Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kürdəmir
Kürdəmir — Azərbaycanda şəhər, Kürdəmir rayonunun inzibati mərkəzi; Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. 1938-ci ildə rayon tabeli şəhər statusu açıqlamışdı. Bakı ilə arasındakı məsafə 189 km-dir. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 118,8 min nəfərdir (01.01.2021). Mərkəzi Kürdəmir şəhəridir. == Tarixi == Kürdəmir rayonu 1930-cu ildə yaradılmışdır. 1963-cü ildə kolxoz-sovxoz istehsalat idarəsi partiya komitələrinin yaranması ilə əlaqədar olaraq Ağsu və Kürdəmir rayonları birləşdirilərək 1963-cü ilin yanvar ayında Kürdəmir kolxoz-sovxoz idarəsi partiya komitəsi yaradılmışdır. 1964-cü ildə Sov.
Karrar (Kürdəmir)
Karrar — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Karrar qəsəbəsi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Din == Qəsəbədə "Seyid Əhməd" məscidi və "İmam Hüseyn" məscidi dini icmaları fəaliyyət göstərir.
Kürdəmir (Zaqatala)
Kürdəmir — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 20 2014-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 75 nəfər əhali yaşayırdı. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Kürdəmir (dəqiqləşdirmə)
Kürdəmir — Azərbaycan Respublikasının şəhəri. Kürdəmir (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kürdəmir rayonu — Azərbaycan Respublikasının rayonu. Kürdəmir (İran) — İranda kənd.
Kürdəmir (şəhər)
Kürdəmir — Azərbaycanda şəhər, Kürdəmir rayonunun inzibati mərkəzi; Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. 1938-ci ildə rayon tabeli şəhər statusu açıqlamışdı. Bakı ilə arasındakı məsafə 189 km-dir. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 118,8 min nəfərdir (01.01.2021). Mərkəzi Kürdəmir şəhəridir. == Tarixi == Kürdəmir rayonu 1930-cu ildə yaradılmışdır. 1963-cü ildə kolxoz-sovxoz istehsalat idarəsi partiya komitələrinin yaranması ilə əlaqədar olaraq Ağsu və Kürdəmir rayonları birləşdirilərək 1963-cü ilin yanvar ayında Kürdəmir kolxoz-sovxoz idarəsi partiya komitəsi yaradılmışdır. 1964-cü ildə Sov.
Kürdəmir aviabazası
Kürdəmir aviabazası — Azərbaycan Respublikasının Kürdəmir rayonunda, Bakıdan qərbdə yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom. Aviabazada Su-25 qırıcı təyyarələri və Su-24 bombardmançıları yerləşir. == Tarixi == 1941-ci ilin sentyabr ayından 1942-ci ilin mart ayına kimi 25-ci ehtiyat qırıcı aviasiya polku bu aviabazada yerləşib. Polkun pilotları burada İkinci dünya müharibəsi dövrünə aid təyyarələrlə, həmçinin İngiltərədən və Amerikadan göndərilmiş təyyarələrlə döyüş təlimi keçirdilər. 28 noyabr 1945-ci ildən 22 noyabr 1969-cu ilə kimi MiQ-17 təyyarələrindən ibarət 761-ci qırıcı aviasiya polku Kürdəmir aviabazasında yerləşib. 1953 - cü ildən etibarən aerodromda Su-24 və Su-17 təyyarələrindən ibarət olan, 36-cı Bombardmançı Aviasiya diviziyasının tərkibindəki 976-cı İnsterburq Bombardmançı Aviasiya Alayı yerləşirdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra aviabaza Azərbaycana Hərbi Hava Qüvvələrinin nəzarətinə verilməsi razılaşdırılıb. Razılaşmaya görə Rusiya ordusu Azərbaycanı tərk edərkən hərbi bazalarda olan silah-sursatı təhvil verməli olduğu halda, bir çox hallarda Rusiya razılaşmaya əməl etmirdi. Kürdəmir aviabazasında xidmət edən rus əsgərləri bütün hərbi texnikanı icazəsiz Rusiyaya daşıdılar, bazada ancaq bir ədəd istifadəyə yararsız Su-24 təyyarəsi saxlayaraq bazanı tərk etmişdilər. Rusiya ordusu getdikdən sonra Kürdəmir aviabazası Surət Hüseynova sadiq qüvvələrin nəzarətinə keçib və aviabazadan 1992-ci ilin iyunundan etibarən buradan hərbi təyyarələr Qarabağa döyüş uçuşları həyata keçirməyə başladılar.
