Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abbər
Abbər (yerli xalqın dilində Obar) — İranın Zəncan ostanında şəhər,Tarım şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,918 nəfər və 1,358 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Tarım kəndistanında, Sirdan qəsəbəsindən 54 km şimal-qərbdədir.
Cabbar
Cabbar — Azərbaycanlı kişi adı.
Jammer
Passiv Jammer: Jammer-Siqnal kəsici (siqnal qarışdırıcı, siqnal pozucu) , qarşılıqlı sistemdə aradakı əlaqəni pozmaq üçün yaradılmış cihaz. Müasir texnikada alıcını (əksəriyyətlə radio) hədəfləyən qüvvətli bir ötürücü. Siqnalın daşınma şəkli ən sıx elektromexaniki dalğa olmaq üzrə səs, işıq (UV-dən IR-yə qədər) də ola bilər. Alıcının həssas olduğu bant aralığında yüksək gücdə siqnalı qəbul edərək alıcının giriş nötəsinin bütün bant üçün təzyiqlənməsini təmin edir və alıcını “karlaşdırar”. Siqnal boğucu, alıcıda seçicilik və həssaslıq xüsusiyyətlərini hədəf alır. Q faktoru yüksək alıcılar bu cür maneə törətmələrə qarşı daha müqavimətlidirlər. Əsasən aşağıdakı yerlərdə tətbiq olunur: İctimaiyyətdə yüksək səslə radio-tv dinləmələrinə maneə törətmək. Kino, konsert, teatr kimi cib telefonlarının istifadəsinin qadağan olunduğu mühitlərdə nizamı təmin etmək üçün. Uzaqdan idarə edilən alətlərin işinə maneə törədilməsi. Uzaqdan idarə edilən bombaların əvvəlcədən atılması ya da bloklanması.
Abver
Abver (alm. Abwehr‎) — “müdafiə” (hərbi mənada) deməkdir və Üçüncü Reyxin casus təşkilatının adıdır. İkinci Dünya Müharibəsi illərində Alman ordusunun xəbər xidməti idi. Üç hissədən ibarət idi: Hərbi, texniki, siyasi və iqtisadi casusluq Təxribat Əks kəşfiyyat tədbirləri.Admiral Vilhelm Canaris 1938-ci ildən 1944-cü ildə fürer Adolf Hitlerə edilmiş sui-qəsdə kimi təşkilatın rəhbəri olmuşdur. Canarisin sui-qəsddə iştirak etdiyini iddia edən Hitler bu təşkilatı SS təşkilatının tərkibindəki Sicherheitsdienstə daxil etmişdir.
Amber
Amber (Fransızca tələffüz: [ɑ̃bɛʁ]; Auvergnat: Embèrt, fr. Ambert) — Fransanın mərkəzində yerləşən Overn regionun Püi-de-Dom departamentinin kommunası (əsas şəhəri). == Coğrafiyası == Amber Alye çayının bir qolu olan Dore çayın kənarında yerləşir.
Aarya Babbar
Aarya Babbar (24 may 1981, Bombey) — Bollivud və Pəncab filmlərində çəkilən hind aktyoru.
Aşıq Cabbar
Aşıq Cabbar (20 avqust 1950, Ağbulaq, Laçın rayonu) — aşıq, Laçın rayonunun "İşıqlı" aşıqlar ansamblının bədii rəhbəri, 1977-ci ildə Tacikistanda keçirilmiş zəhmətkeşlərin I Ümumittifaq yaradıcılıq festivalının laureatı. == Həyatı == Aşıq Cabbar 20 avqust 1950-ci ildə Laçın rayonun Ağbulaq kəndində anadan olub. 1969-1974-cü illərdə Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil alıb.
Cabbar (Maku)
Cabbar — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Çaldıran kəndistanında, Siyahçeşmə qəsəbəsindən 8 km cənub-şərqdədir.
Cabbar Abdullayev
Cabbar Yolçu oğlu Abdullayev (16 mart 1936, Arış, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycann pedaqoqu, Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi. == Həyatı == Cabbar Abdullayev 16 mart 1936-cı ildə Azərbaycan Respublikasının Qaryagin rayonunun (indiki Füzuli rayonu) Arış kəndində anadan olmuşdur. 1953-cü ildə Füzuli rayonunun Qarğabazar kənd orta məktəbini bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) daxil olmuşdur. 1960-cı ildə həmin institutun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1960- 1965-ci illər Zəngilan rayonunda fizika-riyaziyyat müəllimi kimi çalışmışdır. 1965-1972-ci illərdə Jdanov (indiki Beyləqan) şəhər 1 saylı orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. 1992-ci ildə Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. 1992-1993-cü illərdə Qarabağ döyüşlərində fəal iştirak etmişdir. 1993-cü ildə Füzuli şəhər sovetinin sədri vəzifəsində işləmişdir.
