Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karlo
Karlo — ad. Karlo Ponti — İtaliya kinoprodüseri. Karlo Ançelotti — İtaliyalı futbol mütəxəssisi. Karlo Qoldoni — Venesiya dramaturqu.
Tablo
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri olub. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür: monumental rəssamlıq; dekorativ rəssamlıq; teatr-dekorativ rəssamlığı; miniatür rəssamlıq; dəzgah rəssamlığı.
Frida Kahlo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. == Həyatı == Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Fırtına (tablo)
Fırtına (it. La Tampesta) italyan rəssam Corconenin 1506-1508 illərə aid intibah əsəri. Əslən Venesiyalı əsilzadə Gabriele Vendramin tərəfindən hazırlanan rəsm əsəri indi İtaliyada Venesiyada Gallerie dell'Accademia -da sərgilənir. İncəsənət tarixçilərinin müzakirələrinə baxmayaraq əsərin mənası hələ də müəmmalı olaraq qalır. Əsər rəssamın ilk rəsmi olaraq bilinir. == Təsvir və şərhlər == Əsərin sağ tərəfində bir qadın yanında körpəsi ilə oturub. Qadın 1530 -cu illərdən bəri olan “Çingənə” kimi təsvir olunub. İtaliyada rəsm “La Zingara e il Soldato”(“Qaraçı qadını və Əsgər”) və ya La “Zingarella e il Soldato” (“Qaraçı qızı və Əsgər”) olaraq tanınır. Uzun bir çubuq və ya nizə tutan adam, rəsmin sol tərəfində t, təsvir edilib. O gülümsəyərək sağ tərəfə baxsa da onun bu tərəfdə oturan qadına baxdığı görünmür.
Jak Kallo
Jak Kallo (fr. Jacques Callot; 1592[…] və ya 25 mart 1592, Nansi – 25 mart 1635[…] və ya 24 mart 1635, Nansi) — fransız qravürçü və rəssam. Ən böyük ofort texnikasının ustası (cəmi 1500-dən çox qravür buraxmışdır), ofort texnikasının yeni növünün ixtiraçısıdır. == Bioqrafiyası == Jak Kallo, 1592 və ya 1593-cü ildə Nansidə, Lotaringiya qəhrəmanı Jan Kallonun böyük ailəsində anadan olmuşdur. Uşaqlıqdan rəsmlə maraqlanır, küçədə gördüyü hər şeyi təsvir etməyə çalışırdı. 1609-cu ildə bir versiyaya görə — gəzən qaraçılarla birlikdə Romaya piyada getmişdir. Əvvəlcə, rəssam Remicio Kantaqallina ilə birlikdə Florensiyada, sonra Romada, gənc rəssam etch sənətini mənimsədiyi məşhur qravürçü Antonio Tempestanın emalatxanasında təhsil aldı. 1611-ci ildən Kallo Florensiyada çalışdı, burada 1612-ci ildə Culio Parici atelyesinə fəaliyyətini davam etdirdi. == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Сомов, Александр Андреевич. Калло, Жак // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Karlo Allioni
Karlo Allioni (it. Carlo Allioni; 23 sentyabr 1728, Turin — 30 iyul 1804, Turin) — italyan həkimi, botanik, Turin Universitetinin professoru. Allioninin şərəfinə adlandırılan bəzi taksonlar: Arabis allionii DC. Jovibarba allioni (Jordan & Fourr.) D.A.Webb Primula allioni Loisel. Veronica allionii Vill. == Mənbə == Bailey, L. H.; Wilhelm Miller and Many Expert Cultivators and Botanists (1900). "ABBREVIATIONS", Cyclopedia of American Horticulture: Comprising Suggestions for Cultivation Comprising of Suggestions for Cultivation of Horticultural Plants, Descriptions of the Species of Fruits, Vegetables, Flowers and Ornamental Plants Sold in the United States and Canada, Together with Geographical and Biographical Sketches In Four Volumes, v.1 A-D. The Macmillian Company. Retrieved on 2008–06-19. Brummitt, R. K.; C. E. Powell (1992). Authors of Plant Names. Royal Botanic Gardens, Kew.
