Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bioqrafiya
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Linoqrafiya
Litoqrafiya — çap növüdür. Bu çap növündə müstəvi şəklində olan formadan boya yüksək təzyiq altında kağız üzərinə köçürülür. Litoqrafiya 1796-cı ildə Bavariya yazıçısı Alois Senefelder tərəfindən teatr əsərlərinin nəşri üçün ucuz bir üsul kimi icad edilmişdir. Litoqrafiya mətn və ya rəsm əsərini kağıza və ya digər uyğun materiala çap etmək üçün istifadə edilir amma daha çox musiqi partituraları və xəritələr üçün istifadə edilmişdir. == Tanıtmaq == Litoqrafiya əvvəlcə litoqrafiya daşına tətbiq olunan mum və ya digər yağlı maddə ilə çəkilmiş təsvirdən mürəkkəbi çap vərəqinə köçürmək üçün vasitə kimi istifadə edirdi. Müasir dövrdə təsvir tez-tez çevik alüminium lövhəyə tətbiq olunan polimerdən hazırlanır.Lövhənin və ya daşın düz səthi bir qədər kobud və ya həkk olunub və su təbəqəsini qəbul edən və yağlı mürəkkəbi dəf edən hidrofilik (=su sevən) bölgələrə və suyu dəf edən və mürəkkəbi qəbul edən hidrofobik bölgələrə bölünür. Şəkil birbaşa daşdan və ya boşqabdan çap oluna bilər (bu halda o, orijinal təsvirdən tərsinə çevrilir) və ya çap məhsuluna köçürmək üçün çevik təbəqəyə, adətən rezinə köçürülərək ofset edilə bilər.Bu proses, çap mürəkkəbini ehtiva edən boşluqlar yaratmaq üçün boşqabın həkk olunduğu, həkk edildiyi və ya naxışlandığı qravüra və ya intaqlio çapdan və hərflərin və ya təsvirlərin qaldırılmış səthlərinə mürəkkəbin tətbiq olunduğu taxta bloklu çap və tipo çapdan fərqlidir. Litoqrafiyanın ilk dövrlərində hamar əhəngdaşı parçasından istifadə olunurdu (buna görə də "litoqrafiya"—"litos" (λιθος) qədim yunanca daş sözüdür). Səthə yağ əsaslı şəkil çəkildikdən sonra ərəb saqqızının suda məhlulu çəkilib, saqqız yalnız yağsız səthə yapışıb. Çap zamanı su ərəb saqqızı səthlərinə yapışdı və yağlı hissələrdən qaçdı, çap üçün istifadə olunan yağlı mürəkkəb isə bunun əksini etdi.
Litoqrafiya
Litoqrafiya — çap növüdür. Bu çap növündə müstəvi şəklində olan formadan boya yüksək təzyiq altında kağız üzərinə köçürülür. Litoqrafiya 1796-cı ildə Bavariya yazıçısı Alois Senefelder tərəfindən teatr əsərlərinin nəşri üçün ucuz bir üsul kimi icad edilmişdir. Litoqrafiya mətn və ya rəsm əsərini kağıza və ya digər uyğun materiala çap etmək üçün istifadə edilir amma daha çox musiqi partituraları və xəritələr üçün istifadə edilmişdir. == Tanıtmaq == Litoqrafiya əvvəlcə litoqrafiya daşına tətbiq olunan mum və ya digər yağlı maddə ilə çəkilmiş təsvirdən mürəkkəbi çap vərəqinə köçürmək üçün vasitə kimi istifadə edirdi. Müasir dövrdə təsvir tez-tez çevik alüminium lövhəyə tətbiq olunan polimerdən hazırlanır.Lövhənin və ya daşın düz səthi bir qədər kobud və ya həkk olunub və su təbəqəsini qəbul edən və yağlı mürəkkəbi dəf edən hidrofilik (=su sevən) bölgələrə və suyu dəf edən və mürəkkəbi qəbul edən hidrofobik bölgələrə bölünür. Şəkil birbaşa daşdan və ya boşqabdan çap oluna bilər (bu halda o, orijinal təsvirdən tərsinə çevrilir) və ya çap məhsuluna köçürmək üçün çevik təbəqəyə, adətən rezinə köçürülərək ofset edilə bilər.Bu proses, çap mürəkkəbini ehtiva edən boşluqlar yaratmaq üçün boşqabın həkk olunduğu, həkk edildiyi və ya naxışlandığı qravüra və ya intaqlio çapdan və hərflərin və ya təsvirlərin qaldırılmış səthlərinə mürəkkəbin tətbiq olunduğu taxta bloklu çap və tipo çapdan fərqlidir. Litoqrafiyanın ilk dövrlərində hamar əhəngdaşı parçasından istifadə olunurdu (buna görə də "litoqrafiya"—"litos" (λιθος) qədim yunanca daş sözüdür). Səthə yağ əsaslı şəkil çəkildikdən sonra ərəb saqqızının suda məhlulu çəkilib, saqqız yalnız yağsız səthə yapışıb. Çap zamanı su ərəb saqqızı səthlərinə yapışdı və yağlı hissələrdən qaçdı, çap üçün istifadə olunan yağlı mürəkkəb isə bunun əksini etdi.
