COĞRAFİYA
□ İqtisadi coğrafiya – ictimai istehsalın yerləşməsi və müxtəlif ölkələrdə və rayonlarda onun inkişaf şəraiti və xüsusiyyətlərindən bəhs edən elm.
Fiziki coğrafiya – insan cəmiyyətini əhatə edən təbii şəraiti (relyef, iqlim, bitki və heyvan aləmi, torpaq və i.a.) öyrənən elm.
// Yer üzündə bir şeyin yayılması haqqında tədqiqat. Bitki coğrafiyası. Heyvanlar aləminin coğrafiyası. Torpaqların coğrafiyası.
// Coğrafiyadan bəhs edən fənn. Coğrafiyadan tapşırıq. Coğrafiyadan imtahan vermək. Coğrafiya müəllimi.
// Coğrafiyadan dərs kitabı, dərslik.
◊ Dilçilik coğrafiyası – dilçiliyin, ayrı-ayrı dil hadisələrinin (fonetik, qrammatik, leksik) yayılması hüdudlarını öyrənən bəhsi.