Karlo Ançelotti
Karlo Ançelotti (it. Carlo Ancelotti; 10 iyun 1959[…]) — "Real Madrid" klubunun baş məşqçisi vəzifəsini yerinə yetirən italyan peşəkar futbol məşqçisi və keçmiş futbolçu. O, İtaliyada "Karletto" (it. Carletto), İspaniyada isə "Don Karlo" (isp. Don Carlo) ləqəbi ilə tanınır və bütün zamanların ən böyük futbol məşqçilərindən biri kimi qəbul edilir. Ançelotti UEFA Çempionlar Liqası tarixinin ən uğurlu məşqçisidir: o, kuboku məşqçi olaraq beş dəfə, üstəlik futbolçu olduğu zamanlarda daha iki dəfə qazanıb. O, həmçinin altı dəfə Çempionlar Liqası finalındakı bir komandanı idarə etmiş ilk və yeganə məşqçidir. "AC Milan" klubunun oyunçusu olaraq 1989 və 1990-cı illərdə iki dəfə Avropa Kubokunu (indiki Çempionlar Liqası) qazanmışdır ki, bu da onu həm oyunçu, həm də məşqçi kimi Avropa Kubokunu / Çempionlar Liqasını qazanmış yeddi nəfərdən biri edir. Ançelotti eyni zamanda Avropanın ən yaxşı beş liqasında liqa çempionu olmuş ilk və yeganə məşqçidir. FİFA Klublararası Dünya Kubokunu 3 dəfə qazanmışdır.
Karlo Berqonsi
Karlo Berqonsi (it. Carlo Bergonzi; 13 iyul 1924) — italyan opera müğənnisi — tenor. Cüzeppe Verdinin operalarından partiyaların ifaçısı kimi tanınır. İtaliyanın Polezine-Parmense kommunasında dünyaya gəlmişdir. 14 yaşından Parm konservatoriyasında vokal dərsləri almağa başlayan müğənni ilk əvvəl bariton səs tembri ilə ifalara başlayır. İkincü denya müharibəsində Almaniya ərazisində əsir düşərgəsinə düşür. Müharibə bitdikdən sonra İtaliyaya qayıdaraq Breşi konservatoriyasında təhsilini davam etdirir. Onun ilk bariton kimi debütü 1947 ci ildə Berqonsidəki opera səhnəsində Sevilya bərbəri tamaşasında olur. Öz üzərində bir çox çalışdıqdan sonra 1951 ci ildən tenor kimi çıxışlar etməyə başlayır. Beləliklə o, 1953 cü ildə Milanda La Skala, 1956 cı ildə Nyu York da Metropoliten-opera, 1962 ci ildə isə Londonda Kovent-Qarden Kral Teatrı səhnələrində çıxışlar edir.
Karlo Bonapart
Karlo Mariya Bonapart və ya Karlo Mariya di Bonapart (29 mart 1746[…], Ayaçço, Korsika, Genuya Respublikası – 24 fevral 1785[…], Monpelye, Fransa krallığı) — Korsikalı idi. Napoleon Bonapartı atasıdır. Fransa Korsikayı işğal edəndə, Karlo Bonapart Fransa hökuməti ilə əlaqələr qurar. Bu uşaqlarına Fransada oxumaq imkanı verir. Həyat yoldaşı Letiza Romalinodur. Toskana zadəganıdır. == Həyatı == Qısa müddət ərzində inqilab lideri Paskal Paolinin şəxsi köməkçisi olaraq xidmət etdi və Korsikanın işğalı zamanı Korsikanın müqavimətçləri ilə fransızlara qarşı vuruşmuşdur. Adanın fəth edilməsi və müqavimətin məğlub edilməsindən sonra Korsikanı XVI Louis məhkəməsində təmsil etmək üçün könüllü oldu. 24 fevral 1785-ci ildə mədə xərçəngindən öldü. Ölümündən sonra sağ qalan ikinci oğlu I Napoleon Fransa İmperatoru oldu; Sonralar Bonapartın digər övladlarının əksəriyyəti qardaşlarına görə kral titulları aldılar və evli kral ailələri ilə evləndilər.
Karlo Kollodi
Karlo Kollodi (it. Carlo Collodi, əsl adı Carlo Lorenzini; 24 noyabr 1826[…], Florensiya, Böyük Toskana hersoqluğu[…] – 26 oktyabr 1890[…], Florensiya, İtaliya krallığı[…]) — italyan yazıçısı və jurnalisti, əsasən, Karlo Kollodi adı ilə tanınır. Uşaq ədəbiyyatının görkəmli yazıçılarından biridir. Yazıçıya ən çox məşhurluğu Pinokyo gətirmişdir. == Həyatı == Karlo Kollodi Florensiyada dünyaya gəlmişdir. Atası aşpaz Domeniko Lorenzini, anası xidmətçi Angela Orzali idi. Yazıçı on övladın birincisi idi. O, uşaqlığını Kollodidə, dağ ətəyində keçirib. İlk təhsilini burada aldıqdan sonra ruhanilik oxumaq üçün Val Delsa seminariyasına göndərilir. Buranı bitirdikdən sonra kitab satıcısı işləyib.