Oroqrafiya
Oroqrafiya (yun. όρος – "dağ" və γραφία – "yazıram") — fiziki coğrafiyanın Yer səthinin relyef quruluşunu öyrənən bölməsi. Həmçinin "oreoqrafiya", "orologiya" və "oreologiya" adlarından da istifadə edilir. Orfoqrafiya – [yun. orthographia, orthos – düzgun] 1)dilçilikdə düzgün yazı qaydaları; 2)yazılı nitqin (söz və qrammatik formaların) düzgun əks olunmasını tənzim edən vahid qaydalar sistemi. Orfoqrafiya qaydaları nitqin yazılı formasını sabitləşdirir və ünsiyyət üçün əlverişli şəklə salır. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Bioqrafiya (jurnal)
Coğrafiya
Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια — Yer, torpaq və γραφειν — yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır. Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir.
Bioqrafiya beynəlxalq jurnalı
Karl Popper Bioqrafiya
Karl Raymond Popper— avstraliyalı və britaniyalı filosof və sosioloq == Bioqrafiya == Karl Raymond Popper 28 iyul 1902-ci ildə Vyanada boqemiyalı hüquqşünas Simon Zigmund Karl Popper və Cenni Şiffin ailəsində doğulmuşdur. Oğulları doğulmamışdan əvvəl yəhudi mənşəli olan valideynləri lüteranlığı qəbul etdilər. Atası Vyana Universitetində hüquq professoru, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanmışdır. Böyük kitabxanası olduğuna görə oğlu ilə tez-tez ictimai və siyasi məsələləri müzakirələr aparmışlar. Bunun sayəsində Karl hələ gənc yaşlarında klassik fəlsəfəyə dair çoxsaylı əsərlərlə, habelə K.Marks, F.Engels, K.Kautski, E.Bernşteyn və başqalarının sosial fəlsəfə əsərlərinə marağı artır. Karl 1918-ci ildə Vyana Universitetinə daxil olaraq riyaziyyat və nəzəri fizikanı öyrənir, eyni zamanda fəlsəfə ilə maraqlanmağa davam edir. Hələ gənclik yaşlarında Popperə anası musiqi sevgisi aşıladığı üçün (1920-1922) o musiqiçi olmaq haqqında düşünür. O, A.Şenberqin Şəxsi Konsertlər Cəmiyyətinə daxil olaraq, 1 il Vyana Konservatoriyasında təhsil alır. Lakin özünü yetərincə bacarıqsız hesab etdiyi üçün musiqi təhsilini dayandırır. O doktorluq imtahanı zamanı əlavə fənn kimi musiqi tarixini seçir.
