Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kələki
Kələki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Elçibəyin doğulduğu kənddir. Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından almışdır. Oykonim ərəb dilindəki kələ (məbəd) və fars dilindəki kuh sözünun fonetik variantı olan ki (dağ) sözlərindən düzəlib, "məbəd dağı" mənasındadır..
Bazu kələfi
Bazu kələfi lat. plexus brachialis dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrindən əmələ gəlir. Bəzən II döş sinirinin ön şaxəsindən də kiçik şaxəcik alır. Ön pilləli və orta pilləli əzələlərin arasından xaricə çıxaraq, aşağı, bayır tərəfə gedir, körpücük sümüyünün altından qoltuq çuxuruna daxil olur. Körpücüküstü və körpücükaltı çuxurları keçərkən körpücükaltı arteriyadan yuxarı və dala yerləşir, öz vəziyyətinə görə iki hissəyə bölünür: körpücüküstü hissə lat. pars supraclavicularis və körpücükaltı hissə lat. pars infraclavicularis. Bazu kələfi qoltuq çuxuruna daxil olarkən üç dəstəyə ayrılır: bayır, içəri və dal dəstələr — lat. fasciculi lateralis, medialis et posterior. Bunlar qoltuq çuxurunda qoltuq arteriyasını əhatə edirlər.
Bel kələfi
Bel kələfi lat. plexus lumbalis üç yuxarı bel və qismən XII döş (ThXII) və IV bel sinirlərinin (L4) ventral şaxələrindən təşkil olunur. IV bel sinirinin ventral şaxəsinin çox qismi bel kələfində iştirak edir, az bir hissəsi isə V bel sinirinin venteral şaxəsi ilə birləşərək bel-oma kötüyünü (lat. truncus lumbosacralis) təşkil edir. XII döş sinirinin ancaq kiçik bir şaxəsi bel kələfində iştirak edir. Bel kələfi bel fəqərələrinin köndələn çıxıntılarının önündə lat. m. psoas major daxilində yerləşmişdir. == Verdiyi şaxələr == Əzələ şaxəsi lat. rami musculares Qalça-qarınaltı sinir lat.
Bostan kələmi
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Boyun kələfi
Boyun kələfi lat. plexus cervicalis üç yuxarı və qismən IV boyun sinirlərinin (C1-C3 və qismən C4) ön şaxələrindən əmələ gələrək ota pilləli və kürəyi qaldıran əzələlərin başlanan uclarının önündə yerləşir və döş-körpücük-məməyəbənzər əzələ ilə örtülü olur. Boyun kələfindən çıxan şaxələr üç qrupa bölünür: birləşdirici, dəri və əzələ şaxələri.
Büzdüm kələfi
Büzdüm kələfi lat. plexus coccygeus — V oma və büzdüm sinirinin ön şaxələrindən (S5-Co) əmələ gəlir. Kələf büzdüm əzələsi ilə oma-tin bağının önündə yerləşmişdir və oma kələfi ilə rabitədədir. Büzdüm kələfi lat. nn. ancoccygei özündən adlanan bir neçə şaxələr verir. Bu şaxələr büzdüm əzələsinin önü ilə əvvəlcə aşağı gedir, sonra arxaya keçərək büzdüm sinirinin dal şaxəsi ilə birlikdə büzdüm nahiyəsinin dərisini innervasiya edir. Kələfdən eyni zamanda bir neçə əzələ şaxəsi çıxaraq büzdüm əzələsini, anusu qaldıran əzələni innervasiya edir.