Cabbar Bağçaban
Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçaban (9 may 1886, İrəvan – 25 noyabr 1966, Tehran) — tanınmış Azərbaycan pedaqoqu. İranda ilk dəfə uşaq bağçası və lal-karlar məktəbin təsisçisi, İranda ilk uşaq kitabının müəllifi və naşiri, həmçinin, farsca işarə dilinin yaradıcısıdır. == Həyatı və təhsili == Cabbar Əsgərzadə Aciz 1885-ci ildə İrəvanda anadan olmuş, ilk təhsilini mollaxanada almışdır. Atası Əsgər İrəvanda memarlıq və qənnadiliklə məşğulluğu ilə tanınmış, Cabbar da gənc yaşlarında bu peşələrə yiyələnmişdi. Bundan başqa təhsilini mollaxanada almışdır. == İrəvandakı fəaliyyəti == Uşaqların və qadınların təlim-tərbiyəsinə çox önəm verən Mirzə Cabbar Əsgərzadə, gəncliyindən onlara dərs deməyə başlamışdır. Yaşadığı dövrün mühafizəkarlıq şəraitinə və risklərə baxmayaraq gizlicə qızlara evdə dərs deyib, bütün ömrü boyuca onların haqqlarını müdafiə etmişdir. Qəribə də olsa Cabbar Bağçaban ilk qəzetini həbsxanada buraxıb. 1905-ci ildə Yerevanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbs olunan Bağçaban həbsxanda "Molla nəhib" və "Mollabaşı" adlı həftəlik dərgilər nəşr etdirir. Dərgilərə yazıları özü yazıb, rəsmləri də özü çəkirmiş.
Cabbar Dadaşev
Cabbar Oğuz (tam adı:Cabbar Şaban oğlu Dadaşev) — Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü == Həyatı == Cabbar Oğuz 4 noyabr 1949-cu ildə Oğuz rayonunda Bucaq kəndində müəllim ailəsində doğulmuşdur. 1967-ci ildə kamal atestatı alaraq Sumqayıt şəhəri 44 nömrəli texniki peşə məktəbinə daxil olaraq çilingər peşəsinə yiyələnmişdi. 1968-ci ildə Bakı şəhəri "Təcrübəli-eksperiment kombinat"da ilk əmək fəaliyyətinə başlamışdı. 1969-1971-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunaraq, həmin kombinatda işləməklə yanaşı (gecə növbəində) 1975-1980 ci illərdə V.İ.Lenin adına A.R.İ-nun ÜTF fakültəsinin "Rəsm, rəsmxət və əmək şöbəsi"nin bitirmişdi. 1980-1983-cü illərdə həmin institutda tədris-ustası vəzifəsində işləməklə yanaşı saathesabı dərs aparmışdı. 1983-cü ildən "Respublika Tədris metodik mərkəzində" baş-metodist vəzifəsində çalışır. 1988-ci ildən SSRİ və Azərbaycan Respublikası Ressamlar İttifaqının üzvüdir. Ölkəmizdə və xarıci ölkə sərgilərində iştirak. Yüzlərlə əsərlərin müəllifi.
Cabbar Faiqov
Cabbar Faiqov — əslən Axısqa türklərindən olan azadlıq hərəkatı iştirakçısı, Qarabağ müharibəsi şəhidi və hərbi həkim. == Həyatı == Faiqov Cabbar Cavad oğlu 1963-cü il aprel ayının 20-də Saatlı rayonunun Varxankənd kəndində anadan olmuşdur. 1970-ci ildə Varxankənd orta məktəbininin I sinfinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi əla və yaxşı qiymətlərlə bitirmişdir. Həkim olmaq istəyən Cabbar Faiqov sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna vermişdir. 1987-ci ildə müalicə-profilaktika fakültəsini müvəffəqiyyətlə bitirmişdir.Ailəli və 3 sahibi olmuşdur. == Fəaliyyəti == Cabbar Faiqov ali təhsilini bitirdikdən sonra Saatlı rayonunun Məmmədabad kənd xəstəxanasında baş həkim təyin olunmuşdur. 1988-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda azadlıq hərəkatı başlayanda Cabbar da bu hərəkata qoşularaq hərəkatın öncülərindən biri olmuşdur. Onun həmçinin 1989-cu ildə məlum Fərqanə hadisəsindən sonra Özbəkistandan Azərbaycana pənah gətirən Axısxalı türklərin Bakı şəhərində qarşılanaraq regionlara bölüşdürülməsində və yerləşdirilməsində çox böyük əməyi olmuşdur. == Qarabağ müharibəsi == Faiq Cabbarov 1993-cü ilin noyabr ayında könüllü olaraq hərbi xidmətə yollanmışdır. Əvvəlcə Füzuli rayonunun Şükürbəyli kəndindəki hərbi hospitalda həkim işləmiş, daha sonra isə öz ərizəsi ilə qızğın döyüşlərin getdiyi Tərtərə xidmətə getmiş, bir necə ayın ərzində həmçinin Ağdam və Ağdərə istiqamətində də hərbi həkim kimi xidmət etmişdir.