Aspekt (coğrafiya)
Aspekt (yun. Aspectus- görünüş) - vegetasiya dövrü ərzində bitkinin inkişaf fazasının və bitmə şəraitinin dəyişilməsilə əlaqədar fitosenozun xarici görünüşü. Bitkilərin inkişaf fazaları fəsillərə görə dəyişildiyindən fitosenozun xarici görünüşü də dəyişilir. Bu, çəmənlərdə, bozqırlarda və enliyarpaqlı meşələrdə daha aydın nəzərə çarpır. Aspekt müxtəlif illərdə iqlim şəraitinə görə də dəyişə bilir.Aspekt adətən, bitkilərdə üstünlük təşkil edən, onun həyatında böyük rolu olan rəngin adına əlavə edilir. Məsələn, cilin quru yarpaqlarının qonur aspekti, xoruzgülünün qızılı-sarı aspekti və s. == Aspektləşdirmə == Aspektləşdirmə ilin mövsüm tskillərinin (erkən yaz, yaz, yay, payız və qış) bitki və heyvan qruplarının xarakterinə, xarici görünüşünə (aspekt) və aktivliyinə təsir dərəcəsinin müşahidəsi və təsvir edilməsidir.
Bankə (coğrafiya)
Bankə (alm. bank‎ və ya nid. bank) — okeanda yerləşən və dərinliyi yaxınlıqdakı sahələrə nisbətən olduqca az olan əraziyə deyilir. Okeanlarda bankələr əsasən mərcan və ya vulkanik mənşəli olur. Dənizlərdə isə bu tip coğrafi obyektlər əsasən transqressiya nəticəsində yaranır. Burada bankə quru relyef formasının qalığıdır. Əgər atoll suyun dibinə enirsə, bu zaman buna sualtı bankə deyilir. Buna isə elmi dildə kayot deyilir (enmiş atoll). Bankələrdə dəniz və okeanların zəngin bioresursları yerləşir. Bura dəniz balıqçılığının mühüm sahəsidir.
Bankələr (coğrafiya)
Bankə (alm. bank‎ və ya nid. bank) — okeanda yerləşən və dərinliyi yaxınlıqdakı sahələrə nisbətən olduqca az olan əraziyə deyilir. Okeanlarda bankələr əsasən mərcan və ya vulkanik mənşəli olur. Dənizlərdə isə bu tip coğrafi obyektlər əsasən transqressiya nəticəsində yaranır. Burada bankə quru relyef formasının qalığıdır. Əgər atoll suyun dibinə enirsə, bu zaman buna sualtı bankə deyilir. Buna isə elmi dildə kayot deyilir (enmiş atoll). Bankələrdə dəniz və okeanların zəngin bioresursları yerləşir. Bura dəniz balıqçılığının mühüm sahəsidir.
Botaniki coğrafiya
Bitki coğrafiyası və ya fitocoğrafiya və ya botaniki coğrafiya — bitki və bitki qruplarının yayılma qanunauyğunluqlarını, eləcə də bitki aləmi müxtəlifliklərinin Yer kürəsində paylanmasını öyrənən botanika bölməsi. == Tədqiqat istiqamətləri == Bitki coğrafiyası bioloji obyektləri, həm bioloji (tipoloji, müqayisəli, ekoloji, tarixi), həm də coğrafi (kartoqrafiya, ölkəşünaslıq, rayonlaşdırma) metodlardan istifadə edərək populyasiya-növ (populyasiyalar, növlər, yarımnövlər, cinslər, fəsilələr və daha ali taksonomik dərəcələr), senotik (bitki qrupları və ya fitosenozlar) və biotik (məhəlli və ya daha böyük ölçüdə bitkilik, flora kompleksləri təşkil səviyyələrində tədqiq edir. == Tarixi == Bitki coğrafiyasının meydana gəlməsi e.ə. IV əsrin sonlarına təsadüf edir. Bu barədə Feofrastın "Bitkilər haqqında tədqiqatlar" adlı 4-cü kitabında qeyd edilmişdir. Müstəqil elm kimi XVIII əsrin sonu – XIX əsrin əvvəllərində formalaşmışdır. Alman botaniki K.L.Vildenov, onun tələbəsi A.Humboldt, İsveçrə botaniki O.Dekandol və danimarkalı alim Y.Skou – Botaniki coğrafiyanın baniləridir. Bitki coğrafiyasına dair faktiki materialların toplanması bir çox görkəmli botaniklərin ekspedisiya tədqiqatları ilə bağlıdır. XIX əsrdə ingilis bioloqu E.Forbs, botaniklər D.D. Huker, A. Dekandol, A. Qrizebax, A. Enqler, XX əsrdə ingilis botaniki D.Villis və amerikalı bioloq L. Kruaza bitki coğrafiyası nəzəriyyəsini xeyli zənginləşdirmişlər. == Müasir vəziyyəti == Müasir bitki coğrafiyası areal haqqında (bitkilərin xorologiyası); bitkilərin həyati formaları və onların Yer kürəsində paylanması günəş enerjisinin mənimsənilməsində, üzvi maddələrin əmələgəlməsində, oksigenin, karbonun və bütövlükdə Yer kürəsində bir çox digər həyati əhəmiyyətli birləşmələrin müxtəlif ərazilərdə və müxtəlif landşaftlarda dövranında, biomların ümumi məhsuldarlığında bitkilərin rolu (bitkilərin ekoloji coğrafiyası); yaşayış mühitinin müxtəlifliyi şəraitində bitkilərin məskunlaşması (bitkilərin dinamik coğrafiyası); bitki aləminin Yer kürəsində paylanmasını müəyyən edən zonallıq, sektorluq, hündürlük qurşaqları və s.