Düzənlik kələzi
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Dəniz kələmi
Laminariya (lat. Laminaria) — laminariaceae fəsiləsinə aid bitki cinsi. Laminariyanın çoxalması:nəsil növbələşməsi-qeyri cinsi və cinsi nəsilin bir-birini əvələnməsi. Dəniz kələminin tərkibi yod, manqan, kobalt, fosfor, dəmir və kaliumla zəngindir. Elə həmin keyfiyyətinə görə o ən faydalı bitkilərdən biri hesab edilir. Dəniz kələmi çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda yeyilir. Onu həm də əvəzsiz pəhriz qidası hesab edirlər. Əsasən ateroskleroz, hipertoniya, raxit, qalxanvarı vəzin müalicəsi və profilaktikası zamanı istifadə edilir. Bu yosun növü maddələr mübadiləsini yaxşılaşdırır, radioaktiv maddələrin bədəndən xaric edilməsinə müsbət təsir göstərir, mədə-bağırsaq sisteminin fəaliyyətini tənzimləyir. Həmin xəstəliklərin müalicə və profilaktikası üçün gündə beş xörək qaşığı dəniz kələmi və yaxud gündə bir neçə dəfə olmaqla iki çay qaşığı onun qurudulmuş formasını qəbul etmək məsləhətdir.
Kergelen kələmi
Kergelen kələmi (lat. Pringlea antiscorbutica) — Bioloji növ olaraq kələmkimilər fəsiləsinə daxil olan yumşaq yarpağa malik olan, böyük səbət quruluşu əmələ gətirən bitki. Bu növ Kergelen adasında ən çox yayılan ot bitkilərindəndir. Adınıda müvafiq olaraq ən çox yayılan adanın adından götürmüşdür. Üstəlik Kroze adaları, Prins-Eduard adaları, Herd adası və Makdonald adalarında da yayılmışdır. Bu kələm növü sərt və güçlü küləklərin təsirinə dözümlüdür. Hind okeanının sunantarktik quşağda yerləşməsinə baxmayaraq şaxtalara qarşı dözümlü olur, xüsusi ilə çiçəkləmə dönəmində. Bitki C vitamini ilə zəngindir. Bu səbəbdən əvvəllər ərazidən keçən gəmilər ondan Sinka xəstəliyinə qarşı vasitə kimi istifadə edirdilər. Latın dilində "antiscorbutica" "sinkaya qarşı" mənasını verir.
Kələki körpüsü
Kələki körpüsü — Ordubad rayonunun Kələki kəndi ərazisində, Vənəndçayın üzərində Dəstə-Dırnıs-Rumus avtomobil yolunun 21 kilometrliyində yerləşən körpü.
Oma kələfi
Oma kələfi (lat. Plexus sacralis) — sinir kələfi olub, IV və V bel sinirlərinin ön şaxələri, eləcə də dörd oma sinirlərindən (SI — SIV) təşkil olunmuşdur. Oma kələfi kiçik çanaqda, armudu əzələninön səthində yerləşir. Oma kələfini təşkil edən sini kötükləri böyük oturaq dəliyinə istiqamətlənərək bir yerə toplaşır və üçbucaq şəkilli qalın bir sinir kötüyünü təşkil edir. Üçbucaq şəkilli bu kötüyün ardını bədəndə ən böyük sinir olan oturaq siniri — (lat. n. ischiadicus) təşkil edir. Oma kələfindən iki qrup: çanaq əzələlərinə məxsus qısa və aşağı ətraf əzələlərinə və dərisinə məxsus uzun şaxələr çıxır. Əzələ şaxəsi lat. ramus musculares — armudu, daxili qapayıcı, ekiz əzələləri budun kvadrat əzələsini, anusu qaldıran əzələni və büzdüm əzələsini innervasiya edir.
Qafqaz kələzi
Paralaudakia caucasia (lat. Paralaudakia caucasia) — heyvanlar aləminin pulcuqlular dəstəsinin kələzlər fəsiləsinin paralaudakia cinsinə aid heyvan növü. Uzunluğu 140–150 mm, çəkisi 170 q təşkil edir. Onlar həşaratlar, digər onurğasızlar və bitkilərlə qidalanırlar. Qafqaz kələzi əsasən daş rəngində olur bu isə onların maskalanmasına xidmət edir. Qafqaz kələzi Cənubi Qafqazın Azərbaycan, Gürcüstan, Dağıstan və Ermənistan ərzilərində, Türkiyənin şərqində, İran, İraq, Əfqanıstanın şimalı, Pakistanın şimal-qərbində, Türkmənistan ərazilərində yayılmışdır. Определитель земноводных и пресмыкающихся фауны СССР. Учеб. пособие для студентов биол. специальностей пед. институтов, М., Просвещение, 1977 — стр.
