Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Turin kəfəni
Turin kəfəni — İsa çarmıxdan endirildikdən sonra sarıldığı iddia edilən saqqallı adamın ön və arxa siluetləri olan kətan parça. 4-cü əsrə aid bir mənbə bildirir ki, Thaddaeus və ya Addai İsanın şəklini Edessada (Urfa) “seçimli boyalarla” çəkiblər. 6-cı əsrə aid başqa bir mənbə bildirir ki, İsa üzünü dəsmalla siləndə şəklini onun üzərində qoyub. İsa bu dəsmalı padşah V Abqarın elçisinə verdi. İsanın Edessada təsvir edilməsi hekayələri 944-cü ilə, Bizans ordusunun şəkli Konstantinopola (İstanbul) apardığı vaxta qədər davam etdi. Rəsm burada 1204-cü ilə qədər qaldı, həmin il Dördüncü Səlib yürüşünün cəngavərləri şəhəri talan etdilər və bu vaxt rəsm əsərini götürdülər. Kəfənin 14-cü əsrdə Fransada nümayiş etdirilməsinin izahı bu ola bilər. İlk dəfə 1350-ci illərdə Fransada sərgilənib. 1578-ci ildə İtaliyaya gətirildi və Turində San Giovanni Battista Katedralində saxlanmağa başladı. Çoxları bunun möcüzə olduğuna inansa da, skeptiklər bunun saxta olduğunu düşünürdülər.
Mədəni Mehmet Nuri Əfəndi
Mədəni Mehmet Nuri (24 noyabr 1859, Üsküdar – 29 iyul 1927, Üsküdar, İstanbul ili) —Osmanlı imperiyasının son şeyxülislamı. == Həyatı == Bütün Osmanlı müəssisələrində olduğu kimi, bu müəssisə də, XVI əsrin son illərindən və xüsusilə XVII əsrdən etibarən yavaş-yavaş tənəzzülə üz tutmuşdur. Beləliklə, tarixi seyri içində keçirdiyi müxtəlif mərhələlərdən sonra nəhayət, şeyxülislam Mədəni Mehmet Nuri əfəndinin (1920–1922), daxil olduğu son Osmanlı kadrı ilə birlikdə istefası nəticəsində şeyxülislamlıq vəzifəsi, Osmanlılarla birlikdə İslam aləmində də ortadan qalxaraq tarixə keçdi. 24 noyabr 1859-cu ildə İstanbulun Üsküdar Sultantəpəsində anadan olub. Atası 1821-1896-cı illərdə İstanbulda yaşamış və öldüyü zaman "Tədqiqat-i Şər'iyyə Məclisi"nın sədri, Anadolu və Rumeli Qazəsgəri dərəcəli, baş münəccin əl-Hac, es-Seyyid Tarsusizadə Osman Kamil Əfəndi (İstanbuldan) ), anası isə Fındıkzadə (Fındıkgil) Şərifə Hatice xanımdır. İstanbulun Vəfa səmtində böyüyən Mədəni Mehmet Nuri Əfəndi ibtidai təhsilə atası ilə başlamış, Şehzade və Fatih məscidi mədrəsələrini, Mekteb-i Nüvvabı bitirmiş, İstanbul müdərrisi olmuşdur. Zamanla yüksəldi və Mahreç rütbəsi aldı. 22 yaşında rus maaşı ilə işə başlamış və Osmanlı hüquq təşkilatının müxtəlif qurumlarında tədricən yüksəlmiş və 1912-ci ildə Misirin qazısı olmuşdur. 1912-ci ilin martından 1915-ci ilin avqustuna qədər Qahirədə yaşamış və Misirin qazısı olmuş, daha sonra Adana vilayətinin mərkəzi kadısı vəzifəsinə təyin edilmiş və bir ay sonra istefa edərək qazılıqdan ayrılmışdır. 1920-ci ildə aldığı Anadolu Qazəsgəri rütbəsi ilə defakto qazəsgər olaraq çalışmış, 26 sentyabr 1920-ci ildə Şeyxülislam təyin edilmiş, hökumət istefa verəndə ayrılmış və sonuncu Osmanlı kabineti qurulanda, 1920-ci il noyabrın 4-də yenidən Şeyxülislam təyin olunmuşdur.
Cəfəri
Cəfəri — Çətirkimilər fəsiləsinə aid ikiillik bitki cinsi. Cəfəri — Cəfəri məzhəbinin nümayəndəsi.
