşa edilib və böyük ibadət məkanının qarşısında kiçik günbəzli kiçki ibadət yeri var. Sadə və minimum dekorativ həndəsi detallara malik məscidə cakartalılar çox böyük dəyər verir.
İstiqlal ordeni
"İstiqlal" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 1992–2005-ci illərdə Azərbaycanın ən yüksək dövlət təltifi olmuşdur. "İstiqlal" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Təsis olunduğu zaman orden Azərbaycan Respublikasının ən yüksək təltifi idi. Ordeninin statutu Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Qanuna əsasən orden aşağıdakılara görə verilir: Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə; Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə; Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə. "İstiqlal" ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda ordenin təsviri aşağıdakı kimi verilmişdir: "İstiqlal" ordeni qızıldan və gümüşdəndir, düzgün səkkizguşəli qızıl ulduz şəklindədir. Ulduzun guşələri üzərindəki şüalar onun sağanağına dirənir.
İstiqlal qəzeti
İstiqlal (qəzet, 1918) — Azərbaycan Xalq Cümhuriyyəti dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1921) — Sovet dövründə gizli fəaliyyət göstərmiş qəzet. İstiqlal (qəzet, 1932) — Türkiyədə dərc olunmuş qəzetlərdən biri.
İstiqlal toplusu
İstiqlal toplusu — 1919-cu ildə, "İstiqlal bəyannaməsi"nin elan olunmasının birinci ildönümü münasibətilə Bakıda buraxılmış toplu. "İstiqlal bəyannaməsi"nin mətni ilə açılan topluda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan parlamenti", P. Kosalının "Seymin Parlamanı Cümhuriyyətimizin tarixi inkişafında", Üzeyir bəy Hacıbəylinin "Azərbaycan türklərinin musiqisi tarixindən", naməlum müəllifin "Xalq ədəbiyyatı" məqalələri verilmişdir.
İstiqlal Bəyannaməsi
Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi (az-əbcəd. ایستیقلال بیان‌نامه‌سی‎) və ya İstiqlal Əqdnaməsi (az-əbcəd. ایستیقلال عقدنامه‌سی‎) — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Müstəqillik Günü dövlət bayramı kimi qeyd edilir. 1918-ci ilin əvvəlində Qafqazda siyasi vəziyyət çox çətin olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqlarının uğursuzluğundan sonra, alman-türk qoşunları 1917-ci il 6 dekabrda Qafqazda hücuma başladılar.
İstiqlal (toplu)
İstiqlal toplusu — 1919-cu ildə, "İstiqlal bəyannaməsi"nin elan olunmasının birinci ildönümü münasibətilə Bakıda buraxılmış toplu. == Tarixi == "İstiqlal bəyannaməsi"nin mətni ilə açılan topluda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan parlamenti", P. Kosalının "Seymin Parlamanı Cümhuriyyətimizin tarixi inkişafında", Üzeyir bəy Hacıbəylinin "Azərbaycan türklərinin musiqisi tarixindən", naməlum müəllifin "Xalq ədəbiyyatı" məqalələri verilmişdir.
İstisu (Astara)
İstisu (Kəlbəcər)
İstisu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu qəsəbə inzibati ərazi dairəsində qəsəbə. İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınmışdır. Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir. Bu ərazidə bioloji terrorizm üzrə qruplar fəaliyyət göstərirdi. 2020-ci il noyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. İstisuyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s.
İstisu (Lənkəran)
İstisu (əvvəlki adı: Kirov) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Kirov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kirov şəhər tipli qəsəbə İstisu şəhər tipli qəsəbə, Kirov qəsəbə inzibati-ərazi vahidi İstisu qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Qəsəbə rayon mərkəzindən 7 km aralıda, Talış dağlarının ətəyində yerləşir. Vaxtilə 1000 hektara yaxın olan ərazini əhatə edən qəsəbə hazırda cəmi 678 hektardır ki, bunun da 200 hektarından çoxu yaşayış evlərinin payına düşür. Əhalisi 3630 nəfərdir, 1880 nəfəri qadınlar, 19 nəfəri "Qəhrəman ana"dır, 718 ailə təsərrüfatı var(2017). Sovet dövründə qəsəbə sakinlərindən Xanımqız Qədirova SSRİ Ali Sovetinin, Tuğra Əliyeva və Nadir Məmmədov Azərbaycan SSR Ali Sovetinin deputatları seçilmişdilər.
İstisu (Masallı)
İstisu — Masallı rayonunda yerləşən sanatoriya, tam adı - İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyasıdır. İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası həm Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər. İstisuyin həqiqətən də müalicəvi olmasını XX əsrin 60-ci illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng sübut etmişdir. O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi olan zaman – 1971-ci ildə, Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb. İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi lisenziyaya malikdir.
İstisu (Salmas)
İstisu (fars. بگرم‎آ “Abgərm”) və ya Dərmanabad — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd 2006-cı il məlumatına görə kənddə 598 nəfər yaşayır (113 ailə).
İstisu (Xaltan)
İstisu — Quba rayonu ərazisində yerləşən təbii mineral bulaq. Burdan çıxan isti kükürdlü və digər mineral tərkibli təbii su Kəlbəcərdəki İstisu bulağından sonra Azərbaycan ərazisində ən keyfiyyətli təbii müalicə mərkəzi hesab olunur. Hər il minlərlə insan müalicə məqsədilə İstisuda qonaq olur. Gələnləri daha çox ölkənin şimal və şimal-şərq rayonlarının əhalisi təşkil edir. Gil-gilçay çayının mənbəyinə yaxın-Xaltan və ya Dəhnə kəndlərinin yaxınlığında yerləşən bu müalicəvi ərazidə su vannasının qəbulu üçün iki bina inşa edilmişdir. Çayın sağ sahilindəki bulaq sol sahildəki bulaqla müqayisədə daha istidir. Bu isə həmin bulağın mənbəyinin yerin daha dərin qatında yerləşməsi ilə bağlıdır. Bu iki bulağn ətrafında isə çoxlu sayda isti kükürdlü suyu olan kiçik bulaqlar vardır. Ölkə ərazisindəki bir çox istu sularla müqayisədə burda su şor tamlı deyil. Qubanın Xaltan kəndi yaxınlığında yerləşdiyi üçün burdan çıxan suyu bəzən Xaltan və ya Xaldan suyu da adlandırırlar.