Xarabalıq kələzi
Xarabalıq kələzi (lat. Trapelus ruderatus) — Düzənlik kələzləri cinsinə aid növ. Kələzin quyruğu ilə birlikdə uzunluğu 10 sm təşkil edir. Orta uzunluğa malik olsa da, başı hündür və ensizdir. Boğaz nahiyyəsində kisəçik inkişaf etməmişdir. Bel nahiyəsində pulcuqlar ölçü baxımından bir-birindən fərqlənir. Pulcuqların ölçü fərqləri quyruqda belə görünür. Bütün quruq boyunca pulcuq yayılmışdır. Bədəni boz-mavi, sarı və sarı-qırmızı çalarlar alır. Boğaz nahiyyəsi ağ olsa da, sarı və ya mərmər şəkillərlə örtülür.
Çöl kələmi
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Əbu Bəkr Kələvi
Əbu Bəkr Kələvi (v. 1366) — Səmərqənd incəsənət xadimi, üsyan rəhbəri. Moğolustan xanı İlyas xocanın Mavəraünnəhrə yürüşü zamanı pambıqçılar gildiyasının rəisi olmuşdur. O, Əbu Bəkr 1365–13666-cı illərdə Səmərqənddə sərbədarilər üsyanının başçılarından biri olmuşdur. Sərbədarilərin mülklərini müsadirə etməsindən narazı qalan şəhər zadəganları əmirlər Hüseyn və Teymuru dəvət etmişdir. Sərbədarilər əmirlərin qərargahına gəlmiş, lakin orada əsir düşmüşdür. Demək olar ki, onların hamısı edam edilmişdir. Səmərqənddə sərbədari hərəkatı yatırılmışdır.
Kələkçi kəndinin dağıldılması
Kələkçi kəndinin dağıldılması — 1992-ci ilin noyabrında Türkiyənin Diyarbəkir vilayətinin Diclə rayonunda Kələkçi kəndinin dağıdılması hadisəsi. Türkiyə hakimiyyəti Kələkçi kəndinin muxtarından kəndin bütün sakinlərini təxliyə etməyi tələb etmişdir, lakin kəndlilər bir əraziyə toplaşmış və bu zaman Türkiyə jandarma qüvvələri zirehli texnika ilə ağır silahlardan istifadə edərək kəndlilərə və onların evlərinə atəş açmağa başlamışdır. Əsgərlər 136 evi yandırıb dağıtmışdılar. Kənd sakinlərinin bəziləri naməlum şəxslərlə yaxınlıqdakı şəhərlərə qaçmışdılar. 6 aprel 1993-cü ildə Türkiyə hökuməti geri qayıtmış və qalan evləri yandırmışdır. Dağıldılmazdan əvvəl kəndin beş yüz sakini var idi. Həmin ilin iyul ayında bir kənd gözətçisi ailəsi Kürdüstan Fəhlə Partiyasının (PKK) hücumu zamanı üç üzvünün öldürülməsinə görə Türkiyənin yaratdığı kənd mühafizə sistemindən istefa vermək qərarına gəlmişdir. Doqquz ailənin işi Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) çatdırılmışdır. 1996-cı ildə kənd gözətçisi ailəsinin ailə üzvlərinin işi müvəffəqiyyətlə onların xeyrinə həll edilmiş, bu da "Türkiyə təhlükəsizlik qüvvələrinin həqiqətən də evin dağıdılmasında günahkar olduğunu təsdiqləmişdir". Sonradan qərar çıxarılmış və beləliklə, kəndlilərə evlərin, mal-qara və əkinlərin, ev təsərrüfatlarının əmlakının dağıdılması, gəlir itkisi və alternativ yaşayış yerlərinin dəyərinə görə cəmi 115,062,76 funt sterlinq (188,702 ABŞ dolları) məbləğində maddi zərərin ödənilməsinə qərar verilmişdir.