Kürdəmir bələdiyyələri
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürdəmir bələdiyyəsi

Kürdəmir döyüşləri
Kürdəmir döyüşləri — erməni-daşnaklar tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqının köməyinə gəlmiş türk hərbi qüvvələrinin və Azərbaycan silahlı birləşmələrinin Stepan Şaumyan başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin qoşunlarına qarşı Kürdəmir qəsəbəsinin azad edilməsi məqsədilə 1918-ci il iyulun 5-dən 10-na qədər keçirdiyi döyüş əməliyyatı. == Döyüşün gedişi == Döyüşdə podpolkovnik Həbib bəy Səlimovun rəhbərliyi altında Müsüslü dəstəsi, Həsən bəyin 46-cı piyada taboru ilə toplu süvari alayından ibarət dəstəsi və cəbhənin gücləndirilməsi üçün sonradan cəlb olunmuĢ əlavə qüvvələr, düşmən tərəfdən isə Qırmızı ordunun 1-ci briqadası, İrandan yenicə gələrək, cəbhə komandanı təyin edilmiş Biçeraxovun dəstəsi və təlimatçılar məktəbinin bölmələri iştirak edirdilər. Düşmənin hərbi qüvvələri, əsasən, Birinci dünya müharibəsindən (1914–18) Bakıya gətirilmiş və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş daşnak-erməni zabit və əsgərlərindən ibarət idi. Türk-Azərbaycan qoşun hissələrinin azlığı və bolşevik-daşnak qoşunlarının mövqelərinin daha əlverişli olması qırmızıların ilk günlər Müsüslü dəstəsi ilə Həsən bəyin dəstəsinin qarşısını saxlamasına, hətta ,imal istiqamətində Ağsuya doğru bir qədər irəliləməsinə imkan vermişdi. Bolşevik-daşnak qüvvələrinin hücumlarının genişlənməsinə yol verməmək üçün 5-ci Qafqaz diviziyasının 13-cü piyada alayı Kürdəmir ətrafına yönəldildi. Alay Həsən bəyin dəstəsi ilə birləşərək, şimal tərəfdən Kürdəmirə hücum etməli idi. Müsüslüdəki qüvvələri gücləndirmək üçün Ağdaş və Xaldan məntəqələrində toplanmış Azərbaycan könüllüləri, həmçinin Qazaxa gətirilmiş 350 nəfər silahsız könüllü də Bərgüşad stansiyasına göndərildi. İyulun 8-də ağır döyüşlər oldu. Düşmənə əsas zərbənin 13-cü alay tərəfindən vurulacağı nəzərdə tutulsa da, Qırmızı ordunun bura xeyli qüvvə çıxarması vəziyyəti mürəkkəbləşdirmişdi. Biçeraxov 13-cü alaya qarşı 8 top və 8 pulemyotla müşayiət olunan qüvvə çıxarmışdı.
Kürdəmir döyüşü

Kürdəmir rayonu
Kürdəmir — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 103,8 min nəfərdir (01.01.2009). Mərkəzi Kürdəmir şəhəridir. == Etimologiyası == Kürdəmir – "Kür Dəymir" sözlərindən götürüldüyü ehtimal olunur. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəmir kimi adlanmış, zaman keçdikcə "Y" samiti assimilyasiya (aşınma) olmuş və "Kürdəmir" şəklində işlənmişdir. == Tarixi == Kürdəmir rayonu 1930-cu ildə təşkil olunmuşdur. Şirvan düzündədir.