Kələki
Kələki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Elçibəyin doğulduğu kənddir. == Tarixi == Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından almışdır. Oykonim ərəb dilindəki kələ (məbəd) və fars dilindəki kuh sözünun fonetik variantı olan ki (dağ) sözlərindən düzəlib, "məbəd dağı" mənasındadır..
Səfəvi
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. == Səfəvilər sülaləsinin mənşəyi == Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Məmalik-e Əcəm" adlandırılmışdır. Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür.
Səməni
Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. == Tərif və məna == Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır.
Xəfəng
Xəfəng — Pəncərənin və ya qapının üst hissəsi. Xəfəng pəncərə yerinın iki doldurulmasından biri adlandırıla bilər. Loru dilində xəfəng həmçinin pəncərə çərçivəsinin aşağı açılan (qatlanan) yuxarı hissəsini adlandırırlar, hansı ki, tez-tez uşaqların təhlükəsizliyi və yelçəkənsız havalandırma üçün istifadə olunur, çünki çöldəki soyuq hava enənken, tədricən istiləşilır. "Xəfəng" sözü qapılara münasibətdə istifadə edildikdə, adətən evin birinci mərtəbəsindən ikinci mərtəbəsinə və ya çardağa çıxmaq üçün tavandan açılan kiçik qapılara aiddir. Şüşəli xəfənglər otağı bəzəmək və işıqlandırmanı yaxşılaşdırmaq üçün xidmət edir.
Əfəndi
Əfəndi (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Əfəndi (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd.
Agah Əfəndi
Agah Əfəndi (1832, Yozqat – 1885, Afina) — Türkiyə yazıçısı,"Gənc Osmanlı" cəmiyyətinin üzvü, Poçt naziri, səfir. O, Türkiyədə poçt naziri kimi ilk poçt pullarını buraxmışdır. Bu gün o, daha çox bir qəzet işçisi kimi xatırlanmaqdadır. Dövrünün mütərəqqi padşahlarından olan Əbdüləzizin hakimiyyəti zamanı Agah Əfəndi Avropaya göndərildi. Avropadan qayıtdıqdan sonra II Əbdülhəmid tərəfindən sürgünə göndərilmiş, istibdad zülmü çəkmişdir. == Həyatı == Poçt pullarının və qəzetlərinin atası sayılan Agah Əfəndi 1832-ci ildə İstanbulda Sarıyerdə anadan olmuşdur. Yozqatlı Çobanoğullarından Ömər Əfəndinin oğludur. Yeddi il tibb institutunda oxuduqdan sonra fransız dilini yaxşı bildiyi üçün təhsilini yarımçıq qoyub "Babiali tərcümə şöbəsində" çalışmışdır. Avropadan vətənə qayıtdıqdan sonra bir çox vəzifələrdə çalışmışdır. O, da II Əbdülhəmidin sürgünündən yan keçə bilməmişdi.
Albay Əfəndi
Abbas Zahid oğlu Babayev səhnə adı ilə Albay Əfəndi (16 fevral 1986, Bakı, Azərbaycan) — repçi, yazar. Albay - təxəllüsünü Türkiyə hərbi sistemində polkovnik anlamına gələn rütbədən götürmüşdür. Albay Sheriff adını 2007-ci ildə Albay Əfəndi olaraq dəyişdirmişdir. İxtisasca iqtisadçıdır. Musiqi və ədəbiyyatdan başqa, səs rejissorluğu sahəsində də fəaliyyət göstərir. Musiqi karyerasına 2001-ci ildə özünün də qurulmasında böyük rolu olan RAPressia CLAN adını verdikləri rep birliyində başlamışdır. 2011-ci ildə birliyi tərk edərək solo fəaliyyətə başlamış və 2012-ci ildə ilk solo Anomalia albomunu yayımlamışdır. 2012-ci il, Türkiyənin Kurşun Kalem (Qurşun Qələm) ədəbi dərgisinin iyul-avqust, 18-ci buraxılışında Albay Əfəndinin Yeyilmiş Pozan adlı şeiri Türkiyə türkçəsinə tərcümə edilmişdir. Heç bir siyasi, dini partiyaya mənsub deyil. == Həyatı == Albay Əfəndi 16 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub.
