Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsmətli
İsmətli (əvvəlki adı: Konstantinovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun İsmətli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi Kirovka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Konstantinovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi İsmətli kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrdə Rusiyadan köçürülmüş rus kəndliləri Konstantinovka adı ilə salmışdılar. 1992-ci ildən kəndə İsmət Qayıbovun şərəfinə İsmətli adı verilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Ələddin Eyvazov — azərbaycanlı alim. Fikrət Cahangirov — filologiya elmləri doktoru, professor. Pərviz Cəbrayıl — azərbaycanlı yazıçı.
Fərid İzzətli
Fərid Aydın oğlu İzzətli (21 mart 1994; Şəki, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid İzzətli 1994-cü il martın 21-də Şəki şəhərində anadan olub. 2000-ci ildə Şəki Şəhər 17 saylı tam orta məktəbə başlamış və 2011-ci ildə həmin məktəbi bitirib. 2011—2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. 2015-ci ildə İyun ayında Hərbi Akademiyanı bitirib 7 ay müddətinə Təlim Tədris Mərkəzində kurs keçmişdir. Ailəli idi, 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Fərid İzzətli 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2018-ci ildən Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Fərid İzzətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə Cəbrayılda 1 dəfə yaralanmasına baxmayaraq döyüşə davam etmişdir.Bu işğalı Oğluma saxlayan deyiləm!
Ruslan İzzətli
Ruslan Teymur oğlu İzzətli (18 aprel 1989, Ağdam rayonu) — azərbaycanlı siyasətçi. O, 2012–2013-cü illərdə Ümid Partiyasının sədr müavini, 2013-cü ildən 2021-ci ilə qədər isə "D18" Hərəkatının sədri olmuşdur. == Həyatı == Ruslan İzzətli 1989-cu il aprelin 18-də anadan olub. 1993-cü ildə Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra İzzətlilər ailəsi Bərdə rayonunda yaşamağa başladılar. 1996–2007-ci illərdə Bərdə rayonunun Mehdixanlı kənd tam orta məktəbində təhsil alıb. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "İncəsənət tarixi" üzrə ali təhsil alıb. Bahçeşehir Universitetində "Qlobal siyasət və beynəlxalq münasibətlər" üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbində təhsil alıb. Ailəlidir. Bir övladı var.
İsmətli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İmarətli-i Ülya (Meşkinşəhr)
İmarətli-i Ülya (fars. عمارتلوي عليا‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 36 nəfər yaşayır (10 ailə).
Tatlı
Kəndlər Tatlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Tatlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd.
Tatlı (Ağstafa)
Tatlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ermənistanla sərhədə yaxın yerləşən Tatlı kəndinə Ermənistan silahlı qüvvələri bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir. 10 may 1991-ci ildə Ağstafa rayonunun Tatlı kəndində xidmət aparan hərbi naryad (31747 saylı hərbi hissə) Ermənistanın Şəmşəddin rayonunun Pravakar kəndi istiqamətindən erməni silahlı qüvvələri tərəfindən qumbaraatan və avtomat silahlardan atəşə tutulmuş, nəticədə mayor V.Saqaydak və 8 əsgər ağır yaralanmış, 2 ədəd “ZİL-131” markalı avtomaşın yanmışdır 20 iyul 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə 1 vətəndaş həlak olmuş, 2 nəfər yaralanmışdır 29 dekabr 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 2 əsgəri yaralanmışdır. 5 yanvar 1993-cü ildə Ermənistanın Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Böyük Qışlaq və Tatlı kəndləri “Qrad” qurğularından atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 3 əsgəri yaralanmışdır. 13 yanvar 1993-cü ildə Ermənistanın Berd rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri həlak olmuş, 6 əsgəri yaralanmışdır. == İqtisadiyyatı == Kəndin esas iqtisadiyyatı kənd təsərrüfatı və das karxanalarıdır. Kənddə maldarlıq və əkincilik geniş yayılmışdır. Bununla yanaşı həmçinin kənddə olan tikinti daşı ehtiyatları əsasında daş karxanaları fəaliyyət gostərir.
Tatlı (Samux)
Tatlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi vaxtilə Cənubi Azərbaycandan gəl­miş ailələr tərəfindən salınmışdır. Tat komponentli toponimlər həmçinin Dağıstan və Gürcüstan ərazisində də mövcuddur: Tatlar kəndi, Tatavul kəndi (Dərbənd rayonu), Tatu- şağı (Kaspi rayonu). == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisinin sayı 1041 nəfərdir.
Tatlı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İbrahim Tatlı
İbrahim Tatlısəs (türk. İbrahim Tatlıses; 1 yanvar 1952, Şanlıurfa) — ərəb və kürd əsilli Türkiyə müğənnisi, bəstəkar, aktyor, televiziya aparıcısı, iş adamı. == Həyatı == İbrahim Tatlısəsin atası ərəb, anası kürddür. "Ayağında Kundura" türküsü ilə məşhurlaşan Tatlısəs günümüzə qədər qırxdan çox albom çıxarmış, bir çox filmlərdə rol almış, 19 ildən çox davam edən "İbo Show" televiziya proqramında çalışmışdır. İ.Tatlısəs Türkiyədən başqa bir çox ölkə və regionlarda — Qafqazda, Mərkəzi Asiyada, Cənub-Qərbi Asiyada, Avropada — xüsusi ilə Yunanıstan və Kosovoda tanınır. İbrahim Tatlisəs Kanal D televiziyasında yayımlanan proqramda "Özünüzü nə olaraq ifadə edərsiniz sualına" "Atam ərəb, anam kürd, mən də türkəm" deyə cavab vermişdir. 2005-ci ildəki Ərbil konsertində də eyni sözləri təkrarlamışdır. 2011-ci il mart ayının 14-də İbrahim Tatlısəs İstanbulda başından güllə yarası almışdır. "Nurol Plaza"da çəkilən bir proqrama qatılan Tatlısəs çəkilişlər başa çatandan sonra avtomobilinə minərkən həmin maşına yaxınlaşan avtomobildən Kalaşnikov avtomatı ilə ona atəş açılıb. Güllələrdən biri Tatlısəsin başına dəyib.