Cabbar Hacıyev
Hacıyev Cabbar Niyətulla oğlu — tibb elmləri doktoru, professor. == Həyatı == 1950-ci ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində, sonra Bakıda Tibb Universitetində Lenin təqaüdü ilə oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1975-ci ildən Azərbaycan Cərrahlar Cəmiyyətinin,1998-ci ildən Avroasiya Qastroenteroloji Cəmiyyətin üzvüdür. 1982-ci ildən gənclərin Ümumittifaq Elmi-Texmiki Yaradıcılıq müsabiqəsinin laureatı olmuş, 2002-ci ildə XXI əsrin tanınmış həkimi, 2003-cü ildə isə XXI əısrin tanınmış alimi Beynəlxalq diplomlarına layiq görülmüşdür. Rəhbərliyi altında 9 namizədlik dissertasiyası müdafiə edilmişdir. 250-dən çox elmi əsərin, 9 ixtira və patentin,1 monoqrafiyanın, 2 dərsliyin müəllifidir. Dalağın zədələnmələrində 5 üzvqoruyucu əməlyyatların (Hacıyev əməliyyatı) və iki tikiş növünün (Hacıyev – Abasov tikişləri) müəllifidir (Azərb. Səhiyyə Nazirliyinin saytından). Cərrahlıqda "Reqenerasiyanın limfoid tənzimi" adlı yeni elmi istiqamətin əsasını qoyanlardan biridir.
Cabbar Həşimov
Həşimov Cabbar Seyid Həşim oğlu — Azərbaycan pedaqoqu, Azərbaycan SSR Əməkdar Müəllimi. == Həyatı == Cabbar Həşimov 1898-ci ildə Cəbrayıl qəzasının Aybasanlı оbasında dünyaya göz açmışdı. Оrta məktəbi bitirdikdən sоnra Azərbaycan Pedaqoji İnstitutuna daxil оlmuşdu. İnstitutu tamamlayandan sоnra Qaryagin (Füzuli) rayоnunun Aybasanlı kəndində müəllim kimi fəaliyyətə başlamışdı. Rayоnun bir çоx məktəblərində məktəb dirеktоru vəzifəsində çalışmışdı. == Ailəsi == Cabbar Həşimov Gövhər xanımla ailə qurmuşdu. Nuru, Arif, Vaqif adlı оğulları, Еlmira, Еlminaz adlı qızları var. == Mükafatları == Cabbar Həşimov "Lеnin", "Qırmızı Əmək Bayrağı" оrdеnləri ilə təltif оlunmuşdu, Əməkdar Müəllim adına layiq görülmüşdü. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.
Cabbar Məcnunbəyov
Cabbar Məcnunbəyov (20 iyun 1912 – 1 fevral 1967) — Azərbaycan yazıçısı, dramaturq. == Həyatı == "Vətən yolunda" qəzetinin redaksiyasında “Gənc bolşevik”i işləmişdir.