Andrey gəvəni
Andrey gəvəni (lat. Astragalus andreji) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Andrey gəvəni Azərbaycanın endemik bitkisidir. İlk dəfə Bozdağ sahəsində 1953-cü ildə təsvir edilmişdir. == Botaniki təsviri == 80-150 sm hündürlükdə, budaqları şaxəli, uzun və möhkəm tikanlıdır. Yarpağı 2-3,5 sm uzunluqda, 4-6 cüt ellipsvari və neştərvari formalı, yarpağını tökən koldur. Yumurtavari yarpaq altlıqlarının ucu neştərvari, 5–6 mm uzunluğunda, ağ tüklüdür. Tədricən tamamilə çılpaqlaşır və sarımtıl rəngdə olur. Çiçək altlıqları kasacığa bərabərdir. Yarpaqların qoltuğundan çıxan 2-3 ədəd çiçəkləri 2-9 sm uzunluqda sünbülvari çiçək qrupu əmələ gətirir.
Aydın Həsəni
Aydın Həsəni — Azərbaycan kinoprodüseri. == Həyatı == Azərbaycan Televiziyası Telefilm Yaradıcılıq Birliyi istehsalat şöbəsinin rəhbəri, kinotarixçi və kinematoqrafdır. 120-dən çox televiziya sənədli və bədii filmini ərsəyə gətirib. == Filmoqrafiya == Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) - direktor Balaş və Mədinə (film, 2003) Bəxtiyar Vahabzadə (film, 2003) Bir ocağın nuru (film, 2001) Böyük sınaq (film, 2003) Çay daşı (film, 2001) Cümhuriyyət generalları (film, 2006) Dədə Qorqud axtarışında (film, 2000) Dönüş (film, 1999) Duz gölü (film, 2001) Əbədi zirvə (film, 1998) Əhməd Bakıxanov (film, 2003) Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999) Girdiman (film, 2003) Haradasan, Mübubət?
Bakı gəvəni
Bakı gəvəni (lat. Astragalus bakuensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" CR B1ab (i, ii, iii, iv, v). Regional IUCN Statusu - CR B1ab (i, ii, iii, iv, v). == Botaniki xarakteristikası == Gövdəsiz, cüzi tüklü qabarmış, 5-15 sm hündürlükdə, otvari çoxillik bitkidir. Yarpaqları 4-22 sm uzunluğunda, 12-20 cüt, yumurtavari, dəyirmi-yumurtavari və ya uzunsov-ellipsşəkillidir. Salxım çiçək qrupu 4-6 çiçəklidir. Kasacıq borucuqlu, xətti-bizvari dişlidir, borucuğa nisbətən 4 dəfə kiçikdir. Tac 30 mm uzunluğunda; Lövhə bayraqvari, oval şəklindədir və ya tərs yumurtavari, uzunsov ellipsşəkillidir, tünd-qırmızı, qəhvəyidir. Yumurtalıq 8 sm uzunluğunda, tüklü, uzun ayaqcıqlıdır.
Bazu kələfi
Bazu kələfi lat. plexus brachialis dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrindən əmələ gəlir. Bəzən II döş sinirinin ön şaxəsindən də kiçik şaxəcik alır. Ön pilləli və orta pilləli əzələlərin arasından xaricə çıxaraq, aşağı, bayır tərəfə gedir, körpücük sümüyünün altından qoltuq çuxuruna daxil olur. Körpücüküstü və körpücükaltı çuxurları keçərkən körpücükaltı arteriyadan yuxarı və dala yerləşir, öz vəziyyətinə görə iki hissəyə bölünür: körpücüküstü hissə lat. pars supraclavicularis və körpücükaltı hissə lat. pars infraclavicularis. Bazu kələfi qoltuq çuxuruna daxil olarkən üç dəstəyə ayrılır: bayır, içəri və dal dəstələr - lat. fasciculi lateralis, medialis et posterior. Bunlar qoltuq çuxurunda qoltuq arteriyasını əhatə edirlər.
Bel kələfi
Bel kələfi lat. plexus lumbalis üç yuxarı bel və qismən XII döş (ThXII) və IV bel sinirlərinin (L4) ventral şaxələrindən təşkil olunur. IV bel sinirinin ventral şaxəsinin çox qismi bel kələfində iştirak edir, az bir hissəsi isə V bel sinirinin venteral şaxəsi ilə birləşərək bel-oma kötüyünü (lat. truncus lumbosacralis) təşkil edir. XII döş sinirinin ancaq kiçik bir şaxəsi bel kələfində iştirak edir. Bel kələfi bel fəqərələrinin köndələn çıxıntılarının önündə lat. m. psoas major daxilində yerləşmişdir. == Verdiyi şaxələr == Əzələ şaxəsi lat. rami musculares Qalça-qarınaltı sinir lat.