Karlo Muhar
Karlo Muhar (17 yanvar 1996, Zaqreb) — Xorvatiya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Karyera == === Lex Poznan === Karlo Muhar 5 iyun 2019-cu ildə Polşa təmsilçisi "Lex Poznan" ilə dörd illik müqavilə imzalamışdır. O, "Lex"in heyətində 20 iyul 2019-cu ildə "Piast" ilə oyunda debüt etmişdir. === Kayserispor === Karlo Muhar 28 yanvar 2021-ci ildə Türkiyənin "Kayserispor" klubu ilə 6 aylıq müqavilə imzalamışdır. === ÇFR Kluj === Karlo Muhar 8 iyun 2022-ci ildə futbol üzrə Rumıniya çempionu "ÇFR Kluj"a qoşulmuşdur.
Karlo Ponte
Karlo Ponte (it. Carlo Ponte; 3 may 1890, Genuya – bilinmir) — italyan Yunan-Roma güləşçisi, Avropa çempionatının mükafatçısı. 1890-cı ildə Genuyada anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir, amma uğursuz nəticə almışdır. 1925-ci ildə Avropa çempionatının gümüş mükafatçısı oldu.
Karlo Ponti
Karlo Ponti (it. Carlo Ponto; 11 dekabr 1912[…] – 10 yanvar 2007[…], Cenevrə) — İtaliya kinoprodüseri. == Həyatı == Karlo Ponti 1912-ci ildə Lombardiya vilayətinin Macent şəhərində anadan olmuşdur. Milan Universitetində Hüquq fakültəsini bitirmişdir. İlk film prodüseri kimi 1940-cı ildən karyerasına başlamışdır. 140-dan çox filmlərin prodüseri olmuşdur. Ən çox Federiko Fellini ilə filmlərdə çalışmışdır. == Şəxsi həyatı == 1946-cı ildə Ciliana Fyastri ilə evlənir. Lakin 1957-ci ildə arvadının xəbəri olmadan Meksikada Sofi Loren ilə evləndi. O zamanlar arvaddan ayrılmaq haqqında qanun İtaliyada yox idi.
Karlo Qoldoni
Karlo Qoldoni (it. Carlo Goldoni; 25 fevral 1707 – 6 fevral 1793) — Venesiya dramaturqu. == Həyatı == Məşhur İtaliya dramaturqu Karlo Qoldoni 25 fevral 1707-ci ildə anadan olub. İtaliya teatrında apardığı islahatlarla məşhur olub. Maarifçilik ideyaları Qoldoni dramaturgiyasında əsas yer tutur. 267 pyes yazıb. "İki ağanın bir nökəri", "Mehmanxana sahibəsi" pyesləri Azərbaycan Milli Dram teatrında da tamaşaya qoyulub. Qoldoninin "Girkana Culfada", "Girkana İsfahanda", "Fars gəlini" kimi tragikomediyaları da var. Karlo Qoldoni 6 fevral 1793-cü ildə vəfat edib.
Monte-Karlo
Monte-Karlo (fr. Monte-Carlo; Moneqassca Monte-Carlu) — Monako rayonu.
Monte Karlo
Monte-Karlo (fr. Monte-Carlo; Moneqassca Monte-Carlu) — Monako rayonu.
Nana (tablo)
Nana (fr. Nana) - Eduard Mane tərəfindən 1877-ci ildə çəkilmiş rəsm əsəri.
Olimpiya (tablo)
Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdi. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane klassik tabloların əksinə heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccübləndilər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkdi. Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi.
Pablo Cordan
Pablo Eskobar
Pablo Emilio Eskobar Qaviriya (isp. Pablo Emilio Escobar Gaviria; 1 dekabr 1949[…], Rioneqro[d], Antyokiya – 2 dekabr 1993[…], Medellin, Antyokiya) — kolumbiyalı narkobaron, narkoterrorist və siyasətçi. Medellin Kartelinin qurucusu və lideri olmuşdur. “Kokainin kralı” adını qazanan Eskobar tarixin ən zəngin cinayətkarlarından biri kimi yadda qalıb. O, vəfat etdiyi günə qədər təxminən 30 milyarda yaxın dollar qazanmışdır. Bu günümüzdə 70 milyard dollara bərabərdir. Onun narkotik karteli 1980-ci və 1990-cı illərin əvvəllərində ABŞ-də kokain ticarətinə nəzarət edirdi. Narkotik satışından əldə etdiyi gəlirlə 1989-cu ildə Forbes jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilmişdir. Eskobar Rioneqro şəhərində anadan olub və uşaqlığını Medelində böyüyərək keçirib. Qısa müddət Universidad Autónoma Latinoamericana-ya daxil olmuş, lakin təhsilini başa vurmamışdır.