Cabbar Məhəmmədzadə
Mirzə Cabbar Mirzə Abbas oğlu Məmmədzadə (20 yanvar 1882, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarifçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor (1937). Ermənistan Cümhuriyyəti Parlamentinin I çağırış deputatı olmuşdur. Mirzə Abbas Məhəmmədzadənin oğlu, Cəlal Məmmədovun atasıdır. == Həyatı == Mirzə Cabbar Məmmədzadə 1882-ci ilin yanvar ayının 20-də İrəvan şəhərində, camaat arasında "fars Abbas" ləqəbi ilə məşhur olan xalq müəllimi Mirzə Abbasın ailəsində dünyaya gəlmişdir. Əvvəl ev təhsili almış, sonra isə İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. Həmin seminariyada 1898-ci ildə İrəvanda ilk rus-tatar məktəbinin açılmasında rolu olan Axund Məmmədbağır Qazızadə ona dərs demişdir. Mirzə Cabbar 1902-ci ildə seminariyanı bitirəndən sonra həmin seminariyaya ekstern imtahan verir və müəllimlik şəhadətnaməsini alır. O, 1902-ci ilin sentyabrından Nehrəm məktəbində müəllim işləyib. 1903-cü ildə Qəmərli məktəbinə, 1904-cü ildə İmanşalı məktəbinə dərs deməyə gedib. 1905-ci ildən 1906-cı ilin 1 sentyabrına kimi Qəmərli məktəbinin nəzarətçisi olub.
Cabbar Nəcəfov
Cabbar Nəcəfov (güləşçi) — güləşçi
Cabbar Oğuz
Cabbar Oğuz (tam adı:Cabbar Şaban oğlu Dadaşev) — Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü == Həyatı == Cabbar Oğuz 4 noyabr 1949-cu ildə Oğuz rayonunda Bucaq kəndində müəllim ailəsində doğulmuşdur. 1967-ci ildə kamal atestatı alaraq Sumqayıt şəhəri 44 nömrəli texniki peşə məktəbinə daxil olaraq çilingər peşəsinə yiyələnmişdi. 1968-ci ildə Bakı şəhəri "Təcrübəli-eksperiment kombinat"da ilk əmək fəaliyyətinə başlamışdı. 1969-1971-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunaraq, həmin kombinatda işləməklə yanaşı (gecə növbəində) 1975-1980 ci illərdə V.İ.Lenin adına A.R.İ-nun ÜTF fakültəsinin "Rəsm, rəsmxət və əmək şöbəsi"nin bitirmişdi. 1980-1983-cü illərdə həmin institutda tədris-ustası vəzifəsində işləməklə yanaşı saathesabı dərs aparmışdı. 1983-cü ildən "Respublika Tədris metodik mərkəzində" baş-metodist vəzifəsində çalışır. 1988-ci ildən SSRİ və Azərbaycan Respublikası Ressamlar İttifaqının üzvüdir. Ölkəmizdə və xarıci ölkə sərgilərində iştirak. Yüzlərlə əsərlərin müəllifi.
Cabbar Qaryağdı
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır. == Həyatı == Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi.
Cabbar Qaryağdıoğlu
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır. == Həyatı == Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi.
Cabbar Qasımov
Cabbar Ağadadaş oğlu Qasımov (9 fevral 1935, Bakı – 19 oktyabr 2002) — plakatçı rəssam, professor, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı == Cabbar Qasımov 9 fevral 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1963-cü ildə V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Cabbar Qasımov 1965-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmiş, İttifaqın Rəyasət Heyətinin üzvü və plakat bölməsinin sədri olmuşdur.Professor Cabbar Qasımov yaradıcılıqla yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərmiş, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında işləmişdir.Cabbar Qasımov 19 oktyabr 2002-ci ildə vəfat etmişdir. == Yaradıcılığı == Cabbar Qasımov yaradıcılığına plakatçı rəssam kimi fəaliyyətə başlamış, Azərbaycanda bu sahədə aparıcı rəssam kimi tanınmışdır. O həmçinin rəngkarlıq əsərləri də yaratmış, kitab qrafikası və monumental sənətlə də məşğul olmuşdur. Onun yaratdığı plakatlar məzmunu, mövzu aktuallığı və emosionallığı ilə seçilirdi.Rəssamın yaradıcılığında "Lenin yolu ilə kommunizmin qələbəsinə doğru" (1970), "Planetin uşaqlarına sülh", "Torpağı qoru və onu sev" əsərləri əhəmiyyətli yerə malikdir. Onun "Bizim amalımız qurmaqdır" plakatı 1965-ci ildə Zaqafqaziya plakatçı rəssamlarının yaradıcılıq konfransında nümunəvi hesab edilmiş və SSRİ Rəssamlar İttifaqının diplomu ilə təltif edilmişdir.Cabbar Qasımovun əsərləri müxtəlif illərdə Azərbaycanda və digər ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilmiş, dəfələrlə diplomlara, fəxri fərmanlara layiq görülmüşdür.