Aqneş Keleti
Aqneş Keleti (mac. Ágnes Keleti; 9 yanvar 1921, Budapeşt) — Macar və yəhudi əsilli Olimpiya və dünya çempionu olan idman gimnastı və məşqçi. Yay Olimpiya oyunlarında Macarıstanı təmsil edərək 5 qızıl medal, 3 gümüş medal və iki bürünc medal qazanmışdır və bütün dövrlərin ən yaxşı yəhudi əsilli Olimpiya oyunçusu kimi tanınır. Keleti İsrail vətəndaşlığı olan bütün idmançılardan daha çox medal qazanmışdır və Mark Spitzdən sonra ən çox Olimpiya medalı qazanan yəhudidir. 1956-cı ildə təşkil olunan Yay Olimpiya oyunlarının ən uğurlu idmançılarından biri hesab olunur. 1957-ci ildə Keleti İsrailə köçdü və hal-hazırda da orada yaşayır. Keleti yəhudidir və Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 4 yaşında gimnastika ilə məşğul olmağa başlamışdır və artıq 16 yaşında Macarıstanın Milli Çempionu adını qazanmışdır. 1937 və 1956-cı illər arasındakı gimnastika karyerası ərzində 10 dəfə çempion titulunu əldə etmişdir. Keleti 1940-cı ildə təşkil olunacaq Olimpiya oyunlarında Macarıstanı təmsil edəcək ən potensiallı idmançı hesab olunurdu.
Didi Keleti
Didi Keleti (gürc. დიდი ყელეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 60 nəfər idi. 2014-cü ildə 22 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Keləsi (Urmiya)
Keləsi (fars. كلاسي‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 528 nəfər yaşayır (95 ailə).
Keçəçi ailəsi
Keçəçi ailəsi — Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin idarə olunmasında mühüm rol oynamış və müxtəlif dövrlərdə mühüm vəzifələr tutmuş üzvləri olan zadəgan ailəsi. Keçəçi ailəsi Təbriz şəhərində məskunlaşan zadəgan ailəsidir. Ailənni adı həmçinin, bəzi mənbələrdə Kuçəçi və ya Kukaçi deyə də qeyd olunur. Ailənin adı tarixi mənbələrdə XV əsrdən XVIII əsrə qədər qeyd olunur. Ailənin ilk məşhur nümayəndəsi Məhəmməd Zəkəriyyə Keçəçidir. O, Ağqoyunlu dövlətində vəzir vəzifəsində çalışmış, lakin sonradan Səfəvi iperiyasının şahı I İsmayılın (1501-1524) tərəfinə keçmişdir. Şah I ismayıl da onu özünə vəzir təyin etmişdir. Zəkəriyyə Keçəçi 1512-1513-cü ildə vəfat etmişdir. Zəkəriyyənin oğlu Cəlaləddin Məhəmməd Təbrizi 1523-cü ildə Şah İsmayıl tərəfindən vəzir təyin edilmiş və I Şah Təhmasibin ilk vəziri olmuşdur. Lakin o, bu vəzifədə çalışarkən Rumlu tayfasına mənsub olan Div Sultan Rumlu tərəfindən qətlə yetirilmişdir.
Patara Keleti
Patara Keleti (gürc. პატარა ყელეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 23 nəfər idi. 2014-cü ildə 17 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Dələli
Dələli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Dələli (oyk.), (düz.) - Cəlilabad rayonunun Qarakazımlı inzibati ərazi vahidində kənd. Burovar/Buravar dağ silsiləsinin ətəyindədir. Oykonim ehtimalən türk mənşəli tele tayfasının fonetik dəyişikliyə uğramış adından və mənsubiyyət bildirən "-li" şəkilçisindən ibarətdir. Etnotoponimdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 640 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dəvəçi
Dəvəçi — Azərbaycanın Şabran şəhərinin əvvəlki adı. Dəvəçi rayonu — Azərbaycanın Şabran rayonunun əvvəlki adı. Dəvəçi-i Ülya (Meşkinşəhr) — İranda kənd. ‎Dəvəçi-i Süfla (Meşkinşəhr) Dəvəçi (Qoşaçay) — Cənubi Azərbaycanda, Qoşaçay şəhristanında kənd. Dəvəçi (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Dəvəçi bələdiyyəsi — Azərbaycan Respublikasının Şabran rayonunda bələdiyyə. Dəvəçi məhəlləsi — Təbriz şəhərinin ən böyük məhəllələrindən biri.