Pablo Ferro
Pablo Ferro (15 yanvar 1935, Antilya[d], Olqin[d] – 16 noyabr 2018, Sedona[d]) — Müxtəlif film layihələri üçün müxtəlif dizaynlar yaradan Kuba əsilli amerikalı qrafik sənətçisi və dizayneridir. Öz adına qurduğu filmlər üçün dizaynlar yaradan "Pablo Ferro Film" firmasının sahibi olmuşdu. Sənətçinin qatqı verdiyi layihələr arasında, Dr. Strangelove, A Clockwork Orange, və Bullitt kimi layihələr var. Pablo Ferro 16 noyabr 2018-ci ildə, 83 yaşında Sedona, Arizonada sətəlcəmdən dünyasını dəyişmişdir.
Pablo Lopes
Pablo Sesar Lopes Martines (isp. Pablo César López Martínez; 7 yanvar 1998, Santyaqo-de-Keretaro, Meksika) — Meksika təmsilçilərindən olan Paçuka klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Meksika futbolçusudur. Lopes peşəkar karyerasına Paçuka klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 18 fevral 2016-cı ildə Meksika Kubokunda Atletiko San-Luis klubuna qarşı oyunda etmişdir. Lopes Meksika Premyer Liqasında debütünü 20 noyabr 2016-cı ildə Amerika klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə Xorxe Ernandesi əvəz etmişdir. 2015-ci ildə Lopes Meksikanın gənclərdən ibarət milli komandası ilə Hondurasda keçirilən Şimali Amerika Gənclər Çempionatında iştirak etmişdir. Həmin ildə Lopes Meksikanın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Pablo Argentina, Avstraliya, Almaniya, Çili, Ekvador, Nigeriya və Belçika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Almaniya və Çili millilərinə qarşı oyunda Lopes bir qolla yadda qalmışdır.
Pablo Neruda
Pablo Neruda (isp. Pablo Neruda — əsas adı yerinə qəbul edilən ləqəbi; doğum adı: Rikardo Elieser Neftali Reyes Basoalto, isp. Ricardo Eliécer Neftalí Reyes Basoalto; 12 iyul 1904[…] – 23 sentyabr 1973[…], Santyaqo, Çili) — Çili şairi, diplomat, siyasi xadim, Çili Respublikası Senatının senatoru (1941-1949), Çili Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1958-1973), Çilinin Fransadakı səfiri (1970-1972), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1971). Əsl adı Rikardo Elieser Neftali Reyes Basoalto olan Çili şairi və diplomatı Pablo Neruda ölkənin mərkəzi hissəsində, Parral adlı kiçik şəhərdə doğulmuşdu. Şeir yazmağa on yaşında başlamışdı. Atası daha ciddi işlə məşğul olmasını istədiyindən Neftali Rikardo sirrinin açılmaması üçün şeirlərini Pablo Neruda təxəllüsü ilə çap etdirmişdi. Deyilənə görə, Pablo adı məşhur fransız şairi Pol (ispanca Pablo) Valerinin, Neruda soyadı isə çex şairi Yan Nerudanın soyadından götürülmüşdü. Sonralar bu ədəbi təxəllüs şairin həqiqi adına çevrilmişdi. Məşhur Çili şairəsi, ölkənin ilk Nobel laureatı Qabriela Mistralla tanışlıq gənc poeziya həvəskarının gələcək ədəbi bioqrafiyasında mühüm rol oynamışdı. 1921-ci ildə Pablo Santyaqo pedaqoji institutunun fransız dili bölümünə daxil olsa da, paytaxtın mədəni həyatı onu institut məşğələlərindən daha çox cəlb edirdi.
Pablo Pikasso
Pablo Ruiz Pikasso (isp. Pablo Ruiz Picasso; 25 oktyabr 2025, Malaqa, İspaniya — 8 aprel 1973, Müjen, Fransa), tam adı Pablo Dieqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Sipriano de la Santisima Trinidad Martir Patrisio Ruiz i Pikasso (isp. Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Martyr Patricio Ruíz y Picasso) — ispan, fransız rəssamı, heykəltaraşı, qrafiki, keramisti və dizayneri, XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri. Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirlimiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir. Ən məşhur əsərləri sırasında erkən-kubist "Avinyonlu qızlar" (Les Demoiselles d'Avignon, 1907) və İspaniya vətəndaş müharibəsi zamanı dinc Gernika şəhərinin alman Kondor Legionu tərəfindən bombalanmasına həsr edilmiş "Gernika" (Guernica, 1937) əsəri xüsusi qeyd edilə bilər. Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. XX əsrin ilk onilliyində yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından onun incəsənətdə istiqaməti dəyişmişdir. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltaraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərirdi. Pikassonun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirmişdir ki, bu da onu XX əsr incəsənətinin ən məşhur şəxsiyyəti edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Pablo Tabaçnik
Pablo Tabaçnik (20 noyabr 1977) — Argentinanı təmsil edən stolüstü tennisçi. Pablo Tabaçnik Argentinanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Pablo Tabaçnik Argentinanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Pablo Tabaçnik Argentinanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.