Bostan kələmi
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Boyun kələfi
Boyun kələfi lat. plexus cervicalis üç yuxarı və qismən IV boyun sinirlərinin (C1-C3 və qismən C4) ön şaxələrindən əmələ gələrək ota pilləli və kürəyi qaldıran əzələlərin başlanan uclarının önündə yerləşir və döş-körpücük-məməyəbənzər əzələ ilə örtülü olur. Boyun kələfindən çıxan şaxələr üç qrupa bölünür: birləşdirici, dəri və əzələ şaxələri.
Bozdoğan kəməri
Bozdoğan kəməri və ya Valensik su kəməri (türkcə Bozdoğan Kemeri, yunanca Άγωγός του ὔδατος, Agōgós tou hýdatos; mənası - "su kəməri") — Roma İmperatoru Valens tərəfindən 368-375-ci illərdə inşa etdirilib. Fərqli dövrlərdə Osmanlı sultanları tərəfindən də restovrasiya etdilib. Orta əsrlərdə şəhərin su ehtiyacını ödəyən ən vacib su kəmərindən biri olub.
Büzdüm kələfi
Büzdüm kələfi lat. plexus coccygeus - V oma və büzdüm sinirinin ön şaxələrindən (S5-Co) əmələ gəlir. Kələf büzdüm əzələsi ilə oma-tin bağının önündə yerləşmişdir və oma kələfi ilə rabitədədir. Büzdüm kələfi lat. nn. ancoccygei özündən adlanan bir neçə şaxələr verir. Bu şaxələr büzdüm əzələsinin önü ilə əvvəlcə aşağı gedir, sonra arxaya keçərək büzdüm sinirinin dal şaxəsi ilə birlikdə büzdüm nahiyəsinin dərisini innervasiya edir. Kələfdən eyni zamanda bir neçə əzələ şaxəsi çıxaraq büzdüm əzələsini, anusu qaldıran əzələni innervasiya edir.
Bəndəbikə kəşənə
Bəndəbikə kəşənə (başq. Бәндәбикә кәшәнәһе, rus. Кэшэнэ Бэндэбикэ) — 15-16 əsrə aid başqırd mədəniyyətinin tarixi və memarlıq abidəsi, Bəndəbikənin məqbərəsi. Başqırd əfsanəsinə görə, Bəndəbikə müdrikliyi ilə məşhurlaşan qadındır. O, başqırd tayfaları arasındakı çəkişmələrin dayandırılmasını dəstəkləyirdi. Eyni əfsanəyə görə, Bəndəbikə başqırdlarla qazaxlar arasında uzunmüddətli sülhün bərqərar olmasına töhfə vermişdir. Abidə Niyaz Majitovun rəhbərlik etdiyi arxeoloji ekspedisiya tərəfindən 1968-1969-cu illərdə tədqiq edilmişdir. Strukturuna görə, məqbərə təməldən 8.7 * 7 m olan düzbucaqdan ibarət idi, divarların yuxarısında səkkizüzlü forması yaranırdı, bina günbəz ilə tamamlanırdı. Hörgü iki rəngli kərpicdən hazırlanmışdır. Boz fonda qırmızı kərpiclərlə küknar naxışı hazırlanmışdır.
Aydın Əfəndi
Aydın Əfəndi (tam adı:Aydın Niyazi oğlu Əfəndiyev) — rusdilli Azərbaycan şairi == Həyatı == Aydın Əfəndi 1959-cu ilin 26 noyabrında anadan olmuşdur. Riyaziyyatçı olub. Finlandiya Universitetlərinin birində mühazirə oxumuşdur. Əsərlərini və şeirlərini rusca yazırdı. Yusif Səmədoğlunun təqdimatıyla "Literaturnaya qazeta"da haqqında yazı və şeirləri dərc olunub. 20 avgust [http://archive.azyb.az/cgi-bin/jurn/main.cgi?id=1125] 1996-ci ildə 37 yaşında vəfat edib. Şamaxıda basdırılıb.
Bekker gəvəni
Bekker gəvəni (lat. Astragalus beckerianus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiya-Pamir-Alayda (Səmərqənd dağları) təbii halda yayılmışdır. == Botaniki təsviri == Xırda budaqcıqlı, 7-15 sm hündürlükdə, yerə yatıq kolcuqdur. Yarpaqcıqları 6-8 cüt, xətvarı, ucu şiş, üstdən tüksüzdür. Paxlası oturan, uzunsov, biryuvalı, çoxtoxumludur. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqustda toxum verir. Generativ yolla çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbləri başlıca olaraq insan fəaliyyətidir. Becərilməsi haqqında məlumat yoxdur.