Hələbi
Hələbi — təxəllüs. Yaşayış məntəqələri Hələbi (Sulduz) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.
Hələşi
Hələşi — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Firuzabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 457 nəfər və 114 ailədən ibarət idi.
Keçəçi oğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Məhəmməd Zəkəriyya Keçəçi
Əmir Şəmsəddin Məhəmməd Zəkəriyya Keçəçi (Təbriz – 1513, Təbriz) — dövlət xadimi. Təbrizin Keçəçilər ailəsindən olub Ağqoyunlu vəziri kimi fəaliyyət göstərmişdir. 1501-ci Şah İsmayılın tərəfinə keçərək onu Əlvəndə hücum etməyə təşviq etmişdi. Təbrizin alınmasından sonra Səfəvilər dövlətinin ilk vəziri təyin olunmuşdur.
Ələddin Siddiq Keçəçi
Ələddin Siddiq Keçəçi — məşhur Keçəçi ailəsindən olan bürokrat. Təbrizdən olan Ələddin Siddiq Keçəçi 1447-ci ildən 1455-ci ilə qədər Qaraqoyunlu hökmdarı Cahanşahın (1438-1467) vəziri olaraq çalışmışdır. O, Cahanşahın ölümündən sonra taxta yiyələnmək uğrunda baş vermiş sülalə daxili mübarizədə mühüm rol oynamışdır. Onun ailəsindən olan şəxslər Ağqoyunlu və Səfəvi sülalələri dövründə də mühüm vəzifələrdə çalışmışdırlar. Mahmud Heydər Keçəçi ailəsi Daniel Zakrzewski. Local Elites and Dynastic Succession: Tabriz prior to, under and following Mongol Rule (Sixth/Twelfth to Ninth/Fifteenth Centuries). Brill. In Durand-Guédy, David; Mottahedeh, Roy; Paul, Jürgen (eds.). Cities of Medieval Iran. 2018.
Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi
Əmir Şəmsəddin Məhəmməd Zəkəriyya Keçəçi (Təbriz – 1513, Təbriz) — dövlət xadimi. Təbrizin Keçəçilər ailəsindən olub Ağqoyunlu vəziri kimi fəaliyyət göstərmişdir. 1501-ci Şah İsmayılın tərəfinə keçərək onu Əlvəndə hücum etməyə təşviq etmişdi. Təbrizin alınmasından sonra Səfəvilər dövlətinin ilk vəziri təyin olunmuşdur.
Kələmo
Kələmo (lat. Acipenser nudiventris) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Qara dəniz, Azov, Xəzər və Aral dənizlərində yayılmış, Balxaş gölündə iqlimləşdirilmişdir. Azərbaycan sularında Kür qayabalığı populyasiyası yaşayır. Bədəninin uzunluğu 2 m, kütləsi 30 kq-a qədərdir. Burnu nisbətən qısa, itidir. Alt dodağı bütövdür, bığcıqları saçaqlıdır.Bel sırasında 11-dən 16-dək, yan sıralarında 51-dən 74-dək, qarın sıralarında isə 11-dən 27-dək sümük lövhəciklər vardır. Qəlsəmə Bədəni qəhvəyidir. Qarnı ağ rəngdədir. Üzərindəki açıq rəngli iri pulcuqlar beş xətdə düzülmüşlər.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Kəraçi
Kəraçi — Pakistanda şəhər.
Lələli
Lələli — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Lələli kəndində milli tərkibi muğallardan ibarət 105 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 231 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 128 təsərrüfatda hər iki cinsdən toplam 492 nəfər əhali yaşamaqdadır. Kənd Qanıxçayın sahilində yerləşir. Tədqiqatçılara görə, yaşayış məntəqəsi burada ilk dəfə məskən salmış lələli nəslinin adım daşıyır. Güman etmək olar ki, bu oykonim ərazidəki Lələpaşa kəndinin adı ilə bir mənbədəndir. Torpaqqalanın yaxınlığında olan bu kəndin adı XVIII əsrin birinci yarısına aid tarixi hadisələrlə bağlı mənbələrdə qeyd olunmuşdur.