Boğaz (Coğrafiya)
Boğaz – dünya okeanında hər hansı iki quru hissəni (materikləri, adaları, materiklə adanı) bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi. Boğazlar okeanları (Magellan boğazı, Dreyk boğazı), dənizləri (Bosfor, Dardanel), dənizlə okeanı (La-Manş, Cəbəllütariq boğazı), okean və dənizlərin ayrı-ayrı hissələrini (Mozambik boğazı, Kattegat) birləşdirir. Cəbəllütariq, Babülməndəb boğazı, Malakka boğazı, Sinqapur və s. boğazların böyük ticarət və strateji əhəmiyyəti var. İki göl, yaxud gölün ayrı-ayrı hissələri arasında da boğazlar olur (Böyük Göllər sistemində Miçiqan və Huron gölləri arasında Makinak boğazı). == Mənbələr == ASE, II cild, 1978, səh. 216.
Burun (coğrafiya)
Burun — Dəniz, göl və çayın daxilinə istiqamətlənən küncvari quru parçası. Burun ya köklü sərt süxurlardan ya da qum, lil və balıq balıqqulağının bir yerə toplanmasından əmələ gəlir. == Formalaşması == Burunlar bir qayda olaraq eroziya prosesi nəticəsində meydana gəlir. Burun sahil xəttində bərk və yumşaq suxurlardan ibarətdir. Yumşaq suxurlardan ibarət olan burunlar bərk suxurlardan təşkil olunan burunlara nisbətdə daha tez yaranır.
Bəndər (coğrafiya)
Bəndər- Gəncə şəhəri ərazisində dağ slsilələri üzərndə olan keçid, dağ keçidi.
Coğrafiya ensiklopediyası
Coğrafiya Ensiklopediyası — Azərbaycanda 2012-ci ildə 35 000 tirajla çap olunmuş, əsasən məktəblilər üçün nəzərdə tutulan kütləvi coğrafi məlumat ensiklopediyası. == Haqqında == Coğrafiya Ensiklopediyası 2012-ci ildə Azərbaycanda nəşr olunan və geniş kütlə üçün(əsəsən məktəblilər) nəzərdə tutulmuş elmi-kütləvi coğrafi məlumat əsəridir. Ensiklopediyanın ümumi həcmi 2 kitab halında 736 səhifədən (hər kitab 368 səhifə) ibarətdir. Əsər Dünyada və onun ayrı-ayrı regionlarında baş verən təbii və iqtisadi coğrafi proseslərin davamlı inkişafa təsirinin öyrənilməsində hər bir oxucu üçün əhəmiyyətli ola bilər. AMEA akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, i.e.n. Zakir Eminov və Bakı şəhəri H.Əliyev adına liseyin coğrafiya müəllimi, c.e. n. Qabil Səmədov un tərtib etdiyi və "Çaşıoğlu Multimediya" nəşriyyatında 35 000 nüsxədə çap olunaraq ölkənin bütün orta məktəblərinin kitabxanalarına dövlət tərəfindən hədiyyə edilən nəfis əsərin elmi redaktoru Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovdur. Ensiklopediyadakı anlayışlar rəngli təsvirlər, sxemlər və xəritələrlə daha da əyani izah olunur. I kitabda Yer planetinin kainatdakı mövqeyi, yaranması, təbəqələri, təbii resursları haqqında geniş məlumatlar verilməklə yanaşı, dünya əhalisi və onun təsərrüfat fəaliyyətinin qanunauyğunluqları təsvir edilir.
