Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parnik (istixana)
Parnik (istixana)- tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yer. Parniklər su, buxar və ya elektriklə qızdırılır. Onlar küləkdən müdafiə olunan günəşli sahədə şərqdən qərbə doğru uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə şüşə və plankalı çərçivələrlə örtülür. == Parnik (istixana) bitkiləri == Parnik bitkiləri faraş tərəvəz məhsulu və bəzi bitkilərin toxumunu (ştilini) almaq üçün parniklərdə becərilən tərəvəz bitkiləridir. Kələm, xiyar, pomidor, turp, şüyüd, keşniş, istiot və s., eləcə də bəzi çiçəkli bitkilər becərilir. Əsas qulluq onların işığa, rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin bitkilərin toxumları fevral ayından parniklərə səpilir, sonra yetişən şitillər açıq sahələrə köçürülür.
İstixana (Samux)
İstixana — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Samux rayonunun faktiki mövcud olan İstixana kəndi dəqiqləşdirmə qaydasında Qovlarsarı kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Samux rayonunun Qovlarsarı kənd inzibati-ərazi vahidinin İstixana kəndi Ziyadlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Əhalisi == Əhalisinin sayı 684 nəfərdir.
İstixana ağqanadlısı
İstixana ağqanadlısı (lat. Trialeurodes vaporariorum) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin ağqanadlılar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yaşlı fərdin (imaqo) bədəni açıq-sarı, qanadları isə ağ rəngdədir. Dişilərin bədən ölçüsü 1,1 mm, erkəklərin isə 0,9 mm-dir. Ayaqları bozumtul rəngdə olmaqla, əvvəlcə açıq-sarı, 8-10 gündən sonra isə qara rəngdə olur. Yumurtadan çıxan sürfənin (ölçüsü 0,3 mm) ayaqları və bığcıqları görünür. Sürfələr üçüncü yaşda 0,5 mm, dördüncü yaşda isə 0,73 mm ölçüdə olurlar. Yaşlı sürfələrin, nimfa halına keçən vaxtı, qırmızı rəngdə gözləri görünməyə başlayır. Nimfa yaşılımtıl- ağ rəngdədir. == Həyat tərzi == Ağqanadlının inkişafı 7 mərhələdə gedir: yumurta, sürfə 1-4 yaş, nimfa və imaqo.
İstixana effekti
Elmi-texniki tərəqqi bir çox təzadlar yaratmışdır ki, bunlar da təbiətdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Belə bir əsaslı fikir formalaşmışdır ki, ətraf mühitdə baş verən deformasiyalar məhz həmin tərəqqinin məntiqi nəticəsidir. XX əsrin ortalarında az miqdar qazların konsentrasiyasının artım tendensiyası özünü xüsusilə kəskin göstərirdi. İndi parnik effektində onların rolu heç bir şübhə doğurmur. Parnik effekti – günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır. Parnik effekti anlayışı əvvəlcə fizikada qeyd olunmuşdur. O hələ 1863-cü ildə Tindal tərəfindən istifadə edilmişdir. Az sonra, yəni 1896-cı ildə Arrenius göstərmişdir ki, atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5–60 °C artırır və əgər həmin maddə olmasaydı temperatur yəqin ki, bir o qədər az olardı. 1938-ci ildə ilk dəfə Kallender karbon qazının antropogen tullanmasının iqlimə mümkün təsiri ehtimalını əsaslandırılmışdır. XX əsrin 70-ci illərində sübut edilmişdir ki, digər qazlar karbon qazından daha kiçik miqdarlarda, hiss olunan parnik effektlər verirlər.
Otöy istixanalar bağı
Otöy istixanalar bağı (fr. Jardin des Serres d'Auteuil Fransızca tələffüz: [ʒaʁdɛ̃ de sɛʁ dotœj]) — Paris şəhərinin Otöy məhəlləsindəki Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. == Tarixi == Bağın yerləşdiyi ərazi ilk olaraq 1761-ci ildə XV Lüdovikin hakimiyəti altında botanika bağı kimi fəaliyyət göstərmişdir. Bu günkü bağ 1895–1898-ci ildə memar Kamil Formij tərəfindən dizayn edilmişdir. 1998-ci ildə bağ Parisin botanika bağının bir hissəsi oldu. == Kolleksiyası == Bağda endemik bitkilərin qiymətli kolleksiyası qorunub saxlanılır. Hal-hazırda Otöy istixanalar bağında bələdiyyə binalarının iç dekorasiyası üçün ildə 100.000 bitki istehsal edilir.
