Bioqrafiya (jurnal)

"Bioqrafiya beynəlxalq jurnalı" (ingiliscə adı: "International journal Biography") — Azərbaycanda nəşr olunan jurnal. Ensiklopediya Nəşriyyatının resenziyalı elmi-publisistik nəşri.

"Bioqrafiya beynəlxalq jurnalı"
Baş redaktor Fikrət Nağıyev
Növ Elmi-publisistik, beynəlxalq jurnal
Format A4
Tiraj 3000
Təsisçi Ensiklopediya Nəşriyyatı
Təsis tarixi 7 iyul 2015
Şirkət Ensiklopediya Nəşriyyatı
Qərargah Azərbaycan Azərbaycan , Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, AZ1009.
Dil azərbaycanca, rusca və ingiliscə
Səhifə 212

Təsis və qeydiyyat[redaktə | mənbəni redaktə et]

"Bioqrafiya beynəlxalq jurnalı" 7 iyul 2015-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsis edilmiş və Azərbaycan Respublikasının dövlət reyestrinə alınmışdır.

Jurnal beynəlxalq ISSN (azərb. Beynəlxalq Standart Seriya Nömrəsi‎) mərkəzində qeydiyyata alınmışdır.

Məzmun[redaktə | mənbəni redaktə et]

Jurnal resenziyalı elmi-publisistik, ictimai-siyasi nəşrdir.

Jurnalda əsasən Azərbaycanda və dünyada tanınmış, məşhur və görkəmli insanların həyat və fəaliyyətlərini ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Həmçinin siyasət,iqtisadiyyat, beynəlxalq əməkdaşlıq, elm, təhsil və mədəniyyətın digər sahələrilə bağlı yazılmış orjinal məqalələrin dərcinə də yer verilir.

Dil[redaktə | mənbəni redaktə et]

Jurnalda Azərbaycan, türk, ingilisrus dillərində məqalələr dərc edilir.

Redaksiya[redaktə | mənbəni redaktə et]

Baş redaktoru tanınmış bioqrafiyaşünas-publisist, Ümumdünya Bioqrafiyalar Assambleyasının həqiqi üzvü Fikrət Nağıyevdir. Redaksiya heyəti 30 nəfərdən ibarətdir.

Veb-saytı[redaktə | mənbəni redaktə et]

biography.az

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]