Coğrafiya tarixi
Coğrafiya sözünün mənası "geo" - yer, "qrafo"- yazıram deməkdir. İki hissəyə bölünür. Fiziki coğrafiya və iqtisadi coğrafiya. Fiziki coğrafiya – toponimika (yer yurd adların öyrənir), geomorfologiya (relyefi), Landşaftşunaslıq (Landaşftı), Biocoğrafiya (bitki və heyvan növlərin), İqlimşunaslıq (iqlimi), Hidrologiya (suyu) == Qədim dövr == Bu dövr alimi Pifaqor ilk dəfə olaraq Yerin kürə şəklində olması fikrini söyləmişdir. Aristotel yerin kürə şəklində olmasın elmi yolla ilk dəfə izah etmişdir. Coğrafiya sözünü elmə ilk dəfə Erotosfen gətirmişdir. Erotosfen ilk coğrafi xəritənində müəllifi olmuş lakin tərtib etdiyi xəritədə meridian və paralelləri çəkməmişdir. Demək Erotosfenin xəritəsində dərəcə toru yox idi həmçinin yerin əyriliyi nəzərə alınmamışdı. Ondan daha mükəmməl xəritə isə Ptolomey tərəfindən tərtib olunmuş, Erotosfendən fərqli olaraq == Orta əsrlər dövrü == Bu dövr daha çox ərəb səyyah və dənizçilərinin adı ilə bağlıdır. Bu dövrdə ən mühüm yol Avropa ilə Asiyani birləşdirən İpək yolu idi.
Coğrafiya İnstitutu
Akad. H.Əliyev adına Coğrafiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktoru AMEA-nın həqiqi üzvü, akademik Ramiz Məmmədovdur. 1937-ci ildə AMEA-da coğrafiya bölməsi yaradılmışdır. == Tarixi == 1937-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında Coğrafiya bölməsi, 1945-ci ildə isə Azərbaycan EA-nın tərkibində Coğrafiya İnstitutu yaranmışdır. Bu zaman İnstitut fiziki, iqtisadi və xəritəçilik şöbələrindən ibarət olmuşdur, institutda 25 nəfər çalışmışdır.1946–1950-cı illərdə iqlimşünaslıq və qurunun hidrologiyası şöbələri açılır.1953-cü ildə İnstitutda Xəzər dənizi şöbəsi açılır, daha sonralar bu şöbə 2 tədqiqat gəmisi ilə təchiz olunur, onun nəzdində Xəzər Elmi-Tədqiqat Stansiyası təşkil olunur. 1972-ci ildə, dünyada ilk dəfə, Xəzərin açıq hissəsində dəniz observatoriyası yaradılır. 1970-ci ildən başlayaraq İnstitutun əsas tədqiqat istiqamətlərindən biri torpaq coğrafiyası olur, Pirqulu qoruğu ərazisində stasionar tədqiqatlar laboratoriyası yaradılır. Artıq 1989-cu ildə İnstitutda 8 problem üzrə 17 mövzuda elmi tədqiqat işləri aparılır, əməkdaşların sayı 250 nəfərə çatır. Onlardan 2 nəfəri akademik, iki nəfəri müxbir üzv, 13 nəfəri elmlər doktoru və professor, 60 nəfəri isə elmlər namizədidir.
Depressiya (coğrafiya)
Depressiya (lat.depressio — enmə) — geomorfologiyada yer səthində forma və mənşəyindən asılı olmayaraq eniş; bəzən dibi okean səviyyəsindən aşağıda yerləşən çökəkəyə də depressiya deyirlər (Xəzər dənizi,Ölü dəniz).