İsmixan Didərgin
İsmixan Didərgin (tam adı:Məmmədov İsmixan Müseyib oğlu; 25 aprel 1933, Ağkilsə, Basarkeçər rayonu – 5 iyun 1994, Bayan, Daşkəsən rayonu) — Azərbaycan şairi, jurnalist, müəllim. == Həyatı == İsmixan Didərgin 25 aprel 1933-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 6 yaşından atadan yetim qalıb. Uşaqlıq və gənclik illərində ağır zəhmətə qatlanmalı olmuşdur. İbtidai təhsilini öz doğma kəndində, orta təhsilini qonşu Zod kəndində almışdır. Gənc yaşlarından şer yazmağa başlamışdır. 1957-1962-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində oxumuşdur. Doğulduğu Ağkilsə kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1965-1970-ci illərdə Basarkeçər rayonununda çıxan "Bolluq uğrunda" qəzetində işləmişdir. 1970-1988-ci illərdə Ağkilsə kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.
İsmixan Mətiyev
İsmixan Mətiyev (Mətiyev ismixan İslam oğlu; 25 iyul 1973, Kirs, Qafan rayonu, Ermənistan SSR) — Azərbaycan Tibb Universıtetinin travmatologiya və ortopediya kafedrası və Tədris Cərrahıyyə klinikasında həkim == Həyatı == İsmixan Mətiyev 25 iyul 1973-cü ildə Zəngəzur mahalında, indi Ermənistan adlanan Qərbi Azərbaycanın Qafan rayonunun Kirs kəndində anadan olub. 1980-cü ildə Kirs kənd 4 illik məktəbinə qəbul edilib. Orta təhsili Kurud kənd orta məktəbində davam etdirib. 1988-ci ildə məlim hadisələrlə əlaqədar olaraq təhsilini Bakı şəhəri 281 saylı orta məktəbdə davam etdirib. 1998-ci ildə Azərbaycan Tibb Universitetinin 1-ci Müalicə-profilaktika fakultəsini bitirib. 1998-1999-cu illərdə internatura keçib. 2000-2003-cü illərdə ATU Travmatologıya ve Ortopedıya kafedrasında əyani aspirantura təhsili alıb. == Fəaliyyəti == 2005-2007-ci illərdə Azərbaycan ordusunda həkim-travmatoloq kimi həqiqi hərbi xidmətdə olub. 2007-cı ildə Travmatologiya və Ortopediya ixtisası üzrə tibb elmləri namizədi alimlik dərəcəsini müdafiə edib Bud-çanaq və diz oynqlarının endoprotezləşdirilməsi üzrə dəfələrlə Türkiyə Respublikasında, həmçinin İtaliya, Avstriya, Hindistan, ABŞ, Gürcüstan Respublikasında yüksək ixtsasartırma kursları ve praktiki təcrübə keçib. İdman travmatolgiyası üzrə Hacettepe Universitetində ixtisasartırma kursunda olub.
İsmixan Rəhimov
İsmixan Rəhimov — tərcüməçi, dilçi alim, f.e.n.dos., antisovet "İldırım" təşkilatının qurucularından biri. == Həyatı == İsmixan Məmməd oğlu Rəhimov 1925-ci il sentyabr ayının 18-i Bakı şəhərində anadan olub. Atası Şahverdiyev Əlibəndə ticarətlə məşqul idi. Anası Rəhimova Gövhər mülkədar ailəsində göz açmış və ailənin yeganə qızı olmuşdur. Bu səbəbdən atası Məhəmməd ilk üç nəvəsini özünə oğulluğa götürmüşdür. 1931-ci ildə Bakı şəhərində orta məktəbə daxil olmuşdur. 1937-ci ildə, İsmixanın 11 yaşı olarkan onun atası işğalçı rejim tərəfindən həbs edilmiş və bir daha geri dönməmişdir. Məktəbi vaxtından bir il tez və yüksək qiymətlərlə bitirən İsmixan Rəhimov 1941-ci ildə Xarici Dillər İnstitutuna qəbul olmuş və o vaxt müharibə ilə əlaqədar Peterburq şəhərindən Bakıya köçürülmüş Xarici Dillər İnstitutunun müəllim heyətindən dərs almışdır. 1943-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirmiş daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş və burada təhsil alarkən Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdur. Aspiranturaya qəbul edilməsi ilə əlaqədar tibbi təhsilini dayandırmışdır.