Bilal Həsəni
Bilal Həsəni (fr. Bilal Hassani; ərəb. بلال حسني‎; 9 sentyabr 1999) — Ərəb əsilli Fransa müğənnisi, bəstəkarı və "YouTube" kanal müəllifi. O, "Roi" mahnısı ilə Fransanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Bilal Həsəni 9 sentyabr 1999-cu ildə Paris şəhərində Mərakeş ailəsində dünyaya göz açmışdır. O, anası ilə Parisdə yaşayır. Taha adlı böyük qardaşı var. Atası isə Sinqapurda yaşayır. Bilal 2017-ci ildə rəsmi olaraq homoseksual olduğunu sosial şəbəkələrdə etiraf etmişdir. Bunun ardınca əslən ərəb olan gənc ifaçı sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən təhqirlərə məruz qalır və hətta ölümlə təhdid edilir.
Bəşşar Cəfəri
Bəşşar Cəfəri (ərəb. بشّار جعفري‎; 14 aprel 1956, Dəməşq) — Suriyalı diplomat. 2006–2020-ci illərdə Suriyanın BMT-dəki daimi nümayəndəsi idi.
Cəfəri-Sadiq
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. == Həyatı == Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. == İmamın Elmi Mübahisələri == Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". == İmamın şəhid edilməsi == Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Keşəli
Keşəli (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Keşəli (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsində inzibati-ərazi vahidində kənd.
Kofein
Kofein (1,3,7-trimetil-1H-purin-2,6(3H,7H)-dion) — qəhvə ağacı və ya çay və bu kimi digər bitkilərin tərkibində olan alkaloid. Kimyəvi sintez yolu ilə də alınır. Müxtəlif içkilərin tərkibinə sinir sisteminə müsbət təsir göstərilməsi məqsədilə kiçik dozalarda qatılır. Böyük miqdarda qəbulu təhlükəlidir. Eyni vaxtda 10 qramdan çox qəbulu ölümlə nəticələnir. == Alınması == Çay yarpaqlarında və qəhvə dənələrində 1-3% purin törəməsi - kofein alkaloidi vardır. Çayın dəmlənməsi və ya qəhvənin hazırlanması zamanı kofein məhlula keçir. Bitkilərdə kofein purin əsasları - adenin və quanindən mürəkkəb reaksiyalar vasitəsilə əmələ gəlir. Sənayedə onu çay istehsalının tullantılarından və sortsuz kofe dənələrindən ayırmaqla yanaşı, həmçinin sintetik yolla alırlar. == Fiziki-kimyəvi xassələri == Kofein C8H10N4O2 acı dada malik qaynar suda və xloroformda yaxşı həll olan ipəkvari kristallara malik rəngsiz maddədir (tər=235oC).
Semeni
"Mirvari" kafesi
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. == Tarixi == "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
Aqneş Keleti
Aqneş Keleti (mac. Ágnes Keleti; 9 yanvar 1921, Budapeşt) — Macar və yəhudi əsilli Olimpiya və dünya çempionu olan idman gimnastı və məşqçi. Yay Olimpiya oyunlarında Macarıstanı təmsil edərək 5 qızıl medal, 3 gümüş medal və iki bürünc medal qazanmışdır və bütün dövrlərin ən yaxşı yəhudi əsilli Olimpiya oyunçusu kimi tanınır. Keleti İsrail vətəndaşlığı olan bütün idmançılardan daha çox medal qazanmışdır və Mark Spitzdən sonra ən çox Olimpiya medalı qazanan yəhudidir. 1956-cı ildə təşkil olunan Yay Olimpiya oyunlarının ən uğurlu idmançılarından biri hesab olunur. 1957-ci ildə Keleti İsrailə köçdü və hal-hazırda da orada yaşayır. == İdman karyerası == Keleti yəhudidir və Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 4 yaşında gimnastika ilə məşğul olmağa başlamışdır və artıq 16 yaşında Macarıstanın Milli Çempionu adını qazanmışdır. 1937 və 1956-cı illər arasındakı gimnastika karyerası ərzində 10 dəfə çempion titulunu əldə etmişdir. Keleti 1940-cı ildə təşkil olunacaq Olimpiya oyunlarında Macarıstanı təmsil edəcək ən potensiallı idmançı hesab olunurdu.