Cabbar Quliyev
Cabbar Əli oğlu Quliyev (19 may 1922, Haçaparaq, İrəvan qəzası – sentyabr 2004, Bakı) — Ermənistanın əməkdar rəssamı (1967), Azərbaycan Rəssamlar İttifaqının üzvü == Həyatı == Cabbar Quliyev 19 may 1922-ci ildə Ermənistanın Zəngibasar mahalında Haçaparaq (Zəhmət) kəndində anadan olmuşdur. 1941-ci ildə İrəvan Dövlət Pedaqoji texnikumunu bitirmişdir. O, İkinci Dünya müharibəsində iştirak edərək, İtaliya və Yuqoslaviya partizan hərəkatının fəal üzvlərindən olub. Onun döyüş yoldaşları Sovet İttifaqı Qəhrəmanıl Mehdi Hüseynzadə, tanınmış partizanlar Cavad Həkimli, İbrahim Bayramov və başqaları olmuşdur. Müharibədən sonra 45 il müəllimlik edib. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1961-ci ildən 1988-ci ilə kimi İrəvan Dövlət Pedaqoji İnstitutunda müəllim işləmişdir. 1967-ci ildə Ermənistan SSR Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.50 illik rəssamlıq fəaliyyəti dövründə 4000-dən artıq əsər yaradıb, 23 dəfə fərdi sərgisi təşkil olunub. Dünyanın 20-dən artıq ölkəsinin muzeylərində və şəxsi kolleksiyalarda əsərləri var. 1988-ci ildə erməni zorakılığı üzündən Azərbaycana köçüb.
Cabbar Xəlilov
Xəlilov Cabbar Əsədulla oğlu (9 may 1928-29 mart 1994) — Azərbaycan arxeoloqu, Qafqazşünas alim, tarix elmləri doktoru, professor, Azərbaycanda çöl arxeologiyasının əsas təşkilatçılarından biri. == Həyatı == C.Ə.Xəlilov 1928-ci il mayın 9-da Quba rayonunda Alpan çayının (Quru çay) sahilində yerləşən Xucbala kəndində anadan olmuşdur. 1941-ci ildə həmin kənddə orta məktəbi bitirmişdir. Onun yeniyetməlik illəri II Dünya müharibəsinin davam etdiyi bir dövrə təsadüf edir. Bu zaman o, ilk əmək fəaliyyətinə başlamışdır. Bu çətin dövrü arxada qoyduqdan sonra 1946-cı ildə Quba Pedaqoji məktəbinə qəbul olunmuş, 1947-ci ildə həmin məktəbdə təhsilini başa vuraraq elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. C.Ə. Xəlilov 1952-ci ildə universitetdə arxeologiya ixtisası üzrə təhsilini başa vurmuş, professor Y.A. Paxomovun rəhbərliyi altında "Skif və sarmatlarda atJarm dəfni və onların Azərbaycanda təsadüf edilmiş qəbirlərlə müqayisəsi" mövzusunda diplom işini müdafiə etmişdir. Onun arxeoloji çöl-tədqiqat işlərinə ilk dəfə cəlb olunması 1950-ci ilə təsadüf edir. Həmin ildə o, müəllimi məşhur arxeoloq S.M. Qazıyevin rəhbərliyi altında Mingəçevir arxeoloji abidələri kompleksində küp və katakomba qəbirlərinin qazıntılarında iştirak etmişdir. Hələ tələbə ikən onda təşkilatçılıq bacarığı üzə çıxmış və universitetdə təhsil almaqla yanaşı 1952-ci ildə o, Azərbaycan tarixi muzeyinin Arxeoloji texnologiya laboratoriyasına muzeyin direktoru S.M. Qazıyev tərəfindən müdir təyin edilmişdir.
Cabbar Əfəndizadə
Cabbar Əfəndizadə — şair, ədəbiyyatşünas, 1-ci Türkoloji Qurultayda iştirak etmişdir.
Cabbar Əliyev
Cabbar Əli oğlu Əliyev (15 yanvar 1904, Naxçıvan – 30 noyabr 1973, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Cabbar Əliyev 15 yanvar 1904-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1921–1924-cü illərdə Bakı Pedaqoji Texnikumunda, sonra Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində təhsil alıb. Abbasmirzə Şərifzadənin bir müddətlik rəhbərlik etdiyi Mərkəzi fəhlə klubunun dram dərnəyində çalışıb. 1929-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. 24 may 1960-cı ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı ilə təltif olunub.Əli adlı yeganə oğlu olmuşdur. Cabbar Əliyev 30 noyabr 1973-cü ildə vəfat etmişdir.