Kürdəmir xalçaları
Kürdəmir xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Kürdəmir şəhəri
Kürdəmir — Azərbaycanda şəhər, Kürdəmir rayonunun inzibati mərkəzi; Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. 1938-ci ildə rayon tabeli şəhər statusu açıqlamışdı. Bakı ilə arasındakı məsafə 189 km-dir. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 118,8 min nəfərdir (01.01.2021). Mərkəzi Kürdəmir şəhəridir. == Tarixi == Kürdəmir rayonu 1930-cu ildə yaradılmışdır. 1963-cü ildə kolxoz-sovxoz istehsalat idarəsi partiya komitələrinin yaranması ilə əlaqədar olaraq Ağsu və Kürdəmir rayonları birləşdirilərək 1963-cü ilin yanvar ayında Kürdəmir kolxoz-sovxoz idarəsi partiya komitəsi yaradılmışdır. 1964-cü ildə Sov.
Mehdili (Kürdəmir)
Mehdili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Mehdili kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsinin əsasını mehdili nəsli qoyduğu üçün belə adlanmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kür çayının sahilində, Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mollakənd (Kürdəmir)
Mollakənd — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Mollakənd oyk., mür. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir; Lənkəran r-nunun Rvo i.ə.v.-də kənd. Keçmiş adı Mollalı olmuşdur. Molladı variantında da qeydə alınmışdır (1933-cü il). Oykonim molla (dini rütbə) və kənd (coğrafi termin) sözlərindən ibarət olub, "mollanın kəndi, mollaya məxsus kənd" mənasındadır. Mollakənddə ilk məktəb 1927-ci ildə açılmışdır. Mollakənd Şuralığının II dərəcəli Kolxoz Cavanlar Məktəbi adlanan həmin təhsil müəssisəsində tədrisin təşkili oraya məktəb müdiri təyin edilmiş 19 yaşlı Canalı Mirzəyevə həvalə edilmişdir. Canalı Mirzəyevin rəhbərliyi altında Mollakənd məktəbi 3 aydan sonra Mollakənd Nümunə Məktəbinə çevrilmişdir.
Muğanlı (Kürdəmir)
Muğanlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Muğanlı kəndi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Karrar qəsəbəsi mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr salmışlar. Oykonim türkdilli tayfa olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşlar. Tayfa vaxtilə Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə tanınmışdır. Azərbaycan ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 909 nəfər əhali yaşayır.
Məhərrəmli (Kürdəmir)
Məhərrəmli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Məhərrəmli kəndi şimaldan baş şirvan kallektoru,qərbdən girdiman cayı,cənubdan isə kur üstü kəndləri ilə əhatə olunmuşdur.Şərqdə Ərəbqubalı kənd nümayəndəliyi yerləşir.1950 ci illərə qədər Məhərrəmli kəndi 3 cayın birləşdiyi yerdə kicik quru sahədə yerləşib.Caylar ağsu cayı,girdiman cayı və qarasu cayı. Qobu deyilən dərə ilə axıb kecərmiş.hal-hazırda həmin caylar süni yollarla birləşdirilib kür cayına tökülür.Deylənlərə görə 1950 ci illərə qədər kəndin ətrafı ceyran, qaban, turac, bildircin, və sularda bir cox balıq növü olub.Kəndin ətrafı bütün qamışlıq olub. Məhərrəmli oyk. Kürdəmir r-nunun Ərəbqubalı i.ə.v.-də kənd. Şirvan düzündədir. Keçmiş adı Mola Məhərrəmli olmuşdur. Çox güman ki, Mola Məhərrəm yaşayış məntəqəsinin əsasını qoymuş nəslin başçısı olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 854 nəfər əhali yaşayır. Əsasən həyətyanı və pay torpaqları vasitəsilə əkinçilik təşkil edir.