İsmixan Yusubov
İsmixan Məhəmməd oğlu Yusubov — Azərbaycanlı riyaziyyatçı alim, yazıçı-publisist. == Həyatı == 1945-ci ildə Azərbaycanın Qazax (indiki Ağstafa) rayonunun Poylu kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Moskva şəhərində 1964-1967-ci illəri arasında keçən üç illik hərbi xidmət sonrası 1970-ci ilində universitetdən məzun olmuş və bir il Cəlilabad şəhərində riyaziyyat və fizika müəllimi işləmişdir. Azərbaycan Dövlət Universitetində (daha sonra Bakı Dövlət Universitetində) aspirant olmuş (1971), assistent (1974), baş müəllim (1981) və dosent (1989) vəzifələrində işləmiş, orada da namizədlik dissertasiyasını (1983) müdafiə etmişdir. 1993-2012-ci illərdə Türkiyənin universitetlərində (Kocaeli, Sakarya), 2012-2014-cü illərdə yenidən Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasında işləmişdir. == Yaradıcılığı == İsmixan Yusubov 100-dən çox elmi məqalə, metodiki vəsait və kitabın müəllifidir. Elmi işinin mövzusu "Operatorların və normalı cəbr elementlərinin ədədi oblastı nəzəriyyəsi haqqında" ("К теории числовой области операторов и элементов нормированных алгебр") olmuşdur. M.Q.Pənahovla birlikdə 1991-ci ildə "Ehtimal nəzəriyyəsinin elementləri" (1-ci və 2-ci hissə), "Riyazi fizika tənlikləri üçün qoyulan tipik məsələlərin həllinə dair metodik göstəriş" adlı tədris vəsaitləri çap olunmuşdur. Sakarya universitetində işlədiyi zaman M.Q.Pənahov ilə birlikdə yazmış olduğu “Leneer Cebir ve sonlu boyutlu lineer operatorlar teorisinin elemanları” adlı kiabı İstanbulda üç dəfə (2004, 2006, 2009) nəşr olunmuşdur və hazırda ondan Türkiyə universietlərində dərslik kimi isifadə olunur.
İstiran (Xoy)
İstiran (fars. استران‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
İsmixan Rəhimov (F.e.n. dos.)
İsmixan Rəhimov — tərcüməçi, dilçi alim, f.e.n.dos., antisovet "İldırım" təşkilatının qurucularından biri. == Həyatı == İsmixan Məmməd oğlu Rəhimov 1925-ci il sentyabr ayının 18-i Bakı şəhərində anadan olub. Atası Şahverdiyev Əlibəndə ticarətlə məşqul idi. Anası Rəhimova Gövhər mülkədar ailəsində göz açmış və ailənin yeganə qızı olmuşdur. Bu səbəbdən atası Məhəmməd ilk üç nəvəsini özünə oğulluğa götürmüşdür. 1931-ci ildə Bakı şəhərində orta məktəbə daxil olmuşdur. 1937-ci ildə, İsmixanın 11 yaşı olarkan onun atası işğalçı rejim tərəfindən həbs edilmiş və bir daha geri dönməmişdir. Məktəbi vaxtından bir il tez və yüksək qiymətlərlə bitirən İsmixan Rəhimov 1941-ci ildə Xarici Dillər İnstitutuna qəbul olmuş və o vaxt müharibə ilə əlaqədar Peterburq şəhərindən Bakıya köçürülmüş Xarici Dillər İnstitutunun müəllim heyətindən dərs almışdır. 1943-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirmiş daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş və burada təhsil alarkən Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdur. Aspiranturaya qəbul edilməsi ilə əlaqədar tibbi təhsilini dayandırmışdır.