KƏFƏNLİ

sif.
1. Kəfəni olan; kəfənlənmiş. Kəfənli meyit.
2. köhn. Boynuna kəfən salmış, kəfən geymiş (bax kəfən 2-ci mənada).
Ağ kəfənli adamlar zikr deyib, başlarını gorda ilə yarırdılar. Çəmənzəminli.
Arxadan sükut içərisində kəfənli zəvvarlar gəlirlər. Ə.Məmmədxanlı.

KƏFƏNLƏNMƏK
KƏFƏNLİK

Значение слова в других словарях