Dil (coğrafiya)
Dil (coğrafiya) — bir tərəfdən sahilə bağlılığı olan, digər hissəsi isə suyun daxilinə doğru uzanan coğrafi obyekt. Eni 10 metrdən başlamış bir neçə km-ə qədər ola bilir. == Yaranması və strukturu == Dillər əsasən Qum, Çınqıl, Qənbər, balıqqulağının dəniz dalğa və ya axınları nəticəsində qarışmasından meydana gəlir. Dillər bəzən iki axının bir-birinə əks istiqamətdə hərəkət etdiyi ərazilərdə belə yarana bilir. Bu zaman açıq dənizdə sahilə perepentululyar olaraq dillər əmələ gəlir. == Həmçinin bax == Sədd adalar == Ədəbiyyat == Sahillər / P. А. Kaplin, О. K. Leontev, S.А, Lukyanova, L. Q. Nikifirovo. М., Fikir, 1991, 479 с. ISBN 5-244-00449-2.
Düzənlik (coğrafiya)
Düzənlik — yüksəklik fərqi çox az olan geniş sahə. == Ümumi məlumat == Düzənliklərin ayrı-ayrı hissələrini yüksəklik fərqi bəzən 100-200 metrə çatır. Lakin bu fərq tədricən və çox geniş sahədə dəyişdiyindən hiss olunmur. Məsələn, dünyanın ən geniş düzənliklərindən biri olan Qərbi Sibir düzənliyinin sahəsi 2mln.km²-ə yaxındır. Şimalda Karsk dənizi sahələrindən başlayaraq cənubda Altay dağlıq ölkəsinin ətəklərinə qədər 1500 km məsafədə uzanmış düzənlik cəmisi 150–170 m-ə qədər qalxır. Düzənliklər tam üfiqi vəziyyətdə olmayıb, hər hansı bir tərəfə meyl edir. Düzənlik çayları bu meyllikdən istifadə edərək axır. Dağlıq ölkələrdə denudasiya prosesləri hakim rol oynadığı kimi, düzənliklərdə də akkumulyasiya prosesləri hakimdir. Düzənliklər bir tərəfdən dağlara söykəndikdə akkumulyasiya prosesləri daha sürətlə gedir. Bununla yanaşı olaraq düzənliklərdə zəif də olsa denudasiya prosesləri də gedir.
Dəhnə (coğrafiya)
Dəhnə və ya estuari (lat. aestuarium, su basmış mənsəb) – dənizə tərəf geniş açılmış qıfabənzər çay mənsəbi. Estuari çayın töküldüyü yerdə dəniz səviyyəsinin qalxması, çayın gətirdiyi materialların qabarma-çəkilmə və ya dəniz axınlarının yuyub aparması ilə əlaqədar əmələ gəlir. Estuaridə delta əmələ gəlir. Estuari dəniz suyu və saf suyun keçid zonası (ekoton) sayılır. Bununla əlaqədar Estuari nadir fiziki və bioloji əlamətləri ilə səciyyələnir. Estuarilər ilk növbədə insanın düşünülməmiş mənfi təsirinə məruz qalır. Odur ki, estuarilərin daim qorunması və səmərəli istifadəsi tələb olunur. Estuari mənsəbli çaylara Ob, Yenisey, Amazon, Parana, Müqəddəs Lavrenti, Kolumbiya, Kolorado, Konqo, Taxo, Murrey aiddir.
Fiziki coğrafiya
Fiziki coğrafiya — Yerin coğrafi qatı və onun struktur hissələri haqqında elm. Əsasən, yerşünaslıq və landşaftşünaslıq hissələrinə bölünür. Bundan əlavə F.c.-ya paleocoğrafiya da aid edilir. Fiziki coğrafiya elmləri qrupuna təbii mühitin ayrı-ayrı komponentlərini öyrənən elmlər – geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya, qlyasiologiya, geokriologiya, torpaq coğrafiyası, biocoğrafiya daxildir. Fiziki coğrafiyanın əsas vəzifələri Yerin qatları arasındakı enerji və kütlə mübadiləsini, həmin qatların struktur dəyişkənliyini, rütubət dövranını, bioloji məhsuldarlığını, təbii-ərazi komplekslərini və onlardan səmərəli istifadə yollarını və s. öyrənməkdən ibarətdir.