Qələvi
Qələvilər — suda həll olan əsaslara deyilir. Qələvilərə LiOH, NaOH, KOH, RbOH, CsOH, Ca(OH)2, Sr(OH)2, Ba(OH)2 əsasları aiddir. Digər əsaslar ya suda az həll olur, ya da həll olmur: Zn(OH)2, Fe(OH)2, Cr(OH)2 və.s. 1) Aktiv metalların (Li,Na, K, Rb, Cs, Ca, Sr, Ba) su (H2O) ilə qarşılıqlı təsiri zamanı əvəzetmə reaksiyası ilə alınır: 2 Li + 2 H 2 O ⟶ 2 LiOH + H 2 {\displaystyle {\ce {2Li + 2H2O -> 2LiOH + H2}}} 2) Qələvi və qələvi-torpaq metalların hidridlərinin su ilə reaksiyasından alınır: KH + H 2 O ⟶ KOH + H 2 {\displaystyle {\ce {KH + H2O -> KOH + H2}}} Əvvəlcə, sabit valentli metalın adı, sonra hidroksid sözü deyilir.
Təkəçi
Təkəçi (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Təkəçi (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Çələbi
Çələbi — Bir çox mənalarda işlədilən ifadə, təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Əhməd Çələbi — siyasətçi Övliya Çələbi — səyyah, coğrafiyaşünas, tarixçi, etnoqraf, şair. Hacı Çələbi xan — görkəmli siyasi xadim və istedadlı sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. Musa Çələbi — Osmanlı şahzadəsi Süleyman Çələbi — Osmanlı şahzadəsi İsgəndər Çələbi — Osmanlı imperiyasının baş dəftərdarı. Katib Çələbi — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Çələbi Lütfi Paşa — sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. İsa Çələbi — Osmanlı sultanı İldırım Bəyazid ilə Dövlət Xatunun oğlu Hacı Qaraman çələbi Əhmədli — övliya, XVI yüzilin sonu, XVII yüzilin əvvəli. Hezarfən Əhməd Çələbi — IV Sultan Muradın hakimiyyəti dövründə özü düzəltdiyi qanadlarla havaya qalxmağa cəhd etmiş türk alimi. Digər Çələbi xalçaları və ya Çələbirt xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça.
Kelami
Kelami — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Kelami Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 113 nəfər əhali yaşayır.
Kələcoş
Kələkoş və ya Kələcoş (kələdoş) — Azərbaycan və bir neçə digər ölkələrin mətbəxlərində qida növü. Kələkoş Güney Azərbaycanın Zəncan şəhərinin ən məşhur yeməklərindən biridə sayılır. 4 porsiya üçün nəzərdə tutulub 3 stəkan yağlı qatıq 1 ½ xörək qaşığı un 1 yumurta 3 stəkan soyuq su 1 xörək qaşığı yuyulmuş və süzülmüş yumru düyü ½ stəkan xırda doğranmış qoz 2 diş əzilmiş sarımsaq 1 ½ xörək qaşığı quru nanə 2 xörək qaşığı bitki və ya kərə yağı 1 orta baş xırda doğranmış soğan duz, zövqə görə istiot, zövqə görə 1. Bir kasada qatığı, unu, yumurta və suyu yaxşıca qarışdırın. Sonra isə üzərinə düyünü, qozu, sarımsağı, və quru nanəni əlavə edin və yenə qarışdırın. 3. Bir qazanda yağı qızdırın və soğanı əlavə edib təxminən 6–7 dəqiqə qızardın. 4. Qatıqlı qarışığı soğanın üzərinə əlavə edin və taxta qaşıqla ara vermədən qarışdıraraq orta odda təxminən 20 dəqiqə müddətində və ya düyü yumuşalana qədər bişirin. Kənara çəkin və üzərinə zövqə görə duz və istiot əlavə edib qarışdırın.