Pirili (Kürdəmir)
Pirili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Pirili oyk., sadə. Ağstafa r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. XVI əsrin əvvəllərinə aid mənbələrdə kəndin adı Qurumsulu Canəli Pirilu, 1798-ci ilə aid sənəddə isə Pirilu kimi qeydə alınmışdır; Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqələri pirili tayfasının adını daşıyır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2114 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qaraqocalı (Kürdəmir)
Qaraqocalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Qaraqocalı oyk., sadə. Kürdəmir r-nunun Topalhəsənli i.ə.v.-də kənd. Şirvan düzündədir; Şəmkir r-nunun Seyfəli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqələrini qaraqocalı adlı nəslə mənsub ailələr saldığı üçün belə adlanmışdır. Bu oykonim “Qara Qocanın nəslindən olanlar, qaraqocalılar” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1288 nəfər əhali yaşayır. Təvəkkül İsgəndərov - zoologiya üzrə fəlsəfə doktoru , dosent, alim Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarasaqqal (Kürdəmir)
Qarasaqqal — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə yaradılmışdır. Qədim adı Qarasaqqallı idi. Kürdəmir rayonunun eyniadlı i.ə.v.-də kənd. Nazir çayının (Girdimançayın qolu) sağ sahilində, Şirvan düzündə yerləşir. Kəndin adı onu bina edən qarasaqqal nəslinin adı ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1761 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarasu (Kürdəmir)
Qarasu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının Milli Məclisi 26 dekabr 2006-cı il tarixli 217-IIIQ saylı qərarı ilə Şilyan kənd inzibati ərazi dairəsi tərkibindəki Şilyan kəndinin bir hissəsi Qarasu kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3888 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Qarasu kənd məscidi dini icması fəaliyyət göstərir.
Qoçulu (Kürdəmir)
Qoçulu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qoçulu kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsini qoçulu nəslinə məxsus ailələr saldığına görə bələ adlandırılmışdır. Kənd 1993-cü ildə yaradılmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. Kənd Kür çayının sahilində, Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 630 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Quşlar (Kürdəmir)
Quşlar — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Quşlar oyk., sadə. Kürdəmir r-nunda kənd. Kürün sahilindədir. Keçmiş adı Quşilər olmuşdur, Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Türyançayın sahilində, Daşüz silsiləsinin ətəyindədir. Tədqiqatçılar kəndin adını orta əsrlərdə Azərbaycanda məskunlaşmış türkdilli qara hunların bir qolunun adı ilə bağlı olduğunu göstərirlər. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 463 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Türkədi (Kürdəmir)
Türkədi — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Türkədi oyk., miir. Kürdəmir r-nunun Mollakənd i.ə.v.-də kənd. Kür çayı sahilində, Şirvan düzündədir. XIX əsrdə Danabasan Türkədi adı ilə qeydə alınmış kəndin bu kənd olması ehtimal edilir. Kəndin əhalisini Səlcuq tayfalarına mənsub ailələr təşkil edir; Sabirabad r-nunun Yolçubəyli i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqələri 1917-ci ildə Türk-kənd, Türk kəndi variantlarında qeydə alınmışdır. Güman edilir ki, oykonim yerli tələffüzdə təhrif edilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 715 nəfər əhali yaşayır.
Təklə (Kürdəmir)
Təklə — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Kənd Şirvan düzündə yerləşir. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı Təklə Mirzəbaba ildə I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 397 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kondekur
Kondekur (fr. Condécourt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Valle-dü-Sosseron. Əhalisi — 486 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 36 km şimal-qərbdə, Serji belediyyənin 9 km qərbdə yerləşir.
Tuğçe Kandemir
Tuğçe Kandemir (1 yanvar 1996, Mersin) — Türkiyə müğənni-söz yazarı və ədəbiyyat müəllimi. Sevgi və kədər ilə bağlı mahnıları ilə tanınır. O, 8 yaşından musiqi ilə maraqlanmağa başlayıb. Mersin Universitetini ədəbiyyat müəllimi kimi bitirib. O, təyinat gözləyərkən yaşadığı ayrılıq ağrısından sonra ifadə etdiyi "Bu Benim Öyküm" mahnısı internetdə yayıldıqdan sonra məşhurlaşıb. Bundan sonra bir prodüser şirkəti ilə müqavilə bağlamış və mahnıya klip çəkilmişdir. "Bu Benim Öyküm" 100 milyon baxışa çatmış və ilin ən yaxşı mahnısı olmuşdur. Daha sonra ifa etdiyi "Gülü Soldurmam", "Yalan" və "İçimdeki Sen" (Bilal Sonses ilə birlikdə) mahnıları da 100 milyon baxış sayını keçmişdir. Tabii platformasının "Üniversdeli" serialında qonaq rol almışdır. == Həyatı və karyerası == 1 yanvar 1996-cı ildə Mersində doğulub.