Kimyəvi coğrafiya
Kimyəvi coğrafiya landşaftın ayrı-ayrı komponentlərinin kimyəvi xüsusiyyətlərinin ərazicə yayılması qanunauyğunluqları haqqında elm sahəsi. aşkar edilmişdir ki, bitkinin, heyvanın, səthi və qrunt sularının,atmosfer yağıntılarının və s. kimyəvi tərkibi coğrafi zonallıq qanunauyğunluğuna tabedir. Belə ki, müxtəlif coğrafi zonalarda həm yabanı, həm də mədəni bitkilərin kimyəvi tərkibi müxtəlifdir. Məsələn, quru iqlim şəraitində yetişdirilən buğdanın dənində zülallar rütubətli iqlimdəkindən çoxdur.
Konstruktiv coğrafiya
== Konstruktiv coğrafiya == Konstruktiv coğrafiya termini akad, İ. P. Qerasimov (1966) təklif etmişdir. Tətbiqi coğrafiya tədqiqatlarından fərqli olaraq konstruktiv coğrafiya tədqiqatlarında aktual problemlərin müvəffəqiyyətlə həlli üçün fundamental elmi işlərlə yanaşı, həm də yeni geosistem yaratmaq və ya rekonstruksiya etmək istiqamətində konstruktiv işlər görülməsi nəzərdə tutulur. Konstruktiv coğrafiya çərçivəsində coğrafi məsələlərin həllinin ümumi gedişi hazırlanır, xüsusi nəzəri modellər və fikirlər formalaşır, "təbiət-texnika" və "təbiət-insan"ərazi sisteminin qanunauyğunluqları d ərk edilir, mürəkkəb təbii-təsərrüfat obyektləri layihələşdirilir, mümkün kritik (böhranlı) vəziyyətlərin proqnozları hazırlanır. Konstruktiv coğrafi istiqamətində bir tərəfdən insanı əhatə edən mühitin elmi işlərlə aşkar edilən yeni imkanlarının məqsədyönlü konstruksiya edilməsinə, istehsal gücünün inkişafında cəmiyyətin artmaqda olan tələbatının tam təmin olunması marağına əhəmiyyət verilir. Digər tərəfdən cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsinin optimallaşdırılmasının elə bir forması axtarılır ki, o, "təbiət-cəmiyyət"" sisteminin özünü dağılmağa doğru aparmasın.
Liman (coğrafiya)
Liman (yun. λιμένας — havan, buxta) — Sahil boyunda qurunun tədricən dayazlaşdığı yerlərdə, dəniz suyunun geniş çay mənsəblərini basması nəticəsində əmələ gələn dayaz dəniz körfəzinə liman deyilir. Daşqınlar zamanı dəniz suyu basmış liman açıq dənizə geniş şəkildə açılarsa buna quba deyilir. Limanın suyu şirin çay suyu ilə duzlu dəniz suyu qarışdıqdan təşkil olunduğundan elədə şor olmur. Ancaq limana az miqdarda çay suyu axdığı zaman suyu şorlaşır.
Meridian (coğrafiya)
Meridian (latınca: meridies - Günorta xətti) – Coğrafi qütübləri yer səthindən keçməklə birləşdirən qısa xətt meridian adlanır. Meridianlar yarım çevrədir. Bütün meridianlar 360 dərəcədə kəsişirlər. Bütün meridianların uzunluqları eynidir. Onların uzunluğu 20 003,93 km-dir.Beynəlxalq praktikada meridianların başlanğıcı Böyük Britaniyanın paytaxtı London şəhərindəki Qrinviç rəsədxanasından keçir. Başlanğıc meridianı, ya da sıfırıncı meridian da deyilir. Xəritədə digər meridianlardan daha qalın göstərilir. Qrinviç meridianı Yer kürəsini Şərq və Qərb yarımkürələrinə bölür.